Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polüvi
Poruq
Poruq (lat. Stachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin Yer kürəsinin mülayim iqlim qurşaqlarında və subtropik vilayətlərdə bitən 300 növə yaxın, Azərbaycanda isə 23 növ birillik və çoxillik bitkiləri məlumdur. Onlardan təxminən 15 növündən, o cümlədən aşağıdakı növdən yaşıllaşdırmada istifadə edilir: Yunlu poruq (S. lanata) azyarpaqlı gövdələri 60 sm hündürlüyə çatan kökümsovlu, çoxillik bitkidir. Gülləri yalançı çiçək köbəsindən ibarət sünbülşəkilli çiçək qrupunda yığılmışdır. İkidodaqlı çiçək tacı çəhrayı ya da çahrayımtıl-bənövşəyi rənglidir. Bu bitkinin vətəni Rusiyanın cənub rayonları, Zaqafqaziya Türkiyənin qərb vilayətləri və İranın şimalıdır. Yunlu poruq 1782-ci ildən gülçülükdə geniş istifadə olunur. Poruğu toxumlarla və kolun bölünməsi ilə çoxaltmaq olar. Bordürlərdə vaxtaşırı yararsız çiçəkləri kəsilərsə çox gözəl görünür.
Dərman poruğu
Meşə poruğu
Neoseiulus poculi
Neoseiulus poculi (lat. Neoseiulus poculi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Neoseiulus populi
Neoseiulus populi (lat. Neoseiulus populi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
To Potami
To Potami (yun. Το Ποτάμι) - Yunanıstanda fəaliyyət göstərən mərkəzçi, sosial liberal və sosial demokrat meyilli siyasi partiya.
Poti
Poti (gürc. ფოთი) — Gürcüstanda Qara dəniz sahilində olan liman şəhər. Rioni çayının Qara dənizə töküldüyü yerdə salınmışdır. Potinin 15–20 km şərqində Rioni və Xobi arasında olan çaylar Bronz, Adlerkin, Narmarnu, Ciquri, Nosiri, Sakire, Ceva, Anaklia, Eki, Senaki, Ergeta, Ureki dövrünün əhalisinin məskunlaşdığı yerlərdir. b.e.ə VI əsrdə burada Yunan koloniyası Phasis (Pasisi) yerləşirdi. Orta əsrlərdə Poti Sameqrelo knyazlığının bir qalasıydı.1578-ci ildə şəhər olaraq qəbul edildi. 29 may, 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanan Amasya müqaviləsi zamanı Poti Osmanlı İmperiyasının itaəti altına keçdi. Səfəvilər dövləti ilə olan müharibələrdən sonra Poti Liva statusuyla Batumi sancağına bağlandı. Şərqi Qara dənizdəki quldurluq halının bitməsi üçün xaraba halda olan Faş qalası 26 iyul, 1579-cu ildə yenidən inşa edildi. 1858-ci ildə şəhər liman statusu almışdır.
Potu
Potu — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Potu Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Keçmiş adı Potubazar olmuşdur. Tədqiqatçılarıın ehtimalıa görə, kəndin adı türk dillərindəki pot (bara, kəçid) və İran dillərində 11 (su) komponəntlərindon düzəlib, "su üstündə keçid və ya bərə" mənasındadır. Yaşayış məntəqəsi Arvan çayının sahilində, bara yaxınlığında yerləşdiyinə görə belə adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində "cavan camış" potu, türk dillərində İsə "dəvə balası" potuk adlanır. Kəndin keçmiş adının Potubazar olması da keçmişdə burada mal bazarı olduğunu göstərir Yaşayış məntəqəsi həmin bazarın ərazisində salındığından bela adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2254 nəfər əhali yaşayır. Kənddə Potu kənd məscidi dini icması fəaliyyət göstərir.
Ötüğ
Ötüğ - türk və altay xalq mədəniyyətində dua. Yaxarma, tanrıya yalvarma, diləmə, istəmə. Ən sadə olaraq, bir şeyin reallaşmasını və pis vəziyyətlərdən qorunmağı Tanrıdan istəməkdir. Ötümək (Ötüğmək, Ötükmək) "dua etmək" feli ilə də istifadə edilər. Söz, Öt/Öd kökündən törəmişdir. Zaman, zamanın keçişi və yaxarmaq mənalarını ehtiva edər. Ahəngli səs çıxarmaq mənası vardır. Sax və ya Sah türk və yakut xalq inancında və sibir şamanizmində ayinlərdə və dualarda istifadə edilən bir sözdür. "Amin" mənasını verər. Sak və yaSag olaraq da deyilər.
Lavandayarpaq poruq
Lavandayarpaq poruq (lat. Stachys lavandulifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 15-20 sm hündürlükdə yarımkolcuqdur. Gövdələri çoxsaylıdır. Yarpaqları uzunsov, xətti-lansetvari və ya xətti, 4-7 sm uzunluqda, 2-5 mm enindədir. Köbələri 4-6 çiçəkli, uzunsov çiçək qrupunda 17 sm uzunluqda və 4 sm enindədir. Kasacıq 2-3 sm uzunluqdadır. Çiçək tacı parlaq-çəhrayı, kasacıqdan qısa; yuxarı dodağı aşağı dodağından qısa, uzunsov-dəyirmi, aşağı-üçdilimli, dərin oyuqlu, iri, orta dilimlidir. Tozcuqları 3 mm uzunluqda, yumurtavari, üçtilli, tünd-qəhvəyi rənglidir.
Ləvəndyarpaq poruq
Mərcanotuçiçək poruq
Mərcanotuçiçək poruq (lat. Stachys sylvatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. Stachys canariensis Jacq. Stachys cordata Gilib. [Invalid] Stachys cordatifolia Gilib. [Invalid] Stachys foetida Gueldenst. ex Ledeb. Stachys glaucescens Muss.Puschk. ex Spreng. Stachys trapezuntea Boiss.
Məryəmin otağı
Məryəmin otağı (ing. Mary's Room) — Frenk Ceksonun "Epifenomenal Qualia" (1982) əsərində təklif etdiyi və "Məryəmin bilmədiyi şeylər"də (1986) genişləndirilmiş idrak fəlsəfəsində düşüncə təcrübəsi. Bu təcrübə fizikalizmə, kainatdakı hadisələrin, o cümlədən zehninin sırf fiziki təbiətə malik olması fikrinə qarşı bir arqumentdir. F. Ceksonun düşüncə təcrübəsi tamamilə yeni ideya deyildi, oxşar arqumentlər XVIII əsrin ortalarından etibarən ifadə edilmiş və müzakirə edilmişdir. Con Lokk əməliyyatdan sonra anadangəlmə kor olanlar tərəfindən əşyaların ilkin vizual qavranılmasının təbiəti haqqında sensasiyalı epistemologiya məsələsini qaldırdı ki, bu da təcrübə ilə təsdiqləndi. Beləliklə, Çarli Brod 1925-ci ildəki işində qeyri-məhdud riyazi və məntiqi qabiliyyətlərə malik olan və maddələrin atom quruluşunu birbaşa müşahidə edə biləcək bir baş mələk təsəvvür etməyi təklif etdi. Belə bir baş mələk hər hansı bir maddənin kimyəvi xassələrini proqnozlaşdıra bilərdi: məsələn, ammonyakın suda həll olunan rəngsiz qaz olduğunu proqnozlaşdıra bilərdi. Ancaq Broda görə, o, qoxusunun burundakı reseptorlara necə təsir edəcəyini və insan beynində hansı neyronların iştirak edəcəyini bilsə belə, insan üçün necə olacağını təxmin edə bilməyəcək. Təcrübə 1982-ci ildə The Philosophical Quarterly jurnalında "Epifenomenal Qualia" məqaləsində dərc edilmişdir. Bu məqalədə F. Cekson oxucunu alim, rəng tədqiqatçısı Məryəm ilə tanış etməyi təklif edir.
Oğul Otağı
Oğul otağı — Nanni Moretti tərəfindən 2001-ci ildə çəkilmiş film. Söhbət oğlunu itirən valideynin yaşadıqlarından gedir. Film 2001-ci ildə Kann Film Festivalında Qızıl Palma budağı qazanıb. Film "Empire" jurnalının 2008-ci ildə hazırladığı "Bütün zamanların ən yaxşı 500 filmi" siyahısına da daxil edilib.
Salvia potus
Salvia potus (lat. Salvia potus) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Səhər otağı
Səhər otağı (ing. Drawing room) - İri ev və malikanələrdə çox vaxt mətbəxə yaxın olan otaq. Planlaşdırmada çalışırlar ki, səhər otağının geniş pəncərəsi olsun. Adətən qonaq otağına, yaxud nahar otağına əks tərəfdə olur ki, həm səhər, həm gündüzdən sonra otaqlardan azı birinə günəş işığı düşsün.
Çin otağı
Çin otağı arqumenti ağıllı və insana bənzəyən proqramın kompüteri idarə etməsinə baxmayaraq, proqram vasitəsilə işləyən kompüterdə "ağıl", "dərketmə " və ya "şüur" olması fikrini təkzib edir. Arqumenti ilk dəfə filosof Con Sörl 1980-ci ildə Behavioral and Brain Sciences jurnalında nəşr olunan "Ağıllar, Beyinlər və Proqramlar" adlı məqaləsində irəli sürüb. Oxşar arqumentləri Qotfrid Leybnits (1714), Anatoli Dneprov (1961), Lourens Devis (1974) və Ned Blok (1978) təqdim etmişlər. Sörlün versiyası o vaxtdan bəri geniş şəkildə müzakirə edilmişdir. Sörlün arqumentinin mərkəzi nöqtəsi Çin otağı kimi bilinən düşüncə eksperimentidir. Arqument zehnin formal simvollar üzərində işləyən bir məlumat emal sistemi kimi nəzərdən keçirilə biləcəyini və verilmiş psixi vəziyyətin simulyasiyasının onun mövcudluğu üçün kifayət olduğunu müdafiə edən funksionalizm və hesablamaçılıq fəlsəfi mövqelərinə qarşı yönəlmişdir. Konkret olaraq, arqument Sörlün güclü süni intellekt fərziyyəsi adlandırdığı mövqeyi təkzib etmək məqsədi daşıyır: "Düzgün giriş və çıxışlara malik düzgün proqramlaşdırılmış kompüter bununla da insanların zehni kimi eyni mənada zehnə malik olardı". Əvvəlcə süni intellekt (Sİ) tədqiqatçılarının ifadələrinə reaksiya olaraq təqdim olunsa da, bu, əsas Sİ tədqiqatının məqsədlərinə qarşı bir arqument deyil, çünki o, maşının göstərə biləcəyi "ağıllı" davranışın miqdarına məhdudiyyət göstərmir. Arqument yalnız proqramlar çalışdıran rəqəmsal kompüterlərə aiddir və ümumiyyətlə maşınlara aid edilmir. Sörlün düşüncə eksperimenti bu hipotetik müqəddimə ilə başlayır: fərz edək ki, süni intellekt tədqiqatları Çin dilini başa düşmüş kimi davranan bir kompüter qurmağa müvəffəq oldu.
İriçiçəkli poruq
Osuqi Sakae
Osuqi Sakae (大杉 栄, 17 yanvar 1885, Maruqame, Kaqava prefekturası – 16 sentyabr 1923, Tokio[d]) – Yaponiya anarxisti. Tayşo dövrünün ən tanınmış radikal anarxisti və solçu lideri olmuşdur. Osuqi Sakae 17 yanvar 1885-ci ildə Kaqava prefekturasının Maruqame şəhərində doğulmuşdur. O, orduda xidmət edən bir zabitin ilk uşağı idi. 14 yaşında Naqoya Hərbi Akademiyasına daxil olsa da, 1901-ci ildə əmrə itaətsizlik səbəbilə uzaqlaşdırılmışdır. Psixoloji müalicə aldıqdan sonra təhsilinə Tokioda davam etdirməyə başlamış və Hərbi Heyət Kollecində fransız dili təlimçisi olmuşdur. Bu dövrdə Kotoku Şusui və Sakay Toşihikonun solçu ideyaları ilə tanış olmuşdur. Onun diqqətini anarxizm yox, cəmiyyətin təbiət kimi daim dəyişdiyini iddia edən təkamülçü nəzəriyyələr cəlb etmişdi. Osuqi 1906-cı ilə qədər Yaponiya radikalizminin passiv iştirakçısı olmuşdur. 1906-cı ildə Tokio tramvaylarında gediş haqqının qaldırılması səbəbilə başlamış etiraz aksiyalarına qoşulmuş və həbs edilmişdir.
Fermanın otağı
Fermatın otağı - 2007-ci il psixoloji gərilim ispan filmi. Premyerası 7 oktyabr 2007-ci ildə Sitges Fim Festivalında olan film noyabrın 16-da İspaniya miqyasında nümayiş olundu. == Süjet == Özünü Fermat kimi təqdim edən kimliyi bilinməyən biri bir neçə riyaziyyatçını ölkənin ən yaxşı riyaziyyatçılarının qatıldığı konfransa dəvət edir. Amma dəvətə qoşulmaq üçün riyazi tapmacanı həll etmək lazımdır. Doğru həll yolunu tapdıqdan sonra hər biri məşhur riyaziyyatçı və ya filosofun adını ləqəb kimi alır, belə ki, onlara əsl adlarınından istifadə qadağandır. Hər birinə "ən böyük müəmma" üzərində işləmək üçün təkbaşına və cib telefonu olmadan müəyyən olunmuş vaxtda müəyyən olunan gəlmək tapşırılır. Təyin olunmuş vaxtda dörd nəfər çayın sahilində görüşür. Qalua ləqəbli ciddi gənc oğlan, Hilbert ləqəbli qoca kişi, Paskal ləqəbli üzünəinamlı gənc oğlan və Olivia ləqəbli cavan qadın. Qaranlıq çökəndə çayın o biri tərəfindəki maşın faraları yanıb-sönərək işarə verir. Riyaziyyatçılar qayıqla çayı keçib maşına çatdıqda avtomobildə GPS koordinatları və səyahət təlimatları olan PDA tapırlar.
Otel otağı
Filmdə qırmızı terrordan tutmuş, bugünkü günə qədər Azərbaycan ziyalılarının başlarına gətirilən müsibətlərdən, zaman dəyişdikcə cəmiyyətdə gedən ictimai-siyasi proseslərin burulğanında, xaosunda ziyalılarımızın fiziki və mənəvi təzyiqlərə məruz qalmalarından danışılır, insanların satqınlığı, onların vəziyyətdən, şəraitdən asılı olaraq cilddən-cildə girməsindən söhbət açılır. Əsərin baş qəhrəmanı-alim və ali məktəb müəllimi Kərim Əsgəroğlu(Fəxrəddin Manafov) Ankaraya elmi konfransa gəlir. Eyni zamanda o, Türkiyədə ali məktəblərdən birində dərs demək niyyətini həyata keçirmək üçün İstanbula gedir. Filmdə bu zahiri süjet xəttinin fonunda 90-cı illərdə və daha əvvəlki zamanlarda-30-cu və 40-cı illərdə Azərbaycanda cərəyan etmiş ictimai və siyasi hadisələr, habelə torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunmasından sonra ortaya çıxan problemlər, Qarabağ faciəsi, Bakıdakı siyasi burulğanlar və bütün bu ağır şəraitlərdə ziyalıların taleyi, Türkiyədəki qardaşlarına böyük ümidləri və bəzi hallarda bu ümidlərin doğrulmaması səbəbiylə keçirdikləri sarsıntılar əks olunmuşdur. Filmin baş qəhrəmanı çətin dövrlərdə, ağır vəziyyətlərdə, mürəkkəb şəraitdə öz ziyalı ləyaqətini, mənliyini, təmizliyini qoruyub saxlayan və bunun acısını yaşayan bir insandır. İçində daima daşıdığı Qarabağ dərdi, Şuşa həsrəti və Xocalı faciəsinin acı xatirələri Kərimin, sözün hərfi və məcazi mənasında, ürək ağrılarının əsas səbəbidir. Bu nisgillərə ailə qayğıları, İstanbulda işləyəcəyi haqqında ona verilən vədlərin yalan çıxması və irili-xırdalı başqa mənfi emosiyalar da əlavə olunaraq Kərimin ömrünü qısaldır. Əsərdə hər mühitə uyğunlaşan, karyerası naminə hər cür satqınlığı, namərdliyi, dönüklüyü özünə rəva bilən, sovet dövründə türkçülüyü ifşa edən, bu gün isə "alovlu türkçü"yə", "millətçi"yə çevrilən Çopur Cabbar(Muxtar Maniyev) kimi tam mənfi, həyatda həmişə yaxşı yaşamağın üsulunu tapmış Sədiyar(Rasim Balayev) kimi nə mənfi, nə də müsbət personajlar da var. Faciəvi sonluğuna baxmayaraq "Otel Otağı" həqiqi, mənəvi dəyərləri, qardaş Türkiyə xalqıyla mehriban münasibətləri, ziyalı ləyaqətini tərənnüm edən bir filmdir. Film yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Ruzvelt otağı
Ruzvelt otağı (ing. Roosevelt Room) — ABŞ Prezidentinin əsas rəsmi iş yeri olan Ağ Evin Qərb qanadındakı konfrans-zalı. Demək olar ki, Qərb qanadının mərkəzində, Oval kabinetin yanında yerləşir. O, 1969-cu ildə prezident Riçard Nikson tərəfindən ABŞ-ın iki prezidentinin - Teodor Ruzveltin və Franklin Ruzveltin şərəfinə belə adlandırılıb (birincisi Qərb qanadını tikib, ikincisi onu genişləndirib).
Çat otağı
Çat otağı və ya söhbət otağı (və bəzən qrup çatı) — əsasən sinxron konfransın istənilən formasını, bəzən hətta asinxron konfransı təsvir etmək üçün istifadə olunan termin. Beləliklə, bu termin real vaxt rejimində onlayn çat və yad insanlarla onlayn qarşılıqlı əlaqədən (məsələn, onlayn forumlar) tam immersiv qrafik sosial mühitlərə qədər istənilən texnologiyanı ifadə edə bilər. Çat otağının əsas istifadəsi digər istifadəçilər qrupu ilə mətn vasitəsilə məlumat mübadiləsi etməkdir. Ümumiyyətlə, eyni söhbətdə birdən çox insanla söhbət etmək imkanı çat otaqlarını daha çox təkbətək ünsiyyət üçün nəzərdə tutulmuş ani mesajlaşma proqramlarından fərqləndirir. Müəyyən bir çat otağındakı istifadəçilər, ümumiyyətlə, paylaşılan internet və ya digər oxşar əlaqə vasitəsilə bağlıdırlar. Yeni texnologiya fayl mübadiləsi və veb-kameraların istifadəsinə imkan vermişdir. İlk söhbət sistemi 1971-ci ildə ABŞ hökuməti tərəfindən istifadə edilmişdir. Bu, Berkli Universitetindən gənc fəlsəfə doktoru məzunu Mürrey Turoff tərəfindən hazırlanmışdır. İlk xüsusi onlayn söhbət xidməti 1980-ci ildə "CompuServe CB Simulator" idi. Bu, Ohayoda "CompuServe"in icraçı direktoru Aleksandr "Sendi" Trevortərəfindən yaradılmışdır.
Morkaya Motuqa adası
Morkaya Motuqa adası — Rusiyanın Maqadan vilayəti ərazisində yerləşən ada. Oxot dənizinə daxil olan (Şelixov körfəzi) Qijiqin körfəzinin qərbində, Xalpili adalarından şimal-şərqdə, Tayqonos yarımadasının qərb sahillərində yerləşir. Maksimal hündürlüyü 73 metrdir. İnzibati baxımından Maqadan vilayəti Şimali Evenks rayonu ərazisinə daxildir.