TOTUQ

sif. Sağlam, kök, koppuş, ətli-canlı.
Totuq gəlinlər bir-bir oynadılar, göyçək qızlar süzdülər. Çəmənzəminli.
Palıd ağacı tərəfdən pırpız saçlı, qaraşın, totuq bir oğlan uşağı gəldi. İ.Hüseynov.

// Eyni mənada hər hansı bir bədən üzvü haqqında.
Uşaq totuq əlini yanağına söykəyib çoxdan yatmışdı. Çəmənzəminli.
Atan sənin şəklini; İstəyir məndən, bala; Sabah totuq üzünü; Çəkdirib sallam yola. S.Rüstəm.

Синонимы

  • TOTUQ TOTUQ [İsfəndiyarın] totuq yanaqlarından az qala qan damırdı, amma xəstə idi, özü də çox bərk xəstə idi (M
  • TOTUQ koppuş — kök — dolu — yumru
TOTEMİZM
TOTUQLUQ
OBASTAN VİKİ
Totuqlu
Totuqlu və ya Topuqlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gədəbəy rayonunun Qoşabulaq inzibati ərazi vahidliyindədir. == Tarixi == == Toponimikası == Topuqlu oyk., sadə. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Totuqlu variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsi 1910-cu illərdə Totux adlı bir nəfərin saldığı binə yerində yarandığı üçün belə adlanmışdır. Topuq toponimiyada daban termininin sinonimi olub, kəndin dağ ətəyində, aşağıda yerləşdiyini bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 221 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Значение слова в других словарях