Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Frans List
Ferens List (mac. Liszt Ferenc, 22 oktyabr 1811[…] – 31 iyul 1886[…], Bayroyt, Bavariya Krallığı, Almaniya imperiyası[…]) — Macarıstan bəstəkarı, virtuoz pianoçusu, dirijoru, həssas pedaqoqu, fəal musiqi-ictimai xadimi. XIX əsrin ən məşhur pianoçularından biri olan Ferens List, həm də simfonik şeir tərzinin banisidir. == Həyatı == Ferens List 22 oktyabr 1811-ci ildə Macarıstanın Doborjan qəsəbəsində (1921-ci ildən Avstriya, Raydinq) anadan olmuşdur. Atası Adam List piano, violoençel, violin kimi bir çox musiqi alətində ifa etməyi bacarırdı. Listin musiqi ilə tanışlığı da məhz atasının təşəbbüsü illə olmuşdur. Atası ona pianoda ifa etməyi öyrətmiş və hələ 7 yaşı olan List kiçik bəstələr yazmağa başlamışdı. Sonralar macar əsilzadələr tərəfindən 6 il müddətində təqaüdlə təmin edilərək təhsilini davam etdirmək üçün Vyanaya yola düşmüşdür. Burada Antonio Salieri və Ludoviq van Bethovenin tələbəsi olan Karlo Çernidən təhsil almışdır. 12 yaşında Ferens List artıq krallar, əsilzadələr tərəfindən rəğbət bəslənən bir musiqiçi idi, lakin 15 yaşında ikən atasının vəfat etməsi ilə onun musiqiyə olan həvəsi azalmış, ədəbiyyat və dinlə maraqlanmağa başlamışdı.
Prays qanunu
Derek de Solla Prays — bibliometrik istinadların strukturu elmi-tədqiqat cəbhəsini xarakterizə edir. 1965-ci ildə elmin tarixçisinə çevrilən fizik Derek de Solla Praysməqalələr arasındakı istinadların strukturunu təqdim edən "Elmi məqalələrin şəbəkəsi" adlı nüfuzlu məqaləsini nəşr etdirmişdir. Bu məqalədə, məqalələr istinadlar vasitəsilə bir-biri ilə əlaqələndirilən şəbəkənin düyünləri kimi təsvir olunur. D. J. Prays bu şəbəkənin heyranedici xüsusiyyətlərini meydana çıxarmışdır. O, çoxlu sayda məqalələrin istinadlar siyahısını aşkarladıqdan sonra göstərmişdir ki, k dəfə istinad alan məqalələrin sayı pk, k artdiqca Pareto paylanması və ya qüvvət qanunauyğunluğuna əsasən azalır. == Həmçinin bax == Bibliometriya == Ədəbiyyat == Rasim Əliquliyev. Nigar İsmayılova. Bibliometriya: Müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, 2015, 78 s.
Kapitan Prays
Kapitan Prays (ing. Captain Price)— Call of Duty video oyun seriyasının personajıdır. Call of Duty və Call of Duty 2 oyunlarında Kapitan Prays köməkçi personaj kimi cıxış edir. Onun 45 yaşı var və ingilisdir. Özünü ifadə edən ən fərqləndirici xüsusiyyət onun peçenye toz bığları və siqarlara olan düşkünlüyüdür. Onun güclü intiqam hissi var. Düşmənlərinə qarşı çox qəddardır. O, əsgərləri Gaz, Soap və Yuriyə çox bağlıdır. == Görünmələr == Call of Duty və Call of Duty 2 oyunlarında Kapitan Prays 1941-ci ildə yaradılan Xüsusi Hava Xidmətinin üzvü kimi daha sonra Qərbi Avropada Şimali Afrika kampaniyası da daxil olmaqla II Dünya Müharibəsi cəbhələrində İngilis əsgəri kimi çıxış edib. Call of Duty-nin son missiyalarından birində, tirpitz döyüş gəmisinə sızarkən ölür.
Maykl Prays
Maykl Prays (XX əsr, İngiltərə Price studied music at school,) — ingilis bəstəkar və pianoçu . Özünü bəstəkar kimi tanıtmazdan əvvəl o, televiziya və film musiqisi sahəsində prodüser, aranjimançı və musiqi redaktoru kimi bir sıra rolları yerinə yetirib, onların çoxunda məşhur film musiqisi bəstəkarı Maykl Keymenl' birlikdə işləmişdir.
Praya
Praya (port. Praia — «çimərlik») — Kabo-Verde ada dövlətinin paytaxtı və ən iri şəhəri. Santyaqu adasında yerləşir. Əhalisi — 113 min nəfər (2005). == Yaranma tarixi == XV əsrin sonunda salınıb. 1770-ci ildə Praya əvvəlki məskəndə su ehtiyatı bitdikdən sonra arxipelaqın mərkəzinə köçürülür. Paytaxt seçimi yerin uğurlu olması ilə bağlı idi. Müstəqillik dovründə şəhər xeyli genişlənmişdir. == İqtisadiyyat == Apeisin, şəkər və kofe ixrac edilir. Dəniz marşrutlarının kəsişdiyi nöqtədə yerləşir.
Ferens List
Ferens List (mac. Liszt Ferenc, 22 oktyabr 1811[…] – 31 iyul 1886[…], Bayroyt, Bavariya Krallığı, Almaniya imperiyası[…]) — Macarıstan bəstəkarı, virtuoz pianoçusu, dirijoru, həssas pedaqoqu, fəal musiqi-ictimai xadimi. XIX əsrin ən məşhur pianoçularından biri olan Ferens List, həm də simfonik şeir tərzinin banisidir. == Həyatı == Ferens List 22 oktyabr 1811-ci ildə Macarıstanın Doborjan qəsəbəsində (1921-ci ildən Avstriya, Raydinq) anadan olmuşdur. Atası Adam List piano, violoençel, violin kimi bir çox musiqi alətində ifa etməyi bacarırdı. Listin musiqi ilə tanışlığı da məhz atasının təşəbbüsü illə olmuşdur. Atası ona pianoda ifa etməyi öyrətmiş və hələ 7 yaşı olan List kiçik bəstələr yazmağa başlamışdı. Sonralar macar əsilzadələr tərəfindən 6 il müddətində təqaüdlə təmin edilərək təhsilini davam etdirmək üçün Vyanaya yola düşmüşdür. Burada Antonio Salieri və Ludoviq van Bethovenin tələbəsi olan Karlo Çernidən təhsil almışdır. 12 yaşında Ferens List artıq krallar, əsilzadələr tərəfindən rəğbət bəslənən bir musiqiçi idi, lakin 15 yaşında ikən atasının vəfat etməsi ilə onun musiqiyə olan həvəsi azalmış, ədəbiyyat və dinlə maraqlanmağa başlamışdı.
Fridrix List
Fridrix List(alm. Daniel Friedrich List‎, 6 avqust 1789[…] – 30 noyabr 1846[…]) — alman iqtisadçısı və siyasətçisi. == Həyatı == == Fəaliyyəti == Fridrix List (1789–1846-cı illər) XIX əsrin birinci yarısında alman burjuaziyasının görkəmli ideoloqu idi. XIX əsrin 40-cı illərində Almaniyada yaranmış alman siyasi iqtisad tarixi məktəbinin əsasında məhz onun baxışları dururdu. List kiçik Reytlingen şəhərində, varlı dabbaq ailəsində anadan olmuşdur. O, gənc yaşlarında Vürtemberq krallığının mərkəzi hökumətində işləməyə başlayır. 1817-ci ildə List Tübingen Universitetinin professoru olur. 1819-cu ildə Listin təşəbbüsü ilə Frankfurtda daxili gömrükxanaların ləğv edilməsini və vahid ümumalman proteksiya sisteminin qurulmasını qarşısına başlıca məqsəd qoyan "Alman sənayeçilərinin və kommersantlarının baş assosiasiyası"nın əsası qoyulur. Almaniyada feodal qaydalarının və feodal bürokratiyasının tənqidi üçün hökumət tərəfindən həbs olunmaq təhlükəsi ilə izlənilən List ABŞ-yə mühacirət edir. Orada o, varlanıb 1832-ci ildə Amerika konsulu kimi Almaniyaya qayıtmışdı.
Peyton List
Peyton Roi List (ing. Peyton List, 8 avqust 1986, Boston) — ABŞ aktrisası və modeli. == Həyatı == 8 avqust 1986-cı ildə ABŞ-də, Baltimorda anadan olmuşdur. Aktrisa və modeldir.2001 və 2005-ci illərdə operada oynayıb.
Benjamin List
Benjamin List (11 yanvar 1968, Frankfurt-Mayn, Hessen) — alman kimyaçısı, David Makmillan ilə birlikdə kimya üzrə Nobel mükafatı (2021) laureatı. == Bioqrafiyası == L. Benjamin 11 yanvar 1968-ci ildə Frankfurtda Maynda anadan olub (Qərbi Almaniya). Frankfurtda orta səviyyəli alim və rəssam ailəsində anadan olan List Benjamin kardioloq Frans Folhardın və kimyaçı Yakob Folhardın nəvəsidir. Onun bibisi, tibb üzrə 1995-ci il Nobel mükafatı laureatı Kristina Nüsslein-Folhard anasının, memar Haydi Listin bacısıdır. Onun hələ üç yaşı olanda valideynləri boşanıb. == Karyera və tədqiqatları == B. List 1993-cü ildə Berlin Azad Universitetində kimya üzrə magistr dərəcəsi və 1997-ci ildə Frankfurt Höte Universitetində fəlsəfə doktoru dərəcəsi alıb. Onun doktorluq dissertasiyası "Synthese eines Vitamin B 12 Semicorrins" adlı və İohann Mülzerin rəhbərliyi altında yazılmışdır. List 1997–1998-ci illərdə ABŞ-ın La Jolla şəhərindəki Skripps Tədqiqat İnstitutunun Molekulyar Biologiya Departamentində Karlos F. Barbas III və Riçard Lernerin tədqiqat qruplarında postdoktorluq işçisi kimi çalışmışdır. Alexander Humboldt Fondunun təqaüdü ilə, həmçinin 1999-cu ildən 2003-cü ilə kimi dosent işləyib. Onun doktorluq dissertasiyası "Vitamin B12 semikorrin sintezi" ("Synthese eines Vitamin B 12 Semicorrins") adlı və İohann Mülzerin rəhbərliyi altında yazılmışdır.
Bist
Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bist Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gilan çayı (Arazın qolu) ilə ona soldan birləşən Nəsiravaz çayı arasında, Zəngəzur silsiləsinin yamacındadır. Oykonimin fars. best sözündən olub, "dərə, vadi" mənasında, təsərrüfatla əlaqədar yaranmışdır, "karvansara sahibi" mənasında işlənməsi haqqında mülahizələr var. Lakin toponimiyada Bist adının fars. "iyirmi" mənalı soz kimi kəndin yaranması ilə bağlılığı haqqındakı fikir daha ağlabatandır. Bu fikrə görə, kəndin əsası 20 ailə tərəfindən qoyulduğu üçün ona Bist (iyirmi ailə) adı verilmışdır. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
LISP
Lisp — proqramlaşdırma dili 1958-ci ildə yaradılmışdır. Lisp, ikinci qədim yüksək səviyyəli dildir (ilk yüksək səviyyəli dil Fortran). Fortran kimi Lispdə də yarandığı gündən bugünə kimi bir çox dəyişikliklər edilmişdir. Lisp adı – List Processing (siyahıların emalı) sözlərindən götürülmüşdür. == Proqram nümunələri == 1959-cu ildə süni intellekt məsələlərinin həlli üçün LISP (LISt Processing language – “siyahıların emalı dili”) dili meydana çıxmışdır. Bu dilin müəllifi amerikalı riyaziyyatçı Con Makkartidir (John McCarthy). Faktorial funksyanın hesablanmasını təsvir edək (rekursiyadan təyin olunur): == Mənbə == Patrick Winston and Berthold Horn, Lisp, Addison Wesley; 3 edition (January 1, 1989), ISBN 0-201-08319-1 Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
LiSA
Lisa (fransız musiqiçi)
Lift
Lift (ing. lift — qaldırmaq) — ya da asansor şaquli yerdəyişmələr üçün istifadə olunan nəqliyyat vasitəsi. == Etimologiya == Lift sözü fransızca "ascenseur" sözündən götürülmüşdür. Ascenseur mexaniki yüksəliş cihazı deməkdir. Bu sözü ilk işlədən şəxsin 1867-ci ildə Léon Edoux olduğu bildirilir.. 19-cu əsrdə bəzi mədən və fabriklərdə kömür və lazımi materialların daşınması üçün yük liftlərindən istifadə olunurdu. İnsanların təhlükəsizliyinə təhlükə yaratmayan ilk liftlər 19-cu əsrin ortalarında tikilmişdir. Bu dövrə qədər şəhərlərdəki binalar insanların pilləkənlərlə qalxa biləcəyi hündürlükdə, ən çoxu beş-altı mərtəbədə tikilirdi. Bu təhlükəsiz liftlər buxarla işləyirdi. Bu liftlərdə buxar mühərriki tambur fırlanırdı və liftin kabinəsini çəkən kəndir, makaralı balıqçı çubuqlarında olduğu kimi bu barabana sarılırdı.
Lost
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Xişt
Xeşt – İranın Fars ostanının Kazirun şəhristanının Xişt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,332 nəfər və 2,257 ailədən ibarət idi.
Lisa
Lisa (fransız musiqiçi)
Lisi
Lisi (yun. Λυσίας; təq. e.ə. 445, Afina – e.ə. 380, Afina) — Afina oratoru, loqoqrafı. == Həyatı == Atası Kefal (Platonun dialoqlarından məlumdur) metek idi. Ailəsi Afina siyasətçisi Periklin dəvəti ilə Sirakuzdan (Siciliya) gəlmişdi. Onun iki qardaşı (Polemarx və Evtidem) və bir bacısı (adı məlum deyil) var idi. Gələcək natiq İtaliyanın cənubundakı Furi şəhərində təhsil alıb, burada sofistlərdən ritorika kursu almışdır. Təxminən 412-ci ildə Lisi qədim Afinaya qayıtmışdır.
Lisp
Lisp — proqramlaşdırma dili 1958-ci ildə yaradılmışdır. Lisp, ikinci qədim yüksək səviyyəli dildir (ilk yüksək səviyyəli dil Fortran). Fortran kimi Lispdə də yarandığı gündən bugünə kimi bir çox dəyişikliklər edilmişdir. Lisp adı – List Processing (siyahıların emalı) sözlərindən götürülmüşdür. == Proqram nümunələri == 1959-cu ildə süni intellekt məsələlərinin həlli üçün LISP (LISt Processing language – “siyahıların emalı dili”) dili meydana çıxmışdır. Bu dilin müəllifi amerikalı riyaziyyatçı Con Makkartidir (John McCarthy). Faktorial funksyanın hesablanmasını təsvir edək (rekursiyadan təyin olunur): == Mənbə == Patrick Winston and Berthold Horn, Lisp, Addison Wesley; 3 edition (January 1, 1989), ISBN 0-201-08319-1 Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Ceyms Prays (kimyaçı)
Ceyms Prays (ing. James Price) və ya əsl adı ilə Ceyms Higinbottom (ing. James Higginbottom; 1752[…], London – 3 avqust 1783, Qilford[d]) — İngiltərə kimyaçısı və əlkimyaçısı. O, civəni gümüşə və ya qızıla çevirə bildiyini iddia etmişdir. Prays etibarlı şahidlərin önündə ikinci dəfə bunu icra etməli idi, lakin bunun əvəzinə pruss turşusu (hidrogen sianid) içərək özünü öldürmüşdür. == Erkən həyatı == Ceyms Higinbottom 1752-ci ildə Londonda anadan olmuşdur. O, vəfat edən və ona miras qoyan bir qohumunun istəyinə uyğun olaraq soyadını Prays qoymuşdur. O, Oksford Universitetində oxumuşdur. Praysın erkən təhsili və ya Oksfordda apardığı tədqiqatlar haqqında heç bir qeyd yoxdur, lakin onun orada uğurlu karyerası olduğu məlumdur. O, 25 yaşında incəsənət magistri olmuş və 1778-ci ildə, xüsusən də kimya sahəsindəki işinə görə tibb elmləri doktoru olmuşdur.
Karl Drays
Karl Drays (alm. Karl Freiherr von Drais‎; 29 aprel 1785, Karlsrue — 10 dekabr 1851, orada) — alman əsilli ixtiraçıdır. Onun ixtiralarına velosiped və yazma maşını aiddir. == Tərcümeyi halı == Karl Drays 1803-05-ci illərdə Haydelberq universitetində arxitektura, fizika və kənd təsərrüfatı ixtisasları üzrə təshil alr.1817—ci ildə "yerimə maşını" adı altında öz ilk ikitəkərini ixtira edir. İki təkərdə sükan və oturacaq nəzərdə tutulmuşdu. Bu ixtira onun şərəfinə "draysine" adlandırılır. O, 1818-ci ildə bu ixtirasına patent alır. == Velosiped == Drais Laufmaschine ("çalışan maşın") icad edən məhsuldar bir ixtiraçı idi, daha sonra velocipede, draisine (İngiliscə) və ya Parisienne (Fransızca) adlanır, həmçinin hobbi atı və ya zərif at ləqəbini alırdı. Bu, onun ən məşhur və geniş şəkildə tanınan ixtirası idi. O, velosiped və motosiklet üçün əsas olan və mexanikləşdirilmiş şəxsi nəqliyyatın başlanğıcı olan iki təkərli prinsipi özündə birləşdirdi.
Optimus Praym
Optimus Praym (ing. Optimus Prime) — Transformers dünyasında insanyönümlü olan avtobotların lideri. Transformers dünyasında pis tərəf olan deseptikonlarla olan müharibədə məhv olan Sibertrondan sonra mübarizə dünyaya daşınmışdır. Optimus Praym burada da lider olaraq qalmaqdadır.
Prayd təmizləməsi
Prayd təmizləməsi (ing. Pride's Purge) — İngilis inqilabı zamanı bir hadisədir, bu müddət ərzində polkovnik Tomas Prayd komandanlığı altında parlament ordusunun bir dəstəsi ölkədə kral hakimiyyətinin qorunmasını müdafiə edən presviterian deputatlarını İcmalar palatasından qovdu. Prayd təmizləməsi, mahiyyət etibarı ilə, dövlət çevrilişi idi, nəticədə İngiltərədə hakimiyyət respublikapərəst independentlərə keçdi. 1648-ci ildə kral I Karl əsir düşdü və hərbi əməliyyatlar demək olar ki, dayandırıldı. Uzunmüddətli parlament bərpa edilmiş kralın idarə edə biləcəyi bir sıra şərtlər hazırladı. Levellerlər və ordu, kompromis tapmaq səylərinə və Karlın məhkəməsi tələblərinə etiraz edən ərizələr təqdim etdi, Parlament bunu rədd etdi. Kralın parlamentin tələblərinə verdiyi cavablar Presviterianların ümid etdiyindən çox uzaq oldu. Lakin 5 dekabr 1648-ci ildə onlar məqbul elan edildi (lehinə 129, əleyhinə 83 səs). == Ədəbiyyat == Английская буржуазная революция XVII века. Т. 1.
Ando-Praym
Ando-Praym (ing. Ando Prime) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet buzdan ibarətdir və pod yarışlarına ev sahibliyi edir. İlk dəfə "Klon müharibələri" nümayiş olunmuşdur. Endor döyüşündən sonra qaçaqmalçılar Han Solo və Çubakka Qalaktik imperiyanın əvvəllər saxladığı cinayət təşkilatları ilə əlaqələrini gücləndirmək cəhdləri haqqında məlumat əldə etmək üçün Ando-Praym və bir neçə başqa planetə səfər etmişdir. Burada olarkən Solo başqa qiyafət geyərək imperiyanın fəaliyyətləri ilə maraqlanmış, lakin heç nə öyrənə bilməmişdir. == İstinadlar == == Xarici keçidlər == Ando Prime — Vukipediya saytında.
Brays adası
Brays adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Brays adası arxipelaqın mərkəzində yerləşir. Adadan 4 km cənubda Breydi adası (Sidorov boğazı), qərb və şimal qərbdə isə Bliss, Priçett və Bromic adaları yerləşir (Sadko boğazı). == Təsviri == Ada bərabər olmayan uçbucaq formaya malikdir. Terra-Nova burnu ilə cənub qutaracağı arasında məsafə 9 kilometrdir. Mərkəzində 409 metr hündürlüyü olan buzlaq yerləşir. Şimal-qərbində Uyuta buxtası yerləşir. Ada Cekson-Harmsvord ekspedisiyasının katibi (1894–1897) Artur Montefiore Braysın şərəfinə adlandırılmışdır.
Con Prayn
Con Prayn (ing. John Prine; 10 oktyabr 1946 – 7 aprel 2020) — folk ifaçı. == Həyatı == Con Prayn 10 oktyabr 1946-cı ildə ABŞ-də doğulub. Con Prayn ikiqat “Qremmi” mükafatçısıdır. Onun yaradıcılığı Bob Dilan və Brüs Sprinqstin kimi əfsanələrin tərifinə layiq görülüb. Müğənni martın sonunda koronavirusa yoluxduğundan xəstəxanaya yerləşdirilmişdi. Koronavirus diaqnozu onun həyat yoldaşı, həmçinin menecerində də aşkarlanmışdır. Con Prayn 7 aprel 2020-ci ildə Neşvilldə koronavirus xəstəliyindən vəfat etmişdir.
IUCN Red List
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir. 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi.
Peyton Roi List
Peyton Roi List 6 aprel 1998-ci ildə ABŞ-də, Floridada anadan olmuşdur. Aktrisa və modeldir. Listin ən məşhur rolu isə Kaşemir Mafiyasındakı Saşa Börden roludur ki, burada List, fransız O'Connor obrazını canlandırdı. O Vimpy Uşağının Gündəliyində Holli Hils kimi əsas rollardan birinə çəkildi. Peyton List hal — hazırda Disney Channel istehsalı olan Cessi serialına çəkilir. == Həyatı == List Floridada doğuldu, ancaq dörd yaşında Nyu-Yorka köçdü. Onun iki qardaşı var: Spenser (onun əkizi) və Finiks. Onların hər ikisi aktyor və modeldirlər. O hal-hazırda Kaliforniyada yaşayır. List Ədalət jurnalı üçün 2011 modeli olmuşdur.
The Plant List
The Plant List (ingiliscədən tərcüməsi "Bitkilərin Siyahısı") — bitkilər aləminə aid müasir taksonların bioloji adlarının daxil olunduğu ensiklopedik internet-layihə.