Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prizma
Prizma (yun. prisma – mişarlanmış) — iki üzü (oturacaqları) ixtiyari bərabər çoxbucaqlı, qalan üzləri (yan üzləri) isə paraleloqram olan çoxüzlü. Oturacaqları paralel müstəvilər üzərindədir və konqruyentdir. Yan üzləri oturacaq müstəvisinə perpendikulyar olan prizma düz prizma, Yan üzləri oturacaq müstəvisinə maili olan prizma mail prizma adlanır. Oturacağı düzgün çoxbucaqlı olan düz prizma düzgün prizma adlanır. Prizmanın həcmi oturacağının sahəsi ilə hündürlüyü (oturacaqlar arasındakı məsafə) hasilinə bərabərdir Yan səthin sahəsi: S y a n = P o t ⋅ l {\displaystyle S_{yan}=P_{ot}\cdot l} Tam səthin sahəsi: S t a m = P o t ⋅ l + 2 S o t {\displaystyle S_{tam}=P_{ot}\cdot l+2S_{ot}} Həcmi: V = S o t ⋅ l {\displaystyle V=S_{ot}\cdot l} V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi Sot — oturacağın sahəsi Pot-oturacağının perimetri h-silindrin hündürlüyü olarsa l = h {\displaystyle l=h} Dioqonalı=√h kvadratı+ dioq.ot.
Prişib
Göytəpə (əvvəlki adı: Prişib) — Azərbaycan Respublikasının Cəlilabad rayonununda şəhər. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılmışdır. == Tarixi == Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur — Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s. XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir.
Trizin
Trizin (yun. Τροιζήν ή Τροιζήνα) — Yunanıstanda kənd. Dəniz səviyyəsindən 64 metr yüksəklikdə, Peloponnes yarımadasının Arqolida bölgəsinin cənub-şərq hissəsində, Qalatasdan 8 kilometr qərbdə, Metanadan 10 kilometr cənubda, Korinfdən 62 kilometr cənub-şərqdə və Afinanın cənub-qərbindən 63 kilometr məsafədə yerləşir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 673 nəfərdir. Attika periferiyasının Adalar periferiya vahidinin Triziniya-Metana icmasına daxildir. 1929-cu ilə qədər Damalas (Δαμαλάς) adlanırdı. Adı qədim Trezen (q.yun. Τροιζήν, lat. Troezen) şəhərinin şərəfinə dəyişdirildi. Qədim İoniya şəhəri Trezen Saronikos körfəzinin sahilindən təxminən üç kilometr məsafədə, müasir Trizin kəndi yaxınlığında yerləşirdi.
Xrizip
Xrizip (lat. Danais chrysippus) — Pulcuqqanadlılar fəsiləsinin nimfalidlər fəsiləsinə aid kəpənək növü. == Təsviri == Qanadları açıq halda 66–88 mm-dir. Ön qanadın uzunluğu 33–43 mm-dir. Başı və döşü qara olub, parlaq dairəvi ağ ləkələrlədir. Ön qanadların zirvəsindən çoxsaylı ağ dairəvi ləkələrdən ibarət çəpinə enli zolaq keçir. Alt səthdə də anoloji naxış vardır, lakin ağ zolaqla qanadın zirvəsi arasında sarı və ya kərpici-sarı zolaq yerləşir. Qanadın qalan hissəsi şabalıdı-qəhvəyi rəngdədir. Arxa qanadlar dairəvi formada və kərpici-sarı rəngdədir. Dişi fərdin arxa qanadları üzrində 3, erkək fərddə isə 4 qara ləkə vardır.
Corco Parizi
Corco Parizi (it. Giorgio Parisi; 4 avqust 1948, Roma) — 2021-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülən italyan fiziki.
Parizio villası
Parizio villası — Maltanın Lija şəhərində villa. 16-cı əsrdə Muskati ailəsi tərəfindən inşa edilmişdir. Hal-hazırda bu Striklend Vəqfinin iqamətgahı və eyni zamanda Robert Hornyold-Striklendin və ailəsinin evidir. Meybl Striklend Parizio villasını 1943-cü ildə satın almışdır. == Tarixi == Parizo villasının 16-cı əsrdə Muskati ailəsinin yay malikanəsi olaraq inşa edildiyi güman edilir. Binaya aid ən erkən qeydlər 1567-ci ilə aiddir. 1797-ci ildə villa Paolo Parizio Muskati tərəfindən miras alındı və 1841-ci ildə ölümündən sonra həyat yoldaşı Antonia Muskati Xaraya verildi. Villa 1938-ci ildə Lord Striklendin həyat yoldaşı Leydi Marqaret Striklaed tərəfindən satın alındı.Villa 1943-cü ildə, 1988-ci ildə ölümünə qədər orada yaşayan Meybl Striklend tərəfindən satın alınmışdır. Hal-hazırda 1979-cu ildə Mebl tərəfindən qurulan bir quruluş olan Striklend Vəqfinin mülküdür.Villanın mülkiyyəti hazırda Striklend Vəqfi və Meybl Striklendin yeganə varisi olan Robert Hornyold-Striklend arasında mübahisəlidir.Villanın portağal və zeytun ağaclarından ibarət öz bağçaları var.
Prisis Ruiz
Prisis Ruiz (d. 28 yanvar 2002) — Kubalı suya tullanan. Prisis Ruiz Kubanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Prisis Ruiz birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 184.90 xal toplayaraq 38-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Qurban Primov
Qurban Baxşəli oğlu Pirimov (Primov) (oktyabr 1880, Abdal, Şuşa qəzası – 29 avqust 1965, Bakı) — Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti (1931). == Həyatı == Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir. == Fəaliyyəti == Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q.Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır.15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur.
Pridi Banomyong
Pridi Banomyong (Tay dili: ปรีดี พนมยงค์; 11 may 1900 - 2 may 1983), kral titulu ilə də tanınır Luang Praditmanutham (Tay dili: หลวงประดิษฐ์มนูธรรม) Tayland siyasətçisi və professoru idi. Tayland Regent, baş nazir və Taylandın böyük dövlət xadimi idi; eyni zamanda bir çox nazir vəzifələrini tutmuşdur. Xana Ratsadonun mülki qanadının lideri, Mənəvi və Siyasi Elmlər Universitetinin və Tayland Bankının yaradıcısı idi. Ayutthaya vilayətində kasıb bir cütçü ailəsində anadan olsa da yaxşı təhsil aldı. 1919-cu ildə, on doqquz yaşında, ölkənin ən gənc vəkillərindən biri oldu. 1920-ci ildə Fransada təhsil almaq üçün təqaüd qazandı, burada Kaen Universitetini magistr dərəcəsi ilə bitirdi və 1927-ci ildə Paris Universitetindən doktorluq dərəcəsini bitirdi. tələbələr. Siam'a qayıtdıqdan sonra hakim, məhkəmə katibliyi və professor vəzifələrində çalışdı. 1932-ci il Siam inqilabından sonra ölkənin ilk iki konstitusiyasının hazırlanmasında mühüm rol oynadı və sosialist iqtisadi planını təklif etdi. Plana qarşı sərt reaksiya onu qısaca özünü sürgün etdi.
Priti Zinta
Priti Zinta (ing. Preity Zinta; 31 yanvar 1975, Şimla) — Hindistan kino aktrisası. == Həyatı == Priti Zinta 31 yanvar 1975-ci ildə anadan olmuşdur . 13 yaşında atasını avtomobil qəzasında itirən Priti həyata belə uyğunlaşmağa məcbur olur. Hindistanın Şimla şəhərindən olan Priti universitetdə təhsil almaq üçün Mumbay şəhərinə gedir. Bir gün Priti parkda öz yoldaşı ilə oturarkən bir qadın ona yaxınlaşır və reklam işində işlədiyini deyir. Həm də bildirir ki, reklamda çəkiləcək model son anda bu işdən imtina edib. Pritinin simasını bəyənən qadın ona model olmağı təklif edir. Priti bu təklifi qəbul edir. Beləcə öz karyerasına reklam manekeni kimi başlayan Priti 1990-cı illərin sonlarında yoldaşlarını dəstəkləmək üçün sınaq çəkilişlərinə gedir.
İbrahim Qrızi
İbrahim Qrızi — Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alim. == Həyatı == Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alimlərdən biri İbrahim Qrızidir. Filologiya elmləri doktoru Nazif Qəhrəmanlı "Quba abidələri" məqaləsində onun adını çəkəndən (Qobustan, 1984, № 1) bir müddət sonra axtarışları davam etdirib "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində (Azərbaycan, 1999, 17 avqust) və "Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)" kitabında (Azərbaycan Ensiklopediyası NPB, 2000, s. 113-116) ilk məlumat vermişdir. Nazif Qəhrəmanlının "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində qeyd olunur ki, İbrahim Qrızi şeyx titulu daşımışdır. Qədim Şərqdə yalnız Nizami Gəncəvi kimi ustadlar şeyx titulunu daşımışlar, bu da İbrahim Qrızinin böyüklüyünə dəlalət edən bir amildir. Təəssüf ki, alimin əsərləri günümüzə qədər gəlib çatmamışdır. Qrız-Xınalıq bölgəsindən çıxmış ikinci böyük alim Həkim ibn İbrahim əl-Xınaluqi onun oğludur.
Fontene-an-Parizi
Fontene-an-Parizi (fr. Fontenay-en-Parisis) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 1 710 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 23 km şimalında, Serji belediyyənin 29 km şərqində yerləşir.
Kormey-an-Parizi
Kormey-an-Parizi (fr. Cormeilles-en-Parisis) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Arjantöy, kanton — Kormey-an-Parizi. Əhalisi — 21.503 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimal-qərbdə, Serji belediyyənin 12 km cənubi-şərqdə yerləşir.
Avropa Qran-prisi
Avropa Qran-Prisi (ing. Grand Prix of Europe, alm. Großer Preis von Europa‎) — avto yürüşlər üzrə Dünya Çempionatlığının ən önəmli mərhələlərindən biri 1980-ci ildən bu yana Qran-Pri ilk dəfə Dünya Formula-1 çempionatının təqvimində yer alır, lakin 1993-cü ildən bəri müntəzəm olaraq keçirilir. İkinci Dünya Müharibəsində "European Grand Prix" adlı bir yarışma təşkil edildi, bu ilk milli Qran-Prilərdən biri hesab olunurdu. İlk belə müsabiqə İtaliyanın Monza şəhərində 1923-cü ildə İtaliya Qran-Pri çərçivəsində keçirilib. Fiat 805 avtomobilini idarə edən Karlo Salmano müsabiqənin qalibi elan edilmişdir. Formula-1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. Yarışlar il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.
Avropa Qran Prisi
Avropa Qran-Prisi (ing. Grand Prix of Europe, alm. Großer Preis von Europa‎) — avto yürüşlər üzrə Dünya Çempionatlığının ən önəmli mərhələlərindən biri 1980-ci ildən bu yana Qran-Pri ilk dəfə Dünya Formula-1 çempionatının təqvimində yer alır, lakin 1993-cü ildən bəri müntəzəm olaraq keçirilir. İkinci Dünya Müharibəsində "European Grand Prix" adlı bir yarışma təşkil edildi, bu ilk milli Qran-Prilərdən biri hesab olunurdu. İlk belə müsabiqə İtaliyanın Monza şəhərində 1923-cü ildə İtaliya Qran-Pri çərçivəsində keçirilib. Fiat 805 avtomobilini idarə edən Karlo Salmano müsabiqənin qalibi elan edilmişdir. Formula-1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. Yarışlar il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.
Avstriya Qran-prisi
Avstriya Qran-prisi (alm. Großer Preis von Österreich‎) - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. İlk dəfə 1963-cü ildə keçirilmişdir. == Ümumi məlumat == İlk Avstriya qran-prisi 1963-cü ildə Seltveq trasında keçirilmişdir. 1964-cü ildə isə Formula 1 təqviminə salındı. Ancaq yarışdan sonra həm FİA, həm də komandalar trasdan narazı qaldılar. Əsas tənqidlər yolun darlığı, sərt döngələrin olması, azarkeş tribunlarının kamfortlu olmaması idi. Buna görə qran-pri yeni avtodrom tikilənədək çempionatdan çıxarıldı. 1970-ci ildə yarış yeni Österrayxrinq (Avstriya halqası) trasında bərpa edildi. Avtodrom Ştiriya vilayətinin Şpilberq kəndi yaxınlığında yerləşir.
Azərbaycan Qran-prisi
Azərbaycan Qran Prisi — İlk dəfə 2017-ci ildə Bakı Şəhər Halqasında keçirilmiş Formula 1 avtomobil yarışıdır.
Azərbaycan Qran Prisi
Azərbaycan Qran Prisi — İlk dəfə 2017-ci ildə Bakı Şəhər Halqasında keçirilmiş Formula 1 avtomobil yarışıdır.
Braziliya Qran-prisi
Braziliya Qran-prisi (port. Grande Prêmio do Brasil) - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. San-Paulu şəhərində, Xose Karlos Pase avtodromunda keçirilir. == Ümumi məlumat == Braziliya Qran-prisi ilk dəfə 1972-ci ildə İnterlaqos trasında keçirilmişdir. İlk yarış qeyri-rəsmi idi və Formula 1 üzrə dünya çempionatının təqviminə daxil edilməmişdi. Yarış test xarakteri daşıyırdı. Beləki əgər təşkilatçılar FİA-nı razı sala bilsələr qran-pri keçirmə hüququ ala bilərdilər. Bu hal növbəti ildən etibarən dəyişdi. Braziliya qran-prisinin keçirilməsində braziliyalı pilot Emerson Fittipaldinin böyük rolu olmuşdur. Elə o 1973-cü il ilk rəsmi Braziliya Qran-prisinin qalibi olmuşdur.
Bəhreyn Qran-prisi
Bəhreyn Qran-prisi (ərəb. جائزة البحرين الكبرى)‎ - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. == Ümumi məlumat == Bəhreyn qran-prisinin keçriləcəyi Sahir avtodromu 2002-ci ildə tikilməyə başlamışdır. İlk yarış isə ilk dəfə 2004-cü ildə baş tutdu. Bu yarış F-1 tarixində Yaxın Şərqdə keçirilən ilk qran-pri idi. Sahir trasının uzunluğu 5412 metrdir. 2010-cu il mövsümündən əvvəl bu göstərici artırılaraq 6299 metrə qaldırıldı və 2 yeni döngə əlavə edildi. 2011-ci ildə qran-prinin keçirilməsi ilə bağlı problemlər yaranır. Bunun səbəbi fevral ayında būtün ölkəni bürüyən mitinqlər, mürəkkəb siyasi vəziyyət idi. Mətbuatda yarışın keçirilməyəcəyi ilə bağlı xəbərlər yayılsa da FİA bu məlumatları təkzib edərək yalnız vaxtın dəyişdiriləcəyini və oktyabrda keçiriləcəyini bildirdilər.
Fransa Qran-prisi
Fransa Qran-prisi - Formula 1 avtomobil yarışları dünya çempionatının mərhələlərindən biri. == Ümumi məlumat == Fransa Qran-prisi ən qədim avtomobil yarışlarındandır. Hələ XIX əsrin 90-cı illərindən etibarən keçirilməyə başlamışdır. Ancaq Fransa Qran-prisi adı ilə ilk yarış 1906-cı ildə Le-Man şəhəri yaxınlığında keçirilir. 1950-ci ildən etibarən Fransa Qran-prisi dünya çempionatının təqviminə daxil edilir. Yarışların keçirilməsi səlahiyəti Fransa Avtomobil Klubuna (F.A.K.) verilir. Bu klub buna qədərdə avtomobil yarışları keçirirdi. 1911-ci ildə Sarta avtomobil klubu F.A.K.-nın razılığı ilə Fransa Qran-prisi adı ilə yarış keçirir və bu yarış F.A.K. Qran-prisi ilə paralel təşkil edilməyə başlayır. 1950-1968-ci illər arasında Formula 1 üzrə dünya çempionatına daxil olan Fransadakı yarışlar "A.F.C Grand Prix" adlanırdı. Və yalnız yarışların keçirilmə hüququnun Fransa Avtomobil İdmanı Federasiyasına (FAİF) verildikdən sonra qran-pri hal-hazırkı adını aldı.
Macarıstan Qran-prisi
Macarıstan Qran-prisi (ing. Magyar Nagydíj) - Formula-1 avtomobil yarışları üzrə dünya çempionatının raundlarından biri. Yarış Budapeşt şəhəri yaxınlığındakı Hunqarorinq (Budapeşt halqası) avtodromunda keçirilir. == Tarixi == Macarıstan qran-prisi ilk dəfə 21 iyun 1936-cı ildə Budapeştdə Nepliqet parkındakı 5,0 kilometrlik halqada keçirilmişdir. Bu yarışda 4 komanda - Auto Union, Mercedes, Alfa Romeo, Maserati iştirak etmişdir. Yarış böyük marağa səbəb olsa da, davam etdirilə bilmir. Beləki bir neçə il sonra başlayan dünya müharibəsi və sonrakı illərdə Macarıstanda siyasi mühitinin gərginləşməsi qran-prinin dayandırılmasına səbəb oldu. 1986-cı ildə qran-pri bərpa edildi. Bunun üçün paytaxt yaxınlığında yeni Hunqarorinq trası tikilir. Bu dövrdən etibarən Macarıstan yarışları dünya çempionatının əsas mərhələlərindən birinə çevrilir.
Qrizi-le-Platr
Qrizi-le-Platr (fr. Grisy-les-Plâtres) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 556 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 38 km şimal-qərbdə, Serji belediyyənin 11 km şimalda yerləşir.
Türkiyə Qran-prisi
Türkiyə Qran-prisi - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. Qran-pri İstanbul şəhərində qurulmuş "İstanbul Park" avtodromunda keçirilir. == Ümumi məlumat == "İstanbul Park" avtodromu İtanbulun Tuzla rayonunda tikilmişdir. Tikilisinə 2004-cü ilin dekabrında başlanmış və artıq 2005-ci ilin avqustunda yarışları qəbul etmək üçün hazır olmuşdur. Trasın uzunluğu 5338 metrdir. Yarışlar saat əqrəbinin əksi istiqamətində keçirilir. Pilotlar 6-sı sağ və 8-i sol olmaqla 14 döngə edirlər. Yarış 58 halqadan ibarətdir. Avtodromda 26250 nəfərlik əsas tribuna, əlavə olaraq müvəqqəti yaradılan 60000 nəfərlik tribuna və 5 minlik VİP tribuna tikilmişdir. Ümumilikdə yarışları 130 minədək tamaşaçı izləyə bilər.
1958 Argentina Qran-Prisi
1958-ci il Argentina Qran-Prisi — Formula-1 avtoyarışının 1958-ci il mövsümünün ilk mərhələsi. Yarış 19 yanvar 1958-ci ildə Buenos-Ayres trasında reallaşdı. Stirlinq Moss Rob Walk Racing Team komandasının tərkibində Cooper T43 şassisinndə qələbə qazandı. Bu Formula 1-də şəxsi komandanın ilk qələbəsi idi.