Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prilep
Prilep (mak. Прилеп, translit. Prilep) — Şimali Makedoniya Respublikasının cənubunda şəhər və eyniadlı bələdiyyənin inzibati mərkəzi. Şəhər ölkənin böyük şəhərlərindən olan Monastırın yaxınlığında yerləşir. == Coğrafiyası == Makedoniyanın cənubunda yerləşən Prilep, ölkənin inzibati ərazi bölügüsündə Pelagonya bölgəsi sərhədlərinə daxildir. == Tarixi == Prilep, antiq Styberra şəhərinin qalıqları üzərində qurulub. Qurulmasından sonra şəhər Roma İmperiyası dövründə inkişaf etmişdir. 268-ci ildə Qotlar tərəfindən demək olar ki, məhv edilmiş, işğaldan sonra şəhərin yalnız kiçik bir hissəsi qalmışdır. === Osmanlı imperiyası === Şəhər, XIV əsrdə (1385-1395) ətrafındakı yaşayış məntəqələri ilə Osmanlı İmperiyası ərazisinə daxil edilmişdir. Bu dövrdən XX əsrin əvvəllərinə (1912-1913) qədər Osmanlı inzibati ərazisinə aid olmuşdur.
Prilep təpəsi
Prilep təpəsi (bolq. Прилепска могила, ‘Prilepska Mogila’ \'pri-lep-ska mo-'gi-la\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən, 700 m hündürlüklü qaya zirvəsidir. Misti aşırımından cənubda, Laklaver yaylasından qərbdə, Broad dərəsindən cənub-şərqdə yerləşmişdir. Zirvə cənub-şərqi Bolqarıstanda yerləşən Prilep şəhərinin adını daşıyır. == Yerləşməsi == Prilep təpəsi 63°29′15″ c. e. 57°58′45″ q. u. koordinatlarında yerləşmişdir. Morro del Paso zirvəsindən 2.39 km şərqdə, Dabnik zirvəsindən 1.41 km cənub-qərbdə, Kanitz nunatakından 10.08 km qərbdə, Yarlovo nunatakından 6.72 km şimalda yerləşmişdir.
Arilər
Arilər (hind. ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə.
Pirilər
Pirilər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Pirilər kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Kəndin keçmiş adi Pirməmmədli olmuşdur. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Dağıstandan gəlmiş Məşədi Pirməmmədin atası salmışdır. Sonralar toponimin ikinci komponenti (Məmmədli) düşduyündan yaşayış məntəqəsi Pirilar adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Pirlər
Pirlər — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xocalı rayonunun Xramort kənd inzibati-ərazi vahidi tərkibindəki Xramort kəndi Pirlər kəndi, Xramort kənd inzibati-ərazi vahidi Pirlər kənd inzibati-ərazi vahidi adlandırılmışdır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pirlər kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. == Toponimikası == Oykonim Xram (yarğan) və art (arxa tərəf, aşırım) komponentlərindən düzəlib, "yarğanın arxa tərəfi" deməkdir. == Tarixi == 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. == Coğrafiyası və iqlimi == Kənd dağ ətəyi ərazidə yerləşir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Pirlər kəndinin əhalisi 403 nəfər təşkil edirdi.
Pilək
Düymə — geyim aksesuarı. == Tarixi == İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar. Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi. XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi.
Arilər (Ariyailər)
Arilər (hind. ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə.
Pripek burnu
Pripek burnu (bolq. нос Припек, ‘Nos Pripek’ \'nos 'pri-pek\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şimal-qərbdə yerləşən burundur. Burun şimali, cənub-şərqi, şimal-şərqi və cənubi Bolqarıstanda yerləşən Böyük Pripek şəhərinin adını daşıyır. == Yerləşməsi == Tuorda burnundan 3.65 km şimalda, Rossa burnundan 3.55 km şimal-şərqdə, Biser burnundan 6.8 km cənub-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD).
Rafflesia pricei
Rafflesia pricei (lat. Rafflesia pricei) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Senecio pricei
Senecio pricei (lat. Senecio pricei) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Moon Pride
Moon Pride (və ya MOON PRIDE) — 30 iyul 2014-cü ildə yayımlanan, Yaponiyanın Momoiro Clover Z qız musiqi qrupunun 12-ci sinqlı. == Haqqında == Sinqlda 2014-cü ildən göstərilməyə başlanılan "Sailor Moon Crystal" cizgi serialının mövzu musiqiləri yer almışdır. ("Moon Pride" açılış mahnısı, "Gekko" bağlanış mahnısıdır.) "Moon Pride" Sound Horizon orkestrından Revo tərəfindən yazılmış, bəstələnmiş və hazırlanmışdır. Qitara soloları ABŞ rok musiqiçisi Marti Fridman tərəfindən ifa edilmişdir. Sinqlın yayınlanmış 2 versiyası mövcuddur: "Sailor Moon Edition" və "Momoclo Edition". "Sailor Moon Edition"-nun Blu-ray diski və musiqili videosu mövcuddur. "Momoclo Edition"-nun sadəcə CD formatı mövcuddur, bununla əlavə "Seylor Mun R: Film" filmindən "Moon Revenge" mahnısı əlavə olunmuşdur. Musiqili video Yasuşi Uemura tərəfindən hazırlanmış, "Sailor Moon Crystal" cizgi serialının direktoru Munehisa Sakai tərəfindən nəzarət edilmiş və Toei Animation tərəfindən canlandırılmışdır. Musiqili videoda "Sailor Moon Crystal" cizgi serialından səhnələr var. Videoda 3 Seylor döyüşçüsünün çevrilməsinə yer verilmişdi: Seylor Mars, Seylor Venera və Seylor Yupiter.
Pilək tikmə
Pilək tikmə (rus. вышивка блестками) - pulcuqlu tikmə. == Söz açımı == == Növləri == Pilək tikmə taxça, buxarı, güzgü pərdələri, divar bəzəkləri və xırda əşyaların hazırlanmasında istifadə olunub. Pilək əlvan metal dairəciklərdən hazırlanıb və əsasən şal, mahud, qanovuz parça üzərində icra olunub. Çaxma pilək (zərənduz) tikmə Şəki, Şamaxı, Lahıc və Şuşada daha geniş intişar tapıb. Bu sənət daha çox zərgərliklə bağlı olub. Burada istifadə olunan çaxma piləklər zərgərlər tərəfindən döymə və basma (qəlibkarlıq) üsulu ilə hazırlanarmış. Metal lövhələr ağır olduğundan məxmər, tikmə, xara, mahud kimi möhkəm parçalardan istifadə olunub. Belə tikməli əşyalar məişətdə taxça, buxarı, güzgü pərdəsi , pərdəbaşı süfrə və sairə məqsədlərlə istifadə olunub. Metal lövhəciklər müxtəlif formalı buta, paxlava, üçbucaq, dördkünc, dairə, quş, balıq və s.
Pride FC
Pride FC və ya Pride Fighting Championships — Qürur Mübarizə Çempinatı kimi tərcümə olunan bu yarış çempionatı 1997-ci ildə profsional güləşçi və döyüşçü Nobuhiko Takada təşəbbüsü ilə Yaponiyanın Tokio şəhərində keçirilməyə başlamışdır. Sonralar Amerikanın UFC çempionatı ilə birləşdirilərək qaydasız döyüşlərin keçirilməsinə şərait tərəfdaşlıq etmişdir. Bundan başqa K-1 döyüşlərinində Yaponiyada keçirilməsinə köməklik göstərir. Yarışın ilk çempionlarından Mark Coleman, Vanderleyi Silva, Fyodor Yemelyanenko, Dan Henderson,Takanori Gomi, Mirko Filipoviç, göstərmək olar.
Priye (En)
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Talula Riley
Talula Ceyn Riley-Milbarn (ing. Talulah Jane Riley-Milburn; 26 sentyabr 1985, Hartfordşir) — ingilis aktrisa. Əsasən Talula Riley adı ilə tanınır. == Həyatı == Talula Riley təhlükəsizlik sistemləri şirkəti və PR agenti təsisçisi Una Riley ilə Birləşmiş Krallıq Beynəlxalq Cinayət Depertamentinin keçmiş müdürü Douq Milbarnın tək qızı olaraq dünyaya gəldi. Atası hal-hazırda ssenarist olaraq fəaliyyət göstərir. == Karyerası == === Televiziya === Talula Riley Poirot (2003), Marple (2006) və Doctor Who (2008) seriallarının bəzi bölümlərində yer almışdır. E4 kanalında göstərilən Nearly Famous (2017) serialında Lila Rid rolunu canlandırdı. HBO kanalındakı Westworld (2016) serialında birinci və ikinci mövsümdə Ancela rolunu canlandırdı. === Teatr === Talula Riley ilk dəfə tetar karyerasında The Old Vic-də Filip Berrinin The Philadelphia Story adlı teatr tamaşasında yer aldı. Bundan əlavə Tennessi Uilyamsın Summer and Smoke adlı teatr tamaşasında yer almışdır.
Optimus Prime
Optimus Praym (ing. Optimus Prime) — Transformers dünyasında insanyönümlü olan avtobotların lideri. Transformers dünyasında pis tərəf olan deseptikonlarla olan müharibədə məhv olan Sibertrondan sonra mübarizə dünyaya daşınmışdır. Optimus Praym burada da lider olaraq qalmaqdadır.
Prince of Persia
Prince of Persia (azərb. Fars şahzadəsi‎) – Action-adventure (ing. Hərəkət-macəra) janrında olan oyun seriyalarıdır. == Tarixi == "Prince of Persia" videooyununun ilk versiyası Cordan Mexner və "Brøderbund" oyun şirkəti tərəfindən 1989-cu ildə Prince of Persia adı altında yaradılmışdır. Yaradılan oyun 2D formatındadır. Kompaniya oyunun müxtəlif seriyalarını yaradaraq məşhurluq qazanmışdır. "Prince of Persia" oyununun sonuncu seriyaları müxtəlif kompaniyalar tərəfindən hazırlanmışdır. 1999-cu ildə ilk dəfə olaraq oyun seriyasının ilk 3D formatında Prince of Persia 3D adı altında hazırlanılır. Bu oyun 3D formatında yaradılmasına baxmayaraq əvvəlki 2D formatındakı oyun seriyalarına görə çox məşhur olmamışdır. 2003-cü ildə dövrünə görə məşhur olan Prince of Persia: The Sands of Time (azərb.
Yalnız arilər üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi. Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Pride Fighting Championships
Pride FC və ya Pride Fighting Championships — Qürur Mübarizə Çempinatı kimi tərcümə olunan bu yarış çempionatı 1997-ci ildə profsional güləşçi və döyüşçü Nobuhiko Takada təşəbbüsü ilə Yaponiyanın Tokio şəhərində keçirilməyə başlamışdır. Sonralar Amerikanın UFC çempionatı ilə birləşdirilərək qaydasız döyüşlərin keçirilməsinə şərait tərəfdaşlıq etmişdir. Bundan başqa K-1 döyüşlərinində Yaponiyada keçirilməsinə köməklik göstərir. Yarışın ilk çempionlarından Mark Coleman, Vanderleyi Silva, Fyodor Yemelyanenko, Dan Henderson,Takanori Gomi, Mirko Filipoviç, göstərmək olar.
Rudolf Priç
Rudolf Priç (6 avqust 1881, Opava – 1940, Katın[d], Smolensk vilayəti) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı.
Alyssum alpestre proles gerardi
Alyssum alpestre (lat. Alyssum alpestre) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü. == Sinonimləri == Alyssum gerardi Rouy & Foucaud Odontarrhena saxatilis Jord. & Fourr. Odontarrhena pyrenaica Jord. & Fourr. Odontarrhena murcica Jord. & Fourr. Odontarrhena microphylla C.A.Mey. in Ledeb.
Alyssum alpestre proles jordanii
Alyssum alpestre (lat. Alyssum alpestre) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü. == Sinonimləri == Alyssum gerardi Rouy & Foucaud Odontarrhena saxatilis Jord. & Fourr. Odontarrhena pyrenaica Jord. & Fourr. Odontarrhena murcica Jord. & Fourr. Odontarrhena microphylla C.A.Mey. in Ledeb.
Farah (Prince of Persia)
Farah (ing. Farah) - Prince of Persia oyun seriyasının qəhrəmanıdır. Farah personajı Prince of Persia: The Sands of Time və Prince of Persia: The Two Thrones seriyalarında peyda olur. Farah Prince of Persia seriyasında Şahzadə personajının uzunqulağının adı olur və bu ad keçmiş seriyalardakı Farah personajına hörmət olaraq xatırlanmışdır. == Xarakteristika == Farah Hind maxaracasının qızıdır. Fara nəinki cazibədar xarakterə malikdir, o cümlədən, ox atmaq və akrobatik hərəkətlər üzrə ustadır. Atası Zaman adasında gəzinti zamanı "Sehrli medalyon" tapır və qızı Faraha bəxş edir.
Pirlər-i Süfla (Kəleybər)
Pirlər-i Süfla (fars. پيرلرسفلي‎) və ya Aşağı Pirlər — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 255 nəfər yaşayır (50 ailə).
Pirlər-i Ülya (Kəleybər)
Pirlər-i Ülya (fars. پيرلرعليا‎) və ya Yuxarı Pirlər — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı.