Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pristav
Pristav — nəzarətçi vəzifəli şəxs. XVIII əsrədək Rusiyada cavabdehləri və şahidləri məhkəməyə çağırmaq vəzifəsi də pristava tapşırılmışdı. 1864-cü il məhkəmə islahatı ilə məhkəmə pristavı vəzifəsi təsis edilmişdi. Polis pristavı və xüsusi pristav vəzifələri də var idi. Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra Azərbaycanda da pristav vəzifəsi mövcud idi. == Mənbə == ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Dieqo Tristan
Dieqo Tristan Errera (5 yanvar 1976, Sevilya) — İspaniya futbolçusu. == Həyatı == Dieqo Tristan 1976-cı ildə İspaniyanın Sevilya şəhərində doğulub. Hücumçudur. Futbolçu karyerasına "Betis" klubunda başlayıb. 1999-cu ildə "Malyorka" klubuna transfer olub. "Malyorka"nın heyətində 35 matçda 18 qola imza atıb. 2000-ci ilin yayında isə "Deportivo" klubuna transfer edilib. Burada 179 oyunda meydançaya çıxıb və 87 qol vurub. O, 2001–2002-ci il mövsümündə 21 qolla İspaniya Primerosunun bombardiri olub. 2006-cı ildə "Malyorka"ya transfer olan futbolçu bu komandanın heyətində 13 matçda meydana çıxsa da, qol vura bilməyib.
Nunu Triştan
Nuno Triştan (XV əsr – 1446, Qvineya-Bisau) — Portuqal dənizçisi, qul alverçisi, Qvineya-Bisaunu kəşf etmişdir.
Tristan Muyumba
Tristan Muyumba Nkita (7 mart 1997-ci ildə anadan olub) — Monako klubundan icarə əsasında Belçika Birinci Divizion B təmsilçilərindən olan Serkl Brügge klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === Muyumba öz peşəkar karyerasında debütünü Monako klubu ilə 26 aprel 2017-ci ildə etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Monako Fransa Kubokunun yarımfinal mərhələsində Pari Sen-Jermenə 5-0 hesabı ilə məğlub olmuşdur.
Tristan Qeyl
Tristan Qeyl (d. 10 avqust 1980) — Birləşmiş Ştatları təmsil edən skeletonçu. Tristan Qeyl, Birləşmiş Ştatları 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Tristan Qeyl, 2002-ci ildə Birləşmiş Ştatlar yığmasının heyətində elə Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Tristan Qeyl, 1-ci gedişdə 52.26 saniyə, 2-ci gedişdə isə 52.85 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 1-ci yeri tutaraq qızıl medalla başa vurdu.
Tristan-da-Kunya
Tristan-da-Kunya və ya qısaca Tristan (ing. Tristan da Cunha) — Atlantik okeanının cənubunda yer alan uzaq bir vulkanik ada qrupudur. Cənubi Afrikadakı Keyptaun sahilindən təqribən 1,511 mil (2.416 km), Müqəddəs Yelena adasından 1.343 mil (2.161 km) və Folklend adalarından 2.166 mil (2.866 km) məsafədə yerləşən dünyanın ən ucqar yaşayış adalarıdır.Bu ərazi diametri təxminən 11 kilometr (6,8 mil) olan və sahəsi 98 kvadrat kilometr (38 kvadrat mil) olan Tristan da Kunya adasından, eləcə də Qof adasının kiçik səhra adalarının vəhşi təbiət qoruqlarından ibarətdir. Oktyabr 2018-ci il kimi əsas adada Britaniya vətəndaşlığı olan 250 daimi sakin yaşayır. Qof adasında hava stansiyası heyəti istisna olmaqla, digər adalarda yaşayış yoxdur.Tristan da Cunha, öz konstitusiyasına sahib Britaniya müstəmləkəsidir. Əsas adada heç bir hava limanı yoxdur, Buraya gəlmək üçün yeganə yol Cənubi Afrikadan qayıqla altı günlük səyahətdir. == Tarixçəsi == Adalar ilk dəfə 1506-cı ildə portuqal tədqiqatçı Tristo da Kunya tərəfindən kəşf edildiyi qeydə alındı, lakin təlatümlü dəniz, tədqiqatçıya burada enməyə mane oldu. Adanın adını öz adı, Ilha de Tristão da Cunha kimi adlandırmışdır. Sonralar İngilis Dəniz Qüvvələrinin buraya çatması ilə İngilisləşmə prosesi baş vermişdir. Bəzi mənbələr Portuqaliyanın ilk enişinin 1520-ci ildə Ruy Vaz Pereira tərəfindən kəşf edildiyi fikrini irəli sürür.İlk mübahisəsiz eniş 7 fevral 1643-cü ildə Niderland Ost-Hind Şirkəti, Klaes Gerrit Bierenbrudsput tərəfindən idarə edilən Heemstede gəmisi tərəfindən həyata keçirilmişdir.
Tristan da Kuna

Tristan və İzolda
Tristan və İzolda - sevgi dastanı və ya romantik faciə janrlı dastan. XII əsrdən bəri bir çox mənbələrdə, fərqli versiyalarda təqdim olunur. Dastan Korniş sərkərdəsi Tristan və İrlandiya şahzadəsi İzoldanın sevgisindən bəhs edən bir faciədir. Bəzi mənbələrdə bu faciəni "zina eşq" də adlandırırlar. XII əsrdən bəri hekayənin təfərrüatları və detalları hər müəllifə görə dəyişsə də ümumi məzmun, indiyə qədər olduğu kimi qalır. == Personajların əfsanəsi == Tristanın xarakteri və hekayəsi müəllifdən müəlifə dəyişir. Hətta qəhrəmanın adı belə müxtlif dillərdə, müxtəlif formalarda təqdim olunur. Bunanla belə, ən əsas ad; "Tristan" olaraq qəbul olunur. Tristanın əfsanəsi iki əsas mənbədən qaynaqlanır. Birinci mənbə XII əsrin ikinci yarısında yaşamış iki fransız yazar, Tomas Britaniyalı və Beruol Normandiyalının (və ya Bretonlu) romanlarından qaynaqlanır.
Kristian
Kristian — ad. Bu adı olan tanınmış şəxslərKristian Benites — Meksikanın "Amerika" klubunun və Ekvador millisinin futbolçusu. Kristian Pulhak — Qəbələ FK oyunçusu Kristian Vasilkan — Bakcell-in texniki direktoru. Kristian Vulf — Almaniya prezidenti. Kristian Beyl — ingiltərəli aktyor. Kristian Lorenz — almaniyalı musiqiçi Kristian Dior — fransız modelyer. Kristian Ponsele — konservativ fransız siyasətçisi, Kristian Dopler — Avstriyalı riyaziyyatçı və fizik.
Kristin
Kristin — ad. Kristin Larsen — Kanadanı təmsil edən sinxron üzgüçü. Kristin Ruz — ABŞ-lı akrisa. Kristin Freyzer — Azərbaycanın fiqurlu konkisürmə üzrə rəqs cütlüyü Lukanin Rusiyadan, Freyzer isə ABŞ-dandır. Kristin Çabbak — Amerikan televiziyasında xəbər aparıcısı, jurnalist.
Loristan
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır.Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Luristan

Narıstan
Narıstan (az.-əbcəd نارێستان‎, fars. انارستان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 131 nəfər yaşayır (40 ailə).
Nuristan
Nuristan vilayəti (puşt. نورستان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 9.225 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 134.1 min nəfər, inzibati mərkəzi Qamdiş şəhəridir. Əhalinin əksəriyyətini nuristanilər təşkil etsə də, vilayətdə az sayda qucaratlılar (hindlilər), taciklər, puştunlar və digər millətlərin nümayəndələri də yaşayır. Vilayət inzibati cəhətdən Məndol, Vama, Vayqal, Nuristan, Qamdiş və Bərgi Matal rayonlarına bölünür. == Əhalisinin etnik tərkibi == Əhalisinin 99.3%-ni nuristanilər, 0.6%-ni qucaratlılar, 0.1%-ni taciklər təşkil rdir.
Oristano
Oristano — Sardiniyada şəhər.
Pakistan
Pakistan (urdu. پاکِستان; ing. Pakistan) və ya rəsmi adı ilə Pakistan İslam Respublikası (urdu. اِسلامی جمہوریہ پاکِستان; ing. Islamic Republic of Pakistan) — Cənubi Asiyada dövlət. Pakistan əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 900.125 km-dir. Ölkə cənubdan Ərəbistan dənizi və Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunmuşdur. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir. Paytaxtı İslamabad, ümumi sahəsi 881,913 kvadrat kilometr, əhalisinin sayı 212 milyondan çoxdur.
Preston
Preston (ing. Preston) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Prinston
Prinston (ing. Princeton) — ABŞ-nin Nyu-Cersi, Merser dairəsində şəhər. Bələdiyyə, 1 yanvar 2013-cü ildə Prinston borosunu və Prinston taunşipi birləşməsi ilə yaradıldı. 2010-cu il ABŞ siyahıya alınmasına görə bələdiyyənin əhalisi 28.572 nəfər idi ki, bunlardan da əvvəlki şəhərin əhalisi 16.265 nəfər, keçmiş diyarın əhalisi 12.307 nəfər idi. == Tarixi == Vaşinqton komandanlığı altında olan Amerika qüvvələri tərəfindən Polkovnik Moqudun komandanlığı altında İngilislər üzərində Prinstonda qazanılan zəfər, müstəqillik müharibəsində dönüş nöqtəsi oldu. == Coğrafiyası == Filadelfiyadan 70 km şimal-şərqdə və Nyu-Yorkun cənub-qərbində oxşar məsafədə yerləşir. == İstinadlar == == Xarici keçidlər == Prinston // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Priştina
Priştina və ya Priştine (Albanca: Prishtinë / Prishtina/Prishtë/ ; Serbcə: Priština / Пришт) Kosovanın paytaxtı və ən böyük şəhəri.
Prostat
Yunanca: προστάτης prostates, termini "protector" qoruyucu gözətçi mənasındadır boşaltma sisteminin sonuna yaxın hissədə məsanə və üretra (xarici sidik kanalı) arasında yerləşən şabalıd şəklində və şabalıd böyüklüyündə bir orqandır. Prostat yalnız kişilərdə mövcuddur. Qadınlarda prostat və ya buna bənzəyən hər hansı bir orqan mövcud deyildir. == Xüsusiyyəti == Sağlam bədəndə prostat vəzi iki vəzifəyə malikdir. Əsas vəzifəsi sidik kisəsindən sidiyi xaric etmək və orqazm sırasında kişinin spermasının gəlməsini təmin etməkdir.
Proşyan
Proşyan - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.
Xristian
Xristian, Xaçpərəst, Nəsrani və ya Məsihi-Əhdi-Cədid məktublarında və incildə qeyd edilmiş Nazaretli İsanın həyatı və təlimlərinə əsaslanan təkallahlı və İbrahimi din olan xristianlığa bağlı şəxsdir.
Ərcistan
Ərcistan (fars. ارجستان‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 293 nəfər yaşayır (62 ailə).
Ərdistan
Ərdistan — İranın İsfahan ostanının şəhərlərindən və Ərdistan şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,698 nəfər və ya 4,077 ailədən ibarət idi.
Mistan
Mistan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 186 nəfərdir. == Toponimiyası == Mistan oykoniminin mənasına aid iki fikir mövcuddur. Bəzi tədqiqatçıların fikrincə, oykonim Mistan şəxs adı ilə bağlıdır. Digər tədqiqatçılar qeyd edirlər ki, Mistan talışca Mıston adlanır və talış dilində mıst mis, -o/z-cəmlik bildirən şəkilçidir. == Tarixi == Mistan kəndinin tarixi çox qədimdir. Mistan eli 6 qəbilədən ibarət olmuşdur:[mənbə göstərin] 1. Misçiyon (misçilər). 2. Amburon - Osonağaçiyon (dəmirçilər).
Pisten
Pistən - türk, tatar və altay xalq inancında meymun ruh. Pitsen, Pistin və ya Misten də deyilir. Monqollar Mesen olaraq adladırırlar. == Xüsusiyyətləri == Tatarlar, çirkin üzlü qır saçlı qadına bənzəyən meymun cildindəki meşə varlığına Matsın və ya Mitçin deyirlər. Donqar, uzun boylu, tüklü meymun cildindəki bu ruh ovçuların evində yaşayır, meşəyə tək gələn insanları uçuruma aparıb orada öldürürmüş. Uşaqları ana atalarından oğurlayıb, onları iztirab içində öldürər. Gənc qıza çevrilir və insanla əlaqəyə girir. Rəvayətə görə bir ovçu, meşənin içində gözəl bir gənc qız tapır və onunla evlənir. Bir dəfə evə gəldiyi zaman onu kərtənkələlər yeyərkən, uzun dişli bir canavar olaraq görər. Qorxuyla bağırınca yoldaşı və sərvəti yox olur.
Pistən

Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. == Həyatı == Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Müqəddəs Yelena, Askenson və Tristan-da-Kunya adaları
Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya (ing. Saint Helena, Ascension and Tristan da Cunha) — Böyük Britaniyanın Müqəddəs Yelena və Yüksəliş adalarından, eləcə də Tristan-da-Kunya arxipelaqından ibarət olan, Afrika sahillərindən qərbdə, Cənubi Atlantikada yerləşən dəniz əraziləri. 2009-cu il sentyabrın 1-nə - hər bir ada qrupunun bərabər statusunu müəyyənləşdirən yeni konstitusiya qüvvəyə minənə qədər Müqəddəs Yelena adası və Ərazilər (ing. Saint Helena and Dependencies) adını daşıyıb.
Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya adaları