Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prisbit
Prisbit və ya Parsbit — Xəzər xaqanlığının qadın hökmdarı. Bəzi qaynaqlarda adı Barsbek kimi yazılır.
Prişib
Göytəpə (əvvəlki adı: Prişib) — Azərbaycan Respublikasının Cəlilabad rayonununda şəhər. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılmışdır. == Tarixi == Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur — Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s. XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir.
Bulbophyllum pristis
Bulbophyllum pristis (lat. Bulbophyllum pristis) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Chamaesyce preslii
Euphorbia nutans (lat. Euphorbia nutans) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Chamaesyce lansingii Millsp. Chamaesyce nutans (Lag.) Small Chamaesyce preslii (Guss.) Arthur Euphorbia androsaemifolia C.Presl [Illegitimate] Euphorbia gibraltarica Wolley-Dod Euphorbia hypericifolia var. communis Engelm. Euphorbia lansingii (Millsp.) Brühl Euphorbia nutans var. glaberrima Thell. Euphorbia potosina var. lamasis Carvajal & Lomelí Euphorbia preslii Guss. Euphorbia preslii var.
Cozef Pristli
Cozef Pristli (ing. Joseph Priestley,13 mart 1733—6 fevral 1804) — Böyük Britaniya kimyaçısı, filosofu. == Həyatı == İngilis kimyaçısı Cozef Pristli 13 mart 1733-cu ildə anadan olmuşdu. Qazlı içkiləri ilk dəfə britaniyalı kimyaçı Cozef Pristli kəşf edib. O çox hərtərəfli insan idi: təbii elmlərdən əlavə fəlsəfə, ruhaniliklə də maraqlanırdı. Cozef Pristli fotosintez prosesini öyrənib, "şənləndirici" qaz və oksigeni kəşf edib. Bu kəşflərin əksəriyyəti digər tədqiqatçıların əhəmiyyət vermədikləri prosesləri izləməklə baş verib. Qazlı içkilərin kəşfi də bu qəbildəndir. Pivə istehsalı ilə məşğul olan yerli sexdə Pristlini belə bir sual düşündürürdü: qıcqırdılma zamanı yaranan köpüklərin tərkibi nədən ibarətdir? O təxmin edir ki bu qaz suda yaxşı həll olmalıdır və buna görə də hazırlanan pivə üzərində su qabları yerləşdirir.
Elvis Presley
Elvis Aaron Presli (ing. Elvis Aaron Presley; 8 yanvar 1935[…], Tyüpelo[d], Missisipi ştatı – 16 avqust 1977[…], Memfis, Tennessi[…]) — amerikalı müğənni və aktyor. Ölümündən qırx ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında "təzələyə" bilirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir. == Erkən dövr (1935–1953) == === Uşaqlıq illəri === Elvis Presli 1935-ci il yanvar ayının 8-də ABŞ-nin Missisipi ştatının Tyüpelo şəhərində, Vernon və Qlədis Preslilərin ailəsində anadan olub (Elvis valideynlərinin hələ anadan olmadan Cess Qaron adı verdikləri əkiz qardaşını doğulduğu gün itirib). Preslilər ailəsi kasıbçılıq içində yaşayıb. Ailənin vəziyyəti gələcək müğənninin atası 1938-ci ildə saxta çek düzəltməkdə ittiham edilərək həbs olunandan sonra daha da ağırlaşıb (atası iki il həbsxanada yatıb). Uşaqlıqdan musiqi və din Elvisin ruhuna hakim kəsilib, kilsəyə baş çəkmək və kilsə xorunda oxumaq onun üçün yerinə yetirilməsi vacib həyati qanunlardan biri olub. Anası oğlunun davranışlarına ömrü boyu xüsusi diqqət yetirib və böyüklərə hörmət etməyin vacib olduğunu bir növ qanun kimi onun beyninə yeridib.
Euphorbia preslii
Euphorbia nutans (lat. Euphorbia nutans) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Chamaesyce lansingii Millsp. Chamaesyce nutans (Lag.) Small Chamaesyce preslii (Guss.) Arthur Euphorbia androsaemifolia C.Presl [Illegitimate] Euphorbia gibraltarica Wolley-Dod Euphorbia hypericifolia var. communis Engelm. Euphorbia lansingii (Millsp.) Brühl Euphorbia nutans var. glaberrima Thell. Euphorbia potosina var. lamasis Carvajal & Lomelí Euphorbia preslii Guss. Euphorbia preslii var.
Mesxeti prinsliyi
Mesxeti atabəyliyi yaxud Samstxe atabətliyi — Samstxe eristavlığının Elxanilər tərəfindən statusunun yüksəldilməsi nəticəsində yaranmışdı. 1628-ci ildə bu status Mesxetiyanı işğal edən Osmanlı imperiyası tərəfindən ləğv edildi və Çıldır əyalətinə qatıldı. İdarəçiləri gah çar, gah prins, gah da atabəy adlanırdı.
Mixail Prişvin
Mixail Mixailoviç Prişvin (rus. Михаи́л Миха́йлович При́швин; 23 yanvar (4 fevral) 1873, Xruşyovo-Lyovşino[d], Yelets qəzası[d], Orlov quberniyası[d], Rusiya imperiyası – 16 yanvar 1954[…], Moskva) — rus və sovet yazıçısı, filosofu. == Həyatı == Mixail Mixailoviç Prişvin 23 yanvar 1873-cü ildə Rusiya imperiyasının Orlov quberniyasında anadan olmuşdu. O, sakit bir həyat yaşayıb: tacir ailəsində doğulub, Yelets gimnaziyasında, sonra isə Leypsiq universitetinin aqronomluq bölməsində oxuyub, Klində zemstvo idarəsində aqronom işləyib, Petrov kənd təsərrüfatı akademiyasının (indiki İ.Timirzayev adına akademiya) laboratoriyasında fəliyyət göstərib, aqronomluğa aid elmi əsərlər nəşr etdirib. Sanki hər şey çox gözəl, çox böyük uğurla gedirdi! Ancaq Prişvin 33 yaşında qəfildən işini atır, silah alır və yalnız yol çantası ilə qeyd kitabçasını götürüb payi-piyada şimala, “qorxmaz quşlar diyarına” üz tutur. İlk baxışda qəribə görünən bu səyahətin yol qeydləri onun ilk kitabının özülünü təşkil edir. Ardınca yeni səyahətlər gəlir (o, bütün Şimalı, mərkəzi Rusiyanı, Uzaq Şərq və Qazaxıstanı dolaşır) və yeni kitablar nəşr olunur. Sakit və dinc həyatını belə kəskin dəyişməyə məcbur edən nə idi, hansı “sualtı daşlar” onun axınını dəyişmişdi? Prişvinin “gizli saxlanılmış” “Gündəliklər”ində uzaq uşaqlıq illərinin o qədər də əhəmiyyətli görüməyən epizodu xatırlanır.
Elvis Presli
Elvis Aaron Presli (ing. Elvis Aaron Presley; 8 yanvar 1935[…], Tyüpelo[d], Missisipi ştatı – 16 avqust 1977[…], Memfis, Tennessi[…]) — amerikalı müğənni və aktyor. Ölümündən qırx ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında "təzələyə" bilirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir. == Erkən dövr (1935–1953) == === Uşaqlıq illəri === Elvis Presli 1935-ci il yanvar ayının 8-də ABŞ-nin Missisipi ştatının Tyüpelo şəhərində, Vernon və Qlədis Preslilərin ailəsində anadan olub (Elvis valideynlərinin hələ anadan olmadan Cess Qaron adı verdikləri əkiz qardaşını doğulduğu gün itirib). Preslilər ailəsi kasıbçılıq içində yaşayıb. Ailənin vəziyyəti gələcək müğənninin atası 1938-ci ildə saxta çek düzəltməkdə ittiham edilərək həbs olunandan sonra daha da ağırlaşıb (atası iki il həbsxanada yatıb). Uşaqlıqdan musiqi və din Elvisin ruhuna hakim kəsilib, kilsəyə baş çəkmək və kilsə xorunda oxumaq onun üçün yerinə yetirilməsi vacib həyati qanunlardan biri olub. Anası oğlunun davranışlarına ömrü boyu xüsusi diqqət yetirib və böyüklərə hörmət etməyin vacib olduğunu bir növ qanun kimi onun beyninə yeridib.
Prisis Ruiz
Prisis Ruiz (d. 28 yanvar 2002) — Kubalı suya tullanan. Prisis Ruiz Kubanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Prisis Ruiz birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 184.90 xal toplayaraq 38-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Elvis Presley (albom)
Elvis Presley (Birləşmiş Krallıqda Elvis Presley Rock n' Roll adı altında çıxarılmışdır) amerikalı müğənni Elvis Preslinin ilk studiya albomudur. Albom 1956-cı ilin martında RCA Victor studiyası tərəfindən, monofon səs ilə, LPM 1254 kataloq nömrəsi ilə çıxarılmışdır. Səsyazma sessiyası yanvarın 10-11-i Neşvill, Tenessi'də RCA Victor səsyazma studiyasında, yanvarın 30 və 31-i isə həmin studiyanın Nyu-Yorkdakı ofisində baş tutmuşdur. Qalan işlər isə Memfisin Sun studiyasında görülmüşdürAlbom 1956-cı ildə 10 həftə Bilboard 200'də zirvədə qalmış və bu uğura imza atan ilk rok-n-roll albomu olmuşdur. Eyni zamanda, bu janrda 1 milyon nüsxə satılan ilk albom olmuşdur . 2003-cü ildə albom Rolling Stones dərgisinin tarixin 500 ən yaxşı albomu siyahısında 56-cı yerdə qərarlaşmışdır . Elvis Presley həmçinin musiqiçinin Ölmədən öncə dinlənilməsi gərəkli 1001 albom kitabına da daxil edilən üç albomundan biridir ki, digər albomlar Elvis is Back! və From Elvis in Memphis'dir.
Euphorbia preslii var. andicola
Euphorbia nutans (lat. Euphorbia nutans) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Chamaesyce lansingii Millsp. Chamaesyce nutans (Lag.) Small Chamaesyce preslii (Guss.) Arthur Euphorbia androsaemifolia C.Presl [Illegitimate] Euphorbia gibraltarica Wolley-Dod Euphorbia hypericifolia var. communis Engelm. Euphorbia lansingii (Millsp.) Brühl Euphorbia nutans var. glaberrima Thell. Euphorbia potosina var. lamasis Carvajal & Lomelí Euphorbia preslii Guss. Euphorbia preslii var.
Avropa Qran-prisi
Avropa Qran-Prisi (ing. Grand Prix of Europe, alm. Großer Preis von Europa‎) — avto yürüşlər üzrə Dünya Çempionatlığının ən önəmli mərhələlərindən biri 1980-ci ildən bu yana Qran-Pri ilk dəfə Dünya Formula-1 çempionatının təqvimində yer alır, lakin 1993-cü ildən bəri müntəzəm olaraq keçirilir. İkinci Dünya Müharibəsində "European Grand Prix" adlı bir yarışma təşkil edildi, bu ilk milli Qran-Prilərdən biri hesab olunurdu. İlk belə müsabiqə İtaliyanın Monza şəhərində 1923-cü ildə İtaliya Qran-Pri çərçivəsində keçirilib. Fiat 805 avtomobilini idarə edən Karlo Salmano müsabiqənin qalibi elan edilmişdir. Formula-1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. Yarışlar il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.
Avropa Qran Prisi

Avstriya Qran-prisi
Avstriya Qran-prisi (alm. Großer Preis von Österreich‎) - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. İlk dəfə 1963-cü ildə keçirilmişdir. == Ümumi məlumat == İlk Avstriya qran-prisi 1963-cü ildə Seltveq trasında keçirilmişdir. 1964-cü ildə isə Formula 1 təqviminə salındı. Ancaq yarışdan sonra həm FİA, həm də komandalar trasdan narazı qaldılar. Əsas tənqidlər yolun darlığı, sərt döngələrin olması, azarkeş tribunlarının kamfortlu olmaması idi. Buna görə qran-pri yeni avtodrom tikilənədək çempionatdan çıxarıldı. 1970-ci ildə yarış yeni Österrayxrinq (Avstriya halqası) trasında bərpa edildi. Avtodrom Ştiriya vilayətinin Şpilberq kəndi yaxınlığında yerləşir.
Azərbaycan Qran-prisi
Azərbaycan Qran Prisi — İlk dəfə 2017-ci ildə Bakı Şəhər Halqasında keçirilmiş Formula 1 avtomobil yarışıdır.
Azərbaycan Qran Prisi
Azərbaycan Qran Prisi — İlk dəfə 2017-ci ildə Bakı Şəhər Halqasında keçirilmiş Formula 1 avtomobil yarışıdır.
Braziliya Qran-prisi
Braziliya Qran-prisi (port. Grande Prêmio do Brasil) - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. San-Paulu şəhərində, Xose Karlos Pase avtodromunda keçirilir. == Ümumi məlumat == Braziliya Qran-prisi ilk dəfə 1972-ci ildə İnterlaqos trasında keçirilmişdir. İlk yarış qeyri-rəsmi idi və Formula 1 üzrə dünya çempionatının təqviminə daxil edilməmişdi. Yarış test xarakteri daşıyırdı. Beləki əgər təşkilatçılar FİA-nı razı sala bilsələr qran-pri keçirmə hüququ ala bilərdilər. Bu hal növbəti ildən etibarən dəyişdi. Braziliya qran-prisinin keçirilməsində braziliyalı pilot Emerson Fittipaldinin böyük rolu olmuşdur. Elə o 1973-cü il ilk rəsmi Braziliya Qran-prisinin qalibi olmuşdur.
Bəhreyn Qran-prisi
Bəhreyn Qran-prisi (ərəb. جائزة البحرين الكبرى)‎ - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. == Ümumi məlumat == Bəhreyn qran-prisinin keçriləcəyi Sahir avtodromu 2002-ci ildə tikilməyə başlamışdır. İlk yarış isə ilk dəfə 2004-cü ildə baş tutdu. Bu yarış F-1 tarixində Yaxın Şərqdə keçirilən ilk qran-pri idi. Sahir trasının uzunluğu 5412 metrdir. 2010-cu il mövsümündən əvvəl bu göstərici artırılaraq 6299 metrə qaldırıldı və 2 yeni döngə əlavə edildi. 2011-ci ildə qran-prinin keçirilməsi ilə bağlı problemlər yaranır. Bunun səbəbi fevral ayında būtün ölkəni bürüyən mitinqlər, mürəkkəb siyasi vəziyyət idi. Mətbuatda yarışın keçirilməyəcəyi ilə bağlı xəbərlər yayılsa da FİA bu məlumatları təkzib edərək yalnız vaxtın dəyişdiriləcəyini və oktyabrda keçiriləcəyini bildirdilər.
Fransa Qran-prisi
Fransa Qran-prisi - Formula 1 avtomobil yarışları dünya çempionatının mərhələlərindən biri. == Ümumi məlumat == Fransa Qran-prisi ən qədim avtomobil yarışlarındandır. Hələ XIX əsrin 90-cı illərindən etibarən keçirilməyə başlamışdır. Ancaq Fransa Qran-prisi adı ilə ilk yarış 1906-cı ildə Le-Man şəhəri yaxınlığında keçirilir. 1950-ci ildən etibarən Fransa Qran-prisi dünya çempionatının təqviminə daxil edilir. Yarışların keçirilməsi səlahiyəti Fransa Avtomobil Klubuna (F.A.K.) verilir. Bu klub buna qədərdə avtomobil yarışları keçirirdi. 1911-ci ildə Sarta avtomobil klubu F.A.K.-nın razılığı ilə Fransa Qran-prisi adı ilə yarış keçirir və bu yarış F.A.K. Qran-prisi ilə paralel təşkil edilməyə başlayır. 1950-1968-ci illər arasında Formula 1 üzrə dünya çempionatına daxil olan Fransadakı yarışlar "A.F.C Grand Prix" adlanırdı. Və yalnız yarışların keçirilmə hüququnun Fransa Avtomobil İdmanı Federasiyasına (FAİF) verildikdən sonra qran-pri hal-hazırkı adını aldı.
Macarıstan Qran-prisi
Macarıstan Qran-prisi (ing. Magyar Nagydíj) - Formula-1 avtomobil yarışları üzrə dünya çempionatının raundlarından biri. Yarış Budapeşt şəhəri yaxınlığındakı Hunqarorinq (Budapeşt halqası) avtodromunda keçirilir. == Tarixi == Macarıstan qran-prisi ilk dəfə 21 iyun 1936-cı ildə Budapeştdə Nepliqet parkındakı 5,0 kilometrlik halqada keçirilmişdir. Bu yarışda 4 komanda - Auto Union, Mercedes, Alfa Romeo, Maserati iştirak etmişdir. Yarış böyük marağa səbəb olsa da, davam etdirilə bilmir. Beləki bir neçə il sonra başlayan dünya müharibəsi və sonrakı illərdə Macarıstanda siyasi mühitinin gərginləşməsi qran-prinin dayandırılmasına səbəb oldu. 1986-cı ildə qran-pri bərpa edildi. Bunun üçün paytaxt yaxınlığında yeni Hunqarorinq trası tikilir. Bu dövrdən etibarən Macarıstan yarışları dünya çempionatının əsas mərhələlərindən birinə çevrilir.
Türkiyə Qran-prisi
Türkiyə Qran-prisi - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. Qran-pri İstanbul şəhərində qurulmuş "İstanbul Park" avtodromunda keçirilir. == Ümumi məlumat == "İstanbul Park" avtodromu İtanbulun Tuzla rayonunda tikilmişdir. Tikilisinə 2004-cü ilin dekabrında başlanmış və artıq 2005-ci ilin avqustunda yarışları qəbul etmək üçün hazır olmuşdur. Trasın uzunluğu 5338 metrdir. Yarışlar saat əqrəbinin əksi istiqamətində keçirilir. Pilotlar 6-sı sağ və 8-i sol olmaqla 14 döngə edirlər. Yarış 58 halqadan ibarətdir. Avtodromda 26250 nəfərlik əsas tribuna, əlavə olaraq müvəqqəti yaradılan 60000 nəfərlik tribuna və 5 minlik VİP tribuna tikilmişdir. Ümumilikdə yarışları 130 minədək tamaşaçı izləyə bilər.
1958 Argentina Qran-Prisi
1958-ci il Argentina Qran-Prisi — Formula-1 avtoyarışının 1958-ci il mövsümünün ilk mərhələsi. Yarış 19 yanvar 1958-ci ildə Buenos-Ayres trasında reallaşdı. Stirlinq Moss Rob Walk Racing Team komandasının tərkibində Cooper T43 şassisinndə qələbə qazandı. Bu Formula 1-də şəxsi komandanın ilk qələbəsi idi.
1958 Argentina Qran Prisi