Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Prişib
Göytəpə (əvvəlki adı: Prişib) — Azərbaycan Respublikasının Cəlilabad rayonununda şəhər. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılmışdır. Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur — Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s. XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir.
Ptifur
Ptifur (fr. petit four) — Xırda müxtəlif peçenilərdən və ya pirojnalardan ibarət assortidir. Eyni xəmirdən hazırlanıb, formasına və qarışıqlarına görə fərqlənir ancaq. Çox vaxt onu biskvit və ya şəkər tozlu xəmirdən hazırlayırlar. Müxtəlif içlik, krem və ya qlazur ilə bəzədilir. Bu kiçik şirnilər demək olar ki, 1 dişlənməlik başa düşülür və yeməklərin sonunda çay, kofe və kokteyllərlə verilir. Ptifur Fransada XVIII əsrdə Fransız ingilabının ən qızğın vaxtında meydana gəlmişdir. O dövrlərdə iri peçlər mövcud idi ki, harda bir iri donuzu və ya qoçu bişirmək olurdu. Belə peçlərin yandırılması çox baha başa gəlirdi. Belə ki, onların qızması da uzun zaman çəkirdi.
Pərisuz
Pərisuz və ya Parisos — orta əsr Azərbaycanında çarlıq, şəhər, qala və monastır adı. Onun mərkəzi Şəmkirçayın yuxarı hövzəsində, indiki Azərbaycanın Qalakənd kəndi yaxınlığında yerləşirdi. Pərisuz çarlığı X əsrdə Ermənistan yaylasının şərqində ən mühüm knyazlığa çevrilmişdir. Pərisuzun xarabalıqları tarixən Pərisuz adlanan, Şəmkirçayın qolu olan çayın sol sahilindəki qayanın üzərində yerləşir. Pərisuz həmçinin, Şəmkirçay hövzəsini əhatə edən ətraf mahalın və paytaxtı burada olan bir çarlığın adı idi. Pərisuz qala-şəhərinin IX əsrdə qurulduğu ehtimal olunur. Şəmkirçayın daha aşağı axınında, yaxınlıqdakı Girdman qalasını Şəmkirçay hövzəsinin mərkəzi kimi əvəz etmişdir. Pərisuz Girdmandan daha çətin coğrafi mövqeyə malik idi. Mahal əsasən əvvəlki Girdman ilə üst-üstə düşürdü. Yaxınlıqda Pərisuz adlı bir monastır da mövcud idi.
Pisuar
Pisuar - əsas xüsusiyyəti ayaq üstə istifadə edilməsi olan kişilər üçün xüsusi hazırlanmış tualetdir . Qadın pisuarı və Interaktiv pisuar növləri də mövcuddur. Qədim Roma Dövrünə aid tapılmış pisuarın o dönəm müxtəlif məqsədləri var idi. Məlumdur ki, müasir pisuar üçün ilk patent 1866-cı il martın 27-də amerikalı Endryu Renkin tərəfindən alınıb. Dəyişən həyat tərzinin yaratdığı ehtiyaclar səbəb olaraq qadınlar üçün də məxsusi hazırlanmış pisuarlar da ortaya çıxmışdır, amma ümumi götürəndə istifadəsi kişilər üçün daha faydalıdır.
Arısu
Arısu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Arısu oyk, sadə. Gədəbəy r-nunun Çaldaş i.ə.v.-də kənd. Adını ərazidəki eyniadlı çaydan almışdır. Yaşayış məntəqəsi XIX əsrdə Arısu çayının sağ sahilində məskunlaşmış Qazax r-nundan gəlmiş ağsaçlı, Gədəbəy r-nunun Çalburun kəndindən gəlmiş didarlı, keçmiş Şovdu kəndindən gəlmiş atxanlı nəsilləri tərəfindən salınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 459 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Pisum
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Prius
Toyota Prius — dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobilidir. 2005-ci ildə Avropada ilin avtomobili seçilmişdir. Ölçüsü, təchizatı və qiymətinə müvafiq orta sinif avtomobil qəbul edilir. Gələcəyin motor texnologiyası olaraq görülən hibrid sistemində benzinli və ya dizel bir motor ilə elektrik motoru eynizamanlı çalışır. Toyota, 1997-ci ildən indiyə qədər dünyada 613300 hibrid avtomobil satışı həyata keçirib. Prius satışları Avropada əhəmiyyətli ölçüdə bir artım göstərərək 2004-cü ildə 8136 ədəddən 2005-ci ildə 18886 ədədə çatmışdır.
Prisad adası
Prisad adası (bolq. остров Присад, ‘Ostrov Prisad’ \'os-trov 'pri-sad\) — Cənubi Şetland adalarının Lou adaları arxipelaq qrupuna daxil olan adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 520 m, cənub-şimal istiqamətində eni 640 metrdir. Limets yarımadasından 60 m məsafədə yerləşmişdir. Ada Şimal-şərqi və cənub-şərqi Bolqarıstanda yerləşən Prisad şəhərinin adını daşıyır. Prisad adası 63°13′55″ c. e. 62°10′38″ q. u.
Prisis Ruiz
Quercus prinus
Quercus prinus (lat. Quercus prinus) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Rayns Pribus
Raynhold "Rayns" Pribus (ing. Reinhold Richard «Reince» Priebus; 18 mart 1972[…]) — ABŞ vəkili və siyasətçisi-respublikaçı, ABŞ Respublikaçılar Partiyasının Milli Komitəsinın sədri (2011-ci ildən). Əvvəllər RPMK-nin baş hüquq məsləhətçisi, həmçinin Respublikaçılar Partiyası Viskoniya ştatı təşkilatının sədri olub. Onun fəaliyyəti nəticəsində bir sıra tanınmış respublikaçıların seçkili orqanlara seçilməsi mümkün olub. ABŞ-nin 45-ci yeni seçilmiş Prezidenti Donald Trampən Ağ Ev administrasiyasının rəhbəri olacaq. (2017-ci ildən).
Prison Break
"Prison Break" — ABŞ dram serialı. Pol Şyorinq tərəfindən hazırlanıb. Premyerası 2005-ci ilin avqustun 29-da Foks Broadkastinq Kompanidə olub. Serialın baş rollarında Wentworth Miller, Dominic Purcell, Sarah Wayne Callies, Amaury Nolasco yer alır. Təxminən 42 ölkədə nəşr olunan 22 bölümlük ilk mövsüm, ABŞ-də 29 avqust 2005 tarixində FOX kanalında göstərilməyə başlanmışdır. Eyni mövsüm, 15 may 2006 tarixində sona çatmışdır. 2. mövsüm 21 avqust 2006-cı ildə başlanmışdır. 2 aprel 2007 tarixində sona çatmışdır. 3.
Arısu dağı
Arısu dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1404,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunda zirvə. Əylisçayın sağ sahilində, Aşağı Əylis kəndindən 1,5 km şimal-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təskil olunmus konusvari yüksəklikdir. Ilkin subhorizontal yatımlı süxur qatlarının neotektonik mərhələdə dizyunktiv deformasiyalar təsirindən bloklara parçalanması və sonradan aşınması nəticəsində əmələ gəlmiş geomorfoloji obyektdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin ucqar cənub-şərqində müşahidə edilən asimmetrik quruluşlu eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Cənub-qərb yamacında Alt Eosen (Arısu lay dəstəsi) və Üst Paleosen (Ordubad lay dəstəsi) yaşlı süxurlar eyniadlı şimal-qərb istiqamətli dərinlik qırılması boyu tektonik təmasa gətirilmişdir.
Kodi Prior
Kodi Prior (28 oktyabr 1999-cu ildə anadan olub) — Liqa Bir təmsilçilərindən olan Donkaster Rovers klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İrlandiya futbolçusudur. Prior Donkaster Rovers akademiyası vasitəsilə inkişaf etmişdir. O, peşəkar karyerasında debütünü 3 oktyabr 2017-ci ildə Sanderlend U-21 klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Niall Meysonu əvəz etmişdir. Futbol Liqası Trofeyi görüşündə Donkaster rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. 2018-ci ilin iyun ayında Prior klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Pisum sativum
Əkin noxudu[mənbə göstərin] (lat. Pisum sativum) — paxlakimilər fəsiləsinə aid bitki növü.
Pyer Rişar
Pyer Rişar (fr. Pierre Richard, tam adı Moris Şarl Leopold Defey Pyer Rişar, (fransızca Pierre Richard Maurice Charles Léopold Defays); 16 avqust 1934, Valansyen, Nor) — fransız kinoaktyor, komik, rejissor. Valansyen, Nor-da anadan olmuşdur.
Rişar Berri
Rişar Berri (fr. Richard Berry; 31 iyul 1951, Paris, Fransa) — fransız aktyoru, rejissoru və ssenaristi. Rişar Berri 31 iyul 1950-ci ildə Parisdə anadan olmuşdur. Onun Əlcəzair əsilli fransız valideynləri ticarətlə məşğul olurdular. O, 10-cu Paris dairəsində, sonra isə Bulon-Biyankurda böyümüşdür. 1966-cı ildə Rişarın 16 yaşı olanda teatrla maraqlanır. O, həvəskar aktyor truppasına yazılır və Jan Rasin, Pyer Kornel, Molyer, Bomarşenin yaradıcılığı ilə tanış olur. 1969-cu ildə o, dram üzrə Milli Konservatoriyanın müsabiqəsini keçə bilir. 1973-cü ildə ilk mükafatını alır. 1974-cü ildə o, Klod Pinotonun "Şillə" filmində çəkilməklə kinoya gəlir.
Rişar Marten
Rişar Marten (30 oktyabr 1943, Nitsa – 16 oktyabr 2023[…]) — Fransa dramaturqu. Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri. Ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyov olan "Kabusun gözüylə" filmində baş rolun ifaçısı Rişar Marten olmuşdur.
Rişar Vaqner
Rişar Vaqner (ing. Richard Wagner; fr. Richard Wagner; 2 aprel 1957, Monreal, Kvebek) — Kanadanın hazırkı Baş hakimi və Baş inzibatçısı vəzifələrini icra edən kanadalı hüquqşünas. Vaqner Kvebekin Monreal şəhərində anadan olub, Jizel və keçmiş Parlament üzvü və senator Klod Vaqnerin oğludur. Monrealda yerləşən Jan-de-Brebof Kollecindən 1978-ci ildə məzun oldu, daha sonra Ottava Universitetində siyasi elmlər üzrə təhsil aldı. Vaqner Roma katolikidir. Vaqnerin atası Klod hüquqşünas idi. Babası əslən Bavariyadan olan alman-yəhudi mühacir idi. Vaqnerin iki vəkil övladı var. 1980-ci ildə Vaqner Kvebek Hüquq Evinə dəvət aldı və "Montreal Lavery, de Billy" hüquq şirkətinə fəaliyyətə başladı.
Toyota Prius
Toyota Prius — dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobilidir. 2005-ci ildə Avropada ilin avtomobili seçilmişdir. Ölçüsü, təchizatı və qiymətinə müvafiq orta sinif avtomobil qəbul edilir. Gələcəyin motor texnologiyası olaraq görülən hibrid sistemində benzinli və ya dizel bir motor ilə elektrik motoru eynizamanlı çalışır. Toyota, 1997-ci ildən indiyə qədər dünyada 613300 hibrid avtomobil satışı həyata keçirib. Prius satışları Avropada əhəmiyyətli ölçüdə bir artım göstərərək 2004-cü ildə 8136 ədəddən 2005-ci ildə 18886 ədədə çatmışdır.
Con Çarlz Prisku
Con Çarlz Prisku (tam adı: ing. John Charles Priscu; 20 sentyabr 1952, Las-Veqas, Nevada) — Montana Dövlət Universitetinin Torpaq ehtiyatları və ətraf mühit şöbəsinin professoru, Rumıniya-ABŞ alimi. O, Mak-Merdo quru vadilərinin uzunmüddətli ekoloji tədqiqat layihəsi üzrə əsas tədqiqatçı kimi çıxış edib. Con Çarlz Prisku Horizon sənədli filmində Vostok gölünün itirilmiş dünyası bölümündə çəkilib.
Pirnur Məhəmmədşah Cilani
Pirnur Məhəmmədşah Cilani (15 sentyabr 1951, Pakistan – 24 dekabr 2020, Pakistan) — Pakistan siyasətçisi, Pakistan Milli Məclisinin deputatı. Pirnur Məhəmmədşah Cilani 15 sentyabr 1951-ci ildə Pakistanda anadan olmuşdur. Pakistan Milli Məclisə ilk addımlarını 2008 Pakistan ümumi seçkilərində NA-228 Umerkot seçki dairəsindən namizəd olmaqla atmağa çalışdı, lakin, seçilə bilmədi. 24 min 210 səs topladı və Navab Məhəmməd Yusifə uduzdu. Lakin, növbəti seçki prosesini gözləyən Cilani böyük ümidlərlə 2013 Pakistan ümumi seçkilərində NA-230 Tarparkar seçki dairəsindən deputatlığa namizəd oldu və qalib gəldi. 61 min 903 səs toplayaraq bununla da Məkdum Şah Mahmud Hüseyn Qureyşini məğlub etdi. Eyni seçkilərdə PS-62 Tarparkar seçki dairəsindən bitərəf olaraq Sindh Əyalət Məclisinin deputatlığına namizəd oldu və heç bir səs toplamayaraq Məkdum Xəlilüzzamana uduzdu. Sonuncu dəfə 2018 Pakistan ümumi seçkilərində NA-221 Tarparkar seçki dairəsindən deputatlığa namizəd olan Cilani yenidən Milli Məclisə deputat olaraq seçildi və ömrünün sonuna qədər bu vəzifəni icra etdi. Böyük insan itkisinə səbəb olan koronavirus pandemiyasına yoluxan Pirnur Məhəmmədşah Cilaninin yoluxduğundan bir müddət sonra vəziyyəti daha da ağırlaşdı. Müalicə olunsa da, pandemiyadan xilas ola bilmədi və Pirnur Məhəmmədşah Cilani 24 dekabr 2020-ci ildə Pakistanda müalicə aldığı xəstəxanada vəfat etdi.
Primus inter pares
Primus inter pares (azərb. Bərabərlərin birincisi‎) ― eyni rütbə, vəzifə və ya mövqeyə sahib insanlar arasında ən üstün olanı göstərmək üçün istifadə olunan termin. Bu termin latınca eyni mənaya gələn Primus inter pares terminindən törəmişdir. Bu termin bu terminin aid olunduğu şəxsin texniki anlamda digərləri ilə bərabər mövqedə olduğunu, lakin digərləri tərəfindən xüsusi rola və ya avtoritetə layiq görüldüyünü bildirir. Bəzən, qrupun qeyri-rəsmi və ya gizli lideri mənasında da istifadə olunur. Günümüzdə İngilis Millətlər Cəmiyyətinin baş nazirləri, Avropa Komissiyasının rəhbərləri, Roma Katolik Kilsəsinin kardinalları və Şərqi Pravaslav Kilsəsinin patriarxları arasında iyerarxiyanı müəyyən etməkdə istifadə olunur. Bundan əlavə, Roma imperatorları tərəfindən xalqın gözündəki diktator görüntüsünü yox etmək üçün Princep (vətəndaşların birincisi) formasında istifadə olunmuşdur.
Pilot (Prison Break)