Arısu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Əlinağılar kənd inzibati ərazi dairəsində kənd.[2]
Arısu | |
---|---|
40°29′27″ şm. e. 45°43′51″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 459 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2121[1] |
Adını ərazidəki eyniadlı çaydan almışdır. Yaşayış məntəqəsi XIX əsrdə Arısu çayının sağ sahilində məskunlaşmış Qazax r-nundan gəlmiş ağsaçlı, Gədəbəy r-nunun Çalburun kəndindən gəlmiş didarlı, keçmiş Şovdu kəndindən gəlmiş atxanlı nəsilləri tərəfindən salınmışdır.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 459 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.