Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Crupina
Crupina (lat. Crupina) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Crupina crupinastrum (Moris) Vis. Crupina intermedia (Mutel) Walp. Crupina pseudo-crupina (Mutel) Walp. Crupina strum (Moris) Vis. Crupina vulgaris Pers. ex Cass.
Pradina
Pradina (fr. Pradinas, oks. Pradinàs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12045. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 28 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 367 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 206 nəfər arasında (15-64 yaş) 153 nəfər iqtisadi fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 67.0%).
Promina
Promina (xorv. Promina) — Xorvatiyanın cənubundakı icma, Şibensko-Knin əyalətinin bir hissəsidir. İcmanın inzibati mərkəzi Oklay şəhəridir. Zaqora rayonunda yerləşir. == Əhalisi == Promina icmasının (bələdiyyəsi) tərkibinə kəndlər də daxildir. 2011-ci ilin siyahıalınmasına görə, oranın əhalisi bu qədərdir:1991-ci il əhalinin siyahıya alınmasına görə Promin icmasında 2574 sakin yaşaıyrdı ki, onların 85%-ı xorvatlar, 14%-ı serblər idi. == Görkəmli şəxsləri == İvan Aralika (d. 1930) — Xorvatiya yazıçısı və dramaturqu.
Prusiya
Prussiya krallığı (alm. Königreich Preußen‎) — 1701–1918-ci illərdə mərkəzi Avropanın şimal və şərq hissəsini əhatə edən ərazilərdə mövcud olmuş müstəqil dövlət. Bu krallığa daxil olan ərazilər: Baltik dənizi sahillərindəki ərazilərin bir qismi daxildir ki, orta əsrlərdə bu ərazilər Şərqi Prussiya adlanırdılar. Brandenburq ərazisini əhatə edən və 1701-ci ildən başlayaraq almanların hakimiyyəti altına keçir. == Yaranması == XVII əsrdə Brandenburq və ətraf ərazilərin Hohentsollernlərin əlinə keçdikdən sonra müasir Prussiya dövləti meydana çıxdı. Hohentsollernlər Brandenburqda 1417-ci ildən hökmranlıq edirdilər. 1618-ci ildə Brandenburq kurfyurstu vərəsə kimi Prussiya hersoqluğuna sahib oldu. Prussiya protestant reformasiyasına qədər tevton cəngavərlərinə məxsus idi, bir zamanlar Tevton ordeninin baş sahibi Hohentsollern ailəsinin üzvü olmuşdu və protestantlığa keçdikdən sonra ordenin torpaqlarını "dünyəviləşdirmiş", özünü isə irsi hersoq elan etmişdi. Hersoqluq Prussiyasının dili və mədəniyyəti alman dili və alman mədəniyyəti idi. == Ərazisi == Pomeraniya və Brandenburq Müqəddəs Roma imperiyasının şərq tərəfdəki axırıncı torpaqları idi.
Prüin
Prüin (fr. Pruines, oks. Prunas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12193. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 21 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 273 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 148 nəfər (15-64 yaş) arasında 107 nəfər iqtisadi cəhətdən fəal, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə 71.2%).
Artemisia prasina
Artemisia prasina (lat. Artemisia prasina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Eugenia prasina
Eugenia prasina (lat. Eugenia prasina) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Natali Pronina
Natali Aleksandrovna Pronina-Rəcəbli (12 avqust 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən üzgüçü. 2012-ci ildə XIV Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Natali Pronina 1987-ci il avqustun 12-də Bakı şəhərində anadan olub. Ailəlidir və bir oğlu var. == Karyerası == === 2004-cü il Afina Olimpiadası === Natali Filina 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.20 dəqiqə nəticə göstərən Natali Filina, mərhələni 44-cü pillədə başa vurdu. Daha sonra gözündə problelər yaranan, nəticədə görmə qabiliyətini qismən itirən Natali Pronina, Paralimpiya Oyunlarında mübarizə aparmağa başladı. Nəticədə Natali Pronina 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarına vəsiqə qazandı. === 2012-ci il London Paralimpiadası === XIV Yay Paralimpiya Oyunlarında Natali Pronina altı turnirdə mübarizə apardı. Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.
Penjina çayı
Penjina çayı (rus. Пенжина, kory. Мыгыкивэем) — Rusiya ərazisindən axan çay. Kamçatka diyarının Penjinski rayonu ərazisindən axır. Çayda Manila kəndləri (dəniz limanı var), Kamenskoye, Oklan, Slautnoye, Ayanka var == Coğrafiyası == Çayın uzunluğu 713 km, hövzəsinin sahəsi 73.500 km²-dir. Çay Kolıma öndağlığından başlayır, yuxarı hissədə dərin dərədə, sonra isə dağlararası hövzədən axır. Penjinski ovalığına çatdıqdan sonra çayın yatağı meandrlaşır. Burada onun eni 600 m-ə çatır. Aşağı axarlarda çay Penjinski silsiləsi ilə Oklanski yaylası arasından axır. Oxot dənizinin Şelixov körfəzinin şimal-şərq hissəsindəki Penjin körfəzinə axır.
Prusiya krallığı
Prussiya krallığı (alm. Königreich Preußen‎) — 1701–1918-ci illərdə mərkəzi Avropanın şimal və şərq hissəsini əhatə edən ərazilərdə mövcud olmuş müstəqil dövlət. Bu krallığa daxil olan ərazilər: Baltik dənizi sahillərindəki ərazilərin bir qismi daxildir ki, orta əsrlərdə bu ərazilər Şərqi Prussiya adlanırdılar. Brandenburq ərazisini əhatə edən və 1701-ci ildən başlayaraq almanların hakimiyyəti altına keçir. == Yaranması == XVII əsrdə Brandenburq və ətraf ərazilərin Hohentsollernlərin əlinə keçdikdən sonra müasir Prussiya dövləti meydana çıxdı. Hohentsollernlər Brandenburqda 1417-ci ildən hökmranlıq edirdilər. 1618-ci ildə Brandenburq kurfyurstu vərəsə kimi Prussiya hersoqluğuna sahib oldu. Prussiya protestant reformasiyasına qədər tevton cəngavərlərinə məxsus idi, bir zamanlar Tevton ordeninin baş sahibi Hohentsollern ailəsinin üzvü olmuşdu və protestantlığa keçdikdən sonra ordenin torpaqlarını "dünyəviləşdirmiş", özünü isə irsi hersoq elan etmişdi. Hersoqluq Prussiyasının dili və mədəniyyəti alman dili və alman mədəniyyəti idi. == Ərazisi == Pomeraniya və Brandenburq Müqəddəs Roma imperiyasının şərq tərəfdəki axırıncı torpaqları idi.
Qrajina Zayonts
Qrajina Zayonts (pol. Grażyna Zając; 1959, Labovis[d], Kiçik Polşa voyevodluğu[d]) — polyak türkoloqu, tərcüməçi, filologiya elmləri doktoru, professor. == Həyatı və yaradıcılığı == Qrajina Zayonts 1959-cu ildə Polşada, Karpat dağlarının quzeyindəki Labova rayonunun Labovis (Labowiec) adlı küçük bir kənddə doğulmuşdur. Anası polyak dili və ədəbiyyatı müəllimi, atası meşə mühəndisi olmuşdur. Orta məktəbin ilk üç yılını Labovis, son beş ilini Labova (Labowa) qəsəbəsində oxuduqdan sonra 1974-1978-ci illərdə Novı Sonc (Nowy Sacz) şəhərində lisey bitirmişdir. Liseydən məzun olduqdan sonar Krakov Yagellon Universiteti (Uniwersytet Jagiellonski) Şərq Dilləri İnstitutuna qəbul olunmuş və Türkoloji bölümündə təhsil almışdır. 1981-ci ildə burs qazanaraq İstanbul Universiteti nəzdində Türk dili və kültürü ilə bağlı yay kurslarına qatılmışdır. 1983-cü ildə Jan Ciopinski rəhbərliyi ilə Əhməd Həmdi Tanpınarın yaradıcılığı ilə bağlı magistr dissertasiyasını uğurla tamamlayaraq Şərq Dilləri İnstitutunda müəllimliyə başlamışdır. 1993-1995-ci illərdə Ankarada doktorantura təhsili almışdır. 1995-ci ildə “Orxan Kamalın həyatı və əsərləri” mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru adını almışdır.
Yuliya Drunina
Yuliya Drunina (rus. Друнина, Юлия Владимировна; 10 may 1924, Moskva – 20 noyabr 1991) — Sovet şairi, SSRİ Yazıçılar İttifaqının üzvü, SSRİ Yazıçılar İttifaqının və RSFSR Yazıçılar Birliyinin katibi, SSRİ xalq deputatı. == Həyatı == 1924-cü il 10 may tarixində Moskvada anadan olmuşdur. Atası - Vladimir Pavloviç Drunin (1879-1942) tarixçi və pedaqoq, anası - Matilda Borisovna Drunina (1900-1983), kitabxanada işləmiş və musiqi dərsləri vermişdir. 11 yaşında şeir yazmağa başladı, 1930-cu ildə keçirilən bir şeir müsabiqəsində qalib gəldi və şeiri qəzetdə nəşr olundu.Yuliya 1941-ci ilin payızında Moskvaya döndü, lakin tezliklə atası ilə birlikdə Mülki evakuasiya çərçivəsində Sibirə yola düşdü. O, Moskvadan ayrılmaq istəmirdi və müharibənin əvvəlində insult keçirmiş xəstə atasına görə evakuasiya olunmağa razılaşdı. 1942-ci ilin əvvəllərində atası vəfat etdikdən sonra Yuliya Rusiyanın uzaq şərqindəki Xabarovsk şəhərinə getdi, orada Aviasiya texnikaları məktəbinə yazıldı, lakin ön cəbhədə döyüşmək istədiyi üçün tibb bacısı kurslarını bitirmə sertifikatını tələsik aldı və bir neçə gün içərisində 2-ci Belarusiya cəbhəsinin sanitar şöbəsinə müraciət etdi.) Cəbhəyə gəldikdən sonra Yuliya Drunina 218-ci piyada diviziyasının 667-ci piyada alayına təyin edildi. Tibbi təlimatçı Zinaida Samsonova ilə (27 yanvar 1944-cü ildə vəfat etdi, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü) eyni alayda vuruşdu, Drunina ən ürəkdən gələn şeirlərindən biri olan "Zinka" şeirini ona həsr etdi. 1943-cü ildə Drunina ağır yaralanır mərmi parçası onun boynunun sol hissəsini zədələyir. Yaralanmanın ciddiliyini önəmsəməyən Yuliya sadəcə boynunu bantlarla sarıyıb və digərlərini xilas etmək üçün işinə davam edir.
Mazama rufina
Mazama rufina (lat. Mazama rufina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Rucina Balşiç
Rucina Balşiç (serb. Руђина Балшић; 1396 – 1420) — zetanlı zadəgan qadın və Balşiç ailəsindən bugünkü Monteneqro və Albaniya ərazisini idarə edən hökmdar. O, Mrkşa Jarkoviç ilə evləndi və 1414-cü ildə vəfat etdikdən sonra onun səltənətini, Valona Knyazlığını miras aldı. Onun hersoqluğunu venesiyalılara satmaq üçün uğursuz danışıqlardan sonra, Osmanlılar 1417-ci ildə onu ələ keçirdilər. Rucina 1418-ci ildə Valonadan Buva valisi olduğu Zetaya qaçdı. 1420-ci ildə İkinci Skutari Müharibəsi zamanı heç bir müqavimət göstərmədən Budvanı venesiyalılara təslim etdi və şəhərin xəzinəsi ilə Dubrovnikə köçdü. == Ailəsi və evliliyi == Rucina (və ya Rugina, Rudina) Zeta Lordu II Balşanın (1378–1385) və İvan Komnin Asenin qızı Komnena Asenin qızı idi. 1391-ci ildə Rucina zadəgan Mrkşa Jarkoviç ilə evləndi. Onların nikahı Ohrid Arxiyepiskopu tərəfindən xeyir-dua aldı, baxmayaraq ki, onlar yaxın qohum olduqları üçün qeyri-kanonik sayılırdı. 1397-ci ildə ona və anasına Raquza Respublikasının vətəndaşlığı verildi.
Rudina Heydəri
Rudina Heydəri (alb. Rudina Hajdari) — Alban siyasətçisi, Albaniya Respublikası Assambleyasının üzvü və ölkənin parlament müxalifətinin rəhbəri. 1990-1991-ci illərdə Albaniyada kommunizmin dağılmasına səbəb olan tələbə hərəkatına rəhbərlik edən mərhum Azem Haydərinin qızıdır. Heydəri 2017-ci il sentyabrın 9-da ölkənin paytaxtı Tirana şəhərinin rayonunu təmsil edərək Albaniya Məclisinə deputat seçilib. == İlk illər və karyerası == 1998-ci ildə atasının öldürülməsindən sonra Haydari təhsilini davam etdirmək üçün ABŞ-yə köçüb. O, Fordham Universitetində oxuyub və 2009-cu ildə siyasi elmlər üzrə bakalavr dərəcəsi, ardınca London Kral Kollecini geosiyasət, ərazi və təhlükəsizlik üzrə magistr dərəcəsi ilə bitirib. Daha sonra Heydəri Kolumbiya Universitetində insan hüquqları üzrə ikinci magistr dərəcəsi alıb. Daha sonra Heydəri Kolumbiya Universiteti Harriman adına Rusiya, Avrasiya və Şərqi Avropa Araşdırmaları İnstitutunda müvafiq olaraq Donald Tramp və Vladimir Putinin prezidentlikləri dövründə Qərbi Balkanların üzləşdiyi problemlər haqqında mövzuya müraciət edir. Heydəri həmçinin Newsweek kimi nəşrlərdə bölgədəki problemlərə dair çoxsaylı redaksiya məqalələri dərc etmişdir. Heydəri ABŞ Nümayəndələr Palatasının Nyu-Yorkun 16-cı dairəsindən yüksək səviyyəli üzvü, eyni zamanda ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri olan konqresmen Eliot Lans Engelin köməkçisi olur.
Prjin müqaviləsi
Prjin müqaviləsi (mak. Пржински договор) — Avropa İttifaqının vasitəçiliyi ilə Makedoniya Respublikasının əsas siyasi partiyaları arasında imzalanma prosesi 2015-ci il iyunun 2-dən iyulun 15-dək baş tutan saziş. Müqavilə 2015-ci ilin birinci yarısında siyasi və institusional böhrana son qoyur. Razılaşma nəticəsində Makedoniya Sosial Demokrat İttifaqı öz xalqını Makedoniya hökumətində təmsil etmək hüququ əldə edib, 2016-cı ilin yanvarında dövlət qulluqçularının telefon danışıqları dinlənildikdən sonra sübuta yetirilən cinayətlərin araşdırılması nəticəsində baş nazir Nikola Qruevskinin istefası və Makedoniyada növbədənkənar seçkilərin keçirilməsinə nail olunub. == Öncəki vəziyyət == 2015-ci ilin mayında Skopyedə baş nazir Nikola Qruevski və onun hökumətinə qarşı etirazlar başlayır. Etirazlar müxalifət lideri Zoran Zayevin 20 mindən çox Makedoniyalı dövlət qulluqçusuna və şəxsən Nikola Qruevskoqona çirkin olduğunu deyərək gənc oğlanın qətli ilə bağlı işin üstü açılandan sonra başlayıb. 2011-ci il mayın 5-də iğtişaşlar başyır. Mayın 12-də daxili işlər naziri Yordana Yankuloska və nəqliyyat naziri Mile Yanakiyeski Təhlükəsizlik və Əks-kəşfiyyat İdarəsinin sədri Saşo Mijalkovla birlikdə bir sıra dövlət cinayətlərində iştirakları ilə bağlı materiallar dərc edildikdən sonra istefa verirlər. == İcra == Przina sazişinin həyata keçirilməsinə Sosial Demokrat İttifaqının VMRO-DMPNE partiyasını icranı gecikdirməkdə ittiham etməsi mane olub. Katitsa Yanevanın xüsusi prokuror təyin edilməsi sıçrayış kimi qiymətləndirilsə də, onun komandasına IMRO partiyasının üzvlərinin daxil olması təəccüb doğurub.