Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pan Gi Mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Çan Pen-Lun
Çian Pen-Lun (24 iyul 1976) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. == Karyerası == Çian Pen-Lun Çin Taybeyini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Çian Pen-Lun Çin Taybeyini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Çian Pen-Lun Çin Taybeyini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Çian Pen-Lun Çin Taybeyini 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 7-ci pillənin sahibi olub.
Pon Cun Ho
Bong Joon-ho (14 sentyabr 1969, Tequ) — Cənubi Koreyalı rejissor, prodüser.
Pun dili
Pun dili və ya puni dili — sami dilləri ailəsindən Finikiya dilinin ölmüş bir növü. Şimal-qərb Afrikasında və bir neçə Aralıq dənizi adalarında klassik antik dövr boyunca Puni xalqı tərəfindən, eramızın 8-ci əsrindən eramızın 6-cı əsrinə qədər danışılmışdır.
Pun müharibələri
Pun müharibələri (e.ə. 264–146, adı punlardan, yəni karfagenlilərdən gəlir) — Karfagenlə Qədim Roma arasında əvvəlcə Siciliyada, sonra Aralıq dənizinin bütün qərb sahilində hökmranlıq uğrunda müharibələr. 1-ci Pun müharibəsi (e.ə. 264–241) Siciliya uğrunda aparılırdı. Romalılar dənizdə bir sıra qələbələr (e.ə. 260, 256, 251, 241) qazandılar. E.ə. 241 ildə Roma Siciliyanı (Sirakuza və ətrafından başqa) və bəzi adaları, sonra isə Sardiniya və Korsikanı ələ keçirdi. 2-ci Pun müharibəsi (e.ə. 218–201) Karfagenin qisas cəhdindən doğmuşdu.
Çun Un-Hi
Çun Un-Hi (d. 1 may 1977) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Çun Un-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Dun.
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Gün
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Hun
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Lün
Լ, լ (Adı: lün, erm. լյուն) — erməni əlifbasının 12-ci hərfi. Transkripsiya "l". Tələffüzü "L". Rəqəm işarəsi "30". Mesrop Maştots tərəfindən 405-406-ci illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
PEN
PEN (ing. PEN İnternational) - ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən 5 oktyabr 1921-ci ildə yaradılan və bütün dünya yazıçılarını birləşdirən təşkilat. Mərkəzi London şəhərindədir. == Adı == Təşkilatın adı olan PEN ingiliscə "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərinin abreviaturasından əmələ gəlib. PEN həm də ingiliscə qələm deməkdir. == Tarixi == PEN Birinci dünya müharibəsindən sonra İngiltərədə bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat idi. Amma daha sonra böyüdü. Mərkəzi London şəhərində yerləşən təşkilatın əsas məqsədi siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasıdır. 1926-cı ildə PEN-ə cəmi 25 ölkə üzv idi. Hal-hazırda isə bu say 104-dür və 144 ofisi mövcuddur.
PSN
PlayStation Network (qısaca PSN), online çox oyunçulu oyun və rəqəmsal media çatdırılma xidmətidir və PlayStation 3 və PlayStation Portable videooyun konsolları üçün Sony Computer Entertainment tərəfindən yaradılmışdır. Hələ 2 mart 2009-cu il tarixində dünya miqyasında 24 milyon PlayStation Network istifadəçisi mövcud idi. PlayStation 3 platformasından çox oyunçulu və online oyunların oynanıla bilməsi üçün PSN-nin olması vacibdir.
PUA
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. == Etimologiya == İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Pan
Pan (yun. Πάν) — Yunan mifologiyasında meşə tanrısı. Hermesin oğlu. Qurşaqdan aşağısı keçi, yuxarısı isə insandır. Çənəsində keçi saqqalı, başında keçi buynuzları var. Çobanların havadarıdır, cinsi həzzi təmsil edir. Musiqini, mahnı oxumağı və rəqs etməyi çox sevən tanrıdır. Pan insanlara gizlincə yaxınlaşıb qorxutmağı sevərdi. "Panic" sözü Panın adından törənmişdir.
Pud
Pud — çəki ölçü vahidi.Metrik ölçü sistemindən əvvəl işlədilmiş, 16,4 kq-a bərabər ağırlıq ölçüsü. == Ümumi məlumat == Pud Azərbaycan xalqının məişətinə çox qədimlərdən daxil olmuş, el arasında bu gün də işlənən çəki vahididir. 40 girvənkə və yaxud 2 batman 1 pud deməkdir. 16,4 kq-lıq çəki daşlarına da pudluq daş deyilir. Bəzi ədəbiyyatlarda puddan Azərbaycan xalqının məişətində Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra istifadə olunduğu göstərilir. Lakin XV-XVI əsrlərdə yaranmış "Koroğlu" dastanında pud sözünə rast gəlinməsi bu fikri şübhə altında qoyur. Pəhləvanlar ən cox pudluq daşlarla oynayırlar. Azərbaycanda cox əski cağlardan geniş yayılmış zorxana tamaşalarında pəhləvanlar oz guclərini gostərmək ucun pudluq və iki pudluq daşları (və ya mildən) gah bir-bir, gah iki-iki əllərində tutub goyə qaldırır, onları atıb sinələri, çiyinləri və kürəkləri ilə itələyirdilər. Pudluq və iki pudluq daşların dişlə qaldırılması pəhləvanlardan daha cox bacarıq və guc tələb edirdi. Onlar daşları dişləri ilə yerdən qaldırır, oynadır və fırladıb kənara atırlar ki, bu da həmişə tamaşacıların boyuk marağına səbəb olurdu.
Pul
Pul — müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir. Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Qızıl tədavülü Birinci dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir: Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr; Kağız dəyər nişanələri (əsginaslar), bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir. Pullar iki formada ola bilər: nağd nağdsız == Tarixi == Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6–8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib. O, əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə kimi, bir iqtisadi vasitə kimi meydana çıxmışdır.
Puna
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Pune
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Yun
Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər. == Ümumi məlumat == Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər. Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır.
Sun
32. Gün
32-ci gün və ya 32. Gün (türk. Otuz ikinci gün) — 1985–2016 arasında Türkiyədə fəaliyyət göstərmiş televiziya xəbərlər proqramı. Veriliş ilk dəfə 1 oktyabr 1985-də TRT ekranlarında Məmməd Əli Birandın aparacılığı ilə ekran həyatına başlamışdır. İlk başlarda dövlət kanalı olan TRT 1-də göstərilsə də, sonlara özəl kanallarda fəaliyyətinə davam etmişdi. 2016-cı il 8 dekabr tarixində veriliş fəaliyyətini tam dayandırdı. == Tarixi == 32. Gün Türk televiziya tarixinin ən uzun müddəti və ən nüfuzlu xəbər proqramı olaraq qəbul edilir. Müxtəlif dövrlərdə Coşqun Aral, Mithat Bərəkət, Əli Qırca, Cenk Başlamış, Ahmet Sever, Bülənt Çaplı, Rıdvan Akar, Cüneyt Özdəmir, Can Dündar, Çiydəm Anad, Dəniz Arman, Ayfər Dədəqorqud, Sərdar Akinan, Kerem Şenel, Utku Başar və Günel Cantak verilişə öz töhfələrini vermişdir. İlk dövrlərində daha çox beynəlxalq siyasət mövzuları barədə rublikalar hazırlayan 32.
Aerostar (PUA)
Aerostar (Pilotsuz Uçan Apararat)- Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən İsrail lisenziyası ilə istehsal olunan PUA-dır. == Tarixi == Aerostar — taktiki pilotsuz uçuş aparatı İsrailin "Aeronautics Defense Systems" şirkətinin lisenziyası ilə Azərbaycan MSN mütəxəssisləri tərəfindən Silahlı Qüvvələrimizin havadan kəşfiyyat, müşahidə, aşkaretmə və izləmə funksiyalarını daha təhlükəsiz və etibarlı şəkildə icra edə bilmələri məqsədilə istehsal edilir. Bu aparatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamera yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, radio-elektron basdırma vasitələrinə qarşı da dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Orta yüksəklikdə uzun müddət ərzində aparat geniş ərazidə real zamanda ələ keçirdiyi kəşfiyyat məlumatlarını peyk rabitə sisteminin kanalları ilə yerüstü idarəetmə stansiyasına (GCS) ötürür. Hərbi sahələrdən başqa digər sahələrdə digər sahələrdə istifadə edilə bilən "Aerostar"kompleksi 4 ədəd PUA-dan və yerüstü idarəetmə stansiyasından ibarətdir. Bu stansiyalar artilleriya atəşinin nizamlanmasında, hədəf göstərilməsində, sərhədlərə nəzarət olunmasında, dəniz akvatoriyasına nəzarət edilməsində, axtarış- xilasetmə tədbirlərində geniş istifadə olunur.
Altın Gün
Altın Gün, üzvləri holland və türklərdən ibarət Anadolu rok ve psixodelik folk qrupudur. Qrup 2016-cı ildə Hollandiyanın Amsterdam şəhərində basist Jasper Verhulst tərəfindən yaradılmışdır. Debüt albomları olan On 2018-ci ildə Bongo Joe Records tərəfindən yayımlandı. 2019-cu ildə isə "Gece" alobumunu buraxdılar və Grammy Mükafatına namizəd oldular. 60 və 70-ci illərin türk müsiqisini ifa edən bu qrup AllMusic tərəfindən hazırlanan “2019-un Ən Yaxşıları” siyahısına daxil edilib. Qrupun ilk Amerika turu isə 2019-cu ilin ortalarında başlayıb. == Diskoqrafiya == === Albomlar === On (2018) Gece (2019) Yol (2021) === Sinqllar === "Goca Dünya" / "Kırşehir'in Gülleri" (2017) "Tatlı Dile Güler Yüze" / "Hababam" (2018) "Cemalim" / "Vay Dünya" (2018) "Süpürgesi Yoncadan" (2019) "Gelin Halayı" / "Dıv Dıv" (2019) "Ordunun Dereleri" / "Bir Of Çeksem" (2020) "Yüce Dağ Başında" (2021) "Kısasa kısas" (2021) == İstinadlar == == Xarici keçidlər == "INSIDE THE WORLD OF ALTIN GÜN". All Things Loud. 30 İyul 2018. "KEXP at Trans Musicales: Altın Gün".
Bela Kun
Béla Kun (20 fevral 1886 – 29 avqust 1938, Moskva) — Macar kommunist siyasətçisi. Béla Kun Yəhudi əsilli bir ailədə dünyaya gəlmişdir. 1906-cı ildə soyadını Macarca formaya salaraq "Kun" şəklinə saldı. Klausenburg Universitetində oxumuşdur və universitetdə sosialistlər ilə tanış olaraq onlar ilə münasibətlər yaratmışdır. 1914-cü ildə Budapeştə getdi və burda Sosializmin ideyalarını təbliğ edən bir qəzet buraxdı. Birinci Dünya müharibəsi dövründə Avstriya-Macarıstan İmperiyası ordusunda xidmət etmişdir və 1916-cı ildə ruslar tərəfindən əsir götürülmüşdür. Əsir olduğu müddətdə Rusiyada Bolşeviklərin tərəfdarı olmuşdur. Oktyabr İnqilabından sonra azad edilmişdir. 1918-ci ilin dekabr ayında Macarıstanda baş vermiş olan kommunist inqilabına qoşulmaq üçün Macarıstana gəlmişdir. Mihály Károlyi hökuməti tərəfindən həbs olundu, ancaq müharibənin gedişatını müşahidə edən fəhlə üsyanlarından sonra 21 mart 1919-cu ildə azadlığa buraxıldı.
Bord xun
Bürdxun — İranın Buşehr ostanının Dəyyer şəhristanının Bürdxun bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4 300 nəfər və 931 ailədən ibarət idi.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.