Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.
Amili
Amili (sanskr. ომალო; trans. Omalo) - Tioneti rayonunda kənd adı. == Toponimkası == Amili- Tioneti rayonunda kənd adı. Gürcücə yazılışı Omalo. Qədim türkmənşəli Kaymak tayfasının İmi qolunun adını əks etdirir. Azərbaycanda Böyük Əmili və Kiçik Əmili (Qəbələ rayonu) kənd adları ilə mənşəcə eynidir. IX əsrdə İrtış çayının yuxarı axını sahillərində yaşamış kaymaklar ondan sonra qıpçaqlarla birgə Cənub-şərqi Avropaya gəlmişlər. Kaymakların mənbələrdə İmi (eymür), İmək, Tatar, Bayandur və Qıpçaq qollarından ibarət olması göstərilir. Ehtimal ki, Cənubi Qafqaza gəlib məskunlaşmış kaymakların içərisində İmi (eymür) tayfası da vardı.
Pirili
Pirili (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Pirili (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Psila
Psila (lat. Psila) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
İnili
İnili — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. İnilli (oyk.) — Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd, ovalıq ərazidə yerləşir. Kəndin adının əsli böyük ehtimalla İnallıdır. 12–13 əsrlərdə oğuz tayfalarından biri kimi adı çəkilən inallılar (həmçinin "eynallı", "eynalı", və "inanlı" adlarıyla da tanınırlar) Səlcuq hökmdarı İbrahim İnalın (XII əsr) nəsli hesab edilir. Orta əsrlərdə Cənubi Azərbaycan ərazisində yaşayan inallılar 17-ci əsrdə şahsevənlərin dəmirçili qolunun tərkibinə daxil olmuşlar. 19-cu əsrdə Lənkəran qəzasında 12 ailədən ibarət bir el olan inallılar, görünür, bu yaşayış məntəqəsində məskunlaşmışlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 595 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əlili
Əlili, Salvard — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim kəngərli türk tayfasına mənsub əlili etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Salvard qoyulmuşdur.
Əmili
Böyük Əmili — Qəbələ rayonunda kənd. Kiçik Əmili — Qəbələ rayonunda kənd.
Əcili
Əcili və ya Acılu – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 14 km şimal-qərbdə, Oxçuçayın sağ qolu olan Əfsərli çayının sağ sahilində yerləşirdi. Erməni mənbələrində "Acılu", "Acrlu", "Acrli", "Tunis Acilu" formalarında qeyd edilir. Toponim "acurlu" (acılu) türk etnonimi əsasında əmələ gəlmişdir. Kənddə 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 134 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 126 nəfər, 1908-ci ildə 335 nəfər, 1914-cü ildə 100 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 124 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 78 nəfər, 1959-cu ildə 69 nəfər azərbaycanlı yaşamışdır. Sakinləri qonşu Müsəlləm kəndinə köçürülmüş və 1960-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Bili
Bili — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Bili Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Toponim tat dilindəki bil (sucaq, bataqlıq sözündən) və -i topoformantının birləşməsindən ibarət "bataqlıq yerdə salınmış kənd" mənalı soz kimi izah olunur. Yerli əhalinin dilində bili "ördək" mənasında işlənir. Bu baxımdan oykonim Zəngilan rayonundakı Ördəkli oykoniminin sinonimidir. == Etimologiyası == Oykonim "bil" — talış dilində bataqlıq və "i" topoformantının birləşməsindəndir (Bataqlı kənd).
Dili
Dili port. Díli — Şərqi Timorun paytaxtı və ən iri şəhəri. Kiçik Zond adalarının ən şərqində yerləşən Timor adasının şimali hissəsində yerləşir. Dili Şərqi Timorun iri portu və kommersiya mərkəzidir. Əhalisi 150 min nəfərdir. Burada milli qəhrəman Nikolau Lobatu adını daşıyan Komor aeroportu yerləşir.
Çili
Çili (isp. Chile) və ya rəsmi adı ilə Çili Respublikası (isp. República de Chile) – Cənubi Amerikada dövlət. Çili şərqdə And dağları ilə qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan ərazidə yerləşir. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina ilə həmsərhəddir. Cənubda Dreyk boğazı, qərbdə isə Sakit okeanla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Santyaqo, ümumi sahəsi 756,096.3 kvadrat kilometr, əhalisinin sayı 18 milyon nəfərdən çoxdur. Çili BMT (1945), BVF (1945), BYİB (1945), ADT (1948), ÜTT (1995),Merkosur (1996, assosiativ üzv) üzvüdür. Ölkənin adı Aymara dilində "dünyanın sonu" mənasını verən "chilli" sözündən gəlir. Tarixçi Xose de Akostanın göstərdiyi kimi, "Chile" sözü keçua dilində "soyuq" və ya "hədd" mənasını verirdi.
Emili Blant
Emili Oliviya Laura Blant (ing. Emily Blunt; 23 fevral 1983[…]) — Böyük Britaniya aktrisası. 23 fevral 1983-cü ildə Londonda anadan olmuşdur. 2006-cı ildə "Gideonun qızı" televiziya filmində ifa etdiyi 2-ci plandakı roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür.
Emili Brauninq
Emili Ceyn Brauninq (ing. Emily Jane Browning; 7 dekabr 1988, Melburn) — Avstraliya aktrisası. Debüt işi "The Echo of Thunder" (1998) telefilmi olmuşdur.
Emili Bronte
Emili Bronte (ing. Emily Jane Brontë, 30 iyul 1818[…] – 19 dekabr 1848[…]) —İngiltərə şairəsi. == Həyatı == Emili Bronte 1818-ci ildə Tornton, Yorkşirdə anadan olub. 6 uşağın 5-cisi olan Emili, Şarlotta Bronte nin kiçik bacısı idi. 1820-ci ildə ailə Havorda köçdü. Uşaqlıq illərində analarının ölümündən sonra, üç bacı və qardaşları Branvel Bronte xəyali yerləri xəyal etmişdilər ki, bunların adlarına yazdıqları hekayələrdə rast gəlirik. Emilinin o dövrdə qələmə aldığı işlərindən çox az bir qismi bu günümüzə qədər gəlib çata bilmişdir. Emili 1838-ci ildə Halifaks yaxınlığındakı Mis Patşetin Qız Akademiyasında işləyib. Daha sonra, işinə bacısı Şarlotta ilə birlikdə Brüsseldəki özəl bir məktəbdə davam etmişdir. Emilinin şairəlikdəki istedadının ailəsi tərəfindən kəşf edilməsi ilə, bacıları Şarlotta və Enn ilə birlikdə 1846-cı ildə ortaq bir şeir kitabı yayımladılar.
Emili Dikinson
Emili Dikinson (ing. Emily Elizabeth Dickinson; 10 dekabr 1830[…] – 15 may 1886[…]) —Amerika şairi. == Həyatı == Emili Elizabet Dikinson (Emily Elizabeth Dickinson)- 10 Dekabr, 1830-cu ildə anadan olmuş Amerikalı şairədir. Atası öz ətrafında olduqca tanınmış bir vəkil və siyasətçi olan Edward Dickinson (1803–1874), anası isə Emily Norcross Dickinsondur (1804–1882). Emilinin babası Samuel Fowler də, təhsil sahəsində böyük töhfələr vermiş biri kimi qeyd edilir. Belə ki O, bir neçə məktəbin qurulmasında rol oynamışdır. Olduqca ziyalı və təhsilə əhəmiyyət verən bir ailədə dünyaya gəlməsi, Emilinin və ailənin digər 2 övladının da təhsilinin, dövrün standart təhsil səviyyəsindən yüksək olmasınına kömək etmişdir. William Austin Dickinson vəkil (1829–1895), Lavinia Norcross Dickinson isə şairə kimi fəaliyyət göstərirdi (1833–1899). Həmçinin Emili də, o zamana görə yüksək sayılacaq bir təhsilə yiyələnmişdi. Amherst akademiyası, eyni zamanda Mount Holyoke Qadın seminariyası onun təhsil aldığı mərkəzlər idi.
Emili Lesyor
Emili Lesyor (7 noyabr 1972) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Emili Lesyor Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Emili Lesyor Olimpiadanın qalibi olub.
Emili Luazo
Emili Luazo (fransızca: Emily Loizeau) - fransalı müğənni və bəstəkar.
Emili Luizo
Emili Luazo (fransızca: Emily Loizeau) - fransalı müğənni və bəstəkar.
Emili Mörfi
Emili Mörfi (ing. Emily Murphy, 14 mart 1868 – 27 oktyabr 1933, Kanada)—kanadalı qadın aktivist, hüquqşünas və yazar. == Həyatı == Emili Ferquson 14 Mart 1868-ci ildə Kanadanın Ontario, Kukstoun şəhərində, dünyaya gəlmişdir. Atası İsaak Ferquson tanınmış iş adamı və torpaq sahibi idi. Emilinin anadan olduğu illər, Qərb mədəniyyətinin intibah və islahatlarla əldə etdiyi maddi rifahı, insan haqları və bərabərlik, qadın hüquqları kimi sosial hüquqlara hələ ki, əks etdirmədiyi illər idi. Bu dövrdə Qərb hələ də orta əsrdən qalma ənənələrini davam etdirirdi. 19 yaşında Emili anglikan rahibi Artur Mörfi ilə ailə həyatı qurur. Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəlir. Lakin uşaqlarından birini itirən Artur və Emili Edmontondan köçərək Albertada yaşamağa başlayırlar. == Fəaliyyəti == Bu ölüm hadisəsi Emililinin sosial məsuliyyət meydanına atılmasının başlanğıcını qoymuş oldu.
Emili Ratakovski
Emili Ohara Ratakovski (ing. Emily O'Hara Ratajkowski; 7 iyun 1991, Vestminster, Böyük London) — amerikalı model, aktrisa və yazıçı. Londonda anadan olub ailəsi ilə birlikdə ABŞ-yə köçərək San-Dieqo şəhərində böyüyüb. O, ilk dəfə treats! jurnalının 2012-ci il mart ayı buraxılışının üz qabığında yer aldı və bu da ona Robin Tikin "Blurred Lines" və Maroon 5-in "Love Somebody" video kliplərində yer almasına səbəb oldu. == Həyatı == Emili Ohara Ratakovski 7 iyun 1991-ci ildə London şəhərində amerikalı ailənin tək övladı olaraq dünyaya gəlmişdir. Anası Ketlin Enn Balqli və atası Con Devid Ratakovski müəllimdir. O, Kaliforniya ştatının San-Dieqo şəhərində böyümüşdür. Modellik karyerasına başlamazdan əvvəl bir il Los-Anceles Kaliforniya Universitetində təhsil almışdır.
Emili Zamurka
Emili Zamurka – evsiz vaxtlarında metroda Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı oxuyarkən Los Anceles Polis əməkdaşı tərəfindən çəkilərək sosial şəbəkədə yerləşdirilən viral video əsasında məşhurluq əldə edən moldavan əsilli amerikalı müğənni. == Həyatı == Emili Zamurka 1991-ci ildə Moldovadan Amerika Birləşmiş Ştatlarına köçür. Bir müddət sonra ciddi sağlamlıq problemi yaşayan Emili tibbi xərcləri baha olduğu üçün onları ödəyə bilmir və Los-Ancelesdə iki il evsiz qalır. Fortepiano və skripka dərsləri verən sənətçi çoxlu işlər görməyə məcbur olur. O, həmçinin iki-üç əvvəl pul qazanmaq vasitəsi olan skripkasını naməlum bir vandalın sındırmasından sonra küçələrə çıxdığını söylədi. Zamurkanın küçələri tərk etməsinə və yeni skripka almasına GoFundMe səhifəsi kömək edir. Metroda mahni oxuduqdan sonra Zamurka 5 oktyabr 2019-cu il şənbə günü San-Pedronun mərkəzindəki Tarixi Kiçik İtaliya lövhəsinin açılış mərasimində onu alqışlarla qarşılayan tamaşaçı qarşısında çıxış etdi. O, orada yalnız bir mahnı ifa etdi, hansı ki onun məşhurlaşmasına səbəb olan Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı ifa etdi. == Məşhurluq dövrü == 3 oktyabr 2019-cu ildə “Qremmi” mükafatı namizədi Coel Daymond ona əməkdaşlıq təklif edir. Onun hələ də evsiz olduğu və bütün köməklərdən imtina etdiyi bildirilir.
Gültac Əlili
Gültac Əlili — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası.[mənbə göstərin] == Həyatı == Əlili Gültac Müzəffər qızı 1 iyul 1987-ci ildə Gəncə şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr aktyorluğu fakultəsini bitirib. 2007-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist solist vəzifəsində çalışır. İşlədiyi müddətdə O. Rəcəbov, A. Babayev"Seytanın yubileyi" Xəyalə, R. Mirişli, M. Haqverdiyev"Qısqanc ürəklər" Leyla, S. Ələsgərov, Ş. Qurbanov "Milyonçunun dilənçi oğlu" Qonşu qız, İ. Kalman " İdialı qaraçı" Zari, R. Mirişli, M. Haqverdiyev "Amerikalı kürəkən" Reyhan, O. Rəcəbov, A. Babayev "Əlin cibində olsun" Əsmər, S. Ələsgərov, İ. Məlikzadə "Kələkbazlar" Çiçək, F. Sücəddinov, T. Vəliyeva "Mən dəyərəm min cavana"Gülnaz, R. Hacıyev"Talelər qovuşanda" Nərgiz, Ə. Haqverdiyev "Kimdir müqəssir" Bahar, Nikolay Qoqolun "Evlənmə" Aqafa Tixonovna, Ü. Hacıbəyov "O olmasın bu olsun"Gülnaz R. Heydər O. Kazımi"Qızıl Toy" Aygün, Ə. Səmədli"Toya bir gün qalmış" Kiçik qız.
Kiçik Plini
Kiçik Plini və ya tam adı ilə Qay Plini Sesili Sekund (lat. Gaius Plinius Caecilius Secundus; təq. 61, Komo – ən tezi 113 və ən geci 114, Vifiniya) —Qədim Roma dövlət xadimi, yazıçısı və hüquqşünası. O, b.e. 100-cü ildə konsul-suffekt vəzifəsini tutmuşdur. Kiçik Plini Böyük Plini tərəfindən övladlığa götürülmüşdür.. == Həyatı == Romada Kvintiliandan ritorika öyrənmişdir. O, Domisianın hakimiyyəti dövründə, 81-ci ildə Suriyada hərbi tribun olmuş, burada Yevfrat və Daldidalı Artemidorla görüşmüşdür. B.e. 88-ci ildə Romaya qayıtmış, "cursus honorum" uğrunda çalışmış və 100-cü ildə, Trayanın hakimiyyətində konsulluq aldı.
Kiçik Əmili
Kiçik Əmili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Kiçik Əmili kəndi Zalam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kiçik Əmili kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim özündə qədim türkdilli oğuzların İmi (Eymi, Eymir, Eymür) tayfasının adını əks etdirir və rayonun ərazisindəki Böyük Əmili kənd adının qarşılığıdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 17 km. cənub-qərbdə Qaraçayın sahilindən 2 km. aralı, Qəbələ-Ağdaş şose yolunun kənarında, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündə yerləşir. == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıqla məşğuldur. Tərəvəz sahələri, taxıl zəmiləri də əkilir. Kənddə telekommunukasiya xidməti fəaliyyət göstərir. Səhiyyə məntəqələri, ictimai iaşə obyektləri, mədəniyyət ocaqları sakinlərin ixtiyarındadır.
Lesli Pedli
Lesli Pedli (ing. Leslie Pedley; 19 may 1930 – 27 noyabr 2018, Kvinslend) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Lesli Pedli toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. Он занимается изучением растений рода Акация.