Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Rabor şəhristanı
Rabor şəhristanı— İranın Kirman ostanında şəhristan. Şəhristanın inzibati mərkəzi Rabor şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 33 718 nəfər və ya 7 664 ailədən ibarət idi.
Fraykor
Fraykor (alm. Freikorps‎, alman: [ˈfʁaɪˌkoːɐ̯]; mənası – azad korpus, könüllülər korpusu) — XVIII–XX əsrlərdə Almaniya və Avstriyada mövcud olmuş bir sıra hərbiləşdirilmiş vətənpərvər birləşmələrin adı. Birinci Dünya müharibəsindən sonra Veymar Respublikasında dövlətin xüsusilə kommunistlərə qarşı təşkil etdiyi nizamsız silahlı birləşmələr fraykor adlanırdı. == Tarixi == Napoleon müharibələrinin ən məşhur könüllü korpuslarından biri Adolf fon Lütsovun rəhbərliyi altında Lütsov fraykoru idi. Alaylar yerli könüllülərdən və düşmən fərarilərindən ibarət idi. Bəzən ekzotik təchiz olunmuş qoşunlar piyada, süvari və daha nadir hallarda artilleriya kimi istifadə olunurdu. Bir bölükdən bir neçə min nəfərə qədər olan qarışıq birləşmələr və legionlar da var idi. General fon Kleystin tabeliyində olan Prussiya fraykorları piyadalar, yegerlər, draqunlar və qusarlardan ibarət idi. Birinci Dünya müharibəsindən sonra əsasən müharibə veteranlarından ibarət olan fraykor hərbiləşdirilmiş milislər kimi yetişdirilmişdir. Onlar Veymar Respublikasını devirməyə cəhd etdikləri iddia olunan Almaniya kommunistlərinə dəstək verən Rusiya Sovet Federativ Sosialist Respublikasına qarşı hökumət adından döyüşmək üçün toplanmışdılar.
Tabor
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır. Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir. Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir. Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor. 3 motaatıcı bölük Minaatan batareya Artilleriya batareya Yükdaşıyan avtomobil taqımı Tankəleyhinə taqım Qumbaraatan taqım Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor. 3 tank bölüyü Rabitə taqımı Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir. Tabor qərargahı Radio bölüyü Estafet bölüyü Təmir dəstəsi Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir.
Zabor
Zabor adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 700 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Bazovıy adası 2 km cənub-qərbdə və Kolosov adaları 3 km cənub-qərbdə, Blizkiy adası 4,35 km şimal-şərqdə, Pustoy adası 6,4 km şimalda yerləşir. Qərbdən-şərqə 1,1 km uzunluğa, 450 metr enə malikdir. Hündülüyü böyük deyil. dür. Sahilləri alçaqdır. Ada alcaqboylu otlarla örtülü olur.
Aleksandr Raykov
Aleksandr Vadimoviç Raykov (özb. Aleksandr Vadimovich Raykov, rus. Александр Вадимович Райков; 9 dekabr 1989, Daşkənd) — Özbəkistanli intellektual oyunçu. 2010-cu ilin 14 Noyabri "Nikita Mobayl Te Te" komandasi səfide ESC idman versiyası 2010-cu ilin dünya çempionu oldu və 20 yəşide rəqabət bu cür layiq gənc mütəxəssislərin biri oldu. Aleksandr Raykov 1989-cu il 9 dekabrda, Daşkənddə, rus ailədə anadan olmuşdur. O, Daşkənd Mirzo Uluqbek rayonu № 225 orta məktəbin alıb. O, Moskva Dövlət Universitetinin Daşkənd filialının Psixologiya fakültəsini bitirib. == Vikipediya fəaliyyəti == Alexander Raykov (Carpodacus altında, əvvəlcə adı Raykoffff altında) Rusca Vikipediyadə iştirak edir. O, həmçinin Özbəkcə Vikipediyadə iştirak edir. 2013-cü ilin payızında "Uzinfocom" inkişafı, kompüter və informasiya texnologiyalarının tətbiqi Mərkəzində "Necə Wikipedia artırmaq üçün" mövzusunda təlim seminar keçirdi.
Cudit Rayker
Cudit Rayker (alm. Judith Rakers‎; 6 yanvar 1976, Paderborn, Şimali Reyn-Vestfaliya) — Jurnalist, 2011 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri.
Erin Babkok
Erin Babkok (6 iyun 1981, Edmonton – 25 aprel 2020, Edmonton) — Kanadalı tibb bacısı və siyasətçisi. == Həyatı == Babkok 6 iyun 1981-ci ildə Alberta ştatının Edmonton şəhərində anadan olmuşdur. Alberta Yeni Demokrat Partiyasının üzvü kimi siyasətə girdi. 2015-ci ildə Alberta Ümumi Seçkilərində Daşlı Düzənlik seçki dairəsini təmsil edən Alberta Qanunverici Məclisinə nümayəndə seçildi. Babkoka 2018-ci ilin may ayında uterus xərçəngi diaqnozu qoyuldu. 25 aprel 2020-ci ildə Kanadanın Alberta, Edmonton şəhərində xərçəng xəstəliyinə tutulan 38 yaşında öldü.
Nankor (mahnı)
Raşmor dağı
Raşmor dağı (ing. Mount Rushmore National Memorial) — ABŞ-nin Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Barelyefdə ABŞ-nin dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (ing. Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ — $5000 ayırmışdı. Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı.
Ankor adası
Ankor adası (mao. Puke Nui) — adanın sahəsi 1380 ha təşkil edir. Yeni Zelandiyanın Fordlend Milli Parkı ərazisində, Daksi-Saun fiordu rayonunda yerləşir. Adanın malsimal hündürlüyü 417 metrdir. Əsas adalardan 2,5 km məsafədə yerləşir. Ada Kakapo, Tiko kimi bir çox quş növlərinin qorunması məqsədilə qoruq elan edilmişdir.
Ann-Arbor
Ann - Arbor, Enn - Arbor – ABŞ-nin şimalında, Miçiqan ştatında şəhər. Əhalisi 114 min (2000). Dəmir yolu stansiyası. Nəqliyyat qovşağı. EHM-lər istehsal olunur. Avtomobil, radio elektrotexnika, cihazqayırma, kimya-əczaçılıq, poliqrafiya sənayesi müəssisələri var. Miçiqan universiteti buradadır. 1824-cü ildə salınmışdır.
Gábor Kubatov
Qabor Qubadov (d: 17 fevral, 1966) — Macarıstan siyasətçisi. Atası azərbaycanlı (Naxçıvan ş., NMR), anası macardır. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir. Macarıstan çempionatının yüksək liqası sayılan I milli çempionatında (NB I) çıxış edən məşhur Ferentsvaroş klubunun prezidentidir. Emma, Marsel və Oliviya adında 3 uşağı vardır. == Karyerası == Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirmişdir. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olmuşdur. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçmüşdür. 2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda Fides partiyasının sədri vəzifəsində işləmişdir.
Motaatıcı tabor
Motoatıcı tabor — birləşmiş hərbi qüvvələrdən ibarət tabor. Qərargah, kəşfiyyat taqımı, minaatan batareya taqımı, rabitə taqımı, maddi-texniki təminat taqımı, tibbi yardım taqımı, əlavə 3 bölükdən ibarət və onların tabeliyində olan tank və ya yüngül zirehli texnika taqımlarından ibarətdir.
Motoatıcı tabor
Motoatıcı tabor — birləşmiş hərbi qüvvələrdən ibarət tabor. Qərargah, kəşfiyyat taqımı, minaatan batareya taqımı, rabitə taqımı, maddi-texniki təminat taqımı, tibbi yardım taqımı, əlavə 3 bölükdən ibarət və onların tabeliyində olan tank və ya yüngül zirehli texnika taqımlarından ibarətdir.
Qabor Andreanski
Qabor Andreanski (mac. Andreánszky Gábor; 1 avqust 1895 – 20 noyabr 1967, Budapeşt) — Macarıstan botaniki. Qabor Andreanski toxumlu bitkilər və fosillər üzrə ixtisaslaşmışdır. Voltziales Plantae ia Africa Boreali lectae II—III. Pécs: Dunántúl. 1937—1941. Az éghajlat megváltozásának hatása a növényzetre. Budapest: Stephaneum. 1939. Adatok Tunisz és Kelet-Algéria növényföldrajzához. Budapest: Bethlen Gábor.
Qabor Qubadov
Qabor Qubadov (d: 17 fevral, 1966) — Macarıstan siyasətçisi. Atası azərbaycanlı (Naxçıvan ş., NMR), anası macardır. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir. Macarıstan çempionatının yüksək liqası sayılan I milli çempionatında (NB I) çıxış edən məşhur Ferentsvaroş klubunun prezidentidir. Emma, Marsel və Oliviya adında 3 uşağı vardır. Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirmişdir. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olmuşdur. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçmüşdür. 2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda Fides partiyasının sədri vəzifəsində işləmişdir.
Qabor Vona
Qabor Vona (əvvəlki soyadı ilə Gábor Zázrivecz, 20 avqust 1978, Gyöngyöş, Xeveş[d]) — macar tarixçi, müəllim və siyasi partiya olan Jobbikə 2006-cı ildən 2018-ci ilə qədər rəhbərlik etmiş siyasətçi. O, 2010, 2014 və 2018-ci illərdəki seçkilərdə partiyanın baş nazir vəzifəsi üçün namizədi olmuşdur. 2010-cu ildən 2018-ci ilə qədər Macarıstan parlamentinin üzvü olmuş, macar parlamentindəki Jobbik partiyasına mənsub olan deputatlardan ibarət qrupa 2016-cı ilə qədər rəhbərlik etmişdir. Onun rəhbərliyi altında olan zaman Jobbik, yarı hərbi təşkilat olan Magyar Gardanı qurmuşdu. Macarıstandakı 2006-cı il etirazları zamanı göstərdikləri mövqeyə görə xalq arasında xeyli populyarlıq qazanan Jobbik partiyası, Qabor Vonanın rəhbərliyi altında 2010-cu ildə tarixinin ən yüksək göstəricisini (17 faiz) qazanaraq macar parlamentinə girə bildi. Jobbik partiyasının Viktor Orbanın Fidesz (Macar Vətəndaş Birliyi) partiyasına qarşı ən güclü partiya olduğu zaman Qabor Vona Jobbik partiyasının mövqeyini radikal millətçilikdən xalqın mühafizəkar hissəsinin partiyasına dəyişməyə cəhd etdi. Bundan sonra 2018-ci ildəki parlament seçkilərindəki uğursuzluqdan sonra Qabor Vona partiya rəhbərliyindən və qazandığı deputat mandatından imtina etdi. Qabor Vona 1978-ci ilin 20 avqustunda Dyöndyöş şəhərində anadan olmuşdur. Eötvöş Lorand Universitetində tarix və psixologiya üzrə təhsil almışdır. Vonanın əsl soyadı Vona olsa da, onun soyadı universitet illərinə qədər rəsmi formada Zázrivecz olaraq gedirdi.
Qırmızı tabor
"Qırmızı tabor" 1918–22 illərdə İrəvan, Dərələyəz, Zəngəzur, Naxçıvan və b. ərazilərdə fəaliyyət göstərmiş xalq könüllülərindən ibarət partizan birləşməsi. "Qırmızı tabor" Abbasqulu bəy Şadlinskinin başçılığı ilə 1918-ci ilin yayında Vedibasar bölgəsində yaradılmışdı. "Qırmızı tabor" dəstələri erməni-daşnak quldur dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərin, soyqırımların qarşısını almaqda mühüm rol oynamışdı. 1918 ilin iyulunda daşnakların Vediyə birinci hücumu zamam "Qırmızı tabor" hissələri onlara ciddi müqavimət göstərmiş, düşməni canlı qüvvə və texnika sarıdan çoxlu itki verərək, qaçmağa məcbur etmişdilər. Bu əməliyyat zamam "qırmızı tabor"çular qənimət kimi çoxlu silah və sursat ələ keçirmişdilər. 1919-cu ilin iyulunda daşnakların Vediyə ikinci hücumu zamanı "Qırmızı tabor" dəstələri yenə də qəhrəmancasına müqavimət göstərmiş, lakin düşmənin üstün qüvvələri qarşısında vuruşa-vuruşa öz mövqelərini tərk etməyə və İrəvan şəhərinə doğru geri çəkilməyə məcbur olmuşdular. Bundan sonra Vedibasar, Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçən "Qırmızı tabor" hissələri əvvəlcə Xoy şəhəri yaxınlığındakı Qəzənfərdağ adlı yerdə, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular. Naxçıvanda sovet hakimiyyəti elan edildikdən (1920, 28 iyul) sonra Naxçıvan hərbi inqilab komitəsinin və Nəriman Nərimanovun dəvəti ilə A. Şadlinskinin başçılığı ilə 200 nəfərlik "Qırmızı tabor" dəstəsi sentyabrın 17-də Naxçıvana gəlmiş, buradakı qırmızı qvardiya dəstələri "Qırmızı tabor"la birləşmişdi. "Qırmızı tabor"a, əvvəlcə, Naxçıvan sərhədlərinin qorunması tapşırılmış, sonra isə, onun döyüşçüləri daşnaklara qarşı Zəngəzur istiqamətində döyüş əməliyyatları aparmışlar.
Ratko Mladiç
Ratko Mladiç (serb. Ратко Младић; 12 mart 1943, Bojanoviçi[d], Serb Respublikası) — "Serb qəssabı" ləqəbli general, Serbiya Respublikası Ordusunun müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımda təqsirləndirilən qərargah rəisi (1992–1995). 12 mart 1942-ci ildə Xorvatiyanın Bojanoviçi kəndində doğulub. 1996-cı ildə Mladiç digər Serbiya rəhbərləri ilə yanaşı Beynəlxalq Haaqa Tribunalı tərəfindən Sarayevonun mühasirəsi zamanı hərbi cinayətlər və soyqırım törətməkdə, eləcə də Srebrenitsa qətliamında ittiham olunmuşdur. Onun həbs edilməsi Serbiyanın Avropa İttifaqına üzv olması üçün əsas şərt kimi irəli sürülmüşdür. Mladiçin yeri haqqında məlumat verməyə görə 10 milyon avro mükafat vəd olunmuşdu. Ratko Mladiç 2011-ci ildə Serbiya xüsusi dövlət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılmışdır.2017-ci ilin noyabrın 22-də Haaqa məhkəməsinin qərarı ilə Mladiç ömürlük həbs cəzasına məhkum olunmuşdur. Onun digər silahdaşı Karaciç isə 40 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qərar verilmişdi..
Gábor Bukrán
Qabor Laurenczy
Gábor Laurenczy (19 mart 1954, Bekeşçaba) — Macar-İsveçrəli kimyaçı və akademik . O, Lozanna Federal Politexnik Məktəbinin fəxri professorudur . Akademik, Macarıstan Elmlər Akademiyasının xarici üzvüdür . Laurenczy-nin tədqiqat maraqları reaksiya kinetikası sahəsindədir, əsasən kiçik molekullu hidrogen saxlama, hidrogenləşdirmə və katalitik aktivləşdirməyə diqqət yetirir. O, Macarıstan Kimya Cəmiyyətinin Rudolf Fabinyi Xatirə Mükafatının laureatıdır . Laurenczy 1978-ci ildə Kossuth Universitetində (Debresen, Macarıstan) kimya üzrə magistr dərəcəsi almışdır. Daha sonra 1980-ci ildə həmin institutda qeyri-üzvi kimya üzrə fəlsəfə doktoru dissertasiyasını bitirmişdir . Laurenczy akademik karyerasına 1984-cü ildə Kossuth Universitetində dosent kimi başlayıb. 1985-ci ildə İsveçrəyə (UNIL) köçdü. 1991-ci ildə habilitasiyasını başa vurmuşdur (Macarıstan Elmlər Akademiyası, Budapeşt).
Qabor Tardos
Gábor Tardos (11 iyul 1964, Budapeşt) — macar riyaziyyatçısı, hazırda Mərkəzi Avropa Universitetinin professoru və əvvəllər Simon Fraser Universitetində Kanadalı tədqiqatçıdır. O, əsasən kombinatorika və informatika sahəsində çalışır. O , Éva Tardosun kiçik qardaşıdır. Qabor Tardos 1988-ci ildə Budapeştdəki Eötvös Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsi alıb. Onun məsləhətçiləri László Babai və Péter Pálfy idi. O, Çikaqo Universitetində, Rutgers Universitetində, Toronto Universitetində və Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda postdoktorluq vəzifələrində çalışmışdır. 2005–2013-cü illərdə Simon Fraser Universitetində Diskret və Hesablama Həndəsəsi üzrə Kanada Tədqiqat Kafedrası vəzifəsində çalışmışdır. Daha sonra Budapeştə qayıdıb, Alfred Reni adına Riyaziyyat İnstitutunda 1991-ci ildən tədqiqatçı kimi çalışıb . Tardos universal cəbr nəticəsində başladı: o, yerli nizamı qoruyan əməliyyatların maksimal klonunu nümayiş etdirdi. O, Hanna Neumanın zənninin qismən nəticələrinə nail olmuşdur .
Draco arbor
Ədəm ağacı (lat. Dracaena draco) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü.
Qabor Mate
Qabor Mate (ing. Gabor Maté; 6 yanvar 1944, Budapeşt) — macar əsilli kanadalı terapevt və yazıçı. == Elmi fəaliyyəti == Terapevt kimi ailələrlə işləmə praktikasına malikdir və uşaqların inkişafı, travmalar və bunun ömür boyu fiziki və psixoloji sağlamlıq üçün potensial nəticələri, o cümlədən autoimmün xəstəliklər, xərçəng, DÇHP, asılılıqlar və geniş spektrli digər problemlər onun üçün xüsusi maraq kəsb edir. Matenin asılılıqlara yanaşması xəstələrinin yaşadıqları travmalar üzərində köklənir və o, xəstələrini həmin travmaya diqqət yetirməklə sağaltmağa çalışır. Mate özünün "Ac xəyallar səltənətində: Asılılıqla yaxın kontakt" kitabında narkoasılılıq problemi olan insanların yaşadığı travma növlərini və bunun sonrakı həyatda qərarlarına necə təsir etdiyini araşdırır. 2009-cu ildə kitab ədəbi qeyri-bədii ədəbiyyat üzrə Hubert Evans mükafatını aldı və 2018-ci ilə qədər 10-cu nəşri 250.000-dən çox nüsxə nəşr olundu. O, DÇHP, stres, inkişaf psixologiyası və asılılıq mövzularını araşdıran beş kitab yazmışdır . Vancouver Sun və The Globe and Mail üçün müntəzəm yazılar yazır. Özünün də DÇHP ilə əlaqəsinə baxmayaraq, o, əslində bunu patologiya deyil, əksinə mübarizə mexanizmi hesab edir. 2021-ci ildə "Travmada gizlənmiş hikmət" filmi Matenin psixoloji travmanın təsirləri və ondan sağalma ilə bağlı araşdırmalarını ümumiləşdirir.