Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaskad
Rastak
Rastak (fars. رستاک‎), rəsmi olaraq Rastak Music Group (fars. گروه موسیقی رستاک‎, azərb. Rastak musiqi qrupu‎) — İran musiqi qrupu. Qrup 1997-ci ildə Siyamək Səpehri tərəfindən təsis edilmişdir və İran, Azərbaycan, kürd, bəluc, ərəb, Mazandaran, Gilan, lur xalq mahnılarını oxuyur, musiqilərini ifa edirlər. Qrup çoxlu beynəlxalq musiqi festivallarında iştirak etmiş, İran, Türkiyə, ABŞ, Yaponiya, Hindistan, eləcə də bir sıra Avropa ölkələrində konsertlər təşkil etmişdir.
Arpad
Arpad — Macar knyazı. Almosun oğlu idi, anası bilinmir. Arpad 10 Onoqur tayfasını idarə edirdi. Hakimiyyətə gəldikdən sonra Kurşanla birlikdə imperator VI Leo ilə Bulqarlara qarşı müqavilə imzaladı. 901-ci ildə Pannoniyaya qədər gedib çıxmışdı. == Övladları == Liüntika - vəliəhd şahzadə, Kəbərlərin tayfa başçısı. Tarxos - şahzadə. Üllö - şahzadə. Yutaş - şahzadə. Zoltan - növbəti knyaz.
Aspar
Flavi Ardabur Aspar (400 – 471, Konstantinopol) — Bizans generalı. Milliyyətcə Alan olmuşdur. Aspar imperator I Leonun zamanında Konstantinopolun əsl hakimi idi. Bizans İmperiyasının ən yüksək hərbi rütbəsi olan Magister militum idi. Aspar Ariçiləri dəstəkləməsi səbəbindən özü imperator ola bilmədi. Onun yerinə imperator Feodosinin bacısı Pulçeriya ilə evlənən və ondan daha aşağı rütbəli olan Marsian imperator oldu. Aspar ostroqotların kralı Böyük Teodorikin müəllimi olmuşdu. Oğlu Ardabur ilə birlikdə sui - qəsd nəticəsində öldürülmüşdür.
Aşpaz
Aşpaz — peşəsi yemək bişirmək olan insan. Bu iş tənəffüs orqanları, ürək-damar sistemi, qidalanma orqanları, böyrək və sidik yolları, dayaq-sümük aparatı, əsəb sistemi xəstəlikləri, əllərində dəri xəstəliyi və bakteriya daşıyıcılığına malik insanlara tövsiyə olunmur. Aşpazın işi üçün sanitariya kitabı tələb olunur. Aşpaz yalnız müəyyən yeməklərin hazırlanmasında praktik bacarıqlar tələb etmir, həm də qida istehsalının təşkili, məhsulların xüsusiyyətləri haqqında dərin nəzəri biliklər tələb edir.
Başad
Fasad
Fasad (fr. façade — üz, sifət) — bina və ya tikilinin ön, xarici tərəfi. Fasad metal çərçivədən və üzərinə çəkilmiş banner torundan ibarət irimiqyaslı konstruksiyadır. Baş fasad, yan fasadlar, küçə fasadları, həyət fasadı və s. fasadlar var. Fasadların mütənasibliyi, detalları və bəzəkləri adətən binanın təyinatı, üslub, fəza və konstruktiv həlli ilə şərtlənir. Müasir memarlıqda, xüsusilə kütləvi sənaye tikilisində geniş fəza ilə əhatə olunan binaların bütün fasadları eyni dərəcədə əhəmiyyətlidir. Fasadlar estetik göz oxşaması ilə yanaşı binanın təyinatını da diktə etməlidir.
RASAT
RASAT — Araşdırma Peyki Türkiyənin və TÜBİTAK UZAY ın BiLSAT peykindən sonra sahib olduğu ikinci uzaqdan müşahidə peykidir. Yüksək keyfiyyətli optik göstərmə sistemi və Türk mühəndisləri tərəfindən hazırlanan yeni modullara malik olan RASAT, Türkiyədə hazırlanmış və istehsal edilən ilk yer müşahidə peykidir.
Rasam
Rasam (hind. रस्सम. kann. చారు) — Hind mətbəxində tərəvəz şorbası. Rasam şorbası Tamillər tərəfindən qəbul edilib. Həmçinin digər regional adları da vardır (teluquda çaaru, kannada da saaaru). Rassam şorbası Cənubi Hindistanda ən məşhur yeməklərdən biridir. Ənənəvi olaraq pomidor, çili bibəri, bibər, kemyon və digər ədviyyatlar tamarind suyuna əlavə edilərək hazırlanır. Buxarda bişirilmiş mərciməkdə yeməyə dad verməsi üçün əlavə edilə bilər. Əvvəlcədən bütün ədviyyatlar bişirilir.
Adel Massad
Adel Massad (24 iyun 1964) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == Adel Massad Misiri 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Cyperus haspan
Cyperus haspan (lat. Cyperus haspan) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Differensial kaskad
Differensial kaskad və ya Differensial gücləndirici kaskad — iki girişi olan gücləndirici kaskaddır, və o bu girişlərə tətbiq edilmiş gərginliklərin fərqini – differensial siqnalları gücləndirir. Əgər hər iki girişə eyni gərginlik verilərsə (sinfaz siqnal), gücləndirilmə çox kiçik olacaq, yəni, differensial gücləndirici sinfaz siqnalları gücləndirmir. Gücləndirici sxemlərin əksəriyyəti sabit gərginliyi gücləndirmək üçün istifadə edilə bilməz. Çünki bu qurğulara gücləndirilən siqnaldan əlavə sürüşmə gərginliyi də verilməlidir. Lakin, gücləndirilərkən sabit gərginliyi sürüşmə gərginliyindən ayırmaq mümkün deyil. Differensial kaskadlar bu prodlemi tam həll edir. Sinfaz siqnalların söndürülməsi differensial kaskadların çox mühüm və faydalı xassəsidir. Bu xassə onlara böyük təhrifedici sinfaz siqnalların fonunda kiçik siqnalları ayırmağa, siqnaları öz aralarında və ya verilmlş səviyyəli siqnallarla müqayisə etməyə, həmçinin siqnallarla bir sıra başqa əməliyyatlar aparmağa imkan verir. Odur ki, differensial kaskadlar bir çox elektron sxemlərin əsas komponentidir. Differensial kaskadların daha bir böyük üstünlüyü var.
Gaspar Rubio
Gaspar Rubio Meliá (14 dekabr 1907 Serra, Valencia, İspaniya - 3 yanvar 1983 Mexiko, Meksika) İspaniyalı futbolçu və məşqçi. 1921-ci ildən 1927-ci ilə qədər olan dövrdə İspaniya yığmasında keçirdiyi 4 oyuna 9 qol vurmuşdur.
Heltay Qaşpar
Heltay Qaşpar (əsl adı:Kaspar Helth; mac. Gáspár Heltai; 1510[…] – 1574[…], Kluj-Napoka) — Yazıçı və rəssam. Ana dilinin alman dili olmasına baxmayaraq macar dilində bir sıra kitablar nəşr etdirmişdir. == Fəaliyyəti == Vittenberq Universitetində təhsil almışdır və ilk nəşr evini Kolojvarda (hal-hazırda Rumıniyanın Kluj-Napoka şəhəri) açmışdır. O, həmçinin ictimai hamam, kağız fabriki və şəhərdə ilk pivə zavodunun sahibi idi. Eyni zamanda rahib, tərcüməçi, naşir, yazıçı və iş adamı idi. Kolojvarın ilk dini islahatçısı sayılır. Macarıstanın Unitarian islahatının ən önəmli şəxslərindən biridir. Bir qrup alimlə birgə Əhdi-Cədidi macar dilinə tərcümə etmişdir. Onun əsərləri Macarıstanda dünyəvi ədəbiyyatın ilk qaynaqlarından hesab olunur.
Jordi Qaspar
Jordi Qaspar (23 aprel 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Qaspar bir müddət Fransanın gənclər millilərində çıxış etmişdir. Hal-hazırda Fransa U-19 millisinin üzvüdür. == Klub karyerası == === Lion === Qaspar əsas komanda ilə debütünü 27 sentyabr 2016-cı ildə etmişdir. O, Sevilya klubu ilə qarşılaşmada 71 dəqiqə meydanda mübarizə aparmış və Raşid Gezzal ilə əvəz olunmuşdur. Həmin görüşdə Olimpik Lion UEFA Çempionlar Liqasının qrup mərhələsində rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. === Monako === Qaspar Lionla peşəkar müqavilə şərtləri ilə bağlı razılığa gələ bilmədikdən sonra Monako klubunun şərtlərini qəbul edərək, 16 iyun 2017-ci ildə klub ilə üç illik müqavilə imzalamışdır. === Serkl Brügge === Qaspar mövsüm sonuna qədər Belçika Birinci Divizion B təmsilçilərindən olan Serkl Brügge klubuna icarəyə verilmişdir.
Kaspar Vessel
Kaspar Vessel (ing. Caspar Wessel; 8 iyun 1745[…] – 25 mart 1818[…], Kopenhagen) — danimarkalı alim; ilk dəfə kompleks ədədlərin həndəsi təsvirini vermişdir.
Mishari Rashid
Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976, Küveyt) — məşhur Quran qarisi. Onun səsi, həmçinin quran qiraəti xüsusi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir. Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakültəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır. Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır. 2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan. Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar.
Qaspar Abey
Qaspar Abey (fr. Gaspard Abeille; 1648, Riez, Provans — Alp — Kot d'Azur — 22 may 1718, Paris) — fransız din xadimi, yazıçı, lirik şair və dramaturq. Fransız Akademiyasının üzvü (1704-cü ildən, kafedra 19). Gənc ikən Provansdan Parisə köçdü. Katib vəzifəsində çalışmış və onunla mənəvi mövzularda söhbətlər etməyi xoşlayan, Lüksemburqlu Fransa marşalı Fransua Henri de Montmorensinin himayədarı olmuşdur. Ölümündən sonra müvəqqəti olaraq hərbi lider, Vendome hersoqu Lui Cozef de Burbonun xidmətinə keçdi. Sonra Normandiya əyalətinin baş katibi olub. 1670-ci ildən Arles Akademiyasının üzvü olub.1704-cü ildə Fransa Akademiyasının üzvü seçildi. Elə həmin il kral onu Klermon-Ferrandakı Notr-Dam de la Mersi monastırının abbatı təyin etdi. O, əvvəlcə öz adı ilə faciələr, şeirlər, nəsrlər yazdı, sonra mənəvi vəziyyətinin ədəbi yaradıcılıqla uyğunsuzluğu tənqidindən yayınmaq üçün əsərlərinin bir hissəsini aktyor Jan-Fransua Juvenon de la Tuileries adı ilə yazdı (1650–1688).
Qaspar Monj
Qaspar Monj (fr. Gaspard Monge; 9 may 1746[…], Bon[d] – 28 iyul 1818[…], Paris) — Fransa riyaziyyatçısı, mühəndis, ictimai xadim. O, 1780-ci ildə Paris Elmlər Akademiyası üzvü, 1792–1793-cü illərdə dəniz naziri olmuşdur. Qaspar Monj 9 may 1746-cı ildə Fransanın Bon kommunasında anadan olmuşdur. O, 1780-ci ildə Paris Elmlər Akademiyasına üzv olmuşdur. Monjun əsas əsərləri həndəsəyə aiddir. O, əşyanın qarşılıqlı iki perpendikulyar müstəviyə proyeksiyalanmasına əsasən fəza fiqurunun müstəvi üzərinə təsviri üçün ümumi üsul və xüsusi törəməli tənliyin həndəsi şərhini vermişdir. Monj səthin əyriliyi anlayışını elmə daxil etmişdir. O, riyazi analiz, kimya, optika, meteorologiya və praktiki mexaniki sahəsində də tədqiqat aparmışdır. Monj Fransa inqilabı dövründə ölçü və çəki sistemini müəyyənləşdirən komissiyanın üzvü, 1792–1793-cü illərdə dəniz naziri olmuşdur.
Qaspar Panadero
Qaspar Panadero Zamora (isp. Gaspar Panadero Zamora; 9 dekabr 1997[…]) və ya sadəcə Qaspar — İspaniya futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın vingeri. Panadero 26 yanvar 2020-ci ildə karyerasında ilk dəfə xaric kluba transfer olunmuşdur. O, BƏƏ Peşəkar Liqasında çıxş edən olan "Əl-Vəhda"ya keçmişdir. Panadero 2 avqust 2020-ci ildə La Liqaya iştirak etməyə vəsiqə qazanmış "Kadis" ilə üç illik müqavilə imzalamışdır. O, 5 oktyabrda ikinci divizionda çıxış edən "Ponferradina"ya icarəyə verilmişdir. Panadero kluba qayıdandan sonra 3 avqust 2021-ci ildə müqaviləsini ləğv etmişdir. Panadero 4 avqust 2021-ci ildə Azərbaycanda "Qarabağ" FK ilə bir illik müqavilə imzalamışdır. Panadero 17 sentyabr 2014-cü ildə komanda yoldaşı Antonio Marin ilə birlikdə 19 yaşadək İspaniya yığmasına çağırılmışdır. O, növbəti ilin yanvarın 27-də komandada debüt etmiş, matçda Qətərə qarşı 1–0 hesabı ilə qalib gəlinmişdir.
Qaspar Ulliel
Qaspar Ulliel (fr. Gaspard Ulliel | /gaspaʁ yljɛl/; 25 noyabr 1984, Nöyi-sür-Sen – 19 yanvar 2022, La-Tronş) — fransız kino və teatr aktyoru, model. Sebastian Japrizonun eyniadlı romanı əsasında çəkilən «Uzunmüddətli nişan» detektiv dram filmində əsas rollardan birini oynadıqdan sonra dünya şöhrəti qazanmışdı. Aktyorun başqa diqqətəlayiq rolları arasında Piter Uebberin "Hannibal: Yüksəliş" filmində gənc Hannibal Lekter rolu, "Sen Loran" bioqrafik-dram filmində İv Sen Loran və s. rollarıdır. «Uzunmüddətli nişan» filminə görə Sezar mükafatının laureatı: ən ümidverici aktyor kimi, və "Bu sadəcə dünyanın sonudur" filmində ən yaxşı kişi roluna görə ikinci dəfə Sezar mükafatına layiq görülmüşdür. Chanelin "Bleu de Chanel" kişi ətirinin siması idi. Qaspar Ulliel 1984-ci ildə Parisin şəhərkənarı Nöyi-sür-Sen kommunasında stilistlər ailəsində doğulub. Anası Kristin və atası Serj olmaqla ailədə tək övlad idi. Onun sol yanağındakı çapıq altı yaşında keçirdiyi Doberman hücumunun nəticəsidir.
Racendra Prasad
Racendra Prasad (3 dekabr 1884[…] – 28 fevral 1963[…], Patna) — Hindistan siyasi və dövlət xadimi. Hindistanın I prezidenti. Kəlkətə Universitetində təhsil almışdır. 1911-1920-ci illərdə vəkil işləmişdir. 1911-ci ildə Hindistan Milli Konqresinə (HMK) daxil olmuş, milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1934, 1939 və 1947-48-ci illərdə HMK-nin sədri idi. Dəfələrlə həbs cəzasına məhkum edilmişdir. 1946-1948-ci illərdə Hindistan müvəqqəti hökumətinin ərzaq və kənd təsərrüfatı naziri, 1946-1950-ci illərdə Hindistan Müəssislər Məclisinin sədri olmuşdur. 1952-1962-ci illərdə Hindistan respublikasının prezidenti idi. ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Taspar xaqan
Taspar xaqan (572-581) — Aşina sülaləsindən Göytürk xaqanı. Bumın xaqanın üçüncü oğlu idi. Atasından fərqli olaraq Şimal Ki imperiyası ilə yaxşı münasibətdə idi.Onların təsiri ilə Buddist oldu və Şimal Çjou sülaləsinə qarşı hücumları çoxaltdı. Bir çox buddist mətni Türk dilinə tərcümə edildi. 577-ci ildə son Ki imperatoru Qao Şaoyi-yə siyasi sığınacaq vermişdi. 579-cu ildə Şimal Çjou ilə sülh bağlamaq istəsə də, imperator Hsüanın iki şərti vardı - öz əmisiqızı Kiancin ilə evlənəcək və Qao Şaoyini təslim edəcəkdi. Taspar xaqan bu təklifdən imtina etdi. 580-ci ildə imperator Hsüanın yerinə keçən imperator Cinq şahzadə Kiancini onunla evləndirməyə qərar verdi. Həmçinin xaqana rüşvət verərək Qao Şaoyini təslim etdi. O, hər iki imperatora oğlum deyə xitab edib onlardan yüksəkdə durduğunu göstərirdi.
Qaspar Karampetyan
Qaspar Karampetyan (erm. Գասպար Կարապետյան) — erməni siyasətçi və ictimai xadim. Ədalət və Demokratiya üçün Avropa-Ermənistan Federasiyası adlı diaspora təşkilatının rəhbəridir. Araşdırmalar zamanı, Karampetyanın, Avropa Parlamentinin "Qətərgeyt" işinə görə həbs edilmiş Eva Kaili ilə dərin əlaqələri olduğu və rəhbərlik etdiyi təşkilat vasitəsilə müxtəlif ölkələrdən olan Avropa məmurlarının Qarabağa səfərlərini maliyyələşdirdiyi aşkara çıxarılmışdır. 2024-cü ildə Caspian Broadcasting Company Kaspar Karampetyanın Avropada lobbiçilik fəaliyyətindən bəhs edən sənədli film yayımlamışdır. Qaspar Karampetyan 29 yanvar 1948-ci ildə Yunanıstanın Afina şəhərində, erməni ailəsində doğulmuşdur. İlk təhsilini Neos Kosmos Milli İbtibadi Məktəbində almışdır. Daha sonra, təhsilini Beyrutdakı Nşan Palancıyan Dcemaran Erməni Kollecində davam etdirmişdir. Azad Yunanıstan Universitetində Avropa Tarixi və Mədəniyyəti fakültəsində bakalavr təhsili almışdır. 1967–1996-cı illərdə Qaspar Karampetyan Afinadakı bir texnologiya şirkətində idxal, ixracan və ictimayətlə əlaqələr şöbəsinin rəhbəri kimi çalışmışdır.
Raad
Raad-1