Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaftar
Zolaqlı kaftar (lat. Hyaena hyaena) — yırtıcılar dəstəsinin kaftarlar fəsiləsinə aid məməli heyvan cinsi. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilmə təhlükəsi var. Arealın kənarında olan nadir növdür. == Xarici görünüşü == Bədəninin uzunluğu 110–120 sm, quyruğunun uzunluğu isə 30 sm-dir. Kütləsi 30–39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulağı böyükdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. Çiyin-boyun nahiyyəsində at yalına bənzər uzun, cod tükləri var.
Qonur kaftar
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Rəftar İmanov
Rəftar Cəlil оğlu İmanov (16 oktyabr 1929) — tarixçi-alim, Azərbaycan Dövlət Dəniz Akademiyasının Kafedra müdiri, qarabağşünas. == Həyatı == Rəftar Cəlil оğlu İmanov 16 oktyabr 1929-cu ildə Füzuli rayonunun Dövlətyarlı kəndində dünyaya göz açıb. Natamam оrta təhsilini Dövlətyarlı kəndində aldıqdan sоnra оrta təhsilini Füzuli Pedoqoji texnikumunda başa çatdırmışdı. Оrta təhsillə kifayətlənməyən R.İmanоv ali təhsili almaq üçün 1946-cı ildə indiki Bakı Dövlət Univesitetinin tarix fakültəsinə daxil оlur. Burada о, akademik İsmayıl Hüseynov və Əlisöhbət Sumbatzadə, Akademiyanın müxbir üzvüləri Zülfəli İbrahimov, Əlövsət Quliyev və İqrar Əliyev, prоfessоrlar Hətəm Şahmalıyev, Mehdi İrəvanski, Məmməd Şıxlı və Miryusif Mirhadıyev (1922-1994), dоsent Əkbər Dadaşlı və digər görkəmli tarixçi alimlərin mühazirələrinii dinləyərək savadlı tarixçi kimi fоrmalaşmışdı. Bakı Dövlət Univesitetini müsbət göstəricilərlə başa vurmuş R. İmanоv 1951-ci ildə dоğma rayоnunun Qarğabazar kənd оrta məktəbinə təyinat alır. Gənc müəllim dərs dediyi bütün siniflərdə tarix fənninin sirlərini şagirdlərə öyrətməkdə xüsusilə canfəşanlıq edərək Füzuli rayоnunun tarix müəllimləri arasında layiqli hörmət qazanmışdı. R.İmanоv pedoqoji fəaliyyətilə yanaşı elmi fəaliyyətlə də məşğul оlmağı qarşısında məqsəd qоymuşdu. Beləliklə о, 1967-1971-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstutununun aspirantı оlmuşdur. 1973-cü ildə isə о, Akademiyanın vitse prezidenti, akademik İ.A. Hüseynоvun rəhbərliyilə başa çatdırdığı «Azərbaycanın yeni şəhəri Daşkəsənin yaranması və inkişaf tarixi (1945-1970)» mövzusunda namizədlik dissertasiyasını Akademiyanın Tarix Instutunda müvəffəqiyyətlə müdafiə etmişdir.
Xallı kaftar
Xallı kaftar (lat.
Zolaqlı kaftar
Zolaqlı kaftar (lat. Hyaena hyaena) — yırtıcılar dəstəsinin kaftarlar fəsiləsinə aid məməli heyvan cinsi. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilmə təhlükəsi var. Arealın kənarında olan nadir növdür. == Xarici görünüşü == Bədəninin uzunluğu 110–120 sm, quyruğunun uzunluğu isə 30 sm-dir. Kütləsi 30–39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulağı böyükdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. Çiyin-boyun nahiyyəsində at yalına bənzər uzun, cod tükləri var.
Qorxmaz kaftar (film, 1979)
Qorxmaz kaftar (ing. The Fearless Hyena; çin. 笑拳怪招) — həm ssenari müəllifi, həm də rejissor olan Ceki Çanın (ilk rejissor işi) və əsas rolu oynayan filmlərindən biridir. Film beynəlxalq miqyasda bir neçə alternativ başlıq altında yayımlandı, bunlar: Əjdahanın İntiqamı (ABŞ video adı) Super döyüşçü 3 (Qərbi Almaniya video adı) Kölgə adam (Qərbi Almaniya video başlığı) == Məzmunu == Yinqi Döyüş Sənəti Məktəbindən Chan Fanfei, Qin Xanədanlığına qarşı bir üsyan planlaşdırdı, ancaq bu barədə məlumat ortaya çıxır. General Yam Zinfa və köməkçiləri, "üç qılınclı", Fanfei və Yinqi'nin digər ardıcıllarını öldürmək üçün göndərildi. Fanfei nəvəsi Hinlon ilə birlikdə kəndə sığınmış və kiçik bir tacirin həyatını yaşamağa başlamışdır. Bu vaxt, Yinqi'nin davamçısı və Fanfeinin bir dostu olan Unikorn, generalla toqquşmadan qaçaraq bir dost axtarmağa getdi. Hinlon, babasının rəhbərliyi altında uşaqlıqdan döyüş sənətlərini öyrəndi, ancaq generaldan və xalqından şübhələnməmək üçün kənar şəxslərə bacarıqlarını nümayiş etdirmək qadağan edildi. Bununla birlikdə, gənc və dürtüsel oğlan kənd zorakılığına — Böyük Ayı, Daş Yumurta və Dəmir Başla qarşılaşanda nəzarəti itirdi. Gəncin rəqibləri üzərində qələbəsi ona şöhrət gətirdi və üçlüyün müəllimi Sek Fu, Hinlonga məktəbində döyüş sənətləri müəllimi vəzifəsini təklif etdi.
Qorxmaz kaftar 2 (film, 1983)
Qorxmaz kaftar — 1983-cü ildə rejissor Çan Çuen tərəfindən çəkilən və baş rollarda Ceki Çan olan Honq Konq döyüş sənətləri aksion filmidir. Qorxmaz Kaftar filminin davamı olması nəzərdə tutulmuşdu. = Məzmunu = İki əmiuşağı Çen Lun (Ceki Çan) və Tunq (Austin Vai) iki rəqib tərəfindən öldürülən atalarının ölümünün intiqamını almaq üçün bir araya gəlirlər. = Fon = Film prodüseri Villi Çan Qızıl Məhsula qoşulmaq üçün Lo Vei Motion Picture Company-dən ayrıldıqda,Ceki Çana Lo Veidə qalıb-qalmayacağına özü qərar verməsini tövsiyə etdi. Çan film üzərində işə başladı, amma sonra müqaviləsini pozdu və Qızıl Məhsula qatıldı. Bu, Lo-nu onu üçbucaqla şantaj etməyə və ulduzun gedişində Villi Çanı günahlandırmağa sövq etdi. Mübahisə, aktyor yoldaşı və rejissor Cimmi Vanq Yunun köməyi ilə həll edildi və Çanın Qızıl Məhsulda qalmasına imkan verdi.Filmi tamamlamaq üçün Lo filmin qalan hissəsində Çanın yerini tutmaq üçün dublörləri işə götürdü və alternativ çəkərək ilk filmdəki kadrları yenidən istifadə etdi. Chan filmin son məhsulunun o qədər pis olduğunu söylədi ki, məhkəməyə müraciət edərək sərbəst buraxılmasını dayandırmağa çalışdı, lakin Lo filmi asılı olmayaraq buraxdı. = Rollarda = = Büdcə = Honq Konq kassasında film 1.983.793 HK dolları qazandı. = Həmçinin bax = Qorxmaz kaftar = İstinadlar = = Xarici Keçidlər = "Qorxmaz Kaftar II" Internet Movie Database saytında.
Baytar
Baytar — heyvanların sağlamlığı ilə məşğul olan mütəxəssis. Baytarlar baytar məntəqələrində, heyvanat parklarında və kənd təsərrüfatı müəssisələrində çalışırlar. Baytarlığın əsası heyvanların əhliləşdirilməyə başladığı dövrdən qoyulmuşdur. Baytarlıq təbabəti və tibb elminin mahiyyətini mükəmməl bilən zəka sahiblərinin məşhur bir kəlamı var: "Tibb həkimləri yalnız insanları, baytar həkimləri isə bütün bəşəriyyəti müalicə edir". == Ədəbiyyat == Z. Ələsgərov və başq. Baytarlıq virusulogiyası. Uniprint, Bakı, 415 səh., 2009.
Kaftan
Kaftan — uzunətəkli, qollu geyim növü. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olub və bir sıra xalqlara da onlardan keçmişdir. == Tarixi == Əslən farsca həftan, qabağı açıq, dik və ya aşağı yaxalı, müxtəlif rəngli qiymətli parçalardan tikilmiş, daha çox daş-qaşla bəzədilmiş və ya naxışlı üst paltarın adıdır. Belinə qədər kəmərli və düyməli nümunələr də var. Ərəb mənbələrində “burde”,“şəmlə”,“hamisə”,“nəmirə”,“əba”,sözləri ilə ifadə edilir. Köhnə və Yeni Əhdi-Cədiddə kaftan müxtəlif hallarda xatırlanır. Əhdi-ətiqə görə, Allah Adəm və Həvvaya dəri paltar geydirdi, Əyyub peyğəmbərin övladları vəfat edəndə və malı dağıdıldığında, paltarını cıraraq, ona təsəlli verməyə gələn üç dostu paltarlarını cırıb yeddi gün yeddi gecə danışmadan onunla birlikdə oldular. Üzərində hökmdarın adı və ya şüarı olan, sənətkarlıq tikmələri ilə bəzədilmiş və xüsusilə zolaqlı haşiyələrlə bəzədilmiş kaftanların (tirazın) hökmdar tərəfindən kiməsə əvəzsiz hədiyyə edilməsinə “kaftan/hil taxmaq” deyilir. == Peyğəmbər dövründə istifadəsi == Cümə və bayram namazlarında qırmızı kaftan geyən Hz.Peyğəmbərin kaftanları arasında qalın kənarları olan Nəcran toxuması, dar qollu Şam işi və müxtəlif rənglərdə Yəmən istehsalı olanlardan əlavə, bir qadının şəxsən toxunduğu və hədiyyə etdiyi kaftan da var idi. Hz.
Qaftan
Qaftan - qədim türklərdə geyim forması. == Haqqında == Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olan qaftan, həm də genbalaq şalvar həyat tərzinin xeyli hissəsi at üstündə keçən türk xalqlarının süvari məişəti üçün ən münasib geyim növləri olmuşdur. Kitabi Dədə Qorqud dastanlarına əsasən Oğuz qaftanı biçim üsuluna görə dastanlarda “don” adlanan arxalığa çox yaxın idi, lakin onun tam eyni deyildi: “Xeyir xəbər gətürənə at, don verəm, qaftanlar geydürəm” ifadəsində bu ayrılıq aydın nəzərə çarpır. Arxalıq (don) kimi, qaftan da qol, gövdə və ətək olmaqla, üç hissədən ibarət biçilib tikilirdi. Lakin arxalıqdan fərqli olaraq qaftanın ətəyi nisbətən uzun olurdu. Bunu Kitabi Dədə Qorqud boylarındakı dolayı faktlardan aydın görmək olur: “Qaftanı altından ayağın bərk sardı, var qüvvətiylə atının yelisinə düşdi”. Kitabi Dədə Qorqud dastanlarına əsasən, oğuzlar arasında qaftanın qaradan başqa qırmızı, qızılı, ağ və s. rəngli parçalardan tikilməsi məqbul sayılırdı: “Adağlusından ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi...
Qraftal
Qraftal - (ing. graftal, ru. графталь) – həndəsi fiqurlar ailəsinin fraktallara oxşayan, ancaq onlara nisbətən daha asan hesablanan nümayəndəsi. Qraftallardan çox zaman xüsusi effektlərin yaradılmasında, məsələn, mürəkkəb ağac və ya bitki görüntülərinin qurulmasında istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rastak
Rastak (fars. رستاک‎), rəsmi olaraq Rastak Music Group (fars. گروه موسیقی رستاک‎, azərb. Rastak musiqi qrupu‎) — İran musiqi qrupu. Qrup 1997-ci ildə Siyamək Səpehri tərəfindən təsis edilmişdir və İran, Azərbaycan, kürd, bəluc, ərəb, Mazandaran, Gilan, lur xalq mahnılarını oxuyur, musiqilərini ifa edirlər. Qrup çoxlu beynəlxalq musiqi festivallarında iştirak etmiş, İran, Türkiyə, ABŞ, Yaponiya, Hindistan, eləcə də bir sıra Avropa ölkələrində konsertlər təşkil etmişdir.
Safsar
Safsar (lat. Vormela peregusna) — Dələlər fəsiləsinə aid növ. == Xarici görünüşü == Digər dələkimilərdən əlvan rənglərinə görə fərqlənir. Başın üz hissəsində ağ-qara maskası vardır. Gözlərinin ətrafı boyunca qara, onun üstündə isə geniş ağ zolaq gedir. Qulaqları nisbətən geniş və uzundur, quyruğu tüklüdür. Belinin sarı tonunda dəyirmi qara xallar səpələnmişdir. Ölçüləri xırdadır, uzun bədənə, qısa ayaqlara malikdir. == Yayılması == Cənub-şərqi Avropa, Balkanlar, Kiçik və Ön Asiya, Qafqaz, Orta Asiya, Tyan-Şan. Azərbaycanda arealı dağətəyi və mərkəzi düzənlik əraziləri, Zuvand yaylasını və Naxçıvanı əhatə edir.
Çartar
Çartar — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. == Coğrafiyası == Bu kənd Xocavənd şəhərindən 17 kilometr, Xankəndidən 78 kilometr, Bakıdan isə 380 kilometr aralıdır.Füzuli rayonun inzibati ərazi dairəsinə aid olan Yuxarı Veysəlli kəndindən 2 kilometr aralıdadır. == Əhalisi == 2020-ci ilə olan məlumata görə burada 2316 nəfər erməni yaşayırdı.
Altar
Altar (isp. Gran Desierto de Altar) — Meksika ərazisində yerləşən Sonora səhrasının təribini hissəsini təşkil edən qumlu səhra. Səhra Kaliforniya körfəzinin şimal sahillərində qərarlaşır. Uzunluğu 40 km, eni isə 100 km təşkil edir.
BAFTA
"BAFTA" (ing. British Academy of Film and Television Arts) — İngilis Film və Televiziya Sənətləri Akademiyasıdır. Oscarın Birləşmiş Krallıqdakı tayı olan bu akademiya hər il film, televiziya, uşaq film və televiziya əsərlərinə mükafatları verir. 1947də İngilis Film Akademiyası olaraq, David Lean, Aleksandr Közdə, Carol Reed, Charles Laughton, Roger Manvell kimi adlar tərəfindən qurulmuşdur. 1958-də Televiziya Prodüserləri və Rejissorları Loncası ilə birləşərək Film və Televiziya Klubu olmuşdur. 1976-da isə indiki adını almışdır. BAFTA-nın ana ofisi Piccadilly, Londonda, amma İngiltərənin şimalında, Şotlandiyada, Uelsdə, Nyu-Yorkda və Los-Ancelesdə da ofisləri var. Akademiyanın mükafatı Amerikalı heykəltaraş Mitzi Cunliffe tərəfindən hazırlanmış teatr maskası şəklindədir və 1955-ci ildə Televiziya Prodüserləri Loncası tərəfindən sifariş olunmuşdu. 1989-cu ildən bu yana Los-Anceles ofisi, BAFTA, hər il öz mükafatları olan Britanya Mükafatlarını verməkdədir.
Matar
Matar — Anju adaları qrupuna daxil olan elə də böyük olmayan ada. Ada Çukot dənizi ilə Şərqi Sibir dənizi araspnda yerləşir. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ərazi Ust Lena qoruğuna daxildir.
NAFTA
Şimali Amerika Azad Ticarət Assosiasiyası (ing. North American Free Trade Agreement, NAFTA; fr. Accord de libre-échange nord-américain, ALÉNA;; isp. Tratado de Libre Comercio de América del Norte, TLCAN) — Şimali Amerikada Ticarət blokunun yaradılması haqqında ABŞ, Meksika və Kanada arasındakı razılaşma. 1994-cü il yanvarın 1-də qüvvəyə minmişdir. Amerika transmilli korporasiyalarının təsiri altında ABŞ administrasiyası tərəfindən irəli sürülmüşdür. Amerika iqtisadiyyatının Kanada və Meksika iqtisadiyyatı ilə nail olunan qovuşma səviyyəsi onun dövlətlərarası rəsmiləşdirilməsini tələb edirdi. XX əsrin 90-cı illərinin əvvəllərinə dünyada baş verən siyasi və iqtisadi vəziyyətdəki radikal dəyişikliklər də buna şərait yaradırdı: Aİ öz regionunda inteqrasiya proseslərinin genişləndirilməsini və dərinləşməsini kəskin surətdə sürətləndirdi; Yaponiya, Çin və Cənub-Şərqi Asiya ölkələri səylə iqtisadi potensiallarını gücləndirirdi; Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı artırdı. Formallaşan şərait dünya bazarında Amerika korporasiyalarının rəqabət qabiliyyətini saxlamaq üçün ABŞ-nin qarşısında öz qitəsində inteqrasiya proseslərinin fəallaşdırılması vəzifəsini qoydu.
Qatar
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. == Qatar növləri == Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. == Azərbaycanda qatardan istifadə == Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur. Məsələn, sərnişin qatarlarının uzunluğu 20 vaqona qədər ola bilər.
Radar
RADAR (ing. radar, qısaca olaraq radio detection and ranging sözlərindən – məsafəni müəyyən edən və radioaşkarlayıcı) – radarlayıcı stansiya – radaralama üsulu ilə müxtəlif obyektləri müşahidə etmək üçün qurğudur. İlk dəfə 1936 -1938 - ci illərdə Böyük Britaniyada, ABŞ - da və keçmiş SSRİ - də istifadə olunmuşdur. == Radarlamanın əsasları == Obyektlərin yerinin təyin edilməsi, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi üçün elektromaqnit dalğalarının əks olunması və özünə məxsus şüalanması kimi xassələrindən istifadə olunur. Radiotexnikanın fəzada şüalandırılan elektromaqnit dalğalarının birbaşa əks olunması, sınaraq əks olunması və özünəməxsus şüalandırılması nəticəsində müxtəlif obyektlərin yerinin və koordinatlarının, habelə hərəkət göstəricilərinin təyin edilməsi ilə məşğul olan bölməsi radarlama adlanır. Obyektlərin yerinin aşkarlanması, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi kimi funksiyaları yerinə yetirən qurğu və ya sistemə müvafiq olaraq radar stansiyası və ya radar sistemi deyilir. Fəzanın müəyyən edilmiş ərazisində obyektin mövcudluğuna, koordinatlarına və hərəkət göstəricilərinə dair məlumat mənbəyi obyektdən gələn radarlama siqnallarıdır. Radarlama siqnallarının yaranma xüsusiyyətlərinə görə radar müşahidəsini üç yerə bölürlər. Elə bu qədər də radar stansiyası və radar sistemi var. == Müşahidə növləri == Radar müşahidəsinin I növündə radar tərəfindən şüalandırılan radarlama siqnallarının obyektdən əks olunması xassəsindən istifadə edilir.
Rafal
Rafal (isp. Rafal) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 1,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4181 nəfərə çatmışdır.
Tafta
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV-XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Tatar
Kəndlər Tatar (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Tatar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Tatar (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd.Digər Tatarlar — Tatarıstanda yaşayan türk xalqı. Tatar dili — tatarların milli dili, Rusiyada yayılmasına görə rus dilindən sonra ikinci dil. Krım tatarları - Kramda yaşayan türk xalqı. Kırımtatar dili — Kırım tatarlarının ana dili. Tatar (Kəbirli) — Qarabağ xanlığının Kəbirli mahalında oba.
İftar
İftar - Ramazan ayında oruc tutan müsəlmanların gün batandan sonra yemək yemələridir. İftar əsasən iftar süfrəsi arxasında açılır. İftar süfrəsinə ilk olaraq su gətirilir. Daha sonra qatıq, doğramac və ayran verilə bilər. Isti, uzun günlü avqust ayında oruc tutmaq bir az çətindir. Oruc tutmaq istəyən bəzi adamları isə ən çox qoxrudan da məhz isti və uzun gündür. Bütün oruc tutanlar iftar sonrası səhərə qədər 2 litrə qədər su içməlidirlər. Ən azından 2 stəkan bitki çayı, ayran, qatıq və albalı kompotu içmək vacibdir. Iftar süfrəsi həddən artıq zəngin olmamalıdır. Acqarına, bütün günü dincələn orqanizmi qəfil ağır, yüksək kalorili qidalarla yükləmək düzgün deyil.
Baftan (Sərab)
Baftan (fars. بافتان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 645 nəfər yaşayır (145 ailə).
Baytar (Ağbaba)
Baytar, Hovtun — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km şimal-şərqdə, Arpaçayın sol sahilində yerləşir. Toponim baytar (baydar) türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Kəndin adı dəyişdirilib Hovtun qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 27, 1873 - cü ildə 231, 1886-cı ildə 167, 1897-ci ildə 188, 1914 - cü ildə 363 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1915-cı ildə erməni daşnakları tərəfindən qırğınlarla qovulmuşdur. Ermənilər buraya 1918-ci ildə Türkiyənin Qars vilayətinin Quleyban kəndindən köçürülüb yerləşdirilmişdir.
Böyük Şantar
Böyük Şantar adası — Şantar adaları qrupuna daxil olan ən böyük ada. Ada 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları" yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir. Ada Oxot dənizi suları ilə əhatlənmişdir. İnzibati cəhətdən isə Rusiya Federasiyasının Xabarovsk diyarı ərazisinə daxildir. Adanın şimal-şərqində Yakşin körfəzi sahilində meteoroloji stansiya yerləşir. == Ümumi məlumat == Adanın sahəsi 1766 km² təşkil edir. Ada şimaldan cənuba 65 kilometr, şərqdən qərbə isə 55-ci paralel boyunca 47 kilometr. Adanın şimalında Severnı, cənubunda Filipp, qərbində Radujnıy, mərqində isə Şimal-Şərq burunkarı yerləşir. Adanın şimal-şərqində Bolşoye gölü yerləşir.
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası (ing. European Convention for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment) — 1987-ci ildə qəbul edilmiş və 1989-cu ildə yeddi ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən Avropa Şurası konvensiyası. 1993-cü ildə Konvensiyanın tərkib hissəsi olaraq (Konvensiyanın bütün üzv dövlətləri tərəfindən təsdiq edildikdən sonra) Konvensiyaya dəyişikliklər edilərək qüvvəyə minən iki əlavə protokol qəbul edildi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı konvensiyanın tərəfdarıdır və 2015-ci il üçün hər iki protokol. Konvensiya azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısını almaq üçün məhkəmədənkənar bir mexanizm təmin edir. Bu mexanizm, Avropa İşgəncə və İnsani və ya Alçaldıcı Mübarizə və Cəzanın Qarşısının Alınması Komitəsinin üzvlərinin seçilmiş ölkələrə səfərlərinə əsaslanır. Komitə, Avropa Şurasına üzv dövlətlərin müvafiq orqanlarına verdiyi ətraflı tövsiyələrində, davamlı olaraq azadlıqdan məhrum edilmiş şəxslərin həbs şərtlərinin qiymətləndirilə biləcəyi bir sıra standartlar hazırlamışdır. Bu dəst polis idarələrində pis rəftara qarşı qanuni qorunma zəmanəti, həbsxanalarda saxlama şəraiti və rejimi, tutulmuş və ya məhkum mühacirlərin işgəncə və ya pis rəftarla üzləşdikləri ölkələrə geri dönməsinin qarşısını alma mexanizmləri kimi anlayışları əhatə edir. Komitənin fəaliyyəti yalnız həbsxana ziyarətləri ilə məhdudlaşmır. Komitə üzvləri şəxslərin azadlıqdan məhrum edildiyi istənilən yerə baş çəkə bilərlər.