Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəqs
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Reyv
Reyv (ing. to rave — "coşmaq", "cinlənmək, "sərsəmləmək") — elektron rəqs musiqisinin daimi səsləndirilməsini təmin edən diceylərin iştirakı ilə təşkil olunmuş diskoteka. Reyv diskotekaları üçün yerlər gecə klubları, açıq festivallar və ya digər ictimai yerlər ola bilər. Xüsusi təyin edilmiş yerlərə əlavə olaraq, onlar çox sayda iştirakçının yerləşdiyi səhra ərazilərində, məsələn, keçmiş fabriklərin, anqarların, anbarların və digər sənaye sahələrinin ərazisində keçirilə bilər. Danışıq dilində "reyv" bu cür tədbirlərdə ifa olunan faktiki elektron rəqs musiqisinin sinonimi kimi də istifadə olunur (əvvəlcə diskoteka mənasını verən "disko" kimi). 2015-ci ildə aparılan bir araşdırmaya görə, amerikalı reyv həvəskarlarının 35,5 faizi marixuanadan başqa narkotiklərdən, o cümlədən MDMA-dan istifadə edirlər. Klabbinq (altmədəniyyət) Олег Азелицкий, Кирилл Иванов, Илья Стогов. Рейв. Шесть поколений. СПб.: ТИД Амфора.
Req
Req (rus. рег, ing. reg) — Əlcazair Saxarasında düzənlik daşlı səhranın ərəbcə adı. Bu tip səhraların daş /çaqıl/ örtüyü qumlu-çaqıllı allüvinin və ya konqlomerat laylı qum-daşlarının və konqlomeratların aşınmış materiallarının sovrulması sayəsində yaranmışdır. Bəzi müəlliflər R. Liviya səhrasındakı "serir" termininin sinonimi hesab edirlər.
Rev
Rev (Əsgəran)
Erotik rəqs
Erotik rəqs erotik əyləncə təmin edən və məqsədi tamaşaçıların erotik və ya cinsi düşüncələrini stimullaşdırmaq olan rəqs növüdür. Erotik rəqs mərasim rəqsi, iştirak rəqsi, performans rəqsi və sosial rəqs də daxil olmaqla bir neçə rəqs kateqoriyasından biridir.
Fandanqo (rəqs)
Fandanqo — ispan xalq rəqsi. Kastiliya və Əndəlisdə geniş yayılmışdır. Musiqi ölçüsü 3/4, tempi mülayimdir. Fandanqonun bütün növləri mahnının müşayiəti ilə qoşa ifa olunur. XVIII əsrdən Fandanqonun melodiyaları bəstəkarlar (X.V.Qlyuk, V.Motsart, H.Rimiski-Korsakov, E.Qranados və b.) tərəfindən işlənilmiş, ayrı-ayrı orijinal əsərlərə daxil edilmişdir.
Haylend (rəqs)
Haylend (şot.kelt dannsa Gàidhealach) — ənənəvi şotland rəqslərindən biridir. Rəqs əsasən barmaqlar üzərində tullanış və ayaqların hərəkət elementlərindən ibarətdir. Rəqqasın gövdəsi həmişə düz olmalı, əl hərəkətlərindən az istifadə etməlidir. == Termin == Hal-hazırda highland dancing ("Dağlıların rəqsi") terminindən adətən XIX və XX əsrlərdə bayramlar və Dağlı oyunları zamanı keçirilən yarışlar ərzində günümüzə qədər gəlib çıxan şotland solo rəqslərinin xüsusi stilini bildirmək üçün istifadə olunur. Tuluq ifaçısının müşayiəti bu yarışların tipik və mütləq cəhəti sayılırdı. Rəqqaslar mütləq xüsusi rəqs ayaqqabıları — qillilərdə (şotland dilində "ghillies") çıxış etməli idilər. Əslində bu termini tək bir rəqsə aid etmək düzgün olardı, çünki təkcə bir rəqs Şotlandiyanın Haylend ərazilərində yaranmışdır. Haylend rəqsi kənardan çoxlu təsirlərə məruz qalmışdır. Məsələn, şəhər estetikası rəqsə çox böyük təsir göstərmişdir. Həmin şəxslər əsasən, yarış hakimləri və rəqqasların himayədarları olmuşlar.
Keyli (rəqs)
Keyli (şot.kelt cèilidh) — ənənəvi Qal ictimai məclisi, adətən Qal xalq musiqisi və rəqsləri ilə müşaiət olunur. Keyli İrlandiya və Şotlandiyada yaransa da, hazırda Şotlandiya və İrlandiya diasporu tərəfindən işlənir.
Keçməməsi (rəqs)
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Kinto (rəqs)
Kinto (gürc. კინტო) və ya Kintauri — gürcü rəqsi, Şalaxonun sədaları altında oynanılır. == Tarixçə == Oleq Panfilova görə, kintouri rəqsi əfqan baçabozi rəqsinə ritm, bədən və əl hərəkətləri, hətta geyimlərinə görə oxşayır. Kintourini qara enlibalaq şalvarda, baçabozini isə qadın paltarı geyinən kişilər ifa edir. Rəqslərdəki oxşarlıq Gürcüstan tarixi kitablarında kintonu müxtəlif şənliklər və ya bayramlarda kişiləri əyləndirən yüngül əxlaqlı kişilər kimi təqdim edən hekayələr və şəhər əfsanələri ilə təsdiqlənir. Kinto mahnılarının mətnlərində balaca oğlana ("patara biçi") müraciət kimi bir oxşarlıq da var. Doğrudur, məhəbbət məzmunlu müasir kinto mahnılarında əsas fiqur balaca qızdır ("patara qoqo"), ancaq yaşlı insanlar da xatırlayırlar ki, əvvəllər bu mahnılarda balaca oğlandan və ona olan məhəbbətdən danışılırdı. Tengiz Verulavın məqaləsində fars ənənələri ilə analogiyalar nümayiş olunur. O güman edir ki, orta əsr İranına söykənən kinto ənənəsi kinto davranışının daha sonrakı təsvirləri ilə — yalan, hiyləgərlik, fırıldaqçılıq ilə də uzlaşır. XIX əsrin sonuna aid Tiflis folklorunda kinto kəkələyən Artur aid hesab olunan belə bir mətn var: Ancaq bu iki rəqsləri fərqləndirən cəhətlər də var.
Kizomba (rəqs)
Kizomba — Anqolada yaranan məşhur musiqi və rəqs janrıdır. Anqola sembası və merenqeyasının qarışığından yaranmışdır. Kizomba səhvən ritmlər çox oxşar olduğundan zukomla da qarışdırılır. Kizomba Kimbundu dilindən gəlir və 1894-cü ildən yayılmışdır. Anqola ilə yanaşı Portuqaliyada da məşhurdur.
Mirzəyi (rəqs)
Mirzəyi — Azərbaycanın qədim rəqslərindən biri. Musiqisi vağzalı rəsqinə çox oxşayır, fərqli cəhəti isə daha aram olmağıdır. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz musiqiçilərinin repertuarına daxildir. Adından məlum olduğu kimi qarabağlı ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Müəllifi rəqsin melodiyasını ney alətində yaratsa da tar və kamança ifasında da gözəl səslənir. Ancaq təntənəli şənliklərdə, toylarda ifa edilir. Çox vaxt əldə dəsmal olmaqla, həm kişilər, həm də qadınlar tərəfindən oynanılır. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında (1911) dördüncü məclisdə toy səhnəsində Meşədi İbad bu rəqsi şabaş (pul) yığa-yığa ifa edir.
Nəlbəki (rəqs)
Nəlbəki – Azərbaycanın milli rəqsi. Bu rəqsi 2 cür melodiyayla ifa edirlər. Bu rəqs 2 fərqli musiqi altında ifa edilir. Biri Bayatı-Şiraz ladı üzərində olan qədim Azərbaycan oyun havası "Nəlbəki"dir . Digəri isə Qılman Salahovun bəstəsidir . Xalq oyun havası "Nəlbəki" "Pıspısa xanım və Siçan bəy" filmində (1974) Tıq-Tıq xanım və Siçan bəyin toy səhnəsində istifadə olunmuşdur.
Qaytarma (rəqs)
Qaytarma (krımtat. Qaytarma) — Krım tatarlarının milli rəqsi. O, təbiət dövriyyəsinin sonsuz hərəkətini simvolizə edir və toylarda və bayramlarda ifa olunur. Krım tatarlardan yanaşı bu rəqsinin müxtəlif növləri həmçinin qırımçaqlarda, kəraimlərdə, urumlarda və Azovyanı yunanlarda var. Bəzi mənbələrdə qaytarmanı qadınlarla kişilərin birlikdə rəqs etdiyi yazılır: kişilər əllərini yumruq şəklində tutub sıçrayışlı hərəkət etməli, qadınlar isə əllərini dairəvi şəkildə çevirərək hamar hərəkət etməli. Başqa mənbələrdə isə onun sadəcə qadınlar tərəfindən və ya qadınlar tərəfindən kişilərdən ayrı ifa olunduğu yazılır. Araşdırmaçı A.V. Boqorodun fikrinə görə, qaytarma rəqsinin mənşəyi dərviş rəqsindən gəlir. Başqa fikrinə görə, o Krıma səfərdlərlə birlikdə, onların 1492-ci ildəki Pireney yarımadasıdan qovulmasından sonra gəlib. Onlardan bu rəqsi Krım qaraçaları alıb. Həmçinin yazılır ki, rəqsin ilk qeydi 1793-cü ilə aiddir.
Qaytağı (rəqs)
Qaytağı — Azərbaycanın milli rəqsi. Qafqaz milli rəqslərinə aiddir. Qaytağı rəqsinin 32 növü var, lakin onlardan bizim vaxtımızacan ancaq 4 növü qalıb. Çox guman ki, "qaytaq" sözüylə bağlıdır. Bu sözün iki anlamı var. 1) Qaytaq xalqı. Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-İrəm” adlı əsərində Şirvan əhalisinin dillərindən söz açarkən, türk və tat dilində danışanlarla yanaşı Azərbaycanın şimal-qərbində yaşayan və moğol (muğal) dilində danışan bir xalqdan da söhbət açır, fəqət həmin xalqın adını çəkmir, yalnız əski mənbələrə istinadən onların massagetlərin nəvə-nəticələri ola biləcəyini iddia edir. Övliya Çələbi isə həmin xalqdan “qaytaq” kimi söz açır, yerli xalqın onları “moğol” (mu-ğal) adlandırdıqlarını bildirir. Onların oğuz olduqlarını, “Buxara dilində” (Türküstan türkcəsində, yəni uyğur dilində) danışdıqlarını Şirvana Mahan vila-yətindən gəldiklərini qeyd edir. Bu məlumatlardan göründüyü kimi, yerli əhali, o cümlədən yerli azsaylı qafqazdilli xalqlar başlanğıcda “muğal” adını sadəcə türkdilli qaytaqlara, yəni muğal (uyğur) dilində danışan, adı qaytağı rəqsinin adında yaşayan bir xalqa şamil etmiş, sonralar ləzgilərin və onlarla qohum olan bəzi digər xalqların dilində bu kəlmə ümumilikdə Azərbaycanın bütün türkdilli əhalisini ifadə edən bir etnonimə çevrilmişdir.
Qazağı (Rəqs)
Qazağı - ən qədim Azərbaycan rəqslərindən biri. Adından göründüyü kimi rəqs Qazax zonasında yaranmışdır. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edərmişlər. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir. Olduqca yeyin hərəkətli, coşqun, texniki baxımdan mürəkkəb elementlərlə zəngin və solist intonasiyalı rəqsdir. Rəqs ifa olunarkən sərrast hərəkətlər və daxili qüvvənin əzəməti tələb olunur. Çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir. Lakin 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblı yaradarkən bir sıra mütəxəssislərin köməyi ilə bu rəqsi xoreoqrafik yönümündə işləyərək nota salınmışdır.Səhnə tamaşası kimi quruluşunda “Qazağı” onu böyük məharətlə oynamağı bacaran bir dəstə kişi tərəfindən ifa olunur. Rəqsdə düzümü rəngarəng və texniki cəhətdən mürəkkəb hərəkətlər çoxdur.
Qoçəli (rəqs)
Qoçəli əsasən Abşeronda toy mərasimlərində məşhur olan rəqsdir. Bu rəqs xüsusilə Qoçu Əliyə məxsus olduğuna görə xalq arasında belə adlandırılmışdir. Rəqs ayaq vuruntuları, burcutmaları və süzmə elementlərindən ibarətdir. Musiqisi əsasən klarnet alətində daha şaqqaraq səslənir.
Rəqs (Buqro)
Rəqs (fr. La Danse, ing. The Dance) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1856-cı ildə işlənmiş rəsm əsəri. əsər hazırda Parisdəki Orse muzeyində saxlanmaqdadır. Salon, Paris, Fransa, 1857 Vendryes Ch., Catalogue illustré des oeuvres de William Bouguereau, Paris, 1885 Vachon M., William Bouguereau, Paris, 1900 Compin Isabelle — Roquebert Anne, Catalogue sommaire illustré des peintures du Musée du Louvre et du Musée d’Orsay, Paris, 1986 Compin Isabelle — Lacambre Geneviève [coordination]- Roquebert Anne, Musée d’Orsay.
Rəqs (Matiss)
"Rəqs" (fr. La Danse) —1910-cu ildə fransız rəssam Anri Matiss tərəfindən çəkilmiş rəsm əsəri. Rəsm əsərinin iki versiyası mövçuddur: birinçi Nyu-York Müasir incəsənət muzeyində, rəsmin ikinçi daha çox tanınan versiyası Sankt-Peterburq şəhərində Ermitaj muzeyində saxlanılır. Moskvalı kolleksiyaçı Sergey Şukin 1906-cı ildə rəssamın parisdəki emalatxanasını ziyarət etmiş və ona mülkünün giriş pilləkəni üçün üç dekorativ panno sifariş etmişdir. Bu seriyadan olan iki rəsm əsəri "Rəqs" və "Musiqi" indi Ermitajda saxlanılır, üçünçü "Çimmək və ya Meditasiya" pannosu isə tamamlanmamış, yalnız rəssamın eskizləri qalmışdır. Rusiyaya yola düşməzdən əvvəl rəsm 1910-cu ilin Payız salonunda Qran-Palda sərgilənmiş və qalmaqala səbəb olmuşdur. Sifarişçini arxasıyca dəli, dekadent zir-zibili yığıçısı adlandırmışdılar. İnqilabdan sonra Şukinin kolleksiyası milliləşdirilmiş və "Rəqs" bütün digər impressionistləlrə birgə Sankt-peterburqa Ermitajın kolleksiyasına verilmişdir. 1930-cu ildə amerikalı kolleksiyaçı Albert Barns Matissə mövzunun sonraki inkişafını tapdığı indi "Paris rəqsi" adlanan (Müasir İncəsənət Muzeyi, Paris) iri həcmli "Rəqs" (1932) pannosu sifariş edir.. Rəsmin kompozisiyası və fiqurların forması U. Bleykin "Oberon, Titaniya və Bakın pərilərlə rəqsi" (1786) suluboya işini xatırladır Rəsmin sujetini Matiss kolliurda gördüyü xalq oyunlarından götürmüşdür."Rəqsin" digər versiyası Yunan vaza rəssamlığı və Sergey Dyaqilevin Parisdəki Rus mövsümlərinin təəssüratı altında yaranmışdır.
Rəqs salonu
Rəqs salonu və ya rəqs zalı rəqs etmək üçün nəzərdə tutulmuş bir zaldır. XX əsrin ilk illərindən 1960-cı illərin əvvəllərinə qədər rəqs zalı diskotekanın və ya gecə klubunun məşhur sələfi olmuşdur. Ağır zərbəli bal rəqsi musiqisindən tutmuş big band, svinq və caz musiqi]]sinə qədər müxtəlif musiqilər geniş yayılmışdı. Rok-n-roll ilk dəfə gecə klubları ilə əvəz olunana qədər qısa müddət ərzində rəqs salonlarında oynanılmışdır.
Samux (rəqs)
Samux — Azərbaycanın milli rəqsi. Samux rəqs Mingəçevir yaxınlığındakı Samux kəndində (kənd camaatı Mingəçevir su anbarı tikilərkən köçürülüb) meydana çıxıb. Son illerdə çox az ifa edilir. Aram templi bu rəqsi həm qadınlar, həm də kişilər ifa edə bilərlər.
Sarıbaş (rəqs)
Sarıbaş — Azərbaycanın milli rəqsi. Sarıbaş cəld tempdə ifa olunan qədim rəqsdir. Qax rayonunda çox məşhurdur. Burada onu həm kişilər, həm də qadınlar ifa edirlər. Rəqs öz hərəkət düzümü cəhətdən mürəkkəb deyildir, ona görə də onu cavanlar da, qocalar da oynayırlar.
Canavarlarla rəqs
Canavarlarla rəqs (ing. Dances With Wolves) — tarixi dram filmi. Filmin rejissoru və baş rol ifaçısı Kevin Kostnerdir. O, bu filmin üzərində 5 ildən artıq işləmişdir. Filmin premyerası 1990-cı il 19 oktyabrda Vaşinqtonda baş tutmuşdur. Filmdəki dialoqların çoxu Amerika hindu qəbilələrindən biri olan siuların dilinin lakota dialektindədir və altyazı ilə müşayiət olunur. 22 milyon ABŞ dolları büdcə ilə çəkilmiş film, qazandığı böyük uğur sayəsində 424 milyon dollar gəlir gətirdi. Film 7 Oskar mükafatı, o cümlədən, "Ən yaxşı film" nominasiyasında, həmçinin "Ən yaxşı dram filmi"nə görə Qızıl Qlobus mükafatını qazandı. Filmdəki səhnələr Cənubi Dakota və Vayominqdə çəkilmiş və Sinte Qleksa Universitetinin Lakota tədqiqatları şöbəsinin müdiri Albert Vayt Het tərəfindən tərcümə edilmişdir. == Süjet == == Rollarda == == Maraqlı faktlar == 2007-ci ildə ABŞ Konqres kitabxanası "Canavarlarla rəqs"i Mill Film Reyestrinə daxil etdi.
Ləğv mədəniyyəti
İmtina mədəniyyəti və ya ləğv mədəniyyəti — qəbuledilməz şəkildə hərəkət etdiyi və ya danışdığı hesab edilən bəzi şəxslərin kənarlaşdırıldığı, boykot edildiyi və ya uzaqlaşdırıldığı, 2010-cu illərin sonu və 2020-ci illərin əvvəllərinə aid olan mədəni fenomen ifadə. Bu "uzaqlaşdırma" sosial mediada və ya şəxsən sosial və ya peşəkar dairələrə — məşhurların iştirakı ilə baş verən məşhur hadisələrə şamil edilə bilər. Bu fenomenə məruz qalanlardan "imtina edildiyi" deyilir. İmtina mədəniyyəti termini 2010-cu illərin sonu və 2020-ci illərin əvvəllərində istifadə olunmağa başlandı və əsasən mənfi mənalara sahibdir. "Çağırış mədəniyyəti" termini bəziləri tərəfindən eyni anlayış üçün daha müsbət söz kimi istifadə olunur. Bəzi tənqidçilər iddia edirlər ki, imtina mədəniyyəti ictimai diskursa soyuq təsir göstərir, səmərəsizdir, real sosial dəyişiklik gətirmir, dözümsüzlük yaradır və kiberzorakılığa səbəb olur. Digərləri isə iddia edirlər ki, "imtina" çağırışları söz azadlığının formalarından biridir və onlar hesabatlılığı təşviq edir və hüquqlarından məhrum edilmiş insanlara söz haqqı verir. Yenə də başqaları imtina mədəniyyətinin aktual bir fenomen olub-olmadığını sual altına alır, oxşar boykot formalarının imtina mədəniyyəti termininin yaranmasından çox əvvəl mövcud olduğunu iddia edir. Bəzi ictimai xadimlərin karyeraları geniş şəkildə "imtina" olaraq xarakterizə edilən boykotlardan təsirlənsə də, bundan şikayətlənən digərləri karyeralarını uğurla davam etdirdilər. == Mənşəyi == Təxminən 2015-ci ilə qədər, bir insanı və ya işi dəstəkləməyi dayandırmaq üçün bəzən ciddi, bəzən də zarafatla şəxsi qərara istinad etmək üçün imtina anlayışı Qara Twitter-də geniş yayılmışdı.
Volqa (rəqs)
Volqa rəqsi və ya Xoşbəxtlik rəqsi — Volqa çayı hövzəsində yaşayan xalqlar arasında məşhur olan ənənəvi rəqsdir. Bu rəqs, çoxəsrlik tarixə malikdir və regionun etnik və mədəni müxtəlifliyini əks etdirir. == Tarixi == Volqa rəqsi qədimdən bəri Volqa çayı hövzəsində yaşayan müxtəlif xalqların ənənəvi rəqslərinin birləşməsi kimi formalaşıb. Bu bölgədə rus, tatar, çuvaş, mari və mordvin xalqları tərəfindən öz mədəniyyətlərinə uyğunlaşdırılmışdır. Rəqs əsasən kənd yerlərində bayramlar, toylar və xüsusi dini bayramlarda ifa edilirdi. Tarix boyu bu rəqs regionun sosial və mədəni mərasimlərinin mühüm bir hissəsi olmuşdur. == Musiqi və instrumentlər == Volqa rəqsi ritmik və coşqun musiqi ilə müşayiət olunur. Əsas musiqi alətləri: Balalayka – Rusiya və digər region xalqları üçün xarakterik simli musiqi aləti. Harmoniya – Akordeona bənzəyən və Volqa bölgəsində geniş istifadə olunan alət. Qarmon – Xüsusilə tatar və başqırd xalqları tərəfindən istifadə olunur.