Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəhim
Rəhim və ya Rahim — Kişi adı. Rəhim Nağıyev — fəlsəfəşünas. Fəlsəfə e. n. (1968). Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Rəhim Rəhmanzadə — ortopedik cərrahiyyə və ortopedik travma təsisçisiRahim adı olan tanınmışlarRahim Dünyamalıyev — Rahim Nuriyev — Rahim Sadıqov — Rahim Tağıyev — gizir.
Rəqəm
Rəqəm — ədədləri yazmaq üçün istifadə edilən xüsusi işarə. == Tarixi == 1202-ci ildə riyaziyyatçı Leonardo Pizano (Leonardo Pisano) ərəb rəqəmlərinin adını çəkir. Hazırda istifadə edilən rəqəmlər Hindistandan gəlib və Avropa xalqları bu rəqəmlərlə ərəblərin sayəsində tanış olmuşlar. İlk dəfə XVI əsrdə yeni nömrələmə geniş şəkildə yayılmağa başlamışdır. Ərəb sistemi olan onluq say sistemi istənilən qədər böyük ədədi yazmağa imkan verir. Məlum olduğu kimi, Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin sayını azaldaraq 1–9 arasında saxladılar, çünki bu rəqəmlər başlanğıc rəqəmləridir, qalan rəqəmləri onlardan düzəltmək mümkündür. İyirmi əsr keçəndən sonra, məşhur Kornelius Aqrippa 1533-cü ildə nəşr etdiyi "Okkult fəlsəfəsi" əsərində həmin rəqəmləri və onların mənasını verdi. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
1000 (rəqəm)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. == Riyaziyyatda == === Əsas hesablamalarda. === Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == == İnam və etiqadlarda == === Qurani-Kərim === Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən.
2014 (rəqəm)
2014 (iki min on dörd) — say sistemində ədədlərdən biridir. 2013 ədədindən sonra, 2015 ədədindən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === İki min on dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Boa regia
Python regius (lat. Python regius) — əsl pitonlar cinsinə aid ilan növü.
Cenchris regia
Python regius (lat. Python regius) — əsl pitonlar cinsinə aid ilan növü.
Dendrobium regium
Dendrobium regium (lat. Dendrobium regium) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Drosera regia
Drosera regia (lat. Drosera regia) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Ey Reqib
Ey Reqib (kürd. ئهٔ ره‌قیب / Ey Reqîb) — Kürdüstan Regional Hökumətinin milli himni. == Sözləri (Kurmanc dili) == Ey Reqîb!
Freatulina regia
Drosera regia (lat. Drosera regia) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Gerçək rejim
Gerçək rejim (en. real mode) – IBM-uyumlu və Intel 80x86 mikroprosessorlar ailəsinin bazasında olan başqa kompüterlərin “doğma”, yəni susqunluqla qəbul olunmuş iş rejimi; yalnız MS-DOS’da işləyir. Gerçək rejim yalnız mikroprosessora və onun yaddaşla işləmə üsuluna aiddir, ancaq bu rejim istifadəçiyə təktapşırıqlı iş rejimi (verilmiş anda yalnız bir proqram işləyir) vermək baxımından da xarakterizə oluna bilər. Gerçək rejim Intel 80286, 80386 və i486 mikroprosessorları üçün hazırlanmış bir araya sığışmayan iki rejimdən biridir. Daha universal qorunmuş rejimdən [protected mode] fərqli olaraq, gerçək rejim çoxtapşırıqlı rejimin iki vacib komponenti – yaddaşın idarəolunması və onun qorunması üçün imkanlar təklif etmir (OS/2 əməliyyat sistemində bu imkanlar var). == Gerçək zaman canlandırması == Gerçək zaman canlandırması (en. real-time animation) – kompüter animasiyasında: görüntünün kadrlarının öncə hesablanıb yazıldığı, sonra isə rəvan hərəkət illüziyası almaq üçün daha yüksək sürətlə virtual zamanda yerinə yetirildiyi multiplikasiyadan fərqli olaraq, imitasiya olunan obyekt real şəraitdə hansı sürətlə hərəkət edə bilərsə, ekrandakı görüntülərin də həmin sürətlə yenilənməsi. == Gerçək zamanlı əməliyyat sistemi == Gerçək zamanlı əməliyyat sistemi (en. real-time operating system (RTOS)– idarəedici avadanlıqlar, yaxud maşınlar üçün işlənib hazırlanmış, yaxud optimallaşdırılmış əməliyyat sistemi. == Gerçək zamanlı proqramlaşdırma == Gerçək zamanlı proqramlaşdırma (en.
Hacı Rəhim
Hacı Rəhim — erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı. == Həyatı == Hacı Rəhim Molla Şəfi oğlu 1860-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. O, Daşkənddə dinin mahir bilicilərindən olmuşdur. Hacı Rəhimin babası Qazaxın Dəmirçilər kəndindən Göyçə mahalına köçübdür. Ümumiyyətlə bu nəsil axund, molla kimi kənddə və digər bölgələrdə tanınmışlar. Kənddə dini məktəb açmış və kənd sakinlərinə dini elmlərdən dərs keçmişdir. Əsrin əvvəllərində ermənilərin Göyчə mahalında törətdiyi qırğına başçılıq edənlərə qarşы amansızlıq göstərənlərdən biri də Hacı Rəhimdir. Ailələrində dünyaya göz açan qardaş-bacılarının hamısı saza-sözə maraq göstərən, ürəyindən keçənləri qələmə alan olmuşlar. 1918-ci ildə Göyçə mahalında erməni millətçilərinə qarşı xalqı səfərbər edən və özü də bu yolda döyüşən igidlərdən biri olmuşdur. Daşnak ordusuna başçılıq edən Andranik Ozanyanin silahdaşlarından sayılan erməni generalı Selikovun başını da Göyçə mahalının Zod kəndində o kəsmiş və başı da doğma kəndi Daşkəndə gətirmişdir.
Hortulia regia
Python regius (lat. Python regius) — əsl pitonlar cinsinə aid ilan növü.
Juglans regia
Yunan qozu (lat. Juglans regia L.) – Buna bəzən yunan qozu, adi qoz, girdəkan, cövüz və cəviz də deyirlər. Hündürlüyü 25–30 m-ə və diametri 150–200 sm-ə qədər olan, ağacdır. Bəzən 80–100 yaşlı ağaclarının boyu 35 m, gövdəsinin diametri 2 m, nadir hallarda isə 4 m-ə çatır. Cavan ağacların qabığı açıq-boz rəngli, hamar və ya azacıq çatlı, yaşlı ağaclarda qabıq tünd-boz vədərin uzunsov-çatlıdır. Açıqlıqda bitən ağacları çox qollu-budaqlı çətirə malik olur. Sərbəst duran ağacların çətiri iri və sıxdır, adətən günbəzşəkilli və yaçadıraoxşardır. Cavan budaqların özəyi boş nərdivanaoxşar arakəsmələri vardır. Çiçəkləməsi: Aprel-May, yarpaqların açılmağa başlama dövründə. Meyvə verməsi: Avqust-Sentyabr == Yarpaq == Tumurcuqları yumurtavari-dəyirmi, parlaq yaşımtıl-qonur rəngdə, uzunluğu 3–6 mm-dir.
Lebon-Reqis
Lebon-Reqis (port. Lebon Régis) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 12331 nəfərdir. Ərazisi 990,74 km²-dir. Əhalinin sıxlığı 13,1 nəfər/km²-dir. Bələdiyyə 26 iyun 1934-cü ildə yaradılmışdır. Bələdiyyənin bayramı 19 dekabrdır.
Min (rəqəm)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. == Riyaziyyatda == === Əsas hesablamalarda. === Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == == İnam və etiqadlarda == === Qurani-Kərim === Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən.
Olea regia
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Parlamentar rejim
Təmsili demokratiyalar içərisində Parlamentar rejimin təməl xüsusiyyətlərini bu şəkildə yekunlaşdırmaq mümkündür: Parlamentar rejimdə qanunuma və icra etmə orqanları hüquqi cəhətdən bir-birindən müstəqildir, ancaq aralarında bir sıra əməkdaşlıq və qarşılıqlı təsir mexanizmləri vardır. Bu rejimdə icra etmə iki-başlıdır. Dövlət başçısı, icra etmənin məsuliyyətsiz başını meydana gətirər. İcra etmənin məsul orqanının başında isə baş nazir ol/tapılar. Baş nazirin parlamentar olması şərti var; buna qarşı nazirlərin parlamentar olması şərti axtarılmamaqdadır. Dövlət başçısının siyasi baxımdan məsuliyyəti yoxdur. Nazirlər kabinetinin parlamentə qarşı məsuliyyəti var Dövlət başçısı hökumət etməz. Dövlət başçısının uzlaşdırıcı və xəbərdarlıqçı bir rolu var. İcra etmənin digər başını meydana gətirən Nazirlər kabineti, qanunuma orqanına qarşı məsuldur. Parlamentar sistemlərdə əksəriyyət qanunu ümumiyyətlə əsasdır.
Qali Rəxim
Qali Rəxim (tam adı:Möxəmmədqali Möxəmmədşakir ulı Qabderəximov) — tatar yazıçı, folklorşunas, alim, ictimai xadim, represiya qurbanı == Həyatı == Ləqəbilə daha çox tanınan Qali Rəximin adı, atasının adı və soyadı tatar qaynaqlarında Möxəmmədqali Möxəmmədşakir ulı Qabderəximov kimi yazılır. Ruslar isə onu öz dillərinə uyğunlaşdıraraq Muxammetqali Abdureximov kimi yazırlar. 1898-ci il noyabrın 4-də tacir ailəsində doğulan Qali Rəxim o dövrün tanınmış elm ocaqlarından sayılan "Möxəmmədiyyə" mədrəsəsində oxuyub. O, uşaqlıqdan elmə, ədəbiyyata maraq göstərsə də, valideynləri övladlarını tacir görmək istədiklərindən ticarət məktəbində oxumasını məsləhət görüblər. Qali Rəxim də valideynlərinin istəyinin əksinə getməyib. 1905-ci ildə Kazandakı ticarət məktəbinə daxil olub. Orada ixtisas fənləri ilə yanaşı, bir neçə dil öyrənib, ictimai fənlərə böyük maraq göstərib. Təhsildəki uğurlarından, müəllimlərinin onu ruhlandırmasından ilhamlanaraq 1909-cu ildə yəni, 21 yaşında "Yer coğrafiyası" kitabını çap etdirib. Bu kitabdan uzun müddət Rusiyadakı türk xalqlarının övladları dərslik kimi istifadə ediblər. 1913-cü ildə məktəbi bitirən Qali Rəximi valideynləri Moskvadakı Ticarət İnstitutunun iqtisadiyyat fakültəsində oxumağa göndərib.
Qrafik rejim
Qrafik rejim - (ing. graphics mode, rus. графический режим) - IBM PC-uyumlu kompüterlərdə: displeyin ekranında xətlərin və simvolların piksel-piksel çəkildiyi iş rejimi. Qrafik rejimdə görüntülər ekranda ayrı-ayrı nöqtələrdən qurulduğundan o, mətn rejiminə (TEXT MODE) nisbətən geniş rəsm imkanları verir. Belə ki, siçanın göstəricisi, sadəcə, yanıb-sönən düzbucaqlı və ya cizgi şəklində deyil, ox və ya başqa formada ola bilər; bundan başqa, yarımqalın və ya kursiv atributlu simvolları şərti işarələrlə (altdan işıqlanma, altdan xətçəkmə və ya hərfin rəngini dəyişdirmə) deyil, onların çapda görsənəcəkləri şəkildə göstərilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rəhim İmamov
Rəhim Rauf oğlu İmamov (9 avqust 1990; Xaspoladoba, Xaçmaz rayonu, Azərbaycan — 21 oktyabr 2020; Gecəgözlü, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rəhim İmamov 9 avqust 1990-cı ildə Xaçmaz rayonunun Xaspoladoba kəndində anadan olmuşdur. == Hərbi xidməti == Rəhim İmamov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Rəhim İmamov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəhim İmamov 21 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim İmamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim İmamov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəhim İmamov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəhim Şmidt
Rəhim Şmidt (alm. Rahim Schmidt‎; 1 fevral 1959, Miyana şəhristanı, Şərqi Azərbaycan ostanı) ౼ Azərbaycan əsilli həkim və alim, alman siyasətçi (Almaniya Xristian Demokratik İttifaqı partiyası). 2016-cı ilin mayına qədər Reynland-Pfaltsın dövlət parlamentində deputat. == Təhsil və elm == Şmidt orta təhsilini 1978-ci il tarixində başa vurduqdan sonra ali təhsil almaq üçün Almaniya Federativ Respublikasına (AFR) getmişdir. Marbuq və Frankfurt dil kollecində təhsil aldıqdan sonra Qissen-in Justus-Libiq-Universitetində aqrar elmlər üzrə təhsil almışdır. O, molekulyar biologiya ixtisası üzrə təhsilini 1986-cı ildə hüceyrə və toxuma kulturları mövzusunda yazdığı işlə uğurla başa vurmuşdur. İranda mövcud siyasi vəziyyətlə (1979-cu il inqilabı) əlaqədar olaraq ailəsindən dəstək ala bilmədiyi üçün o, təhsil aldığı müddətdə müvəqqəti əlavə işlərlə məşğul olmuşdur. "İLAR-viruslarının tədqiqatı (Prunus Nekrotik Ringsport virusu) mövzusundakı 1991-ci il tarixli doktorluq işinə və onların mayaotu tərkibləri üzərində artırılması" işinə görə aqrar elmləri doktoru dərəcəsini almışdır. Bu doktorluq işi Qissendə təşkil olunmuş virusologiya üzrə beynəlxalq konqresdə dərc olunmuşdur. Tibb üzrə ikinci təhsilini 1994-cü ildən etibarən Rostok Universitetində və Frankfurt am Mayn-ın Yohann Volfqanq Höte Universitetində almış və bu təhsili 2003-cü ildə uğurla başa vurmuşdur.
Rəqəm generatorları
== Rəqəm və ya rəqəmsal generatorlar == Bu tip generatorlar sabit cərəyan qida mənbəyinin enerjisi hesabına toplanana enerjinin (enerjinin toplanma prosesi kondensator və induktiv doloqlar vasitəsilə yerinə yetirilir) çıxışda azad olması hesabına yaranana qeyri-harmonik rəqslər yaranır ki, belə generatorlara releksasiya heneratorları deyilir. Burada qeyri-harmonik siqnallar (rəqslər) deyərkən xətti dəyişən, düzbucaqlı, eksponensial və başqa xüsusi formaya sahib xüsusi siqnallar nəzərdə tutulur. Multivibrator, təkvibrator, trigger, bloking generatorları releksasiya generatorlarına aid etmək olar. Müvazinətli vəziyyətin saxlama xarakteri düzbucaqlı impuls generatorlarının təsnifat əlamətidir. Müvazinətli vəziyyət uzun müddətli dayanıqlı və kvazidayanıqlı ( demək olar ki-nisbətən dayanıqlı) olmaqla iki çür olur. Uzun müddətli dayanıqlı vəziyyət: Bu vəziyyətdə generator öz stabil halını istəlinən ana qədər saxlaya bilər və generatoru xarici təsirin köməyilə bu vəziyyətdən çıxarmaq olar. Kvazidayanıqlı vəziyyət: Bu vəziyyətdə generator öz stabil halını müəəyən sonlu müddət ərzində saxlayır və bu müddət generatorun daxili parametrləri və strukturu ilə müəyyən edilir. Bu tip generatorlarda bir dayanıqlı vəziyyətdən digərinə keçid üçün xarici təsirlər tələb edilmir.Düzbucaqlı impuls generatorları dayanıqlı vəziyyətin xarakterinə görə üç qrupa bölünür. Triggerlər: Belə generatorlar iki uzun müddətli dayanıqlı vəziyyətə sahib olurlar və bistabil düzbucaqlı impuls generatoru adlanırlar. Təkvibratorlar: Belə generatorlar uzun müddətli dayanıqlı vəziyyətə və eyni zamanda bir kvazidayanıqlı vəziyyətə malik olurlar və monostabil düzbucaqlı #impuls generatorları adlanırlar.
Rəqəm klaviaturası
Rəqəm klaviaturası (numeric keypad)- klaviaturanın sağ hissəsində olan və ədədləri rahat daxil etmək üçünistifadə oluna bilən əlavə klavişlər bloku. Rəqəm klaviaturası, adətən, kompüter klaviaturalarının əksəriyyətində olur, ancaq ayrıca blok kimi də mövcuddur. Onun tərkibinə rəqəm klavişlərindən savayı toplama, çıxma, vurma, bölmə və hətta ENTER klavişləri də (adətən, klaviaturanın əsas hissəsində olan eyni adlı klavişdən fərqlənən) əlavə olunub. Çox zaman rəqəm klaviaturasının bir çox klavişlərinin ikili təyinatı olur; Num Lock indikatorunu yananda bu klavişlərinin ikili təyinatı olur; Num Lock indikatorunu yananda bu klavişlərdən kursoru hərəkət etdirmək, sənədi aşağı-yuxarı səhifələmək, mətni artırmaq və uzaqlaşdırmaq üçün istifadə etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rəhim Şəhriyari
Rəhim Şəhriyari — məşhur azərbaycanlı muğənni və Araz musiqi qrupunun qurucusudur. 1970-ci ildə Şənbi-Qazanda anadan olmuşdur.Müxtəlif musiqi üslublarında oxuyan Rəhim Şəhriyari pop və muğam ritmlərini bir yerdə də ifa edir. İranda populyarlıq qazanmış bir çox musiqinin müəllifidir. == Araz musiqi qrupu == Araz qrupu İran azərbaycanlılarından ibarətdir. Qrup 1996-cı ildə Rəhim Şəhriyari tərəfindən yaradılmışdır.Azərbaycan pop musiqisi, Azərbaycan folklor musiqisi və xalq musiqisinin ifası ilə məşğuldurlar. Qrup Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Astara, Kərəc və Bəhmən də konsertlər vermişdir. Həmçinin, ABŞ, Kanada və Avropada da Araz qrupu tərəfindən konsertlər verilmişdir. Canada and Europe. == ABŞ-də konsert == 2016-cı ildə Novruz bayramı münasibətilə ABŞ-də orada yaşayan İran azərbaycanlıları üçün silsilə konsertlər vermişdir. Konsertlərini Los-Anceles Kaliforniya Universitetində, San-Dieoqo Müasir İncəsənət Muzeyində, Tomas Ceferson İctimai Birliyi Mərkəzində, Turlock İctimai Birliyi Teatrında vermişdir.
Nəssir Əbdül Kərim Əbdül Rəhim
Nəssir Əbdül Kərim Əbdül Rəhim — Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ildən)