Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrezumi
İrezumi (入れ墨, azərb. mürəkkəb əlavə etmək‎) – ənənəvi Yaponiya döymələri. == Tarixi == Yaponiyada irezuminin tarixi paleolit dövrünə qədər uzanır. Eramızın 600-cü ilindən müasir dövrə qədər irezumi mənfi şəkildə şərh edilmişdir. Bu zaman kəsiyində döymə cinayətkarlar üçün cəza idi, çox vaxt alınlarına kanci ilə "it" yazılırdı.İrezumi Yaponiyada öz intibah dövrünü Edo dövründə yaşamışdır.Meyci dövründə Yaponiya hökuməti Qərb dünyasında müsbət imic buraxmaq üçün irezumini qadağan etmişdir. Lakin bir çox insan döymələrə maraq göstərməyə davam etmiş və döymə sənətkarları öz işlərini gizlincə davam etdirmişdirlər. Yakuzanın döymə ilə olan əlaqəsi cəmiyyətdə döyməyə olan münasibəti daha da sərtləşdirdi. == Münasibət == Müasir Yaponiyada döymə vurdurmaq mənfi qarşılanır. Döymə vuran şəxslər onsen və setolara lüt halda girə bilməzlər. Lakin bu qadağanın 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarında qaldırılması planlaşdırılır.Yaponiyada irezumiyə mənfi yanaşılmasının səbəbi çirklilik, aşağı səviyyəlilik, günahkarlılıq simvolizə etməsidir.
Məsumə Babayeva
Məsumə Mustafa qızı Babayeva — Azərbaycan aktrisası. == Həyatı == Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. Hələ tələbə olmasına baxmayaraq, orada Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi sənətkarlarla tərəf-müqabil olmuşdur. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Qeybulla Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s. kimi bir çox rollar da var.
Məsumə Məlikova
Məsumə Fazil qızı Məlikova (22 noyabr 1929, Bakı) — AMEA-nın müxbir üzvü (1989), Azərbaycanın Əməkdar hüquqşünası (1969), hüquq elmləri doktoru, professor, BDU Hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası"nın müdiri. == Həyatı == Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olub. == Elmi fəaliyyəti == M. F. Məlikova 1958-ci ildə M. V. Lomonosov adına MDU-da "M. F. Axundovun ictimai-siyasi baxışları" mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə isə "XIX əsrin ikinci yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan MEA-nın müxbir üzvi seçilmişdir. Bir çox dərslik, dərs vəsaiti, monoqrafiyanın, 150-dən artıq risalə və elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Prof. Məlikovanın elmi-fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin-Siyası və hüquqi təlimlər tarixinin və Dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilmişdir. Prof. Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir.
Məsumə Məmmədova
Məsumə Hüseyn qızı Məmmədova (1951, Naxçıvan) — AMEA-nın müxbir üzvü (2017), texnika elmləri doktoru, professor. == Həyatı == Məsumə Hüseyn qızı Məmmədova 1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. == Elmi fəaliyyəti == 1973-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun «Neft-kimya proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi» şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1977-1980 illərdə Ukrayna SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun (Kiyev şəhəri) aspiranturasında oxumuşdur. 1984-cü ildə SSRİ EA Ümumittifaq Elmi-Texniki İnformasiya İnstitutunda 05.25.01 ”İnformasiya sistemləri və prosesləri” ixtisası üzrə Terminoloji lüğətlərin analizi əsasında informasiya-axtarış tezaurusuna leksikanın avtomatlaşdırılmış seçilib daxil edilməsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş (Moskva şəhəri) və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.1981-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsində elmi işçi vəzifəsində çalışmış, süni intellektin mühüm istiqamətlərindən biri olan kompüter linqvistikası çərçivəsində Azərbaycan dilinin terminoloji verilənlər bankının layihəsini işləmiş, istifadəçi və informasiya sistemləri üçün nəzərdə tutulmuş xüsusi təyinatlı izahlı, terminoloji, avtomatik lüğətlərin, informasiya-axtarış tezauruslarının tərtibi, təhlili və korreksiyasına dair model və metodları təklif etmiş və müvafiq instrumental vasitələr işləmişdir. 1987-ci ildən AMEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə (indiki İnformasiya Texnologiyaları İnstitutu aparıcı mühəndis vəzifəsinə qəbul olunmuşdur. Hazırda şöbə müdiridir. Süni intellekt texnologiyaları çərçivəsində paylanmış strukturlu zəif quruluşlu və çətin formalizə olunan predmet sahələri üçün fazi biliklərə əsaslanan müxtəlif təyinatlı intellektual sistemlərin layihələndirilməsi, model və sintez metodlarının işlənib hazırlanması, təbii dildə mətnlərin avtomatlaşdırılmış emalı, maşın tərcüməsi sistemində Azərbaycan dilinin formal modellərinin qurulması və linqvistik prosessorun yaradılması üçün ekspert biliklərinə söykənən məntiqi üsulların işlənməsi, sosial-iqtisadi problemlərin həllinə intellektual texnologiyaların tətbiqi sahəsində bir sıra nəzəri və praktiki nəticələr əldə etmişdir. 1999-cu ildə Bakı Dövlət Universitetində “Xüsusi təyinatlı sistemlər, məlumatların işlənməsi və idarə edilməsi” ixtisası üzrə «Qeyri-səlis relyasion strukturlu biliklərin emalı texnologiyasının əsasları və onun bəzi tətbiqləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir, texnika elmləri doktorudur.
Rəhimə Mirzəyeva
Rəhimə Mirzəyeva — İctimai Televiziya və Radio Yayımları Şirkətinin bədii rəhbəri, teatrşünas-rejissor; Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.AzTV və Lider telekanallarında müxtəlif silsilə proqramların quruluşçu rejissoru olub. Bir çox film-verilişlərin müəllifidir. Bədii filmlərin və teleserialların dublyajı üzrə mütəxəssisdir.
Çömçəbaşı bəzəmə
Çömçəbaşı bəzəmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Çömçəbaşı bəzəmə ilaxır çərşənbələrdə və Novruz bayramları günlərində uşaqların, yeniyetmələrin oynadıqları oyunlardan biridir. == Oyunun qaydaları == Oyun iştirakçıları sanama üsulu ilə iki dəstəyə ayrılırlar. Hər dəstənin püşk atma yolu ilə seçilmiş başçısı olur. Adi bir çömçənin başını rəngli parçalarla bəzəyir və başından zınqırov asırlar. püşk atma atılır. Püşk hansı dəstəyə düşərsə, oyunu həmin dəstə başlayır. Növbə ilə oyunçuların gözləri dəsmalla bağlanılır. Digər dəstənin oyunçusu çömçəni əlinə alıb çəkilmiş dairənin içərisində o tərəf, bu tərəfə qaçır. Gözübağlı zınqırov səsləndirəni tutmağa çalışır.
Rəmə
Rəmə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qoşabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Rəmə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 151 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əzmə
== Ərzaqlar == Qoyun qara ciyəri – 354q, Quyruq - 65q, İstiot – 0,1q, Duz - zövqə görə. == Hazırlanma qaydası == Qara ciyər pərdələrdən təmizlənir və qoyun quyruğu ilə duzlu suda yarımhazır vəziyyətə gəlincə bişirilir. Sonra ətçəkən maşından keçirilir, istiot vurulub hazır olunca tavada qovrulur.
Cahangir Rəzmi
Cahangir Rəzmi (16 dekabr 1947, Ərak) mükafat qazanmış İranlı fotoqraf və hadisə yerindən xəbərlər fotoqrafiya müəllifi olmaq üçün 1980-ci ildə Pulitzer mükafatı qazandı. Onun fotoşəkili "İranda güllələmə", 27 avqust 1979-cu ildə qəbul olundu və İran qəzeti İttilaatda anonim şəkildə çap oldu.Neçə gün sonra, o, dünyanın çoxsaylı qəzetlərinin ön səhifələrinə çıxdı.Bu fotoqraf,Pulitzer mükafatının 90 illik tarixində yalnız anonim qalibi olmuşdur,çün Rəzminin kimliyi fotoqraf kimi 2006-cı ilə qədər aşkar olunmamışdı.
Revue Archéologique
Parisdə nəşr olunan La Revue Archéologique, ən qədim, ən uzunmüddətli elmi jurnallardan biridir. İlk dəfə 1844-cü ildə ortaya çıxan bu jurnal nə bir institutun, nə də hər hansı bir məktəbin orqanı deyil, hazırkı redaktoru Marie-Christine Hellmannın rəhbərliyi altında tam müstəqilliyə malikdir. La Revue Archéologique ildə iki dəfə nəşr edilir. Maraq mərkəzi köklərindən bəri Klassik qədim dövr olaraq qalır, ancaq maraq dairəsi Qədim Yaxın Şərq, Anadolu, Etrusk İtaliyası və Orta Asiyaya qədər uzanır.
Əzimə Ağalarova
Əzimə Ağalarova - (Əzimə Xaspolad qızı Agalarova; d. 18 mart 1959, Azərbaycan, Zərdab) — İngilis, fransiz, alman, rus, türk dilləri daxil olmaqla 5 dildə bilən istedadlı yazıçı. == Həyatı == Əzimə Ağalarova 1959-cu ildə mart ayının 18-də Azərbaycan Respublikasının Zərdab rayonunda anadan olub. 1976-cı ildə Ş.Qurbanov adına 2 nömrəli orta məktəbi bitirimiş, həmin ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-Fransız dilləri fakültəsinə qəbul olmuş, 1981-ci ildə məzun olmuşdur. İlk işinə 1984-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyində başlamış, 1993-cü il dekabr ayında Almaniyanın Hamburq şəhərinə köçmüşdür. 6 dildə bilən yazıçı Almaniyada müxtəlif sahələr üzrə tərcüməçi işləmişdir. 1 oğlu, 3 nəvəsi var. == Yaradıcılığı == Yazarliga 6 il əvvəl 2013-cü ildə başlayan Əzimə Ağalarova 6 kitab, 5 roman müəllifidir. Bir il ərzində iki kitabı nəşr olunmuş yazarın əsərlərinin əsas mövzusu gizli təskilatlar, dərin dövlət və eşqdir. Belletristik janrlarda yazır.
Rəhimə Pərəstu Sultan
Rəhimə Pərəstu Sultan (1826, Çərkəzistan – 1904, Maçka) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 34-cü Osmanlı sultanı II Əbdülhəmidin mənəvi anası və Osmanlı tarixinin son validə sultanı. == Həyatı == === Gənclik illəri === I Əbdülhəmidin qızı və Sultan Əbdülməcidin bibisi olan Əsma Sultan İstanbuldakı köşklərində mükəmməl bir həyat yaşayırdı. Ancaq yenə də bədbəxt idi. Çünki bir övladı olmamışdı. Nəhayət uzun müddət sonra, Şimali Qafqazdakı ubix əsilli ailələrin birindən bir övlad alıb böyütməyə qərar verdi. Bu isə Gök bəy Gögenin bir yaşlı qızı Rəhimə oldu. Uşaq o qədər incə və zərif idi ki, adı dəyişdirildi və farsca qaranquş mənasına gələn Piristü adı verildi. Əsma Sultanın sarayında mükəmməl saray təhsili alan Rəhimə Pərəstu Sultan əsl sultan kimi böyüdüldü. Sultan Əbdülməcid vəliəhd olduğu illərdə tez-tez bibisini ziyarət edir, onun tövsiyələrini dinləyirdi. Sultan olduqdan sonra da bu ziyarətləri davam etdi.
Şavan-syur-Rezus
Şavan-syur-Rezus (fr. Chavannes-sur-Reyssouze) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01094. == Coğrafiyası == Kommuna Paris şəhərinin 340 km cənub-şərqində, Lion şəhərindən 80 km şimalda və Burk-an-Bres şəhərindən 32 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 680 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə 527 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş arasında) 434 nəfər iqtisadi cəhətdən, 93 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 82,4%, 1999-cu ildə 71.7%). Fəal 434 sakindən 409 nəfər (225 kişi və 184 qadın), 25 nəfər işsiz (10 kişi və 15 qadın) idi.
Fatimə-i Məsumə Türbəsi
Fatimə-i Məsumə türbəsi (fars. ﺤﺭﻢ ﺤﺿﺮﺖ ﻔﺎﻄﻤﻪ ﻤﻌﺻﻮﻤﻪ‎ (Hərəme Həzrəti Fatimə-i Məsumə) — İranın Qum şəhərində yerləşən türbə. Başda İslamın şiə əqidəsinə məxsus müsəlmanlar olmaqla, xüsusilə İran coğrafiyasında yaşayanlar üçün İranın Məşhəd şəhərindəki İmam Rza türbəsindən sonra ikinci vacib türbə. Əsl adı Fatimə binti Musa əl-Kazım olan Fatimə-i Məsumə On iki imam əqidəsinə inananlara görə 12 imamdan 6-cı imam və cəfərilik təriqətinin qurucusu İmam Cəfəri Sadiqin nəvəsi, 7-ci imam Museyi-Kazim əleyhissəlamın qızı və 8-ci imam Əli Rzanın bacısı olan Fatimədir. Fatimə-i Məsumə (Fatimə binti Musa əl-Kazım) hicri təqviminə görə 1 zilqədə 173-cü ildə, yəni miladi təqvimlə 790-cı il martın 22-də Mədinə-i Münəvvərədə anadan olub və İrana etdiyi bir səfər əsnasında Savə şəhərində xəstələnmiş, hicri təqvimi ilə Rəbiül-Sani ayının 12-də, yəni miladi təqvimlə 7 noyabr 816-cı ildə burada, yəni vəfat etdiyi yer olan Qum şəhərində dəfn edilmişdir. Vəfat edəndə hələ cəmi 28 yaşında idi. == Memarlığı == Fatimə-i Məsumə türbəsi qızılı rəngdə 3 qübbə və 6 minarəli bir məsciddir və 410 min kvadratmetr ərazini əhatə edir. Fatimə-i Məsumənin nəşinin yerləşdiyi türbənin sahəsi 38 min m²-dir. Cəmi 3 həyət və 3 böyük dua salonunu özündə birləşdirən məscidin içərisində namaz qılınması üçün bir deyil 3 məscid vardır və hər məscid ayrı bir ada malikdir. Bunlar; Təbatəbai (ﻄﺒﺎﻄﺒﺎﻴﻰ) Bala Sər (ﺒﺎﻻ ﺴﺮ) və Əzəm (ﺍﻋﻆﻢ) məscidləridir.
Yusif əl-Əzmə
Yusuf əl-Əzmə (ərəb. يوسف العظمة‎, türk. Yusuf el-Azma; 1884 və ya 1883, Dəməşq – 24 iyul 1920, Meysəlun[d]) — Suriya hərbi xadimi. Meysəlun döyüşündə həlak olmuşdur. Əslən Suriya türkmanlarındandır.
Yusuf əl-Əzmə
Yusuf əl-Əzmə (ərəb. يوسف العظمة‎, türk. Yusuf el-Azma; 1884 və ya 1883, Dəməşq – 24 iyul 1920, Meysəlun[d]) — Suriya hərbi xadimi. Meysəlun döyüşündə həlak olmuşdur. Əslən Suriya türkmanlarındandır.