Rəhimə Pərəstu Sultan

Rəhimə Pərəstu Sultan (1826, Çərkəzistan1904, Maçka, İstanbul ili) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 34-cü Osmanlı sultanı II Əbdülhəmidin mənəvi anası və Osmanlı tarixinin son validə sultanı.

Rəhimə Pərəstu Sultan
31 avqust 1876 – 11 dekabr 1904
ƏvvəlkiŞevkəfza Sultan
Sonrakı-
Şəxsi məlumatlar
Doğum tarixi 1826
Doğum yeri
Vəfat tarixi 1904
Vəfat yeri
Dəfn yeri Mihrişah Validə Sultan külliyəsi
Həyat yoldaşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənclik illəri

[redaktə | mənbəni redaktə et]

I Əbdülhəmidin qızı və Sultan Əbdülməcidin bibisi olan Əsma Sultan İstanbuldakı köşklərində mükəmməl bir həyat yaşayırdı. Ancaq yenə də bədbəxt idi. Çünki bir övladı olmamışdı. Nəhayət uzun müddət sonra, Şimali Qafqazdakı ubix əsilli ailələrin birindən bir övlad alıb böyütməyə qərar verdi. Bu isə Gök bəy Gögenin bir yaşlı qızı Rəhimə oldu. Uşaq o qədər incə və zərif idi ki, adı dəyişdirildi və farsca qaranquş mənasına gələn Piristü adı verildi. Əsma Sultanın sarayında mükəmməl saray təhsili alan Rəhimə Pərəstu Sultan əsl sultan kimi böyüdüldü.

Sultan Əbdülməcid vəliəhd olduğu illərdə tez-tez bibisini ziyarət edir, onun tövsiyələrini dinləyirdi. Sultan olduqdan sonra da bu ziyarətləri davam etdi. Nəhayət, bu ziyarətlərdən birində Rəhimə Sultanı gördü və 1844-cü ildə Əsma Sultanın icazəsiylə onunla evləndi. Mükəmməl toy mərasimi həm Əsma Sultanın sarayında, həm də Topqapı sarayında davam etdi. 1845-ci ildə Sultan Əbdülməcidin digər xanımı Düzdidil xanımın vəfat etməsinin ardından yetim qalan 2 yaşlı Cəmilə Sultanı da himayəsinə aldı. Bundan başqa, Rəhimə Sultan 1853-cü ildə Tirimüjgan Sultanın vəfatının ardından yetim qalan 11 yaşlı oğlu Əbdülhəmid Əfəndini də övladlığa almışdı.

Validə sultanlığı

[redaktə | mənbəni redaktə et]

Mənəvi oğlu Əbdülhəmid Əfəndinin 1876-cı ildə taxta çıxmasıyla Rəhimə Pərəstu Sultan da validə sultan elan olundu. Sələflərindən fərqli olaraq dövlət məsələlərində heç vaxt qarışmadı. Taxta çıxmazdan 3 gün öncə, Sultan Əbdülhəmid vaxtilə Sultan Əbdüləzizin Rəhimə Sultana bəxş etdiyi Maçka köşkünə getdi və cülus mərasiminin keçirildiyi Topqapı sarayına buradan getdi. 1885-ci ildə Osmanlı sarayını ziyarət edən İsveç kralı II Oskar və xanımı Kraliça Sofiyanın qarşılanma mərasimində validə sultan ünvanıyla iştirak etdi.

1904-cü ildə ağır xəstələnən Rəhimə Pərəstu Sultan çox keçmədən Maçkadakı köşkündə vəfat etdi və Mihrişah Sultan türbəsinə dəfn olundu.