Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beirut
Beirut — Qərbi Avropa və Balkanlara xas musiqini pop musiqi ilə birləşdirən ABŞ musiqi qrupu. == Qrup haqqında == İndi-rok tərzini dünya musiqiləri və ABŞ-dəki məşhur cərəyanlarla bir araya gətirən qrup, qurucusu Zaxari Frensis Kondonun bir solo layihəsi ilə birlikdə 2006-cı ildə yarandı və genişləndi. Qrup "Gulag Orkestar" adlı ilk albomlarını hazırladıqdan sonra 2006-cı ilin may ayında Nyu-Yorkda ilk konsertini verdi.
Berkut
Berkut (lat. Aquila chrysaetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir növdür. == Yayılması == Azərbaycanda dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir. == Yaşayış yeri == Müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir. == Təbiətdə sayı == 1990–1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Beyrut
Beyrut (ərəb. بيروت‎, ing. Beirut) — Livanın paytaxtı, ən iri şəhəri və böyük dəniz portu. Beyrut Yaxın Şərqin vacib maliyyə - bank və mədəni mərkəzidir. Beyrutda bir çox beynəlxalq təşkilatlar məskən salmışlar. Əhalisi təxminən 900 min nəfərlə 2 milyon nəfər arasıdır. Bu onunla bağlıdır ki, əhalinin siyahıya alınması ölkədə axırıncı dəfə 1932-ci ildə keçirilmişdir. Əhalisinə görə Levant regionunda 3-cü, Ərəb dünyasında 13-cü şəhərdir. == Tarixi == Eramızdan əvvəl XVIII əsrdən etibarən Berut, Berit adı ilə məlumdur. VII əsrdə Xilafətə daxil edilmişdir.
Dekret
Dekret (lat. decretum-qərar) — ali hakimiyyət orqanının hər hansı məsələyə dair qanuni qüvvəyə malik olan qərarı. Dekret termini ilk dəfə qədim Roma hüququnda istifadə edilmişdir.
Məkruh
Məkruh — əməl yerinə yetirildikdə heç bir günah yazılmayan, lakin bəyənilməyən əməldir. Dində qəti olaraq qadağan edilməyən,ancaq icrası da xoş qarşılanmayan davranış və hərəkətlərdir. Hər hansı bir işin günah olub-olmamasın onun necə, nə zaman, harada, kim tərəfindən icrasından da asılıdır. Bununla yanaşı, kiçik də olsa, günahlara əhəmiyyətsiz baxmamalıyıq. Nazik iplər birləşib kəndir əmələ gətirdiyi kimi, kiçik günahlar da birləşib böyük günahlara çevrilir. Dəstəmaz alarkən suyu israf etmək, burunu sağ əllə təmizləmək, namazda əsnəmək,ayaqyolu ehtiyacı ola-ola namaz qılmaq məkruhdur. Dində bu cür halların haram buyurulmaması və Allah-Təalanın bizi daim günah işləməkdən qorumaq istəməsi onun bəndələrinə mərhəmətindən irəli gəlir.
Şukrut
Şukrut və ya Choucroute garnie — Alsatiya mətbəxinin ənənəvi yeməyi. Kolbasa və digər duzlu ətlər və kartof ilə kələm hazırlamaq üçün istifadə edilən bir Alsas reseptidir.
Redut
Redut bir regionu, məntəqəni və ya ərazini müdafiə etmək üçün inşa edilmiş və silahlarla gücləndirilmiş hərbi istehkamdır. İlk dəfə XI əsrdən sonra istifadə edilmiş redutlar Birinci dünya müharibəsindən sonra əhəmiyyətini itirmişdir. Redut (fr: redoute, latınca reductus - uzaq, sığınacaq), çoxməqsədli müdafiə məqsədilə hazırlanmış, qala divarları və xəndəklərlə əhatə edilmiş, əsasən (lakin mütləq deyil) torpaqdan olan qapalı tipli müstəqil bir istehkamdır. Redutlar, strateji baxımdan əhəmiyyətli bir regionun, məntəqənin, yolun və ya şəhərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün ərazini hər tərəfdən nəzarət altında saxlamağa imkan yaradan dominant bir təpəsində və ya dağ yamacında inşa edilmiş hərbi obyektlərdir. Tikilməsinin əsas məqsədi şəhərin müdafiəsinin ön tərəfində bir müdafiə xətti yaradaraq düşmənin hücumlarının qarşısını almaqdır. Bir növ şəhərlərin müdafiəsinin forpostudur. Redutlar memarlıq məsələləri nəzərə alınmadan, əsasən möhkəmlik və təhlükəsizlik əsasında inşa edilmişdirlər. Əsas binası və giriş yolları ümumiyyətlə torpaqdan hazırlanmış bəndlərlə müdafiə edilirdi. Tikildikləri yerin vəziyyətinə görə planlaşdırıldıqları üçün bir-birlərinə bənzəməmələrinə baxmayaraq, ümumiyyətlə şəkillərinə görə ulduzvari redutlar, torpaq redutlar, hilalvari redutlar, yay formalı redutlar kimi təsnif edilmişdirlər.
Rebut
Yenidənyazma və ya rebut (ing. Reboot) — eyni personajlardan və ideyalardan istifadə edən, lakin seriyada əvvəlki əsərlərdə baş tutan hadisələrə məhəl qoymayan, yeni süjet xətti yaradan bədii əsərin (film, kompüter oyunu, komiks və s.) yeni versiyası. Yenidənyazma seriyadakı köhnə girişlərin süjetini ləğv etmədiyi təqdirdə, bu, yumşaq yenidənyazma adlanır və hər halda, bir çox cəhətdən hekayəni sıfırdan başladır. Yenidənyazmanın əsas məqsədi yeni fanatlar cəlb etmək və gəliri artırmaq üçün seriyanı "canlandırmaq"dır. Beləliklə, yenidənyazma köhnəlmiş seriyanı xilas etmək cəhdi kimi qiymətləndirilə bilər. Bundan əlavə, seriyanın sıfırdan başlaması qazanc baxımından kifayət qədər təhlükəsiz layihədir, çünki tanınmış personajların olduğu əsərin artıq mövcud fanatları var və buna görə də tamamilə orijinal əsərdən daha az risklidir.
Beyrut vilayəti
Beyrut vilayəti — Osmanlı İmperiyası tərkibində, 1888–1917-ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Beyrut şəhəri idi.
Beyrut şəhəri
Beyrut (ərəb. بيروت‎, ing. Beirut) — Livanın paytaxtı, ən iri şəhəri və böyük dəniz portu. Beyrut Yaxın Şərqin vacib maliyyə - bank və mədəni mərkəzidir. Beyrutda bir çox beynəlxalq təşkilatlar məskən salmışlar. Əhalisi təxminən 900 min nəfərlə 2 milyon nəfər arasıdır. Bu onunla bağlıdır ki, əhalinin siyahıya alınması ölkədə axırıncı dəfə 1932-ci ildə keçirilmişdir. Əhalisinə görə Levant regionunda 3-cü, Ərəb dünyasında 13-cü şəhərdir. == Tarixi == Eramızdan əvvəl XVIII əsrdən etibarən Berut, Berit adı ilə məlumdur. VII əsrdə Xilafətə daxil edilmişdir.
Nemrut Dağ
Nəmrud dağı (türk. Nemrut Dağı, yun. Όρος Νεμρούτ, erm. Նեմրութ լեռ) — Türkiyənin cənub-şərqində dağ; Tavr dağları silsiləsində, Adıyaman ilində yerləşir. Dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşir. E.ə. 62-ci ildə Kommagena çarı, Yervəndilər sülaləsindən olan I Antiox Nəmrud dağının yüksəkliyində məzar türbəsi inşa etdirmişdi. Kurqanın mərkəzində Antioxun qəbri yerləşir. 1882–1883-cü illərdə Otto Puxşteyn və Karl Human tərəfindən burada tədqiqat işləri aparılmışdır. 1987-ci ildə dağın ətrafındakı arxeoloji abidələr YUNESKO-nun Ümumdünya irsi obyektlərnin siyahısına daxil edilmişdi.
Nemrut dağı

Nemrut gölü
Nəmrud gölü (türk. Nemrut Gölü) — Türkiyənin şərqində, Ermənistan yaylasında, Nəmrud vulkanının kalderinin cənub-qərbində yerləşən şirin sulu krater gölü. Göl dəniz səviyyəsindən 2247 metr yüksəklikdə yerləşir. Ümumi sahəsi 12 km², ən dərin yeri 176 metrdir. Göl suyunun həcmi — 1,26 km³-dir. Təxminən 270 min il əvvəl Nəmrud-Dağ stratovulkananın növbəti püskürməsi nəticəsində onun konusunun tədricən çökməsinə və kalderin meydana gəlməsinə səbəb oldu. Kalderin cənub-qərb hissəsi digərlərindən daha erkən dağıldı və buna görə cənub-qərb hissəsindəki kalderanın dərinliyi ən böyükdür. Məhs bu ərazidə Nəmrud gölü formalaşmışdır. Göl əsasən qar suyu ilə (Nəmrud-Dağ vulkanı ilin 4 ayı qarla örtülür), həmçinin kalderanın dibində yerləşən bir neçə isti bulaqla qidalanır. Sonradan Nəmrudda baş vermiş kiçik püskürmələr nəticəsində lava axını Nəmrud gölünün şimal hissəsinə özündə ayırmış və Ilı gölü formalaşmışdır.
Reprua çayı
Reprua (gürc. რეპრუა) və ya Xapıryuaş (abx. Ҳаҧырҩаш) — Gürcüstan Respublikasında, Abxaziyanın şimal-qərbində çay. Reprua Abxaziya Muxtar Respublikasının Qaqra rayonu ərazisinə daxildir. Bir çox mənbələrdə Reprua çayı dünyanın ən qısa çayı hesab olunur. Reprua çayının uzunluğu 18 metrdir. Eni isə 10 metrdir. Son illərin məlumatlarına görə çayın uzunluğu artıq daha qısa olub. Buna səbəb Qara dənizin səviyyəsinin qalxması olub. Çay hidroloji baxımdan güclü yeraltı karst çayının yer üstünə çıxmasıdır.
Elize Reklü
Jan-Jak Elize Reklü (1830–1905) — Fransız səyyahı, tədqiqatçısı == Həyatı == Elize Reklü 1830-cü ildə Fransada kəndli ailəsində anadan olmuşdur. Anası kənd müəllimsə olduğundan ilkin təhsilini ev şəraitində almışdır. 12 yaşında ikən Elize Almaniyanın Neyvid şəhərinə oxumağa göndərilir. Gediş haqqı olmadığından alman dilində bir kəlmə belə bilməyən Elize Reklü Almaniyaya piyada yola düşməyə məcbur olur. Bu onun ilk, lakin plansız səyahəti olur. Neydendə yaşamaqla o, tez-tez şəhər ətrafına çıxar, Reyn çayının sahillərini gəzər, müxtəlif süxur və bitki nümunləri toplayardı. 848-ci ildə Fransada başlanan inqilab onun həyatında və dünya görüşündə böyük dəyişiklik yaratdı. 1849-cu ildə Reklü Almaniyada oxuyan böyük qardaşı ilə bərabər vətəni Fransaya səyahətə yola düşərkən insanların ağır həyat tərzini görməkdə onları istismarçılara qarşı mübarizədə fəal olmağa çağırır. Bu çağrışlar onun və qardaşının həbs olunmasına səbəb olur. Həsbdən azad olduqdan sonra Reklü Neyvid şəhərinə qayıdaraq fransız dilindən dərs deməyə başlayır.
Rekul-Prevenkyer
Rekul-Prevenkyer (fr. Recoules-Prévinquières, oks. Recolas-Previnquièiras) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12196. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1195 nəfərdən (15-64 yaş) 870 nəfəri iqtisadi cəhətdən fəal, 325 nəfər hərəkətsiz (fəaliyyət göstərici 72.8%, 1999-cu ildə 70.6%) idi.
Etyen Dekru
Etyen Dekru' (19 iyul 1898[…], Parisin 17-ci dairəsi[d] – 12 mart 1991[…], Bulon-Biyankur) — Fransa pantomima aktyoru, "mime pur" aktyor hazırlığı sisteminin yaradıcısı. == Həyatı == == "Mime pur" aktyor hazırlığı sistemi == Dekru teatrda sözdən imtina etməyi təklif edir. Onun tərəfindən işlənilmiş dramatik aktyorun hazırlanması sistemi "mime pur" adlanır. Fransız dilindən "pur" təmiz deməkdir. Dekru tələbələrindən kostyum və dekorasiyalardan, həmçinin də qeyri-maddi aksessuarlar olan söz və musiqidən imtina etməyi tələb edir. O, təmiz aktyor ifadəliliyi vasitələrinin işlənilməsini özünə məqsəd qoymuşdur. İncəsənətin sintezindən imtina edən Dekru mim janrını yenidən dirçəltmişdir. Qərb teatrında pantomima definisiyası mövcud deyildir. Pantomima anlayışı sovetlər məkanının məhsulu idi. Postsovet məkanında inkişaf tapan pantomima qərb mim teatrının təqlidi və Marsel Marsonun davamçıları hesab olunur.
Beyrut Amerika Universiteti
Beyrut Amerika Universiteti (ing. American University of Beirut), 1920-ci ilə qədər – Suriya Protestant Kolleci (ing. Syrian Protestant College) — Beyrutda bir universitetdir. 1866-cı ildə təsis edilmişdir. == Tarixi == 1866-cı ildə Livanın Beyrut şəhərində yaradılmış Amerika universitetidir.
Rektus abdominis əzələsi
Rektus abdominis əzələsi və ya qarın əzələsi (lat. rectus abdominis) — insan qarnının ventral tərəfində yerləşən bir cüt seqmentli skelet əzələsi. Rektus abdominis əzələsi qasıq sümüyündən yaranır və döş sümüyündə bitir. Qarın nahiyəsində yerləşir. Rektus abdominis əzələsi 5-7 qabırğaların qığırdaqlarının xarici səthindən və xiphoid prosesindən başlayır, qasıq sümüyünə güclü bir vətərlə bağlanır. Əzələ qabırğaları və çanaq sümüyünü içəriyə doğru çəkib arxaya əyildiyi üçün xırıltı zamanı aktivləşir. Hər bir rektus abdominis əzələsi onu fərdi əzələ qarınlarına bölən vətər zolaqları adlanan birləşdirici toxuma zolaqları ilə kəsişir. Bu əzələ qarın konturlarına 2-dən 12-yə qədər dəstlər xaricdən baxıla bilər. Bunlardan ilk 6-sı adətən kəmər xəttinin üstündə görünür, buna görə də ona bəzən "altı-paket" deyirlər. Rektus abdominis çox uzun düz əzələdir, qarın ön hissəsinin bütün uzunluğu boyunca uzanır və qarşı tərəfdəki əzələdən qarnın ağ zolağı ilə ayrılır.
Beyrut döyüşü (1912)
Beyrut döyüşü və ya Beyrut əməliyyatı — 1911-1912-ci illər arasında baş verən İtaliya–Osmanlı müharibəsi çərçivəsində 24 fevral 1912-ci ildə Osmanlı və İtalya hərbi qüvvələri arasında Beyrutda baş vermiş dəniz döyüşü. Döyüşdə iki İtalyan kreyseri limanda bir Osmanlı zirehli korvetini və bir torpedo gəmisini batıraraq Beyrut şəhərini bombardman etdi. Beyrutdakı Osmanlı donanması tamamilə məhv edildi və bölgədə İtaliya gəmiçiliyi üçün yeganə türk dəniz təhlükəsi aradan qaldırıldı. Bu hücumdan sonra italyanlar müharibənin qalan hissəsində Cənubi Aralıq dənizində tam dəniz hökmranlığını qoruyub saxladılar, Süveyş kanalında tam dəniz üstünlüyü əldə etdilər və müstəmləkələri olan Eritreyadakı qüvvələrini gücləndirməkdə üstünlük əldə etdilər. İtalyanların Beyrutdakı hərəkətlərinə cavab olaraq, Osmanlı hökuməti döyüşdən 4 gün sonra bütün İtaliya vətəndaşlarını Beyrut, Hələb və Dəməşq əyalətlərinə deportasiya etdi. Suriya sahillərində maraqları olan Fransa və Böyük Britaniya, müharibənin Şimali Afrika ilə məhdudlaşması, Aralıq dənizi və Egeydəki Osmanlı limanlarına hücum etməməsi üçün italyanlara diplomatik təzyiqlər etməyə başladı. Sonrakı aylarda İtaliya donanması bir daha belə hücumlar etmədi. == Arxa plan == Tripoli müharibəsi zamanı İtalya ordusu Aralıq dənizindəki Osmanlı dəniz qüvvələrinin İtaliyanın Şərqi Afrikasına gedən təchizat və qoşun gəmilərinə basqın edəcəyindən qorxurdu. Belə bir basqın ehtimalının qarşısını almaq üçün kontr-admiral Paolo Taon di Revelə Beyrut limanını təmizləmək və orada ola biləcək Osmanlı donanmasının gəmilərinə hücum etmək əmri verildi. Revelin gücü, Cüzeppe Qaribaldi və Françesko Ferruccio zirehli kreyserlərindən ibarət idi.
Beyrut müharibəsi (1912)

Etyen Dekru sistemi
Etyen Dekru' (19 iyul 1898[…], Parisin 17-ci dairəsi[d] – 12 mart 1991[…], Bulon-Biyankur) — Fransa pantomima aktyoru, "mime pur" aktyor hazırlığı sisteminin yaradıcısı. == Həyatı == == "Mime pur" aktyor hazırlığı sistemi == Dekru teatrda sözdən imtina etməyi təklif edir. Onun tərəfindən işlənilmiş dramatik aktyorun hazırlanması sistemi "mime pur" adlanır. Fransız dilindən "pur" təmiz deməkdir. Dekru tələbələrindən kostyum və dekorasiyalardan, həmçinin də qeyri-maddi aksessuarlar olan söz və musiqidən imtina etməyi tələb edir. O, təmiz aktyor ifadəliliyi vasitələrinin işlənilməsini özünə məqsəd qoymuşdur. İncəsənətin sintezindən imtina edən Dekru mim janrını yenidən dirçəltmişdir. Qərb teatrında pantomima definisiyası mövcud deyildir. Pantomima anlayışı sovetlər məkanının məhsulu idi. Postsovet məkanında inkişaf tapan pantomima qərb mim teatrının təqlidi və Marsel Marsonun davamçıları hesab olunur.
Krut Adolf
Kurt Adolf (5 noyabr 1921, Ştutqart – 24 yanvar 2012) — Almaniyalı yarış pilotu. == Həyatı == Adolf Almaniyanın Stutqart şəhərində tekstil şirkətinin sahibi olan ailədə dünyaya gəlmiş, İkinci Dünya müharibəsi dövründə paraşütçü kimi xidmət etmişdir. Adolf 1950-ci illərin əvvəllərində Formula-2 yarışlarında BMW avtomobili ilə yarışmışdır, Adolf Münhen-Riem Hava Limanında yarışda ikinci yeri tutaraq uğur qazandı. Daha sonra 1953-cü ildə Ferrari-500-də yarışdı və 1953-cü ildə Almaniya Qran Prisinə qatıldı, Rudi Fişerin Ferrari 500-ü "Ecurie Espadon" Komandası üçün idarə etdi. O, bir neçə dövrədən sonra təqaüdə çıxdı və tək nəfərlik yarışını biznes maraqlarına cəmləşdirmək üçün tərk etdi. Adoff daha sonra Yaquar ilə dırmanışlarda və avtomobil yarışında uğur qazanmışdı və həmçinin Çilidə konsul kimi faəliyyət göstərmişdir..
Reut çayı
Reut (rum. Răut [рэ́ут], idiş רעװעט‎ [рэ́вэт]) — Moldova ərazisində olan çay, Dnestrın sağ qolu. Uzunluğu — 286 км. Su toplayıcı sahəsi — 7760 км². Yatağın orta eni — 30 м. Çay dərəsinin orta eni — 7 км. Su sərfi — 8-15 м³/s. Çayın hidroloji rejimi sabit deyil. Yaz və yay su səviyyəsinin dəyişmə rejimi mövcuddur. Çay öz başlanğıcını Redyu-Mare kəndi yaxınlığından götürərək cənub-şərq istiqamətində axır.
1983 Beyrut kazarma bombalanması
1983 Beyrut kazarma bombalanması — 23 oktyabr 1983-cü ildə Livan vətəndaş müharibəsi dövründə Beyrutda meydana gələn bombalı hücumudur. Bu hücum nəticəsində 299 Amerika və fransız əsgəri ABŞ və Fransa əsgərlərinin yerləşdirildiyi binaların qarşısında iki bomba yüklü yük maşınının partlaması nəticəsində həyatını itirmişdir. Daha sonra Hizbullah olaraq bilinən İslami Cihad təşkilatı bombalı hücumun məsuliyyətini öz üzərinə götürmüşdür. Nəqliyyat vasitələrindəki partlayıcılar intiharçılar tərəfindən partladılmışdır. ABŞ dəniz piyadaları korpusu kazarmalarına edilən hücumda 220 nəfəri dəniz piyadası, 18 nəfəri dənizçi və 3 nəfəri əsgər olmaqla ümumilikdə 241 Amerika əsgəri öldürüldü, 60-ı yaralandı. ABŞ Dəniz Piyadaları Korpusunun İkinci Dünya Müharibəsindəki İvo Jima döyüşündən bu tərəfə və ABŞ ordusunun Vyetnam müharibəsindəki Tet Hücumunun ilk günündən bu tərəfə bir gün ərzində ən çox əsgər itirdiyi hadisədir. Həmçinin bu hücum İkinci Dünya Müharibəsindən bəri xaricdəki Amerikalılara edilən ən ölümcül hücumdur. Bundan əlavə, binada qapıçı olaraq işləyən yaşlı bir livanlı da ilk partlayışda öldü. İstifadə olunan partlayıcı 5,400 kq ağırlığında TNT-yə bərabər idi. İki dəqiqə sonra, Fransız əsgərlərinin qaldığı səkkiz mərtəbəli binaya (Fransa "Drakkar" paraşütçü kazarması, Ramlet al Baida, Beyrut) edilən hücumda 58 Fransız paraşütçü öldürüldü, 15 əsgər yaralandı.