Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bobbi Robson
Ser Robert Uilyam "Bobbi" Robson SVE (ing. Sir Robert William "Bobby" Robson; 18 fevral 1933, Sakriston, Darem qraflığı — 31 iyul 2009) — İngiltərə futbolçusu və futbol məşqçisi. == Həyatı == Bobbi Robson 20 oyun keçirib 4 qol vurduğu yığmaya 1982–1990-cı illərdə rəhbərlik edib. Futbolçu kimi "Fulhem" və "Vest Bromviç"də forma geyinən ingilis 1968-ci ildə başladığı məşqçi karyerasının birinci klubunda başlayıb. 1969-cu ildə "İpsviç"ə keçən gənc məşqçi ardıcıl 13 il sükanı arxasında olduğu komandaya İngiltərə və UEFA kuboklarını qazandırıb. Sonrakı 8 ildə milli komandaya rəhbərlik edən Robson dünya və Avropa çempionatlarında fərqli nəticələr qazanıb. DÇ-86-nın 1/4 finalında Dieqo Maradonanın "Tanrı əli"nin qurbanı olan ingilis 4 il sonra üçüncü yer uğrunda matçda İtaliyaya uduzub. Qitə birinciliklərində isə onun yetirmələri uğura həsrət qalıb. İngiltərə yığmasından sonra klublarda çalışan Robson ümumilikdə 41 il sürən məşqçilik karyerasının sonunadək PSV (Hollandiya), "Sportinq", "Porto" (Portuqaliya), "Barselona" (İspaniya) və "Nyukasl"da (İngiltərə) da işləyib. Hollandiya və Portuqaliyada çempion, İspaniya və Portuqaliyada ölkə kuboku qazanan Robson 12 il əvvəl "Barselona"ya Kuboklar kubokunu qazandırıb.
Rey Robson
Rey Robson (ing. Ray Robson, 25 oktyabr 1994, Quam) ABŞ şahmatçısı, qrosmeyster (2010). 16 iyul 2009-сü ildə gənclər arasında ən gənc ABŞ Çempionu olmuşdur. Dünya Kubokunda iştirak etsə də, uğur əldə edə bilməmişdir. 2014 Millionaire Chess turnirinin finalında Uesli So tərəfindən məğlub edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ray Robson. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Ray Robson. 365chess.com (ing.) Ray Robson. fide.com (ing.) Ray Robson. chessgames.com (ing.) Ray Robson.
Robson Çavez Santana
Robson Çavez Santana (28 fevral 1986, Sao Paulo) — Braziliya futbolçusu, yarımmudafiəçi. Santana 2011-ci ilin iyul ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Braziliyanın Juventude, Palmeiras II və Figueirense futbol klublarında oynamışdır.
Ambrön
Ambrön (Fransa)
Bobrov
Bobrov — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir. == Tarixi == Bityuq çayı (Donun sol qolu) üstündə yerləşən Bityuq yurt vaxtilə bu ətrafda yeganə yaşayış məntəqəsi idi. Yaxınlıqda heç bir ev gözə dəymirdi. Lakin bu sakit və dinc həyat Voronejdən bura qazanc və səadət arayan hünərli adamların ayağı açılmaqla pozuldu. Voronej özü bu zaman 100 ildən də az bir müddər idi ki, rusların sərhəd qalasına çevrilmişdi. 1677-ci ildə Voronejli imkan sahibi iş adamı bir dəstə kəndlisi ilə hökumətdən xahiş etdi ki, Bityuq çayında balıq ovlamaları üçün onlara icazə versin. Lazımi icazə aldıqdan sonra o, başının adamları ilə Bityuq çayına enib Bityuq yurtda məskunlaşdılar. Su porsuqlarının (boburların) burada çox olduğunu görüb porsuq ovlamağa girşdilər. Bundan sonra Bityuq yurdu Bobrovıy Yurt adlandırmağa başladı.1. 1684-cü ildə Bityuq çayı boyu bu torpaqlar Troitsk monastırına verildi.
Hebron
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Oberon
Oberon — Günəş sistemində Uran planetinin peykidir.
Reborn
Reborn - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı altıcı albomdur. Albom 2008-ci ildə Avropa və Macarıstanda satışa çıxarılıb. Həmçinin alboma daxil olan iki mahnıya - "Reborn" və "Prayers" mahnılarına klip də çəkilib.
Roblox
Roblox — istifadəçilərin öz oyunlarını dizayn etmələrinə və digər istifadəçilər tərəfindən yaradılan oyunların oynamalarına imkan verən Kütləvi çoxsaylı onlayn for ro Tp d (MMOG) və oyun yaratma sistemidir. Platformada ənənəvi yarış və rol oynayan oyunlardan tutmuş simulyasiyalara və parkur oyunlarına qədər istifadəçilər tərəfindən yaradılan oyunlar və virtual aləmlər yerləşir. Oyunda "Robux" adlanan qəpiklərlə real pul qarşılığında alış-veriş edə bilərsiniz. 2023-cü ilin avqust ayından etibarən Roblox-un 1,739,543 aktiv istifadəçisi var. == Baxış == === Roblox Studio === Roblox istifadəçilərinin oyun düzəltmə motoru olan Roblox Studio ilə istifadəçilər öz oyunlarını düzəltməsini təmin edən platformdur. Bu platform Lua programlama dili ilə kodlanaraq yaradılmıştır. Roblox Studio ilə bir oyun yaradan istifadəçi oyunlarına pul ilə alınabilən şeylər qoya bilər və oyuncularda ala bilər. Bu pul robux adlı bir oyun puludur və oyun yaradıcıları bu robux adlı pulu gerçək pul edə bilirlər. Amma pulun yarısı Robloxa, digər yarısı da oyunu yaradan insan arasında bölüşülür.
Şopron
Şopron (mac. Šopron) — Macarıstanda şəhər. Avstriyanın sərhədində, Noyzidler gölünün yaxınlığında yerləşir. == Tarixi == Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi bir dövrdə Osmanlı türkləri 1529-cu ildə şəhərə hücum elədilər, lakin işğal etmədilər. İşğal olunmuş ərazilərdə məskunlaşan insanların əksəriyyəti Şoprona qaçdı və beləcə şəhərin əhəmiyyəti artdı. 1676-cı ildə Şopron şəhəri böyük bir yanğın nəticəsində tamamilə xaraba qaldı. Bu gün şəhərdə Barokko memarlığı üslubunda binalar çoxluq təşkil edir. Şopron şəhəri İkinci Dünya müharibəsi zamanı bir sıra hücumlara məruz qaldı. Nazi Almaniyası və onların Macarıstandakı müttəfiqləri şəhərdəki bütün yəhudi vətəndaşlarını və bəzi solçu işçiləri ölüm düşərgələrinə göndərərək öldürürdülər və şəhəri davamlı olaraq bombalayırdılar. Sovet İttifaqının Qırmızı Ordusu 1945-ci ilin 1 aprel tarixində şəhəri ələ keçirmişdir.
Robot
Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır. Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar. == Tarixi == Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır.
Rovon
Rovon (fr. Rovon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38345. Kommunanın 2012-ci il üçün əhalisi 599 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 172 ilə 1471 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 21 km şimal-qərbdə yerləşir.
"Hobson seçimi"
Hobson seçimi — yalnız bir təklifin verildiyi azad seçimdir. İnsan ona verilən təklifi rədd etmək bacarığına malik olduğundan cari vəziyyətdə iki seçim mövcuddur: Hər iki halda qəbul etmək. Hər iki halda rədd etmək. İfadə Kembricdə mehtər kimi fəaliyyət göstərən Tomas Hobsonun soyadından törəyib. Belə ki, o, öz müştərilərinə alış zamanı tövləsindəki qapıya ən yaxın olan atı seçməyi və ya ümumiyyətlə heç birini götürməmək təklifini irəli sürüb. == Mənbələr == Kembric Bələdiyyə binasına bağışlanan rəsm portretinin altındakı yazıya əsasən Hobsonun 40 atdan ibarət geniş tövləsi mövcud olub. Bu, içəri daxil olan müştərilərdə bir neçə şanslarının olduğu təsəvvürünü yaradıb, halbuki əslində alıcıların sadəcə bir seçim şansı var idi: Hobson müştərilərdən qapıya ən yaxın olan atı seçməyi tələb edirdi. Bu vasitə ilə ən yaxşı atların daha çox seçilməsinin və nəticədə həddən artıq istifadəsinin qarşısı alınırdı. Hobsona məxsus tövlənin yerləşdiyi ərazi hal-hazırda Müqəddəs Katerina Kolleci tərəfindən özəlləşdirilib. Henri Ford, həmçinin müştərilərinə Ford T Model avtomobilini eyni məşhur sitatla təqdim etdi : "Qara rəngdə olduğu müddətcə istənilən müştəri istənilən rəngdə avtomobilə sahib ola bilər." Əslində, ilk günlərdə avtomobillər müxtəlif rənglərdə təklif olunurdu.
Ambrön (Fransa)
Ambrön (fr. Embrun, oks. Ambrun) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambrön kantonuna daxildir. INSEE kodu — 05046. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 6267 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 3830 nəfər arasında (15-64 yaş) 2597 nəfər iqtisadi cəhətdən, 1233 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67.8%, 1999-cu ildə bu 67.5%). 2597 aktiv adamdan 2325 nəfəri (1227 kişi və 1098 qadın), 272 nəfəri işsizdir (128 kişi və 144 qadın).
Ambrön (kanton)
Ambrön (fr. Embrun) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0508. Ambrön kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Ambrön kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 10 600 nəfər təşkil edirdi.
Aryen Robben
Aryen Robben (23 yanvar 1984[…]) — hollandiyalı futbolçu. Hücumçu arxası və sağ cinahda oynayır. Hollandiyada iki dəfə ilin futbolçusu seçilmişdir. === Klub karyerası === Robben, futbol karyerasına anadan olduğu Qroningen şəhərinin Qroningen futbol klubunda başlamışdır. Liqada ilk oyununa Tventeyə qarşı oynamışdır. Robben ilk mövsümündə 18 oyuna 2 qol vurmaqla komandada ilin futbolçusu seçilmişdir. İkinci sezonunu daha yaxşı keçirən Robben 28 oyuna 6 qol vurmuş və il sonunda 3.9 milyon € qarşılığında PSV klubuna transfer olunmuşdur. Robben, burada da ilk sezonun yaxşı keçirmiş və 33 oyunda 12 qol vurmuşdur. Bu uğurlardan sonra Mançester Yunaytedin baş məşqçisi Aleks Ferqyuson, Robben üçün 8 milyon € təklif etmiş, lakin rəhbərlik qəbul etməmişdir. 2003–04 sezonunu yaxşı keçirməsə də, il sonunda 12 milyon € qarşılığında Çelsiyə transfer olunmuşdur.
Ceyms Kobörn
Ceyms Harrison Kobörn III (ing. James Harrison Coburn III) — ABŞ aktyoru. Ceyms Kobörn buddizmlə maraqlanmış, Brüs Linin dostu və tələbələrindən biri olmuşdur. == Həyatı == Ceyms Kobörn 31 avqust 1928-ci ildə ABŞ-də Nebraska ştatının Lorel şəhərində Şotland-İrland və İsveç əsilli ailədə anadan olmuşdur. Onun atası mexanik olmuşdur. Ceymsin uşaqlıq illəri Kaliforniyanın Kompton şəhərində keçmişdir. 1959-cu ildə ilk dəfə olaraq film karyerasına başlayır. Həmin ildə Ceyms Beverli Kelli ilə ailə həyatı qurur. Onun ilk çəkildiyi filmlər vestern janrında olub. Bu müddət ərzində Ceymsin Harrison Kobörn IV (1961) və Liza (1967) adlı övladları dünyaya gəlir.
Hobson seçimi
Hobson seçimi — yalnız bir təklifin verildiyi azad seçimdir. İnsan ona verilən təklifi rədd etmək bacarığına malik olduğundan cari vəziyyətdə iki seçim mövcuddur: Hər iki halda qəbul etmək. Hər iki halda rədd etmək. İfadə Kembricdə mehtər kimi fəaliyyət göstərən Tomas Hobsonun soyadından törəyib. Belə ki, o, öz müştərilərinə alış zamanı tövləsindəki qapıya ən yaxın olan atı seçməyi və ya ümumiyyətlə heç birini götürməmək təklifini irəli sürüb. == Mənbələr == Kembric Bələdiyyə binasına bağışlanan rəsm portretinin altındakı yazıya əsasən Hobsonun 40 atdan ibarət geniş tövləsi mövcud olub. Bu, içəri daxil olan müştərilərdə bir neçə şanslarının olduğu təsəvvürünü yaradıb, halbuki əslində alıcıların sadəcə bir seçim şansı var idi: Hobson müştərilərdən qapıya ən yaxın olan atı seçməyi tələb edirdi. Bu vasitə ilə ən yaxşı atların daha çox seçilməsinin və nəticədə həddən artıq istifadəsinin qarşısı alınırdı. Hobsona məxsus tövlənin yerləşdiyi ərazi hal-hazırda Müqəddəs Katerina Kolleci tərəfindən özəlləşdirilib. Henri Ford, həmçinin müştərilərinə Ford T Model avtomobilini eyni məşhur sitatla təqdim etdi : "Qara rəngdə olduğu müddətcə istənilən müştəri istənilən rəngdə avtomobilə sahib ola bilər." Əslində, ilk günlərdə avtomobillər müxtəlif rənglərdə təklif olunurdu.
Kibron yarımadası
Kibron (fr. Presqu’île de Quiberon) — Bretan yarımadasının cənubunda, Atlantik okeanın Biskay körfəzi daxilinə hərəkət edən Moriban departamenti ərazisində yerləşən yarımada. == Kommuna == Yarımada əhalisi iki kommunada yaşayır: Kibron (Quiberon) Sen-Per-Kibron (Saint-Pierre-Quiberon) == Tarixi == Kibron yarımadası 1795-ci ildə təşkil olunan Kibron ekspedisiyası zamanı tanınmışdır. Burada əhali Vandey üsyanını dəstəkləməyə getmişlər.
Lebron Ceyms
LeBron Ramone James ( /ləˈbrɒn/; 30 dekabr, 1984) — NBA-in (Milli Basketbol Assosiasiyasının) üzvü olan Los Angeles Lakers-in amerikalı peşəkar basketbolçu. O, karyerasına qısa hücumçu və uzun hücumçu mövqelərində başlayıb. James üç dəfə NBA çempionu (2012, 2013,2016), 4 dəfə NBA Ən Dəyərli Oyunçusu (2009, 2010, 2012, 2013), 2 dəfə NBA finallarının ən qiymətli oyunçusu (2012, 2013), iki Olimpiya qızılının sahibi (2008, 2012), NBA xal çempionu (2008) və NBA ilin debütü mükafatını (2004) qazanıb. O, həmçinin 16 dəfə NBA bütün ulduzların komandasına, 13 dəfə bütün NBA komandasına, 6 dəfə NBA müdafiəsinin bütün ulduzlarının yığmasına seçilib və Klivlend Kavalers-in bütün zamanlarının ən yaxşı bombardiridir. James gələcəkdə NBA super ulduzu kimi milli mediada yüksək təbliğ ediləcəyi Akron şəhərində St. Vinsent-St. Mariya Məktəbində basketbol oynayırdı. Buranı bitirdikdən sonra, o, Cavaliers tərəfindən 2003 NBA seçməsində birinci tam yığmaya seçilib. 2007-ci ildə LeBron James komandanın kapitanı kimi Cavaliers tarixində birinci dəfə NBA finalına gətirib çıxardı, finalda isə San-Antonio Spurs-ə məğlub oldular. 2010-cu ildə James Cavaliers-dən ayrıldı və Miami Heat-in heyətinə qoşuldu.
Mariya Kobörn
Robeson boğazı
Robeson boğazı ing. Robeson Channel - Qrenlandiya adasını Elsmir (ada)sından ayırır. Nares boğazının davamında yerləşir. Şimal Buzlu okeanı Xoll körfəzi ilə birləşdirir. Boğazın uzunluğu 80 km, eni isə 18–29 km arası dəyişir. Şimal yarımkürəsində ən ucqarda yerləşən yaşayış məntəqəsi olan Albert kəndi boğaz sahilində yerləşir. Boğaz 1871-ci ildə şimal qütbünə təşkil edilən ekspedisiya zamanı ekspedisiya rəhbəri Carlz Fransisko Xoll tərəfindən kəşf edilir. ABŞ hərbi-dəniz qüvvələrinin rəhbəri Cordc Maisvell Robesonun şərəfinə adlandırılmışdır.
Rodion Malinovski
Rodion Yakovleviç Malinovski (rus. Родион Яковлевич Малиновский, 10 (22) noyabr 1898, Odessa, Xerson quberniyası – 31 mart 1967[…], Moskva) — Sovet İttifaqı Marşalı.
Rodion Şedrin
Rodion Konstantinoviç Şedrin (rus. Родио́н Константи́нович Щедри́н, 16 dekabr 1932[…], Moskva[…])— Rusiya bəstəkarı. == Həyatı == Rodion Konstantinoviç Şedrin 16 dekabr 1932-ci ildə Moskva şəhərində anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərən Rodion, sonradan musiqi təhsili ilə ciddi məşğul olur və nəhayət, Moskva konservatoriyasına qəbul olur.
Romblon adası
Romblon adası (taqal Romblon)-Filippin adalarına daxildir. == Coğrafiyası == Romblon əyalətinə daxil olan üç iri adadan biridir. Digər iki iri ada isə Sibuyan və Tablasdı Eyni adlı inzibati ərazi vahidinə daxildir. Sahəsi-83,33 кm², əhalisi isə 2010-c u ilin statistik məlumatlarına görə-37 544 nəfər, 2015- 38758 nəfərdir. Bu ada Sibuyan dənizinə daxil olub, Luzon adalar qrupuna daxildir. Uzunluğu-15 km-dir. Filippinin paytaxtı Maniladan-270 km məsafədədir. == Həmçinin bax == Filippin Lubanq adası == İstinadlar == ↑ Municipality/City: ROMBLON (Capital). National Statistics office of the Philippines (2010). Arxivləşdirilib 2016-04-19 at the Wayback Machine 21 января 2013 года.