Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rubikon çayı
Rubikon (lat. Rubicō, it. Rubicone, tələffüzü: [rubiˈkone]) - Ravennadan cənubda, İtaliyanın şimal-şərqindəki dayaz çaydır. Eramızdan əvvəl 49-cu ildə məşhur bir şəkildə Yuli Sezar tərəfindən keçilən bir çay üçün də eyni ad işlədilir. Sübut olunmamış olsa da, bəzi tarixçilər iki çayın həqiqətən eyni olduğuna inanırlar. 80 kilometr uzunluğundakı Rubikon çayı mənbəyini Apennin dağlarından götürür və İtaliyanın Emilia-Romanya bölgəsindən keçərək Adriatik dənizinə tökülür. Latınca Rubicō sözü qırmızı mənasını verən rubeusun sifətindən gəlir. Buna səbəb, palçıq yataqlarının üzərindən keçən çayın qırmızı rəngə boyanmasıdır. Roma Respublikası dövründə Rubikon çayı Cənubdakı Roma əhalisinin yaşadığı vilayətlərlə şimal-şərqdəki Cispaline Gaul vilayəti arasındakı sərhəddi təmsil edirdi. Şimal-qərbdən isə sərhəddi Arno çayı ilə ölçürdülər.
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Lanqdok-Rusiyon
Langedok-Russilyonn (fr. Languedoc-Roussillon) - Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir.
Nikolay Rubakin
Nikolay Aleksandroviç Rubakin (1 (13) iyul 1862[…] və ya 13 iyul 1862, Lomonosov, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 23 noyabr 1946[…], Lozanna, Vo kantonu, İsveçrə) — yazıçı, kitabxanaçı. 1862-ci il iyul ayının 13-də Oraniyenbaum (indiki Lomonosov şəhərində) tacir ailəsində anadan olmuşdur. Atası Oraniyenbaum şəhərinin başçısı olmuşdur. O, on iki yaşında olarkən məcara romanı və pyes yazmış, on üç yaşında "Стрела" əlyazma jurnalını çap etdirmiş, on altı yaşında isə "Uşaq mütaliəsi" adlı ilk məqaləsi nəşr olunmuş və bu məqalədən qonorar da almışdı. N. A. Rubakin Peterburq Universitetinin 3 fakültəsini – tarix-filologiya, təbiətşünaslıq və hüquq fakültələrini bitirmişdir. Lakin buna baxmayaraq öz həyatını kitabxana işinə həsr etmişdir. Nikolay Aleksandroviçin XIX əsrdə Rusiya kitabxana-nəşriyyat işinin inkişafında cox böyük əməyi olmuşdur. Belə ki, A. Rubakin O. A. Popova, U. D. Sitina nəşriyyat firmasının və "Издатель" Birliyinin rəhbəri olmuşdur. O, həmçinin Rusiya Savadlanma Komitəsinin katibi kimi də uzun müddət fəaliyyət göstərmişdir. N. A. Rubakin 1905–1907-ci illərdə Rusiya inqilabında yaxından iştirak etmişdir.
Rusiyon (İzer)
Rusiyon (fr. Roussillon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Rusiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38344. Kommunanın 2006-cı il üçün əhalisi 8 047 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 6490 km cənub-şərqdə, Liondan 6000 km cənub-şərqdə, Qrenobldan 6100 km şimal-qərbdə yerləşir.
Rubyon (kommuna)
Rubyon (fr. Roubion) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Rudison Noqueyra Ferreyra
Rudison Noqueyra Ferreyra 1983-cü ildə anadan olub və Fransa vətəndaşlığını da daşıyır. Boyu 178 sm, çəkisi 70 kq olan R.Ferreyra karyerasına Braziliyanın ən məşhur klublarından sayılan “San Paulu”da başlayıb. Həmin vaxt 15 yaşı olan R.Ferreyra Kaka kimi məşhur futbolçu ilə eyni komandada yer alıb. Burada iki il (1998-2000) oynadıqdan sonra yarımmüdafiəçi “Portugeza”ya (2000-01) keçib. Daha sonra Avropaya üz tutaraq Belçikanın “Standard” (2001), Serbiyanın “Borats” (2001/02), OFK (2002/03), Fransanın “Myuluz” (2003), “Red Star” (2003/04), “Angers” (2004/05), “Havr” (2005), “Romorantin” (2005/06), “Havr” (2006/07), Mərakeşin “Difaa Əl Ciddə” (2007) klublarında çıxış edib. Yenidən Belçikaya qayıdan R.Ferreyra çempionatın bir dövrəsi ərzində “Sulte Varegem”də əsasən ehtiyatda qalıb və cəmi 4 oyunda 68 dəqiqə meydanda olub.
Ernö Rubik
Ernö Rubik və ya Rubik Ernö (mac. Ernő Rubik, 13 iyul 1944[…], Budapeşt) – macar mühəndis, heykəltaraş. O, Rubik kubu da daxil olmaqla, Rubik sehiri, Rubik ilanı kimi mexaniki tapmacaların kəşfi ilə məşhurdur. == Həyatı == Ernö Rubik 1944-cü il iyul ayının 13-də Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Atası mexanik və təyyarə mühəndisi, anası isə yazıçı idi. Bu səbəbdən o, ailədən gələn ənənələrə sadiq qalaraq əvvəl memarlıq və mühəndis, daha sonra sənət memarlığı , heykəltaraşlıq təhsili almışdır. 1958–1962-ci illərdə Budapeşt İncəsənət məktəbində heykəltaraşlıq ixtisasına yiyələndikdən sonra, 1962–1967-ci illərdə Budapeşt Texnologiya Universitetində dərs almağa başladı. 1967-ci ildə Macarıstan Tətbiqi İncəsənət Universitetinin "interyer və dizayn" fakülətsinə daxil oldu. == Karyerası == 1971–1975-ci illərdə memar olaraq fəaliyyət göstərmişdir. Daha sonra Budapeşt Tətbiqi İncəsənət Universitetinin professoru oldu.
Gaspar Rubio
Gaspar Rubio Meliá (14 dekabr 1907 Serra, Valencia, İspaniya - 3 yanvar 1983 Mexiko, Meksika) İspaniyalı futbolçu və məşqçi. 1921-ci ildən 1927-ci ilə qədər olan dövrdə İspaniya yığmasında keçirdiyi 4 oyuna 9 qol vurmuşdur.
Kubik Rubik
Rubik kubu (danışıq variantı Kubik Rubik, ilk vaxtlar Sehrli kub kimi tanınırdı) — daha kiçik ölçülü 27 kubdan ibarət, xaricdən görünməyən oxlar ətrafında fırlana bilən plastmas kub. Hər bir tərəfdəki 9 kvadrat 6 rəngdən biri ilə boyanır. Adətən qarşı-qarşıya dayanan rənglər: ağ-sarı, göy-yaşıl, qırmızı-narıncı olur. Ümumilikdə 54 rəngli kvadratdan ibarətdir. Kubun tərəflərinin döngəsi rəngli kvadratları müxtəlif üsullarla düzməyə imkan yaradır. Oyunçunun vəzifəsi kubun tərəflərini fırladarkən onu elə bir vəziyyətə qaytarmaqdır ki, hər bir tərəf eyni rəngli kvadratlardan ibarət olsun. == Tarixi == Rubik kubu 1974-cü ildə macar heykəltəraşı və arxitektura müəllimi Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmacadır. 1975-ci ildə HU170062 nömrəli Macar patentini alan Rubik beynəlxalq patent üçün müraciət etməyib. 1977-ci ilin sonunda ilk yoxlama istehsalı edilmiş və Budapeştdəki oyuncaq mağazalarına paylanılmışdır. Bu gün Rubik kubu və Ernö Rubikin digər tapmacalarının hüquqları Ernö Rubikin dostu – Tom Kremerin artıq 40 ildir ki, sahib olduğu Seven Towns Ltd.
Marko Rubio
Marko Rubio (ing. Marco Antonio Rubio; 28 may 1971, Mayami, Florida) — Amerikalı siyasətçi, ABŞ senatına Florida ştatından seçilmiş senator və 2016-cı ildə keçirilmiş ABŞ Prezident seçkiləri zamanı Respublikaçılar partiyasının daxili namizədlərindən biri. Marko Rubio Respublikaçılar Partiyasının prezident seçkiləri üçün praymeyrzində iştirak edərək, dördüncü yeri tutmuşdur.
Rubik Kubu
Rubik kubu (danışıq variantı Kubik Rubik, ilk vaxtlar Sehrli kub kimi tanınırdı) — daha kiçik ölçülü 27 kubdan ibarət, xaricdən görünməyən oxlar ətrafında fırlana bilən plastmas kub. Hər bir tərəfdəki 9 kvadrat 6 rəngdən biri ilə boyanır. Adətən qarşı-qarşıya dayanan rənglər: ağ-sarı, göy-yaşıl, qırmızı-narıncı olur. Ümumilikdə 54 rəngli kvadratdan ibarətdir. Kubun tərəflərinin döngəsi rəngli kvadratları müxtəlif üsullarla düzməyə imkan yaradır. Oyunçunun vəzifəsi kubun tərəflərini fırladarkən onu elə bir vəziyyətə qaytarmaqdır ki, hər bir tərəf eyni rəngli kvadratlardan ibarət olsun. Rubik kubu 1974-cü ildə macar heykəltəraşı və arxitektura müəllimi Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmacadır. 1975-ci ildə HU170062 nömrəli Macar patentini alan Rubik beynəlxalq patent üçün müraciət etməyib. 1977-ci ilin sonunda ilk yoxlama istehsalı edilmiş və Budapeştdəki oyuncaq mağazalarına paylanılmışdır. Bu gün Rubik kubu və Ernö Rubikin digər tapmacalarının hüquqları Ernö Rubikin dostu – Tom Kremerin artıq 40 ildir ki, sahib olduğu Seven Towns Ltd.
Rubin Karter
Rubin Karter (ing. Rubin Carter) - Amerikalı boksçu.
Andrey Rubin
Andrey Rubin (latış. Andrejs Rubins‎; 26 noyabr 1978, Riqa – 1 avqust 2022) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Latviya futbolçusu. Məşqçi. Latviya milli futbol komandasının keçmiş üzvü. == Klub karyerası == Riqa "Dauqava"sının Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Peşəkar futbolçu karyerasına 1996-cı ildə, Futbol üzrə Latviya İkinci Liqasında çıxış edən "Auda" komandasında başlayıb. 1997-ci ildə İsveçə gedib və burada Yüksək Liqa təmsilçisi "Ester"də forma geyinib. 1998-ci ildə vətəninə qayıdıb və "Skonto" komandası ilə müqavilə imzalayıb. 1998–2000-ci illər ərzində "Skonto"nun heyətində ümumilikdə 91 oyuna çıxıb və 22 qol vurub. Komandası ilə birlikdə 3 dəfə Latviya çempionatının, 2 dəfə isə Latviya Kubokunun qalibi olub.
Le-Peaj-de-Rusiyon
Le-Peaj-de-Rusiyon (fr. Le Péage-de-Roussillon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Rusiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38298. Kommunanın 2007-cu il üçün əhalisi 6569 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 134 ilə 263 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
Metyu Stenford Robison (memorial)
Matthew Stanford Robison — Solt Leyk Siti qəbiristanlığında yerləşən xatirə heykəl. O, Metyu Stanford Robisonun atası Ernest tərəfindən hazırlanmışdır. 2000-ci ildə Ernest Robison oğluna xatirə abidəsi tikmək qərarına gəldi. Qəbiristanlıqdakı heykəl Metyu əlil arabasından qalxaraq göyə qalxdığını təsvir edir. Xatirə uşağı yer üzündəki əzab-əziyyətlərdən azad olaraq axirətdə olduğunu təsvir etmək üçün nəzərdə tutulub. Qəbiristanlıq Yuta ştatının turistik məkanı olub, bir neçə səyahət veb-saytında ziyarət etmək üçün yer kimi görünür. Our Inspiration (ing.) Matthew: un bimbo disabile che ha donato amore e gioia da vivo e continua a farlo dal Cielo!
Kristian Rubio Sivodedov
Kristian Rubio Sivodedov (7 noyabr 1997-ci ildə anadan olub) — Norveç Tippaliqaen təmsilçilərindən olan Stromsqodset klubunda yarımmüdafiəçi kimi çıxış edən İsveç futbolçusudur. == Karyerası == === Dyurqardens İF === Rubio Sivodedov öz futbol karyerasına Dyurqardens klubunda 6 yaşı olarkən başlamışdır. Rubio Dyurqardens klubundakı gənclik illərində Mançester Siti və Nyukasl Yunayted klublarının diqqətini cəlb etmişdir. O, Allsvenskan liqasında debütünü Dyurqardens klubu ilə 2014-cü il mövsümündə etmişdir. === Şalke 04 === 29 yanvar 2015-ci ildə Rubio Almaniya təmsilçilərindən olan Şalke 94 klubu ilə müqavilə imzalamışdır. == Şəxsi həyatı == "Rubio" soyadı ona Kuba əsilli atası tərəfindən, "Sivodedov" soyadı isə Rusiya əsilli anası tərəfindən ona verilmişdir.
Paskual Ortis Rubio
Paskual Ortis Rubio (isp. Pascual Ortiz Rubio; d. 10 mart 1877, Morelia, Meksika – 4 noyabr 1963, Mexiko, Meksika) — Meksikalı siyasətçi və Meksika prezidenti (1930–1932). Kalyes hökuməti elə bariz şəkildə nəzarəti altında saxlayırdı ki, Ortis Rubio 1932-ci ildə etiraz aksiyasında prezidentliyindən istefa vermişdi. Ortis Rubio Miçoakan ştatının Morelia şəhərində hüquqşünas və mülkədar ailəsində anadan olmuşdur. O, elə həmin şəhərdə San Nicolás de Hidalgo Miçoakan Universitetində mühəndislik ixtisası üzrə təhsil almışdır. O, tələbəlik illərindən siyasi fəaliyyətə başlamış və 1896-cı ildə Porfirio Diasın yenidən seçilməsinə qarşı çıxmışdır. 1910-cu ildə Meksika inqilabının baş verməsi və 1911-ci ildə Fransisko İqnasio Maderonun seçilməsi ilə, Ortis Rubio federal qanunverici hakimiyyətə Miçoakanın nümayəndəsi kimi seçilmişdir. General Viktoriano Uerta, Madero və onun vitse-prezidentini istefaya göndərib, sonradan — 1913-cü ilin fevralında hər ikisini öldürdükdən sonra Ortis Rubionu həbs etmişdir. Uerta 1914-cü ildə bir neçə inqilabçı fraksiya tərəfindən devrilmiş və Federativ Ordu bu məğlubiyyətlə darmadağın edilmişdi.
Rubin Kazan FK
Rubin (Kazan) — Rusiyanın futbol klubu 1958-ci ildə yaradılıb. 3 dəfə Avropa kuboklarında iştirak edib.