Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rula
Rula (alm. Ruhla‎) — Almaniyada Türingiya əyalətində bir şəhər. Reynştayq üzərindəki Türing meşəsinin şimal tərəfində 440-530 metr yüksəklikdə yerləşir. Vartburq rayonuna daxildir. Əhalisi 6485 nəfərdir (31 dekabr 2007-ci il tarixinə). 38.51 km² ərazini əhatə edir. Rəsmi kod 16 0 63 066-dır. Şəhər 3 rayona bölünür. XIX və XX əsrlərdə şəhər üçün saat düzəltmə böyük əhəmiyyət daşıyırdı. Hazırda isə əsas rolu turizm oynayır.
Rusa
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Ruta
Sədo (lat. Ruta) - sədokimilər fəsiləsinə aid bitki cinsi.
Ruxa
Ruxa (əsil və tam adı ilə Ruhəngiz Rezabala qızı Əliyeva) — Azərbaycanlı stilist, vizajist və rəssam. Azərbaycan estrada müğənniləri və bir çox başqaları üçün albom üzlükləri, fotosessiya və çıxışlar üçün təsvirlərin müəllifidir. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci) Rəssamlıq fakultəsinin məzunudur Heydər Əliyev Sarayında rəssam kimi fəaliyyət göstərib. İlk olaraq, Azərbaycanın xalq artistləri Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Brilliant Dadaşova, Samir Bağırov, Röya Ayxanla, Nisə Qasımova, 54-cü Avroviziya Mahnı Müsabiqəsinin laureatı Aysel Teymurzadə və b. ilə çalışmışdır. Zülfiyyə Xanbabayevanın dördüncü solo albomu "Sənsiz"in fotoqrafı olub. 2003-cü ildə Planet Parni iz Bakunun Fransada çəkilən xüsusi buraxılışının stilisti olub. 2012-ci ildə Bakıda keçirilən Avroviziya (Eurovision) Mahnı Müsabiqəsinin "core time" qrupunda 20-dən artıq müsabiqə[mənbə göstərin] iştirakçılarının stilisti olub. Aygün Kazımovanın 16 iyun 2016-cı ildə təqdim olunan "Orasına-burasına" sinqlının fotosessiyasının stilisti olub. "by Rukha" adlı kosmetika markasını təqdim etmişdir.
Ruza
Ruza — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Yuja
Yuja (rus. Южа) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
RÜUA
Relslər üzərinə uzanmış adam — azərbaycanlı yazıçı Rövşən Abdullaoğlunun ilk dəfə 2017-ci ildə nəşr edilmiş psixoloji romanı. Müəllif bu kitabı yazmaq üçün 2016-cı ildə Bosniya və Herseqovinaya səyahət etmişdir. Ölkənin müxtəlif şəhərlərində, həmçinin, Srebrenitsada olmuş, Srebrenitsa qətliamının qurbanlarının məzarları olan qəbiristanlığı ziyarət etmiş, o hadisənin canlı şahidləri ilə görüşüb danışdıqdan sonra bu əsəri qələmə almışdır. Rövşən Abdullaoğlu eyni zamanda 2016-2018-ci illərin ən çox satılan kitabı olan “Bu Şəhərdə Kimsə Yoxdur” və digər bestseller romanların müəllifidir. Ümumilikdə yazarın bu günə kimi 27 kitabı işıq üzü görmüşdür. Bu əsərinə görə müəllif Rövşən Abdullaoğluna 2022-ci ilin 18-19 noyabr tarixlərində ABŞ-nin Mayami şəhərində keçirilən “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub. Əsər 2020-ci ildə “Readers` Favorite” beynəlxalq ədəbi tənqid qurumu tərəfindən keçirilən kitab yarışmasında “bədii ədəbiyyat/mədəniyyət” janrında qızıl medal mükafatçısı olmuşdur. “Readers’ Favorite” ədəbi qurumu tərəfindən 5 kateqoriya (estetik görünüş, süjet, inkişaf, şəkilləndirmə, oxucu tələbatı) üzrə dəyərləndirilmiş və hər birindən maksimal 5 bal toplayaraq “beş ulduz” nişanı ilə təltif olunmuşdur. “IndieReader” ədəbi qurumu tərəfindən 5 baldan 4,9 balla dəyərləndirilərək “IR Approved” nişanı ilə təltif edilmiş və 2020-ci il sentyabr ayının “Ən yaxşı rəy almış kitablar” siyahısına daxil edilmişdir. “Kirkus” ədəbi qurumu “Relslər üzərinə uzanmış adam” romanı haqqında yüksək rəy yazaraq 1 iyul 2020 tarixli 13-cü sayında, xüsusi buraxılışda əsərin resenziyasını dərc etmişdir.
Rua
Ruğa (lat. Rua, ?-434) — Avropa Hun İmperiyasının hökmdarı. Attilanın əmisi. 412-422 illəri arasında Avropa Hun dövləti ilə əlaqədar çox bir məlumata rast gəlinməməkdədir. Hökmdar soyundan gələn Rua 422-ci ildə taxtı ələ keçərərək, ölkəni qardaşları Muncuk, Oktar və Aybars ilə birlikdə idarə etdi. Muncukun erkən ölümü üzərinə Aybars ölkənin şərq qanadının rəhbərliyinə, Oktar isə qərb qanadının rəhbərliyinə gətirildi. Rua, Uldızın təyin etdiyi Hun xarici siyasətini tətbiqə davam etdi. Casusluq fəaliyyətlərini irəli sürərək Bizans üzərinə bir səfər təşkil etdi (422). Bu səfər nəticəsində Bizans ağır bir vergiyə bağlandı. Qərbi Romadakı taxt qarışıqlıqlarından faydalanmaq istəyən Bizans, İtaliyaya hərbi qüvvə göndərdi.
III Rusa
III Rusa Urartu kralı. Ona " Erimena'nın Oğlu" adı verildi , yəni ehtimal ki II Rusanın qardaşı idi. Səltənəti haqqında çox az şey bilinir; adı Armavirdəki böyük bir taxıl anbarı və indi British Museum'da sərgilənən Rusaxinilidə Xaldi məbədindən tapılan bir neçə tunc kalxan üzerinə yazılmışdır.
II Rusa
II Rusa — e.ə.685-ci ildən e.ə.645-ci ilədək hökm sürən Urartu kralı. Kral II Argiştinin oğludur və ondan sonra taxta keçən kraldır. Mixi yazısıyla yazılmış bir kitabədə kralın Zəngiçay üzərində Quarlini şəhərindən İldaruni şəhərinə gedən bir suyolu inşa etdirdiyi yazmaqdadır.
IV Rusa
IV Rusa ( e.ə.55- ci ildə vəfat etmişdir) e.ə. 590-cı ildən 585-ci ilə qədər Urartunun kralı olmuşdur . . Onun adı Karmir Blur yaxınlığında yerləşən bir sıra gil tabletlərdən , o cümlədən öz kral yazılarını daşıyan tabletlərdən xatırlanır . Lakin hakimiyyəti haqqında demək olar ki, heç bir məlumat yoxdur.
I Rusa
I Rusa (bilinmir – e.ə. 714) — Urartu hökmdarı (E.ə. 735 – 713). II Sardurinin oğlu == Həyatı == Özündən əvvəlki Urartu hökmdarı, atası II Sardurinin dövründə artıq Urartu dövləti assurlarla mübarizədə xeyli zəifləmişdi və hətta bir çox vilayətlər Urartunun siyasi təsir dairəsindən çıxmışdı. Bu ərazilər Assuriyanın hakimiyyəti dairəsinə alınmışdı. Eyni zamanda, Urmiyyə gölü hövzəsində Urartu ağalığı ləğv edilmişdi. bu vəziyyətdən istifadə edən Manna öz torpaqlarını qaytarmaq uğrunda mübarizəyə qalxmışdışdı. I Rusa Urartu dövlətininqüdrətini qaytarmaq üçün cəhd göstərdi, lakin güclü Assuriya dövlətinə bata bilmədi. Ancaq şimal istiqamətində Göyçə gölü ətrafına kimi olan ərazini yenidən işğal etdi. Bu ərazinin 23 hökmdarı əsir alındı.
Juja Konts
Juja Konts (tam adı: Juja Konts, mac. Zsuzsa Koncz; 7 mart 1946) — Macarıstan pop müğənnisi. Mahnılarının sözlərində bəzən ölkənin 1990-cı ilə qədərki siyasi sistemi hədsiz dərəcədə tənqid edilirdi. Bu mahnıların sözlərinin əsas müəllifi Yanoş Brudidir. Onun karyerası 1962-ci ildə Ki mit tud? istedad yarışmasında iştirakından sonra başlamışdı. O, illərdir müxtəlif orkestrlər və musiqiçilərlə, xüsusilə də İlliş orkestri və Yanoş Brudi ilə çalışır. 1970-ci illərdə xaricə, xüsusilə də Şərq bloku ölkələrinə, eləcə də Qərbi Almaniya, Fransa, ABŞ və Yaponiyaya bir neçə uğurlu turlar etmişdir. O, indi də Macarıstanda hədsiz məşhurdur və bəzi mahnıları macar folklorunun tərkib hissəsinə çevrilmişdir. Onların arasında "A Kárpáthyék lánya", "Ha én rózsa volnék" və "Valahol egy lány" də var.
Mikania rufa
Mikania rufa (lat. Mikania rufa) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Mikloş Roja
Mikloş Roja (mac. Rózsa Miklós; 18 aprel 1907[…], Budapeşt – 27 iyul 1995[…], Los-Anceles, Kaliforniya) — macar və ABŞ bəstəkarı, bir çox kinofilmlərin musiqisinin müəllifi, "Oskar" (1946, 1948, 1960), "Saturn" (1976, 1980) və "Sezar" (1978) mükafatları laureatı. Macar əsilli bəstəkar Mikloş Roja 18 aprel 1907-ci ildə anadan olmuşdur. 5 yaşından skripkada ifa etmişdir. 1925-ci ildə Macarıstanı tərk etmişdir. Leypsiq Universitetinə daxil olsa da, tezliklə təhsilini Leypsiq konservatoriyasında almağa qərar verir. Roja orada Hermann Qrabnerin tələbəsi olur. 1927-ci ildə konservatoriyanın tələbəsi olarkən ilk böyük uğuru olan "Opus 1, A String Trio" əsərini bəstələyir. Bundan sonra o, Fransada (1931-1935) və Böyük Britaniyada (1935-1940) yaşayıb yaratmışdır. 1940-cı ildə isə ABŞ-yə köçmüş, 1946-cı ildən Amerika vətəndaşı olmuşdur.
Ruha döyüşü
Ruha döyüşü — 1480-ci ildə Ruha şəhərini işğal etmək üçün Ağqoyunlular üzərinə hücuma keçən Məmlük ordusu və Ağqoyunlu ordusu arasında baş vermiş döyüşdür. Döyüşdə Məmlük ordusu ağır məğlubiyyətə uğradıldı. Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi. Məmlük sultanı Qayıtbəy Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 100 minlik ordunu Urfanı tutmaq üçün göndərdi. Əmir Yaşbəy 1480-ci ildə Fəratı keçərək Urfanın mühasirəsinə başladı. Qala komandanı Əmirzadə Qütbəddin Bektaş qalanın müdafiə etməyə başladı. Bu xəbər Sultan Yaquba çatdıqda Bayandur bəy, Süleyman bəy Bicanoğlu və Xəlil bəy Bektaşın başçılığı ilə Urfanın müdafiəsi üçün qoşun göndərdi. Ağqoyunlu qüvvələrinin şəhərə yaxınlaşmasından xəbər tutan Məmlük sərkərdələri Əmir Yaşbəyə geri çəkilməli olduqlarının daha doğru olduğunu desələr də, Əmir qoşunu geri çəkmədi. Beləliklə Urfa yaxınlığında iki ordu qarşılaşdı. Məmlük ordusunun sağ tərəfinə Dəməşq hakimi Qansu Yəhyavi, sol tərəfinə Hələb hakimi Özdəmir, mərkəzinə isə Yaşbəy başçılıq edirdilər.
Rujan sarayı
Rujani sarayı (belar. палац у Ружанах, pol. Pałac w Różanie) — Qərbi Belarusda, Brest vilayəti, Rujani rayonunun eyniadlı kəndində yerləşən saray kompleksinin qalıqlarıdır. 16-19-cu əsrlər arasında Ruzhany, daha sonra Różany adlandırılan, saray Sapiehas of Ruzhany adı ilə də tanınan saray Sapeq zadəgan ailəsinin əsas istinadgahi idi. 1784–1786-ci illərdə əsaslı bərpa işləri görülmüşdür. Qalada hazırda sistemli şəkildə yenidənqurma işləri aparılır, sarayın təmtəraqlı darvazası və giriş binası artıq bərpa olunur. Rujani sarayının inşası 16-cı əsrin sonlarında Lev Sapeqin qalası olaraq başladı və 1602-ci ildə tamamlandı. Saray əvvəlcə müdafiə xarakteri daşıyırdı. İki mərtəbəli çardağın üç tərəfi qüllə ilə tamamlanmışdı. Sarayın mərkəzi hissəsində böyük salon və ikiqat pilləkənli bir lobbi, yan hissələrində qonaq otağı, ofis, kitabxana var idi.
Ruka Norimatsu
Ruka Norimatsu (d. 30 yanvar 1996) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Rusa alfredi
Rusa alfredi (lat. Rusa alfredi) — zambar cinsinə aid heyvan növü.
Rusa mariannus
Rusa mariannus (lat. Rusa mariannus) — zambar cinsinə aid heyvan növü.
Rusa timorensis
Rusa timorensis (lat. Rusa timorensis) – zambar cinsinə aid heyvan növü.
Rusa unicolor
Hindistan zambarı (lat. Rusa unicolor) — zambar cinsinə aid heyvan növü.
Ruta graveolens
Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü.
Malacoptila rufa
Malacoptila rufa (lat. Malacoptila rufa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin malacoptila cinsinə aid heyvan növü.
Roja Domaştsına
Roza Domascyna (y.sorb Róža Domašcyna) — sorb və alman dillərində yazan şair, dramaturq, redaktor və tərcüməçidir. Almaniyanın PEN Mərkəzinin və Sakson İncəsənət Akademiyasının üzvüdür. 11 avqust 1951-ci ildə Sernyany sorb kəndində anadan olmuşdur. 1968-1972-ci illər arasında uşaq və gənclər üçün Sorbian "Płomjo" jurnalının və gündəlik "Nowa doba" qəzetinin redaksiya heyətində çalışmışdır. 1970-ci ildən o, şeirlərini Sorbiya mətbuatında dərc etdirir. 1979-cu ildən dağ-mədən mühəndisliyinin iqtisadiyyatını öyrənmiş və 1984-cü ilə qədər Saksen əyalətində yerləşən Knappenrode şəhərində makinaçı və materiallar üzrə iqtisadçı kimi fəaliyyət göstərmişdir. 1985-1989-cu illərdə Leypsiq şəhəri "Yohannes R. Beher" Ədəbiyyat İnstitutunda təhsil almışdır. 1990-cı ildən müstəqil yazıçıdır. Şeirləri bir neçə slavyan və Qərbi Avropa dillərinə tərcümə edilmişdir. Mətnlərində o, sorb ilə alman dili arasındakı əlaqələri qeyd edir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.