Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rumıniya
Rumıniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir.
Ruminiya
Rumıniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir.
Romaniya
Rumıniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir.
Rudnıy
Rudnıy (qaz. Рудный) — Qazaxıstanın Kostanay vilayətində yerləşən Tobol çayı üzərində şəhər. 1957-ci ildə dəmir filizi yatağının inkişafı və Sokolovsko-Sarbay mədən və emal zavodunun tikintisi ilə əlaqədar olaraq əsası qoyulmuşdur. Son adın 1955-ci ildə Ogonyok jurnalının on dördüncü sayı ilə qurulduğuna inanılır: Hər hansı bir yaşayış məntəqəsinin adının altında nə olduğunu söyləmək çətindir: daha tez -tez bunun üçün çox xarakterik olan bir şeydir; daha az artıq şans müdaxilə edir. Şəhərimizdə hər ikisi var. Sokolovrudstroy trestinin ilk baş mühəndisi VI Bureş, bu barədə necə danışır: "Gələcək şəhərin yerində tikilməyə başlayan kənd, biz inşaatçılar, Rudny adlı". Və bütün sənədlərə yazmağa başladılar. Kombinatovskie yoldaşları, təkbaşına, "Rudnoqorsk" adlandırdılar və sənədlərində də bu şəkildə təyin etdilər. 1955 -ci ilin birinci yarısında, zavodun adı olan tikilməkdə olan müəssisənin direktoru - NF Sandrigailo və güvənli rəhbərimiz Y.M. Qimmelfard, zavodun inşası üçün təxminən dörd ay Moskvada və Alma -Atada keçirdilər. və şəhər.
Ruhani
Kamay (Urmanay)
Kamay (başq. Ҡамай, rus. Камаево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Urmanay kənd şurasının tərkibindədir. Kənd ərazisində dörd küçə vardır:Mir, Molodyojnaya və Sentyalnaya. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı):48 km, kənd sovetliyindən (Urmanay): 8 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 84 km.
Roman (Rumıniya)
Roman — Rumıniyada şəhər.
Rumıniya albanları
Rumıniya albanları (rum. Albanezi) — Rumıniya ərazisində yaşayan etnik qrup. Rumıniyanın etnik azlıqları siyahısına daxildir. Bu səbəbdən onların hüüuqlarının ifadəçisi olaraq Rumıniya Deputatlar palatasında bir nümayəndəyə sahibdirlər. 2002-ci ildə Rumıniyada aparılan siyahıya alınmağa görə burada 520 nəfər alban olmasını bildirmişdir. Onlardan 484 nəfəri doğma dilinin alban olmasını birdirmişdir. Ancaq qeyri-rəsmi məlumata görə ölkədə 10 000 alban yaşayır. Onlar əsasən Buxarestdə cəmləşmişdir. Onlar həmdə ölkənin digər iri şəhərlərində belə yaşayırlar - Timişoara, Yassi, Kondtansa və Kluj-Napoka. Burada yaşayan alban ailələrinin böyük qismi provaslavdır.
Rumıniya bayrağı
Rumıniya bayrağı — Rumıniyanın Dövlət bayrağı.
Rumıniya gerbi
Rumıniya Respublikasının Dövlət Gerbi - Rumıniya parlamenti tərəfindən 10 sentyabr 1992-ci ildə qəbul edilib. Bu gerb Rumıniya krallığının kiçik gerbinə əsaslanır (1922—1947-ci illərdə istifadə edilib). Gerbin əsas elementi — dimdiyində xaç, caynaqlarında skeptron və qılınc tutan qızıl rəngdə qartaldır. Gerbin əsas rəngləri Rumıniya bayrağındakı əks etdirən qırmızı rəng, sarı rəng və göy rənglərdir. Qartalın sinəsində yerləşən lövhə Rumıniyanın beş vilayətinin tarixi rəmzləri verilib. Qızıl qartal — Valaxiyanın rəmzi. İbtidai öküz — Moldovanın rəmzi. Şir və körpü — Olteniya və Banatın rəmzi. Qara qartal, yeddi qəsr, günəş və ay — Transilvaniyanın rəmzi. Delfinlər — Dobrucanın simvolu.
Rumıniya himni
Deșteaptă-te, române! ("Deştəpta-te, romıne!", azərb. "Oyan, Rumın!") — 1989-cu ildən Rumıniyanın dövlət himnidir. 1990-cı ildən 1994-cü ilədək Moldovanın da dövlət himni idi. Himnin sözlərinin müəllifi Rumın şairi Andrey Mureşanudur. Himnin musiqisin Anton Pann yazıb. • Rumıniya himni Arxivləşdirilib 2006-10-23 at the Wayback Machine Romania: Deșteaptă-te, române!
Rumıniya kinosu
Rumıniya tamaşaçıları Lümyer qardaşlarının filmilərini 1896-cı ildə izlədilər. Artıq 1897-ci ildə Rumın həvəskar operatorların sənədli filmləri ekrana çıxdı. "Daşqın", "Hərbi eskadranın gəlişi" və s. ilk Rumın filmlərindəndir. İlk bədii Rumın filmi isə 1912-ci ildə çəkilmişdir. Bu film Rumıniyanın türk işğalından azad olunmasına həsr edilmişdir. "Azadlıq müharibəsi" filminin təşəbbüskarı Buxarestdə "Lirik" teatrın sahibkarı Lion Popesku idi. Filmin rejissoru və operatoru fransız Done idi. Bu vətənpərvər ruhlu film şahzadə Karl və hərbi nazir Filipesku tərəfindən bəyənilmişdi. Nazirin əmri ilə çəkilişə lazım olan döyüşçü qüvvəsi cəlb olundu.
Rumıniya leyi
Rumıniya Leyi (ro, ro; ISO 4217 RON 946) ― Rumıniyanın rəsmî pil vahidi. 1 iyul 2005-ci il tarixindən etibarən Rumıniya pul vahidi “Ley”dən dörd sıfır atılmış, yeni pul vahidi “Yeni Rumıniya Leyi” adlı puldan istifadə edilməyə başlanılmışdır. Rumıniya Mərkəzi Bankının verdiyi məlumata görə, inflyasiya nisbəti 2014-cü ilin noyabr ayından 2015-ci ilin noyabr ayına kimi 0.65% təşkil etmişdir.
Rumıniya rabitəsi
Rumıniya tatarları
Rumıniya tatarları (həmcinin rumın tatarları, dunay tatarları, rum. Tătarii din România, krımtat. Romaniya Tatarları, tatar. Дунай татарлары, Dunay tatarları) — Rumınya ərazisində rəsmi tanınmış milli azlıq. Rumınya parlamentində bir nümayəndələri vardır. Rumıniyada 2002-ci ildə aparılan siyahıya alınmaya görə burada 24 min tatar yaşayır (ölkə əhalisinin 0,1 %). İslam dininə etiqat edən tatarların az bir qismi isə Moldovada yaşayır. Onlar krımtatar dilinin müxtəlif dialektlərində danışırlar. Tatarlar müasir Rumıniya ərazisində XIII əsrdə peyda olmuşlar. Onlar monqol yürüşləri zamanı bölgəyə gəlmişlər.
Rumıniya şəhərləri
Rumıniya şəhərləri — 2002-ci ildə Rumıniyada 268 yaşayış məntəqəsi şəhər statusuna malikdir. 2002-ci ildən 2006-cı ilə qədər şəhər statusu 55 yeni yaşayış məntəqəsinə verilmişdir. Aşağıda 2002-ci il vəziyyətinə olan şəhərlərin siyahısı verilmişdir.
Trumanın şousu
Trumanın şousu (ing. The Truman Show) — Piter Uirin rejissorulu ilə 1998-ci ildə çəkilmiş film. Filmdə Cim Kerri, Lora Linni, Ed Harris və Nataşa Makelhon kimi ulduzlar yer alıblar. Trumanın şousunun ABŞ-də gəliri 125,618,201 dollar, beynəlxalq gəliri 138,500,000 dollar, ümumi qazanc isə 264,118,201 dollara çatmışdır. Film ABŞ-də ilk nümayişə girdiyi həftə 31,542,121 gəlir əldə etmişdir. Truman Burbank gözəl bir adada yaşayır, işi evi və həyat yoldaşı var. Ancaq Trumandan başqa hamsı bunların yalan və oyun olduğunu bilir. Trumanın gerçək saydığı həyatı əslində studiyalarda otuz ildir aralıqsız və reklam verilmədən 24 saat boyunca canlı olaraq televiziyada yayınlanmaqdadır. Trumanın anası, atası və həyat yoldaşı ümumiyyətlə bütün ailəsi də saxtadır. Uşaqlığında belə film çəkilən kinostudiyadan başqa xarici dünyanın olmadığını Trumana razı salmağa çalışmışlar.
Tumanis nahiyəsi
Tumanis nahiyəsi XIV əsr — 1801əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri. 1590-cı ilə aid olan Türk mənbələrində Tuman, 1728-ci ilə aid mənbələrdə Tumanisi kimi qeyd olunmuş və Tumanisinin Tiflis əyalətinin bir nahiyəsi 1593 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Lori sancağının nahiyəsi 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Somxit livasının nahiyəsi.
Urmanay (Bakalı)
Urmanay (başq. Урманай, rus. Урманаево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. 10 sentyabr 2007-ci ilə qədər Əlillər Evi kəndi olaraq adlanırdı. Məsafələr: rayon mərkəzindən (Bakalı):39 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 79 km.
Rumıniya inqilabı
Rumıniya inqilabı — Rumıniya prezidenti Nikolae Çauşeskunu hakimiyyətdən devirmək üçün 1989-cu ilin dekabrında xalq və Rumıniya ordusu tərəfindən həyata keçirilən inqilab. Rumıniya şərq blokunda sosialist rejimlərinin süqutu zamanı hakimiyyətin qanlı şəkildə dəyişdirildiyi yeganə ölkə oldu. 1965-ci ildən Rumıniyaya rəhbərlik edən Nikolae Çauşeskunun iqtisadi və inkişaf siyasətinin Rumıniyanın resurslarını sıxaraq həyata keçirməsi ölkədə geniş qıtlığa və yoxsulluğun artmasına səbəb oldu. 1970-ci illərdə pis maliyyə idarəçiliyi və yanlış investisiya qərarları nəticəsində Rumıniyanın xarici borcu çox yüksək həddə çatdı. Bu borcun qısa müddətdə bağlanması üçün aparılan qənaət siyasəti (ərzaq məhsullarının normaya salınması, evlərin 14°-dən yuxarı qızdırılmasının qadağan edilməsi), 1982-ci ildən ölkənin kənd təsərrüfatı və sənaye məhsullarının böyük hissəsinin ixracı, Parlament Sarayı kimi möhtəşəm və lazımsız tikinti layihələri, 13 min kənddən 6 mininin boşaldılıb sökülməsi və sakinlərinin yeni tikilmiş mənzillərə köçürülməsi qərarı narazılıqla yekunlaşıb. Nikolae Çauşesku 1980-ci illərdə partiya və hökumət üzərində sərt nəzarəti saxlamaq üçün sərt siyasət yürütməyə başladı. 1988-ci ildə Sovet İttifaqında tətbiq edilən açıqlıq (qlasnost) və yenidənqurma (perestroyka) siyasəti Rumıniyada qəbul edilmədi. SSRİ-nin nəzarəti altında olan digər şərq bloku ölkələrində SSRİ-də həyata keçirilən bu siyasətlərin yaratdığı islahat dalğasından sonra müxalifətə qarşı məzlum münasibət daha da kəskinləşdi. 1989-cu ilin oktyabr və noyabr aylarında Berlin divarının uçurulması və şərq bloku liderlərinin bir-bir sıradan çıxarılması Nikolay Çauşeskunun gələcəyi ilə bağlı narahatlığına səbəb olmadı. 1989-cu ilin noyabrında Rumıniya Kommunist Partiyasının 14-cü qurultayında Nikolae Çauşesku yenidən partiyanın baş katibi seçildi.
Rumıniya pasportu
Rumıniya pasportu — Rumıniya vətəndaşlarına beynəlxalq səyahət üçün verilən sənəd. Rumıniyadan kənarda pasport sahibinə diplomatik nümayəndəlik, yardım tələbi və Rumıniya konsulluqları tərəfindən təmin edilən müdafiə hüququ verir. Pasport Rumıniya dövlətinə məxsusdur. Rumıniya 1 yanvar 2007-ci ildə Avropa Birliyinə qoşuldu və 31 dekabr 2008-ci ildə öz biometrik pasportunu verməyə başladı. Pasportun məlumat vərəqi rumın, ingilis və fransız dillərində çap olunur. Rumıniya şəxsiyyət vəsiqəsi olan Carte de Identitate artıq Avropa İttifaqı daxilində səyahət etmək üçün istifadə edilə bilər. Rumıniya hökuməti Rumıniya əsilli Moldova vətəndaşlarına Rumıniya pasportları verir ki, bu da onlara Avropa İttifaqı və region ölkələrində vizasız səyahət etməyə imkan verir. Bu gün 120 minə yaxın Moldova vətəndaşı Rumıniya vətəndaşlığı üçün müraciət edib və Rumıniya pasportu alıb. Henley Visa Restrictions Index 2016 hesabatına əsasən, Rumıniya vətəndaşları sərhəd qapısında vizalı və ya vizasız 153 ölkəyə gedə bilərlər. Bununla da Rumıniya vətəndaşları dünyada səyahət azadlığına görə 19-cu yerdədir.
Rumıniya krallığı
Rumıniya krallığı (rum. Regatul României) — 1881-1947-ci ildə mövcud olan konstitusiyalı monarxiya. 1859-1877-ci illərdə Rumıniya Moldova və Valaxiya knyazlıqlarının birliyi altında idi və 1877-1878 Osmanlı-Rusiya müharibəsinin ardından bu birlik müstəqilliyini elan etdi. 1881-ci ildə Hohensollernli Karolun özünü kral elan etməsiylə Rumıniya krallığının əsası qoyuldu. 1923-cü ildə qəbul edilən konstitusiyanın II Karol tərəfindən 1938-ci ildə ləğv edilməsiylə ölkə mütləq monarxiyaya çevrildi. Ancaq 1940-cı ildə II Karol taxtdan endirildi və ölkədə Yon Antoneskunun rəhbərliyi ilə faşist diktaturası başladı. Taxta çıxarılan I Mixailin isə dövlət idarəsində heç bir rolu olmadı. Yon Antoneskuya qarşı 1944-cü ildə baş tutan çevrilişin ardından ölkə yenidən konstitusiyalı monarxiyaya çevrildi və Anti-Hitler koalisiyasına qoşuldu. Ölkədə artan SSRİ təsiri və kommunistlərin çoxluq təşkil etdiyi yeni hökumət kabinetinin fəaliyyətləri ölkədə monarxiyanın ləğvinə yol açdı və Rumıniya krallığı 1947-ci ilin son günü özünü Rumıniya Xalq Respublikası elan etdi. === Krallar === == Mənbə == Great Britain.
Həsən Ruhani
Həsən Ruhani (fars. حسن روحانی‎; 12 noyabr 1948, Sorxə, Simnan ostanı) — İran İslam Respublikasının prezidenti. Ruhani seçkilərdə islahatçılara yaxınlığı ilə tanınan namizəd olub. == Həyatı == Həsən Ruhani 1948-ci il noyabr ayının 12-də İranın Simnan ostanındakı Sürxə şəhərində şah əleyhdarı ailəsində anadan olub. Dini təhsilə 1960-cı ildə Simnan mədrəsəsində başlayıb. 1961-ci ildən Qum şəhərindəki mədrəsədə təhsilini davam etdirib. Müəllimləri dövrünün məşhur ilahiyyatçıları Seyid Mohaqqiq Damad, Şeyx Murtuz Hayəri, Fazil Lənkərani, şeyx Məhəmməd Şahabadi və Seyid Məhəmməd Rza Qolpəyəgani olub. Bundan əlavə o, dünyəvi təhsil də alıb. 1969-cu ildə Tehran Universitetinə daxil olub, 1972-ci ildə bu universiteti məhkəmə hüququ üzrə bakalavr dərəcəsi ilə bitirib. Bundan sonra təhsilini Avropada davam etdirərək 1995-ci ildə Qlazqo Universitetində magistr dərəcəsi alıb.
Rujani sarayı
Rujani sarayı (belar. палац у Ружанах, pol. Pałac w Różanie) — Qərbi Belarusda, Brest vilayəti, Rujani rayonunun eyniadlı kəndində yerləşən saray kompleksinin qalıqlarıdır. 16-19-cu əsrlər arasında Ruzhany, daha sonra Różany adlandırılan, saray Sapiehas of Ruzhany adı ilə də tanınan saray Sapeq zadəgan ailəsinin əsas istinadgahi idi. 1784–1786-ci illərdə əsaslı bərpa işləri görülmüşdür. Qalada hazırda sistemli şəkildə yenidənqurma işləri aparılır, sarayın təmtəraqlı darvazası və giriş binası artıq bərpa olunur. Rujani sarayının inşası 16-cı əsrin sonlarında Lev Sapeqin qalası olaraq başladı və 1602-ci ildə tamamlandı. Saray əvvəlcə müdafiə xarakteri daşıyırdı. İki mərtəbəli çardağın üç tərəfi qüllə ilə tamamlanmışdı. Sarayın mərkəzi hissəsində böyük salon və ikiqat pilləkənli bir lobbi, yan hissələrində qonaq otağı, ofis, kitabxana var idi.
Cizgi romanı
Komiks (ing. comic — gülməli) — hər hansı hekayənin şəkillər vasitəsilə təsviridir. Komiks özündə eyni zamanda ədəbi və təsviri sənətləri daşıyır. == Tarix == Komikslərin erkən nümunələri Avropa, Amerika və Yaponiya komikslərin ənənələri müxtəlif yollarla getmişlər. == Formatların növləri == Komikslər müxtəlif mədəniyyətlərdə çox fərqlənirlər. Amerikan formatda çıxan komikslər nazik vaxtaşırı və əsasən rəngli şəkildə çıxırlar. Yaponiya (manqa) və Avropa komiksləri əsasən həftəlik və ya aylıq jurnallarda seriallar şəkildə çıxırlar; Yaponiyada bunlar adətən ağ-qara olurlar. Yaponiya komiks jurnalları yüzlərlə səhifələrdən ibarət ola bilərlər. == Həmçinin bax == Veb-komiks == İstinadlar == === Kitablar === Collins, Rachel. Weiner, Robert G. (redaktor).