Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ruhlar
Ruh — dilimizdə vətəndaşlıq haqqı qazanmış "ruh" anlamının fərqli mənaları var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur- "ruh". Məsələn, rus dilində "dux", "duşa" sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz bunları birləşdirib ümumilikdə hər ikisinə "ruh" deyirik. == İslamda ruh barədə == Quranda belə bir ayə var: «Səndən ruh barədə soruşsalar, de ki, Rəbbimin işindəndir bu. Sizə elmdən az verilmiş» (İsra- «Gecə aparılma» surəsi, 85-ci ayə). İnsan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində Allahı dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar- təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri də ruhdur. Quranda bu barədə açıqlama da verilir.
Qohum ruhlar
Qohum ruhlar (ing. Kindred Spirits) — İrlandiyanın Kork şəhərində yerləşən abidə. Abidə paslanmaz poladdan hazırlanıb.
Ruhlar şəhəri
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. == Şəhərlərin boşalma səbəbləri == Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Ruhsar Pekcan
Ruhsar Pekcan (1958) — Türkiyəli bürokrat və Türkiyənin keçmiş Ticarət naziri. == Həyatı == Ruhsar Pekcan 1958-ci ildə Manisanın Dəmirçi rayonunda anadan olub. İstanbul Texniki Universitetinin Elektrik fakültəsini bitirdikdən sonra magistratura təhsilini də burada tamamlayıb. == Karyerası == Əmək fəaliyyətinə 1981-ci ildə Türkiyə Sənaye İnkişaf Bankında başlamış və özəl sektorda müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildə o, Karon Engineering-in qurucu ortaqlarından biri oldu. O, nazirliyə gələnə qədər bu şirkətin icraçı direktoru olub. Pekcan üç dövr DEİK-Türkiyə-Suriya İş şurasının sədri vəzifəsində çalışıb. O, həmçinin Xarici İqtisadi Əlaqələr şurasının Türkiyə-İordaniya İş şurasının sədri və Türkiyə-İraq və Türkiyə-Liviya İş şuralarının icraçı heyətinin üzvü kimi fəaliyyətini davam etdirib. O, 9 iyul 2018-ci ildə Ruhsar Pekcan ticarət naziri təyin edilib. Pekcan Zehra Zümrüd Səlcuqla qurulan yeni hökumətdə iki qadın nazirdən biri olub.
Bütün ruhlar kolleci
Bütün ruhlar kolleci (ing. All Souls College, /ˈɔ:l səʋls ’kɒlɪdʒ/) — rəsmi adı Oksford Universitetində Ölən Bütün Saleh İnsanların Ruhları Müdiri və Kolleci (ing. The Warden and the College of the Souls of all Faithful People deceased in the University of Oxford) — Oksford Universitetinin kolleci. Təhsil müəssisəsinin xüsusiyyəti ondan ibarətdir ki, bütün tələbələri avtomatik olaraq kollecin rəhbər orqanının həqiqi üzvlərinə çevrilirlər. Burada bakalavr dərəcəsi yoxdur, lakin hər il digər kolleclərin məzunlarına yazılı testlər və müsahibələr şəklində müsabiqə imtahanından keçmək lazım olduğu təqaüd üçün ekspert komissiyasına müraciət etmək imkanı verilir. Bütün ruhlar kolleci Oksfordun ən zəngin kolleclərindən biridir. 2012-ci ildə maliyyə mənbələri 245 milyon funt sterlinqə bərabər olmuşdur. Qurumun yeganə gəlir mənbəyi ianə olduğu üçün, Oksford kollecləri arasında cəmi gəlirdə yalnız 19-cu yerdədir. 2008-ci ildən bəri təhsil müəssisəsinin rəhbəri ser Con Vikkersdir. == Tarixi == Kollec 10 fevral 1438-ci ildə Kral VI Henri və Kenterberin baş arxepiskopu Henri Çiçeli tərəfindən quruldu.
Şəmsi Ruhsar Xatun
Şəmsi Ruhsar Xatun (osm. شمسى روحار هاتون) (v. ən geci 1613, Konstantinopol) — Osmanlı imperiyasının 12. padşahı və 91. İslam xəlifəsi III Muradın hasəkilərindən biri. == Həyatı == Şəmsi Ruhsar Xatunun əsli haqqında dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə yunan, bəzilərinə görə isə Qafqaz əsilli zadəgan ailəsinə mənsubdur. Hərəmxana dəftərlərində Hātun binti Abd-ül-Gaffar (yəni, Əbdül Qaffaq qızı) olaraq qeyd olunur. Erkən yaşda hərəmxanaya alınaraq III Murada təqdim olunmuş, ardından onun ən sevimli hasəkilərindən biri olmuşdur. Çox keçmədən yeganə qızı Ruqiyə Sultanı dünyaya gətirmişdir.Saray ənənələrinə görə, yalnız şahzadə anaları hasəki hesab olunurdu.