Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
RIAA sertifikatı
RIAA sertifikatı (ing. The Recording Industry Association of America, azərb. Amerika Səsyazma Sənayesi Birliyi) ABŞ-də musiqiçilərin satdığı albom və sinql sayına görə verilən müükafatdır. ABŞ-dən başqa digər dövlətlərdə də bu cür sertifikat sistemləri də mövcuddur. == Sertifikat növləri == 500.000 nüsxə: Qızıl albom. 1.000.000 nüsxə: Platin albom. 2.000.000 nüsxə: Multi-Platin albüm. 10.000.000 nüsxə: Almaz albüm.
Rajaz
Rajaz — proqressiv rok qrupu Camel-in 1999-cu ildə yayımladığı on üçüncü studiya albomu. Albomun adını bas gitaraçı Kolin Bass təklif etmişdir. Rəcəz ərəb poeziyası vəzninin müəyyən bir növüdür. Albomdakı bütün mahnıların musiqilərini Endryu Latimer, sözlərini isə Latimer və onun həyat yoldaşı Syuzan Huver yazmışdır. == Mahnı siyahısı == == Heyət == Endryu Latimer (ing. Andrew Latimer) – elektrogitara, vokal, fleyta, klavişli alətlər, zərb alətləri Kolin Bass (ing. Colin Bass) – bas gitara Ton Şerpenzel (nid. Ton Scherpenzeel) – klavişli alətlər Deyv Styuart (ing. Dave Stewart) – baraban, zərb alətləriƏlavə heyətBarri Filips (ing. Barry Phillips) – violonçel == İstinadlar == == Xarici keçidlər == "Camel - Rajaz (CD, Album) at Discogs".
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Rinka
Rinka adası (ind. Pulau Rinca) — İndoneziyanın ərazisinə daxil olan ada. Sahəsi 198 km² təşkil edir. == Coğrafiya == Kiçik Zond adalarına daxil olan Komodo və Sumbava adaları arasında yerləşir. Birincisindən Lintax boğazı, ikincisindən isə Molo boğazı ilə ayrılır. Adanın təbiəti rəngarəngdir. Burada meymun koloniyaları, vəhşi öküzlər, marallar və qartallar yaşayır. Komodo varanının adada sayı 1300 baş təşkil edir. Ada Komodo Milli Parkı ərazisinə daxildir.
Rioaça
Rioaça (isp. Riohacha) — Kolumbiyanın şimali-qərbində yerləşən şəhər. Şəhərin əsası 1545-ci ildə qoyulmuşdur..
Rioxa
Rioxa və ya La Rioxa (isp. La Rioja) - Şimali İspaniyada muxtar bölgə. Rəsmi adı Gobierno de La Riojadır. Paytaxtı Loqronyo şəhəridir. Sahəsi 5.045 km², əhalisi isə 308.968 nəfərdir.
Rivea
Rivea (lat. Rivea) – sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Rivea bernoulliana (Peter) Hallier f.
Riyal
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Riğza
Riğza (gürc. რიღზა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 840 m hündürlüktə, Suxumidən 100 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 399.
Rişta
Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır.
Rojava
Şimali və Şərqi Suriya Muxtar İdarəsi (AANES) və ya Rojava — Suriyanın şimal-şərqində de-fakto muxtar vilayət. Əfrin, Cəzirə, Fərat, Rəqqə, Təbqa, Mənbic və Deyr əz-Zövr ərazilərində özünüidarə edən bölgələrdən ibarətdir. Region 2012-ci ildə davam edən Rojava münaqişəsi və daha geniş Suriyada vətəndaş müharibəsi kontekstində de-fakto muxtariyyət qazanmışdır. Rəsmi hərbi qüvvəsi olan Suriya Demokratik Qüvvələri (SDQ) bu münaqişələrdə iştirak edir.Xarici əlaqələr quran Rojava Suriya hökuməti, ümumiyyətlə hər hansı bir dövlət və ya təşkilat tərəfindən rəsmi səviyyədə muxtar olaraq tanınmır. AANES digər partiyalar və təşkilatlarla dialoqlarda universal demokratik, davamlı, muxtar plüralist, bərabər və feminist siyasətlərinə görə geniş şəkildə dəstəklənir. Suriyanın şimal-şərqi polietnikdir. Burada böyük etnik kürd, ərəb və aysor əhalisi, o cümlədən nisbətən daha kiçik türkman, erməni, adıq və yezidi icmaları yaşayır.Region idarəsinin tərəfdarları onun rəsmi olaraq sekulyar bir muxtariyyət olduğunu bildirirlər. Onlara görə, Rojava mərkəzsizliyi, gender bərabərliyini, ekologiyanın qorunmasını, sosial ekologiyanı və dini, mədəni və siyasi müxtəlifliyə qarşı plüralist tolerantlığı təbliğ edən anarxist, feminist və libertarian sosialist ideologiyaya əsaslanan birbaşa demokratik ambisiyalara malikdir. Həmçinin, onlara görə, bu dəyərlər muxtar regionun konstitusiyasında, cəmiyyətində və siyasətində əks olunur. Bəzi müşahidəçilər Rojavanın müstəqilliyin yox, bütövlükdə federallaşmış bir Suriya üçün bir model olacağını bildirmişdir.
Riyad
Riyad (ərəb. رياض‎) — ərəb mənşəli ad.
Riad
"Riad" — Azərbaycan Respublikasında fəaliyyət göstərmiş özəl aviaşirkət. Şirkətin təsisçisi Rasim Rəfiyev idi. Onun qurduğu bu şirkət oğlu Riadın adını daşıyırdı. Aviaşirkət Dubay, İstanbul və digər şəhərlərə reyslər təşkil edirdi. Bu şirkətdən qazanılan pulların böyük hissəsini Rasim Rəfiyev Bakının "Neftçi" komandasına xərcləyirdi. Belə ki, o, 1995-1997-ci illərdə "Neftçi"nin əsas sponsoru olmuşdur. Məhz həmin illərdə komandanın formalarının üzərinə bu şirkətin adı yazılırdı.
Rial
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Riau
Riau (çin. 廖 內, nid. Riouw) — İndoneziya əyalətidir. Sumatranın mərkəzi şərq sahilində, Malakka boğazı boyunca yerləşir. 2004-cü ilə qədər əyalət Riau adalarına, bu adaların 2004-cü ilin iyulunda bir vilayət olaraq ayrılmasından əvvəl Sumatra adasının şərqində və Sinqapurun cənubunda yerləşən kiçik adaların böyük bir qrupunu (əsas adaları Batam və Bintan) daxil etdi. Paytaxtı və ən böyük şəhəri Pekanbarudur. Vilayət şimal-qərbdən Şimali Sumatra, qərbdən Qərbi Sumatra və cənubdan Cambi ilə quru sərhədlərini bölüşür. Riau əyalətinin ümumi sahəsi 87,023.66 kvadrat kilometrdir (33,600,02 kvadrat mil), Bukit Barisan yamacından Malaka boğazına qədər uzanır. Riau rütubətli tropik iqlimə malikdir, orta hesabla yağışlar ildə 2000 ilə 3000 millimetr arasında dəyişir və illik orta yağıntının miqdarı təqribən 160 gündür. Riau hazırda İndoneziyanın ən zəngin əyalətlərindən biridir və təbii ehtiyatlarla, xüsusən neft, təbii qaz, rezin, xurma yağı və lif plantasiyaları ilə zəngindir.
Aleksandr Rıbak
Aleksandr İqoreviç Rıbak (belar. Аляксандр Ігаравіч Рыбак; d. 13 may 1986, Minsk, Belorusiya SSR) — Belarus-Norveç müğənnisi, bəstəkarı, skripkaçısı və aktyoru. O, "Fairytale" mahnısı ilə Moskvada keçirilən 2009 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və nəticədə 387 xalla ölkəyə müsabiqədə üçüncü qalibiyyətini qazandırmışdır. Avroviziyanın keçmiş səsvermə metodu ilə Rıbakın topladığı səs müsabiqədə rekord göstərici olmuşdur. Onun Fairytales adlı debüt albomu doqquz Avropa ölkəsində Top 20-yə daxil ola bilmiş, Rusiya və Norveçdə isə birincilikdə qərarlaşmışdır. Rıbak 2012 və 2016-cı illərdə Avroviziyada interval aktlarında yer almışdır. O, "That's How You Write a Song" mahnısı ilə Norveçi Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Aleksandr Rıbak 13 may 1986-cı ildə Belarusun paytaxtı Minskdə anadan olmuşdur. Onun anası Nataliya Valentinovna Rıbak klassik pianoçu və atası İqor Aleksandroviç Rıbak isə klassik skripkaçıdır.
Bernhard Riman
Bernhard Riman (ing. Bernhard Riemann; 17 sentyabr 1826[…], Yameln[d] – 20 iyul 1866[…], Verbaniya[d], Pyemont) — alman riyaziyyatçısı. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsində həndəsi istiqamətin əsasını qoymuşdur. O, həndəsəyə istənilən bircins obyektlərin kəsilməz yığımı haqqında təlim kimi baxmış, kəsilən funksiyaları öyrənmişdir. Riyaziyyata Riman fəzası adlanan fəza daxil etmiş və onun nəzəriyyəsini (Riman həndəsəsi) yaratmışdır; diferensial tənliklər nəzəriyyəsi, triqonometrik sıralar, inteqral hesabı sahələrində çalışmışdır. == Həyatı == 1826-cı ildə doğulub. 1866-cı ildə vəfat edib.
Dieqo Ribas
Dieqo Ribas (28 fevral 1985, Braziliya) hücumameyilli yarımmüdafiəçi. Hal-hazırda Fənərbaxça PFK-da forma geyinir.
Eva Rivas
Eva Rivas (emənicə: Եվա Ռիվաս; rusca: Ева Ривас; 13 iyul 1987) — erməni-rus müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edib. == Avroviziya 2010 == Ermənistanı Avroviziya 2010 mahnı müsaqibəsində fevralın 14-də keçirilmiş Milli Finalın SMS və münsif səsverməsinin nəticələrinə görə Eva Rivas təmsil edəcək. Lakin Milli Finalda Evanın rəqibləri olan Emmi-Mihran cütlüyü, eyni zamanda müğənni Razmik Amyan SMS səsverməsinin nəticələrinin saxtalaşdırıldığını bildiriblər. Evanın təmsilçi seçildiyi açıqlanarkən etiraz olaraq Emmi-Mihran və Razmik Amyan səhnəni tərk ediblər.Eva RivasAvroviziya 2010 yarışmasının ikinci yarım finalında "Apricot Stone" (Qaysı çəyirdəyi) adlı mahnı ilə yarışıb.
Fijak (rayon)
Fijak (fr. Figeac) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Lo (departament). Suprefektura — Fijak. Rayon əhalisi 2006-cı ildə 52 869 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 34 nəf / km². Rayon sahəsi — 1550 km².
Rajan (Urmiya)
Rajan (fars. راژان‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,711 nəfər yaşayır (526 ailə).
Rajya Sabha
Rajya Sabha (Əyalətlər Məclisi) Hindistan Parlamentinin yuxarı palatasıdır. Rajya Sabha üzvlərinin sayı konstitusiyaya görə ən çox 250 üzvlə məhdudlaşdırılır və mövcud qanunlarla 245 üzvü vardır. Məclis üzvlərinin əksəriyyəti dəyişdirilə bilən səsvermə haqqından istifadə edən dövlət və regional qanunverici hakimiyyət orqanları tərəfindən dolayı yolla seçilsə də, prezident incəsənət, ədəbiyyat, elm və sosial xidmətlərə verdiyi töhfələrə görə 12 üzv təyin edə bilər. Üzvlər hər altı ildən bir seçilir; üzvlərin üçdə biri vəzifələrini hər iki ildən bir başqasına verir.
Rifah Partiyası
Rifah Partiyası — 1983-cü ildə Türkiyə qurulmuş siyasi partiya. Nəcməddin Ərbakanın başqanlıq etdiyi və 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfidir. == Tarixi == 1987-ci ildə Ərbakan siyasi haqları qaytarıldıqdan sonra partiya rəhbərliyinə gəlmişdir. 1990-cı il parlament seçkilərinə dək Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilməsə də 1989-cu il Bələdiyyə seçkilərində Van, Konya və Şanlıurfa Bələdiyyələrini qazanmışdır. 1990-cı il Parlament seçkilərinə MHP ilə ittifaqa girərək öz adı və emblemi ilə getmiş, MHPli namizədlər, o cümlədən MHP sədri Alparslan Türkeş Rifah Partiyasından namizəd göstərilmişdir. Bu seçkilərdə 12% səs alan Rifah Partiyası TBMM-yə girməyi bacarmışdır. 1994-cü ilin Bələdiyyə seçkilərində birinci yeri tutan partiya İstanbul, Ankara və İzmir Bələdiyyələrini də əldə etmişdir. Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul Bələdiyyə sədri seçilmişdir. 1995-ci ilin parlament seçkilərində 32% səs alan partiya 1996-cı ildə Tansu Çillərin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə ittifaq quraraq hakimiyyətə gəlmişdir. "Rifahyol" adlandırılan koalisya hökumətində Rifah Partiyasının sədri Nəcməddin Ərbakan baş nazir olmuşdur.
Rifah iqtisadiyyatı
Rifah iqtisadiyyatı — iqtisadi sakitçilik, firavanlıq, bütövlükdə iqtisadiyyat səviyyəsində qiymətləndirmək üçün mikroiqtisadi yanaşma və texnika ilə işləyən iqtisadi elm bölməsi; böyük ölçüdə iqtisadi səmərəlilik və faydaların son bölgüsü arasında iqtisadiyyatda ümumi tarazlığın təmin edilməsidir. Sosial rifah iqtisadiyyatının vacib vəzifəsi nəyin arzuolunan və nəyin olması lazım olduğunu mühakimə edə biləcəyi etik meyarların hazırlanmasıdır. Bu meyarlar kifayət qədər subyektivdir; onların həqiqəti və ya yalanlığı qətiyyətlə müəyyən edilə bilməz. Bununla birlikdə, məntiq və empirik biliklərə əsaslanaraq, uyğun etik meyarları inkişaf etdirmək və bu meyarlara dair sosial razılığın “məqbul səviyyədə” olmasını təmin etmək mümkündür. Rifah iqtisadiyyatı prinsiplərini tətbiq etmək cəhdləri, ictimai rifahı yaxşılaşdırmaq üçün hökumətin müdaxiləsini araşdıran iqtisadiyyat bölməsi olan dövlət sektoru iqtisadiyyatının ortaya çıxmasına səbəb oldu. Rifah iqtisadiyyatı, eyni zamanda dövlət sektoru iqtisadiyyatının, xərc-mənfəət təhlili daxil olmaqla xüsusi tədbirlərinin nəzəri əsaslarını inkişaf etdirir, rifah iqtisadiyyatı və davranış iqtisadiyyatı birləşməsi yeni bölünməyə — davranış rifahı iqtisadiyyatına səbəb oldu.Rifah iqtisadiyyatının öyrənilməsi sahəsi iki əsas teoremlə sıx əlaqəlidir. Birincisi, müəyyən şərtlər daxilində sərbəst rəqabət bazarının effektiv son nəticələr yaratdığını söyləyir (Paretoya görə); Adam Smithin görünməz əli prinsipini əks etdirir . İkincisi, əlavə məhdudiyyətlər altında Pareto-səmərəli nəticələrin hər hansı birinin rəqabətli bazarların tarazlıq vəziyyəti kimi çıxış edə biləcəyini iddia edir . Nəticə etibarilə bərabərliyi təmin edən təsirli bir son nəticə tapmaq üçün birdəfəlik köçürmələr sistemi ilə sosial rifah funksiyasından istifadə etməklə rəqabətli ticarətə nail olmaq mümkündür . Rifah iqtisadiyyatı ilə sosial seçim nəzəriyyəsi arasındakı sıx əlaqəyə görə, Errou teoremi bəzən üçüncü əsas teorem kimi bilinir.
Rikan (Urmiya)
Rikan (fars. ريكان‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (40 ailə).