Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Caliq
Caliq-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Caliq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,903 nəfər və 2,594 ailədən ibarət idi.
Calın
Cali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
RISE
RISE - Scotland's Left Alliance (azərb. RISE - Şotlandiyanın Sol Alyansı‎, qısa RISE kimi tanınır) – Şotlandiyada Şotlandiya Sol Layihəsi və Şotlandiya Sosialist Partiyası seçki ittifaqından mövcud olan siyasi partiya. İttifaq Radikal Sol Koalisiya nümunəsi üzərində qurulmuşdur. Partiyanın adı Hörmət (Respect), Azadlıq (Independence), Sosializm (Socialism) and Environmentalizm (Environmentalism) qısaltmasından yaranmışdır. Şotlandiya Sol Layihəsi oktyabr 2014-də Şotlandiyanın müstəqilliyi üzrə referendumdan sonra onlayn layihə kimi yaranıb. Layihə 2015-ci ilin avqustun 29-da Qlazqonun "Mariott" mehmanxanasında RISE partiyası kimi qeyd olub və ilk konfransını keçirmişdir.
Rinə
Rinə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsinin adı Rünə adından təhrifdir. Oykonimin tərkibindəki Rünə talış dilində "çay kənarı", "çay sahili" deməkdir (Çaykənarı kənd).
Rize
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Rizə
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Malıy Jemçujnıy
Malıy Jemçujnıy — ada Xəzər dənizinın şimal-qərbində yerləşir. İnzibati cəhətdən Rusiyanın Həştərxan vilayəti ərazisində daxildir. Ada xüsusi qoruma statusuna malikdir. Xüsusi ilə Gümüşü qağayı, Xəzər suitisi, Hydroprogne caspia və digər canlılar qorunur.
Malıy Taymır
Malıy Taymır — Laptevlər dənizində Şimal Torpağı arxipelaqına daxil olan ada. Ada Rusiya Federasiyası Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisində yerləşir. Ada ilk dəfə 1913-cü ildə Boris Andreeviç Vilkinskinin rəhbərlik etdiyi Hidroqrafik Şimal Buzlu okean ekspedisiyası tərəfindən aşkarlanır. Ada Aleksey Nikolayeviçin şərəfinə adlandırılır (adanı aşkalayan) 1926-cı ildə adı dəyişdirilərək "Malıy Taymır" adlandırılır. Sahəsi 250 km² təşkil edir. Qərbdədən şərqə uzunluğu 29 km, maksimal eni 10 km-dir. Ən hündür nöqtəsi 30 m (Vısokaya Qorka, adanın cənubunda yerləşir). Əsasən gilli və qum suxurlarından ibarətdir. Üzəri Mamırlar və Şibyələrlə örtülüdür. Malıy Taymır Bolşevik adası 42 km cənub-şərqdə yerləşir.
Yelena Çalıx
Yelena Çalıx (25 mart 1984) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi, Avropa Çempionatının qalibi. Yelena Çalıx 2000-ci ildə Mançesterdə, 2001-ci ildə Antverpendə 2004-cü ildə isə Melburnda baş tutan Avropa Çempionatlarında bürünc medalların sahibi oldu. 2003-cü ildə isə Yelena Çalıx Rusiyada Dünya Çempionatını gümüş medalla başa vurdu. Yelena Çalıx həm də Rusiyanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin nəticələrinə əsasən Yelena Çalıx olimpiadanı yeddinci pillədə başa vurdu. 2008-ci ildə isə Yelena Çalıx Polşada Avropa Çempionatının qalibi oldu. 2010-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Yelena Çalıxı Azərbaycan yığmasının heyətinə cəlb elədi. Yelena Çalıx Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Yelena Çalıx velosiped idmanı üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. İyulun 28-də Yelena Çalıx ümumi turnirdə mübarizə apardı.
Şadi Çalıq
Mehmet Şadi Çalıq (türk. Mehmet Şadi Çalık; 6 dekabr 1917, İraklion – 24 dekabr 1979, İzmir) — Türkiyə heykəltaraşı. 1940-1948-ci illərdə İstanbul Gözəl Sənətlər Akademiyasında professor Rudolf Bellinqin şagirdi olmuşdur. 1950-1951-ci illərdə karyerasına Fransanın Paris şəhərində davam etmişdir. Dövlət Gözəl Sənətlər Akademiyasının Heykəl bölməsində təhsil üzvü olmuşdur. Plastır, bürünc, dəmir və taxta kimi müxtəlif məmulatlardan istifadə edərək hazırladığı heykəlləri İstanbul Rəsm və Heykəl muzeyində yerləşir. Əsərlərinə Orta Şərq Texniki Universitetində yerləşən Atatürk heykəli, İzmir mədəniyyət parkındakı heykəllər, Əsaf Halət Çələbi büstü, İstanbul bələdiyyə sarayı dekorları və s. aiddir. Neo-klassik üslubunda başladığı karyerasında vaxtilə mücərrəd və "Minimunizm" adlandırdığı heykəli ilə minimalist bir anlayışa istiqamətlənən Çalığın əsərlərində sadəlik və açıqlıq aydın görünür. Mehmet Şadi Çalıq 6 dekabr 1917-ci il tarixində Yunanıstana aid olan Krit adasının İraklion şəhərində anadan olmuşdur.
Qaliy Adilbekov
Qali Adilbəyoviç Adilbəyov (rus. Галий Адильбекович Адильбеков; 1 yanvar 1908, Semipalatinsk vilayəti[d], Bozqır general-qubernatorluğu – 21 oktyabr 1943, Kanev rayonu[d], Kiyev vilayəti və ya Kiyev vilayəti) — qazaxəsilli sovet hərbi xadimi, tankçı-zabit, İkinci Dünya müharibəsi iştirakçısı, qarovul polkovnik-leytenantı (1942). ölümü zamanı Orta Asiya xalqlarının yeganə nümayəndəsi, ayrıca mühafizəçi sıçrayış tank alayının komandiri, həmçinin ayrıca tank briqadasının komandiri. Hələ müharibənin əvvəlində SSRİ-nin mərkəzi qəzetlərində onun haqqında iki müstəqil nəşr var idi – 5 sentyabr 1941-ci ildə "Veçernyaya Moskva" qəzetində və 13 sentyabr 1941-ci ildə "İzvestiya" qəzetində. İkinci Dünya müharibəsi başlamazdan əvvəl Adilbəyov Moskvada Stalin adına Zirehli Qüvvələr Hərbi Akademiyasında təhsil almışdır. O, bu akademiyanın məzunu olan yeganə qazax idi. 1908-ci il yanvarın 1-də Semipalatinsk quberniyasının Belagaş volostunun Qızılqum kəndində anadan olub. milliyyətcə qazax. Mənşəyi - Tobıqtı tayfasından, Orta Yüz Arginları. Hələ uşaq ikən yetim, küçə uşağı qalıb, 1925-ci ildə Orenburqda Qazax rayon yeniyetmələr üçün 3-cü sinif məktəbini bitirib.
Rie
Rie — Yaponiya soyadı. Rie Matsubara — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Nakaşima — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Kimura — keçmiş Yaponiya qadın futbolçusu. Rie Usuy — Yaponiya qadın futbolçusu. Rie Yamaki — keçmiş Yaponiya qadın futbolçusu. Rie Azami — Yaponiya qadın futbolçusu.
Çalı (Marağa)
Çalı — İranın Şərqi Azərbaycan ostanında kənd. Marağa şəhristanının Mərkəzi bölgəsində, Qavdul kəndistanında, Marağa şəhərindən 15 km çənub-şərqdədir.
Jül Rime
Jül Rime (14 oktyabr 1873 – 16 oktyabr 1956, Süren, İl de Frans) — 1921–1954-cü illərdə FİFA prezidenti Bu mütəxəssis nə az, nə çox düz 33 il FİFA-ya rəhbərlik edib. Rime "Red Star" klubunun da yaradıcısı olub. Bir müddət Fransa Futbol Federasiyasına rəhbərlik edib. Rimenin fəaliyyəti dövründə ilk dəfə Dünya Çempionatının təşkil olunması ideyası ortaya çıxıb. 1928-ci ildə Amsterdamda keçirilən iclasda Dünya Çempionatının keçirilməsi ideyası hamı tərəfindən bəyənilir. 1930-cu ildə ilk mundial keçirildi. Uruqvaydakı çempionatda elə ev sahibləri qalib gəldilər. Rimeyə idmanın təbliğatındakı xidmətlərinə və müharibə əleyhinə gördüyü işlərə görə Nobel Sülh Mükafatına namizəd göstərilib.
Məşhəd Rizə
Məşhəd Rizə — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Miyan vilayət bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,307 nəfər və 1,808 ailədən ibarət idi.
RIPE NCC
RIPE NCC (fr. Réseaux IP Européens və ing. Network Coordination Centre; İnternet Adların Avropa üzrə Qeydiyyat Qurumu) — dünyadakı 5 regional internet-registratorundan (ing. Regional Internet Registries, RIRs) biri. Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir hissəsinə xidmət edir. Məhz bu təşkilat Azərbaycan üzrə İnternet adların paylanması ilə məşğul olan qurumu müəyyənləşdirir. RIPE NCC-nin xidmət etdiyi region üzrə 70-dən artıq ölkədə 7038 üzvü var (2010).
Rinə (Mazandaran)
Rinə — İranın Mazandaran ostanının Amul şəhristanının Larican bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 860 nəfər və 259 ailədən ibarət idi.
Rinə bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rizə ili
Rizə ili — Türkiyədə il.
Rizə küftə
adambaşına 300 qr qoyun əti 1 baş soğan 40 qr ərinmiş yağ 20 qr üzüm sirkəsi 10 qr şəkər 15 qr tomat – püre 25 qr keşniş və şüyüd habelə tam üçün duz və istiot götürülür. Qoyun əti soğanla birlikdə ətçəkən maşından keçirilir. Buna istiot və duz vurulub, yaxşı qarışdırılır və 30 dəq soyuq yerdə saxlanılır. Sonra çəkilmiş ətdən xırda küftəciklər hazırlanaraq, yağ içində qızardılır. Doğranmış soğan ayrıca qızardılıb içinə tomat püre qatılır və bulyonda açıldıqdan sonra buna sirkə, yaxud limon duzu, şəkər, istiot, duz vurulub hazır olunca bişirilir. Qızardılmış ət küftəciklərinin üstünə sous tökülüb 5 – 10 dəq ərzində öz buğunda bişirilir. Süfrəyə verilən zaman rizə küftənin üstünə doğranmış göyərti səpilir.
Roje Pyantoni
Roje Pyantoni (fr. Roger Piantoni; 26 dekabr 1931[…] – 26 may 2018[…], Nansi) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu. Pyantoni gənclik illərini La-Muryer şəhərində keçirmiş və yerli klub olan "Pyenn"in şərəfini qorumuşdur. MeydanDA göstərdiyi oyuna görə onu milli komandaya dəvət etmişdilər. Fransa-Bolqarıstan oyunu zamanı o, ayağından zədə aldı və bu, onun gələcək karyerasına böyük zərər verdi. "Nansi", "Reyms" və "Nitsa" kimi klubların şərəfini qorumuşdur. Fransa millisində keçirdiyi 37 oyuna 18 qol vurmuşdur. 50-60-cı illərdə ən yaxşı hücumçulardan biri idi.
Rizə Universiteti
Rəcəb Tayyib Ərdoğan Universiteti (əvvəlki adı: Rizə Universiteti) — Rizədə yerləşən Türkiyə dövlət universiteti. 2006-cı ildə Qaradəniz Texniki Universitetindən ayrılaraq müstəqil universitet kimi yaradılmışdır. Universitet əsasən elm və səhiyyə yönümlüdür. Universitetin tarixi Texniki Məktəbin yaradılması ilə 1950-ci illərdən başlayır. 1975-ci ildə Rizə Təhsil İnstitutu yaradılır. 1976-cı il martın 1-də Rizə Peşə Məktəbinin əsası qoyulur. 1992-ci ildə İlahiyyat Fakültəsi və Balıqçılıq Fakültəsinin, 1996-cı ildə Fındıqlı Peşə Məktəbi, 1997-ci ildə Təhsil fakültəsi və Fən-ədəbiyyat fakültəsinin qurulması ilə böyüməyə davam edib. O, əvvəllər Qaradəniz Texniki Universitetinin bir hissəsi olub. 26111 nömrəli Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minən 15 yeni universitetin yaradılması haqqında qanunla 17 mart 2006-cı ildə Rizə Universiteti yaradılıb. Universitet rəhbərliyinin təklifi və Nazirlər Şurasının qərarı ilə 2012-ci il 11 aprel tarixli 28261 saylı Rəsmi Qəzetdə dərc olunduqdan sonra qüvvəyə minən 6287 saylı İbtidai Təhsil və Təhsil Qanunu və Bəzi Qanunlarda Dəyişikliklər edilməsi haqqında Qanunla Rizə Universitetinin adı Rəcəb Tayyib Ərdoğan Universiteti olaraq dəyişdirilib.
The Ride
The Ride — Uels indi-rok musiqi qrupu Catfish and the Bottlemen(en)-in ikinci studiya albomu. 27 may 2016-cı ildə Island Records və Capitol Records tərəfindən buraxılıb.
Adam Rize
Adam Rize (ing. Adam Ries; 1492, Bad-Ştaffelştayn[d], Yuxarı Frankoniya – 30 mart 1559[…], Annaberq-Buxxols[d]) — Alman riyaziyyatçısı və pedaqoqudur; "+" və "-" işarələrindən istifadə etmiş, dərsliklərində vurmanın müasir üsulunu vermişdir.
World naked bike ride
Ümumdünya Çılpaq Veloyürüş (ing. World Naked Bike Ride (WNBR)) - özündə kütləvi beynəlxalq velosiped yarışı təşkil edir. Yarışda iştirak edən insanlar paltarsız (və ya üzərində geyimin minimal miqdarında), əzələ gücü ilə idarə olunan nəqliyyat vasitələrində hərəkət edirlər (başlıca olaraq Velosiped ilə, lakin rolik və skeytdən də çox istifadə olunur). Yarışın keçirilmə məqsədi - «təmiz, təhlükəsiz və müsbət-bədən dünyasını» insanlara tanış etmək və məlumatlandırmaqdır. Yarışın dress-kodunu «Nə qədər cəsarətlisən, bir o qədər də çılpaqsan» sloqanı ilə təsvir etmək olar. Tam və ya və qismən çılpaqlıq dəstəklənir, lakin yürüş zamanı bu məcburi sayılmır. Bundan başqa, intim orqanlarını örtmək məcburi deyil - məhz bu seçim azadlığı Ümumdünya Çılpaq Veloyürüşü digər təşkilat növlərinin keçirdiyi fəaliyyətlərindən fərqləndirir. Yürüşə əyləncəli və maraqlı atmosfer yaratmaq, Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb etmək, həmçinin müşahidəçilərin təxəyyülünü həyəcanlandırmaq məqsədilə iştirakçılar arasında ekspressiv üslubda kreativlik dəstəklənir. Məsələn Bodi-art - kostyum, hand-made velosiped, bumboks, horn və sirenalar kimi özünüifadənin ümumi forması sayılır. Ümumdünya Çılpaq Veloyürüş fərqli təşkilatlatlar tərəfindən 2004-cü ildən keçirilməyə başlamışdı.