Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yozef Qabçik
Yozef Qabçik (slovak. Jozef Gabčík; 7 aprel 1912, Poluvsie[d], Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 18 iyun 1942[…]) — İkinci Dünya müharibəsi illərində Çexoslovakiya ordusunun rotmistrı, Antropoid əməliyyatının iştirakçısı. Əməliyyat zamanı Bohemiya və Moraviyanın nasist rəhbəri Reynhard Heydrix məhv edilib. Çexoslovakiya Sosialist Respublikasının Milli Qəhrəmanı. Milliyyəti slovak idi. Yozef Qabçik 1918-ci ildə yaranmış Çexoslovakiyanın tərkibinə daxil olan Avstriya-Macarıstan imperiyasının Slovakiya hissəsində anadan olub. Atası Frantişek işləmək üçün ABŞ və Argentinaya gedən fəhlə, anası Mariya (qız soyadı Barankova) isə evdar qadın idi. Yosefin 2 qardaşı və bir bacısı var idi. Raetsk-Teplice şəhərində məktəbi bitirdikdən sonra o, Çexiyanın Vltavou üzərində Kosteleç kəndində yerli dəmirçi Y.Kunikin ailəsində yaşamış, 1932-ci ilə qədər burada dəmirçilik və metal işləmə ixtisasları üzrə təhsil almışdır. 1927-ci il məktəb məlumatlarına görə, o, həm də qonşu Kovarjov kəndində ikiillik ticarət məktəbində oxuyub.
Fabrik
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Nalçik
Nalçik (rus. Нальчик) — Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı. Nalçik şəhəri Böyük Qafqaz dağlarının ətəyində, 550 metr yüksəklikdə, 150 km² ərazidə yerləşir. Şəhər əhalisi 269 641 (2008) nəfərdir. Kabarda Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhəri Elbrus dağ silsiləsinin ən yüksək dağları olan Koştan tau, Xatın tau, Cəngi tau ilə əhatələnmişdir. Tarixən adı Nalcıq olan bu yaşayış məntəqəsi şübhəsiz, öz adını üzərində yerləşdiyi Nalcıq çayının (Terek hövzəsində) adından götürmüşdür. Nalcıq çayı isə həqiqətən dağların ətəyində nal şəklində qıvrılaraq axır. Kabarda-Balkarın hələ faktiki olaraq 1577-ci ildə Rusiyaya qoşulmasına baxmayaraq bu diyar qəti şəkildə istilası XIX əsrin başlanğıc illərində tamamlandı.Qafqaz müharibələrinin birinci mərhələsində Şimal-Qərbi Qafqazda Azov Mozdok xətti boyu hərb qalaların tikilməsi(1768-1780) başa çatdı. 1817-ci ilə Yermolovun süngüsü ilə Böyük Kabarda torpaqlarına yol açıldı. Malka (əvvəl:Balık Su), Baksan, Çegem və b.
Raycin
Raycin (雷神) — ilk növbədə buddizmdə, sonra isə Yaponiya şintoizmində şimşək tanrısı. Bir əfsanədə Raycin Yaponiyanı işğalçı monqollara qarşı müdafiə etdiyi göstərilir. Burada monqollar şiddətli fırtına nəticəsində geri çəkilməli olur, bu zaman Raycin buludların arasında dayanaraq işğalçılara şimşək və oxlar atır. Raycin kabuki pyesi "Narukami"də obrazlardan biridir. Burada o, su hövzəsinin altında həbs edilir və bununla da quraqlığa səbəb olur.
Abcit
Abcit Tiflis quberniyasının Siqnax qəzasında çay adı. == Toponimkası == Abcit- Tiflis quberniyasının Siqnax qəzasında çay adı. Qədim türk dillərində av — "ov" və çit — " qamış (qarğı) alaçıq" sözlərindən ibarətdir.
Abnik
Rafik
Rafik — Kişi adı. Rafik Zexnini — peşəkar Norveç futbolçusu. Rafik Əl-Həriri — Digər Rafik (Xaybulla) — Xaybulla rayonunda kənd.
Tacik
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir. 5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon nəfər olmuş, onun 3.5 milyon nəfərini taciklər təşkil etmişdir. MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir. Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir. MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur. 21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.
Xaçik
Xaçik — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Qapçik burnu
Qapçıq burnu (ukr. Капчик, krımtat. Qapçıq, Къапчыкъ) — Krım yarımadasında, Novıy Svet şəhəri ərazisində yerləşən burun. Qoba-Qaya və Karaul Oba dağları arasında yerləşir. Qapçik burnu səmadan daşlaşmış nəhəng bir kərtənkələ kimi görünür. Burada İdman lotosu-82 filminin bir səhnəsi çəkilmişdir.
Xraçik Babayan
Xraçik Babayan (1 avqust 1996) — Ermənistanlı atıcı. Xraçik Babayan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Xraçik Babayan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 621.5 xal toplayaraq 24-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Fabrik qəsəbəsi
Fabrik qəsəbəsi, zavod kəndi və ya sənaye koloniyası — bütün şəhər kompleksinin sahibi olan müəssisə (zavod, fabrik) ətrafında yerləşən yaşayış məntəqəsi mərkəzi. Bu kompleksə sənaye təyinatlı öz binaları (zavod, fabrik, anbarlar və s.), müəssisənin işçiləri üçün yaşayış binaları və adətən, məktəblər, mağazalar, kilsələr və s. daxildir. Bu tip hesablaşma müəyyən iqtisadi fəaliyyətlər üçün işçi qüvvəsinin mövcudluğunu təmin etmək üçün yaranır. Bəzi fabrik qəsəbələrinin yüksək idealları var idi, lakin bir çoxları nəzarətçi və ya istismarçı hesab olunurdu. == Həmçinin bax == Şəhər tipli qəsəbə == İstinadlar == == Əlavə ədəbiyyat == Мирков // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Блоня // Малый энциклопедический словарь Брокгауза и Ефрона.
Nikolay Ryabçuk
Nikolay Ryabçuk (ukr. Рябчук Микола Юрійович, 27 sentyabr 1953, Lutsk) — Ukraynalı şair, tərcüməçi, publisist, mədəniyyət işçisi və siyasi analitik. Ukrayna PEN klubunun fəxri prezidenti. Lvov Politexnik İnstitutunu (1977) elektromexanik mühəndisi ixtisası üzrə və Maksim Qorki adına Ədəbiyyat İnstitutunu filologiya ixtisası üzrə bitirmişdir (1988). "Vsesvit" jurnalının redaktoru, şöbə müdiri və baş redaktor müavini, "Den" qəzetinin mədəniyyət şöbəsinin köşə yazarı, "Kritika" jurnalının baş redaktoru, Mədəniyyət Siyasəti İnstitutunda elmi işçi kimi vəzifələrində çalışıb. Kiyev-Moqilyan Akademiyası Milli Universitetinin Avropa Humanitar Tədqiqatlar Mərkəzində işləyib. 1994–1996–1999-cu illərdə ABŞ-də tədris və tədqiqat işləri ilə məşğul olub. 1997-ci ildən Ukrayna Yazıçılar Birliyinin üzvüdür. 2006-cı ildən hər bazar ertəsi buraxılan "Ukrayna dilində qəzet"də köşə yazısı yazır. 27 avqust 2010-cu ildən Kiyev Müstəqil Media Həmkarlar İttifaqının üzvüdür.
Razmik Panosyan
Razmik Panosyan (erm. Ռազմիկ Փանոսեան; 2 fevral 1964, Beyrut) — erməniəsilli Kanada tarixçisi və politoloqu. Etnik erməni olan Panosyan 1964-cü ildə Livanın Beyrut şəhərində anadan olmuşdur. O, Kanadada "[erməni] icması ilə məşğul olan" ailədə böyümüşdür. İngilis, fransız və erməni dillərini bilir. O, 2002-ci ildə London İqtisadiyyat Məktəbində (LSE) namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiya işi "Multilokal milli kimliyin təkamülü və müasir millətçilik siyasəti: Ermənistan və onun diasporu" adlandırmışdır. O, Beynəlxalq İnsan Hüquqları və Demokratik İnkişaf Mərkəzində siyasət direktoru olmuş və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (BMTİP) də daxil olmaqla, beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərmişdir. O, London İqtisadiyyat Məktəbində və London Universitetində mühazirələr oxumuşdur. Hal-hazırda Portuqaliyada yaşayan Panosyan 2013-cü ildən Kalust Gülbəkyan Fondunun erməni icmaları departamentinin direktorudur.
Bakinski raboçi
"Bakinski raboçi" (rus. Бакинский рабочий) — Azərbaycanda rus dilində çıxan rəsmi dövlət qəzeti. Azərbaycan mətbuatı tarixində ən uzunömürlü qəzet sayılır. Qəzetin təsisçisi Azərbaycan Respublikası Prezident Aparatının İşlər İdarəsidir. RSDFP Bakı təşkilatının orqanı olaraq 1906-cı ilin may ayında qeyri-leqal şəkildə çıxan "Bakinski raboçi" 1908-ci il senyabrln 6-dan "neft sənayəsi fəhlələrinin" həftəlik qəzeti kimi leqal çıxmış, bir qədər sonra "zərərli istiqamətlərinə" görə çar hökuməti tərəfindən bağlanmışdır. 1917–1918-ci illərdə RSDF(b)P Bakı Komitəsinin orqanı kimi çıxmışdır. Aprel çevrilişindən sonra 1920-ci il iyulun 15-də "Azerbaydjanskaya bednota" adı ilə çıxmışdır; 1920-ci il noyabrın 7-dən "Bakinski raboçi" adı ilə nəşr edilir. Sovet dövründə AKP Bakı Komitəsinin, AKP Mərkəzi Komitəsinin, Azərbaycan SSR Ali Soveti və Nazirlər Sovetinin orqanı olmuşdur. == Yarandığı tarix == "Bakinski raboçi" 1906-cı ilin may ayından bəri çap olunan ictimai-siyasi qəzetdir. Qəzet fasilələrlə 1906, 1908, 1917–1918-ci illərdə rus dilində nəşr olunmuşdur.
Ernö Rubik
Ernö Rubik və ya Rubik Ernö (mac. Ernő Rubik, 13 iyul 1944[…], Budapeşt) – macar mühəndis, heykəltaraş. O, Rubik kubu da daxil olmaqla, Rubik sehiri, Rubik ilanı kimi mexaniki tapmacaların kəşfi ilə məşhurdur. == Həyatı == Ernö Rubik 1944-cü il iyul ayının 13-də Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Atası mexanik və təyyarə mühəndisi, anası isə yazıçı idi. Bu səbəbdən o, ailədən gələn ənənələrə sadiq qalaraq əvvəl memarlıq və mühəndis, daha sonra sənət memarlığı , heykəltaraşlıq təhsili almışdır. 1958–1962-ci illərdə Budapeşt İncəsənət məktəbində heykəltaraşlıq ixtisasına yiyələndikdən sonra, 1962–1967-ci illərdə Budapeşt Texnologiya Universitetində dərs almağa başladı. 1967-ci ildə Macarıstan Tətbiqi İncəsənət Universitetinin "interyer və dizayn" fakülətsinə daxil oldu. == Karyerası == 1971–1975-ci illərdə memar olaraq fəaliyyət göstərmişdir. Daha sonra Budapeşt Tətbiqi İncəsənət Universitetinin professoru oldu.
Kubik Rubik
Rubik kubu (danışıq variantı Kubik Rubik, ilk vaxtlar Sehrli kub kimi tanınırdı) — daha kiçik ölçülü 27 kubdan ibarət, xaricdən görünməyən oxlar ətrafında fırlana bilən plastmas kub. Hər bir tərəfdəki 9 kvadrat 6 rəngdən biri ilə boyanır. Adətən qarşı-qarşıya dayanan rənglər: ağ-sarı, göy-yaşıl, qırmızı-narıncı olur. Ümumilikdə 54 rəngli kvadratdan ibarətdir. Kubun tərəflərinin döngəsi rəngli kvadratları müxtəlif üsullarla düzməyə imkan yaradır. Oyunçunun vəzifəsi kubun tərəflərini fırladarkən onu elə bir vəziyyətə qaytarmaqdır ki, hər bir tərəf eyni rəngli kvadratlardan ibarət olsun. == Tarixi == Rubik kubu 1974-cü ildə macar heykəltəraşı və arxitektura müəllimi Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmacadır. 1975-ci ildə HU170062 nömrəli Macar patentini alan Rubik beynəlxalq patent üçün müraciət etməyib. 1977-ci ilin sonunda ilk yoxlama istehsalı edilmiş və Budapeştdəki oyuncaq mağazalarına paylanılmışdır. Bu gün Rubik kubu və Ernö Rubikin digər tapmacalarının hüquqları Ernö Rubikin dostu – Tom Kremerin artıq 40 ildir ki, sahib olduğu Seven Towns Ltd.
Mixael Rabin
Mixael Ozer Rabin (alm. Michael Oser Rabin‎, ivr. ‏מִיכָאֵל עוזר רַבִּין‏‎; 1 sentyabr 1931, Vrotslav, Prussiya[d]) — kompüter sistemləri nəzəriyyəsi üzrə israilli alim, riyaziyyatçı, Türinq mükafatı laureatı və bir çox digər mükafatlar qazanmışdır. Qızı Tal Rabin, IBM Kriptoqrafiya və Məxfilik Araşdırma Qrupuna (ing. Cryptography and Privacy Research Group) rəhbərlik edir. Mixael Rabin, sonra Prussiyaya məxsus olan Breslau (indiki Vrotslav) İsrael Rabinin ailəsində anadan olmuşdur. 1935-ci ildə ailəsi Fələstinə köçmüşdür. 1953-cü ildə Yerusəlim İbrani Universitetini bitirib elmlər doktoru dərəcəsi aldı. Üç il sonra, 1956-cı ildə Prinston Universitetində namizədlik dissertasiyasını müdafiə etdi və elmlər namizədi olmuşdur. Michael Rabin hazırda kompüter təhlükəsizliyi araşdırmaları ilə məşğul olur və Qüds və Harvardda dərs deyir (sentyabr 2008).
Raciv Motvani
Raciv Motvani (ing. Rajeev Motwani) - Google veb axtarış sisteminin yaradıcılarından biri, professor. Raciv Motvani 1962-ci il martın 26-da Hindistanın Yeni Dehli şəhərində anadan olub. Larri Peyc və Sergey Brinlə birlikdə dünyanın ən nəhəng internet axtarış sistemi olan Google veb axtarış sistemini yaradıb. O, 5 iyun 2009-cu ildə hovuzda boğularaq ölüb. Stenford Universitetinin professoru olan Raciv Motvani üzməyi bacarmırmış. Yaxınlarının sözlərinə görə, o üzgüçülük kursuna getməyi planlaşdırırmış. Professor gecə saatlarında hovuza yıxılıb. Xidmətçisi səhər işə gələrkən Kaliforniyadakı evində, bağçadakı hovuzda Motvaninin cəsədini tapıb.
Raciv Qandi
Raciv Ratna Qandi (hind. राजीव गाँधी, 20 avqust 1944[…], Bombey, Britaniya Hindistanı – 21 may 1991[…]) — hind siyasi xadimi, 1984—1989-cu illərdə Hindistanın baş naziri. 20 avqust 1944-cü ildə İndira Qandi və Feroz Qandi ailəsində anadan olmuşdur. Raciv babası Cəvahirləl Nehrunun evində böyüyüb. Hindistanda seçilmiş bir məktəbdə, daha sonra London Universiteti və Kembric Universitetinin Triniti Kollecində təhsil almışdır. 1965-ci ilin yayında Raciv İtaliyadan Sonya Qandi ilə görüşdü. Sonya ilə ingilis dilini öyrəndi və Raciv mühəndis-mexanik ixtisasında təhsil aldı. 1968-ci ilin yanvarında Raciv və Sonya Dehlidə evləndilər. 1970-ci ilin iyun ayında onların oğlu Rahul, 1972-ci ilin yanvarında qızları Priyanka anadan oldu. 1968-1980-ci illərdə Hindistana qayıtdıqdan sonra Hindistan Havayollarında pilot, sonra isə ekipaj komandiri olaraq çalışdı.
Radik İsayev
Əbdürrəhim İsayev (keçmiş adı: Radik) (26 sentyabr 1989; Axtı rayonu, Dağıstan MSSR, Rusiya SFSR) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu. 2016-cı ildə Olimpiya Oyunlarının, 2015-ci ildə Dünya Çempionatının, 2015-ci ildə Avropa Oyunlarının, 2014-cü ildə isə Avropa Çempionatının qalibi olmaqla, dörd nüfuzlu turnirdə çempion olan yeganə Azərbaycan idmançısıdır. İsayev 2014-cü ilin mayında Azərbaycanda baş tutan Avropa Çempionatının qalibi olmaqla, birinci ciddi uğuruna imza atdı. Bir il sonra — 2015-ci ildə isə Rusiyada baş tutan Dünya Çempionatının qızıl medalını qazanmaqla, 14 ildən sonra bu idman növü üzrə Dünya Çempionatının qalibi olmağı bacaran birinci Azərbaycan idmançısı oldu. Həmin ilin iyununda isə o, Azərbaycanda baş tutan Avropa Oyunlarında da bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2016-cı ildə isə İsayev ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşündə Niger nümayəndəsi Abdulraza İssufu üzərində 6:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın qalibi oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadaların qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. 2018-ci ildə Rusiyanın Kazan şəhərində baş tutan Avropa Çempionatının qalibi olmaqla, Niyaməddin Paşayevdən sonra 2 dəfə həmin turnirin qızıl medalına sahib olan birinci Azərbaycan idmançısı oldu. Karyerası ərzində 66 beynəlxalq turnirdə mübarizə aparan İsayev, onların 15-də qızıl medala, 14-də gümüş medala, 16-da isə bürünc medala sahib olub.
Radik İsmayılov
İsmayılov Radik Arzuman oğlu (9 oktyabr 1979, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan jurnalisti, "ARB 24" telekanalının icraçı direktoru (2020), Sosiologiya üzrə fəlsəfə doktoru. Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Orta təhsilə 1986-cı ildə Bakı şəhəri Nizami rayonundakı 12 saylı məktəbdə başlamış, valideynlərinin yaşayış yerini dəyişməsi səbəbindən təhsilini Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirmiş və 1996-cı ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil almış, 2001-ci ildə magistratura pilləsinə daxil olmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirmiş, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. "Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. Lider televiziyası Xəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini olmuş, 2016-cı ildən CBC telekanalının redaktoru, ARB 24-də baş redaktor vəzifəsində çalışmışdır. 2020-ci ildə "ARB 24" telekanalının icraçı direktoru təyin olunmuşdur. 22 iyul 2020-ci ildə "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Rafik (Xaybulla)
Rafik kəndi (başq. Рафиҡ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Rafik kəndinin milli tərkibi: başqırdlar 100 % Məsafələr: rayon mərkəzindən (Akyar): 53 km., kənd sovetliyindən (Ufa): 5 km ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 84 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Rafik Məmmədov
Rafik Zexnini
Rafik Zexnini (12 yanvar 1998) — İtaliya A Seriyası təmsilçilərindən olan Fiorentina klubunda hücumçu kimi çıxış edən peşəkar Norveç futbolçusudur. Rafik Zexnini 17 iyul 2017-ci ildə İtaliya A Seriyası təmsilçilərindən olan Fiorentina klubu ilə müqavilə imzalamışdır. 17 iyul 2017-ci il əlumatlarına əsasən.