Rabindranat Taqor
Rabindranat Taqor (benq. রবীন্দ্রনাথ ঠাকুর, Robindranatx Thakur, ing. Rabindranath Tagore; 7 may 1861[…], Kəlkətə[…] – 7 avqust 1941[…], Kəlkətə, Britaniya Hindistanı[…]) — hind yazıçı, şair, bəstəkar, rəssam və ictimai xadimi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1913). Əsərlərini benqalca yazmışdır. Hindistan və Banqladeşin himnlərinin müəllifidir.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqor Kəlküttədə yaşayan zəngin brahman ailəsinin 14-cü uşağı idi. 14 yaşında anasını itirdikdən sonra tənha və qapalı həyat sürməyə başlamışdı. İlk şeirlərini kiçik uşaq ikən - səkkiz yaşında yazmışdı. Ev şəraitində, Kəlküttədəki Şərq seminariyasında və Benqal Akademiyasında təhsil almışdı.