Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samolit
Böyük Samolit dağı
Böyük Samolit dağı
Böyük Samolit dağı — Baş Qafqaz silsiləsində, Zaqatala rayonunun Dağıstanla sərhədində zirvə. Hündürlüyü 3452 m. Tala çayının mənbəyi buradadır. Bu çayın qollarından biri də dağın adı ilə Samolit çayı adlanır. Oronim qədim türk dillərindəki samal (tutqun, dumanli, ganli, qaranlıq) və -it (şəkilçi) komponentlərindən düzəlib, "başı dumanlı zirvə" mənasındadır.
Kiçik Samolit dağı
Böyük Samolit dağı — Baş Qafqaz silsiləsində, Zaqatala rayonu ilə Dağıstanın sərhədində aşırım. Hündürlüyü 3260 m. Bu aşırımdan keçən yol Qaraçay ilə Samur çayının hövzələrini birləşdirir. Oronim qədim türk dillərindəki samal (tutqun, dumanlı, ganlı, qaranlıq) və -it (şəkilçi) komponentlərindən düzəlib, "başı dumanlı zirvə" mənasındadır.
Pamflet
Pamflet (ing. pamphlet) — həcmcə böyük olmayan, konkret, əsasən, sosial-siyasi ifşa xarakterli publisistik əsər. Pamflet termini qədim yunan-latın sözü olub "pan" və ya "pam" sözündən olub, "vsyo" yəni "phleqo" - "yandırıram", "alovlandırıram" sözündən götürülmüşdür. Pamfletdə yaramaz ictimai quruluş, ayrı-ayrı şəxslərin, yaxud müəyyən siyasi partiyanın, qrupun, müəssisənin cinayətkar fəaliyyəti və s. kəskin satira atəşinə tutulur. Pamfletə yaxın publisistik əsərlər hələ antik dövrdən məlum olsa da, janr kimi renessans dövründə formalaşmışdır (Rotterdamlı Erazm, U. fon Hutten, Fransua Rable və başqaları). Karl Marks, Vladimir İliç Lenin siyasi pamfletin klassik nümunələrini yaratmışlar. Maksim Qorkinin, Vladimir Mayakovskinin, İlya Erenburqun faşizm və imperalizmi ifşa edən pamfletləri məşhurdur. Satirik publisistikanın bu janrı ən az öyrənilmiş olsa da, bu sahədə ilk tədqiqatlar 1920-1930 illərdə meydana çıxmışdır. Pamflet hadisələri satirik təsvir üsulları və obrazlı təsvir vasitələrinin köməyi ilə əks etdirilir.
Samilər
Samilər — İkiçayarasında, Mesopotomiyada yaşayan qədim xalq. == Tarixi == İkiçayarası əraziləri ən qədim insan məskənlərindən olub, insan sivilizasiyasının mərkəzi sayılır. Ərazinin cənub hissəsi bataqlıqlardan ibarət olmuş, neolit dövründə - bataqlıqlar quruduqdan sonra əhali bu yerlərə köçmüşdür. Şimal ərazilərdə məskunlaşma daha əvvəllər baş vermişdir. İkiçayarasına şərqdən və şimal-şərqdən şumerlər gəlib, qərbdən və şimal-qərbdən samilər gəlib. Qədimdə şərqdə və şimal-şərqdə türklər yaşayıb, qərbdə və şimal-qərbdə samilər. Bu vəziyyət olduğu kimi indi də davam etməkdədir. Lakin qədim akkadların samilər olduğunu hamı qəbul edir, qədim şumerlərin türk olduğuna şübhə edirlər. == Dilləri == Samilər Sami dil ailəsinə mənsub idilər.
Şamozit
Şamozit (Fe2+, Mg, Fe3+)5 Al (Si3 Al) O10 (OH,O)8 — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Bavalit (dafnit) – mineralın maqnezial növ müxtəlifliyi. == Xassələri == Rəng – yaşılımtıl - tünd-bozdan qarayadək; Mineralın cizgisinin rəngi – yaşılımtıl-boz; Parıltı – tutqun, şüşə; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,0-3,4; Sərtlik – 2-3; Kövrəkdir; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar, tikanlı; Morfologiya – mineral aqreqatları: konsentrik-zonal quruluşlu oolitlər, radial-vərəqli, bütöv sıx, bəzən torpaqvari kütlələr. == Mənşəyi və yayılması == Çökmə mənşəli süxurların tipik mineralı olaraq, gilli laterit çöküntülərində və çökmə dəmir filizi yataqlarında, habelə qumdaşlarında sement şəklində rast gəlir. Birlikdə rast gəldiyi minerallar: dəmir sulfidləri, siderit, tyüringit, kaolinit. Mineralın tapıldığı yerlər: Lotaringiya (Fransa); Şamozon (İsveçrə); Tyüringiya (Almaniya); Uralda Xəlilov yatağı, Serov, Alapayev, Ayat rayonları (Rusiya) və b. Azərbaycanda bir sıra çökmə mənşəli dəmir filizi obyektlərinin yerləşdiyi Daşkəsən və Şəmkir rayonlarının titanlı-maqnetitli qumdaşlarında və Naxçıvan MR-nın boksitlərində qeyd edilir. == Tətbiqi == Kütləvi yığınları dəmir almaq üçün xammal kimi istifadə edilir. == İstinadlar == == Xarici keçidlər == The Mineral Chamosite == Mənbə == Azərbaycan mineralları.
Hamlet
"Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı" (ing. The Tragical Historie of Hamlet, Prince of Denmarke), və ya sadəcə "Hamlet" - məşhur ingilis dramaturqu Vilyam Şekspirin 1600-1601-ci illərdə yazdığı faciə. "Hamlet" Şekspirin ən məşhur əsərlərindən biridir. O həmçinin şairin həcminə görə ən nəhəng əsəridir. Pyesdə 4042 sətr və 29 551 söz var. Əsərin məzmunu Danimarka şahzadəsi haqqında bəhs edən əfsanədən götürülüb və ilk növbədə onun intiqamını özündə əks etdirir. Əsər ilk dəfə 1603-cü ildə nəşr edilib. Şekspirin sağlığında "Hamlet" daha 2 dəfə, 1604-cü və 1622-ci illərdə çap olunub. Azərbaycan səhnəsində "Hamlet" ilk dəfə 1926-cı ildə oynanılıb. Baş rolu Azərbaycanın məşhur aktyoru Abbas Mirzə Şərifzadə ifa edib.
Şamble
Şamble (fr. Chamblet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03052. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1066 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 685 nəfər (15-64 yaş) arasında 494 nəfər iqtisadi cəhətdən, 191 hərəkətsiz (fəaliyyət göstərici 72.1%, 1999-cu ildə 70.4%) idi. Fəal olan 494 nəfərdən 451 nəfər (241 kişi və 210 qadın), 43 nəfər işsiz (20 kişi və 23 qadın) idi. 191 fəaliyyətsiz şəxsin 33 nəfəri şagird və ya tələbə, 85 nəfər təqaüdçü, 73 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Firudin Şamoyev
Firuddin Şamoyev (7 fevral 1962, Qazax – 13 aprel 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Firudin Şamoyev 7 fevral 1962-ci ildə Qazax şəhərində, kürd mənşəli ailədə anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra Təmir Tikinti İdarəsində çilingər işləməyə başlamışdır. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı. == Döyüşlərdə iştirakı == "N" saylı hərbi hissəyə hərbi hissədə minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunan Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, ermənilərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu.
Qoşunəli Şamoyev
Qoşunəli Şamoyev (1928-2016) — Ermənistan SSR Əməkdar müəllimi (1968). == Həyatı == Şamoyеv Qoşunəli Novruz oğlu 15 mart 1928-ci ildə Göyçə mahalının Basarkеçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1943-cü ildə Daşkənd kənd orta məktəbini bitirib. 1944-1946-cı illərdə Yuxarı Şorca kənd yеddi illik məktəbində, 1947-1950-ci illərdə isə Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1949-cu ildə İrəvan Pеdaqoji Institutunun "Azərbaycan dili və ədəbiyyatı" fakültəsinə daxil olub və 1957-ci ildə Azərbaycan Dövlət Pеdaqoji Ins-titutunun qiyabi şöbəsini bitirmişdir. 1950-1953-cü illərdə sovеt ordusunda hərbi xidmətdə olmuş və 1952-ci ildə Sovеt İttifaqı Kommunist Partiyasının sıralarına qəbul еdilmişdir. 1953-1956-cı illərdə yеnidən Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1956-cı ildən 1959-cu ilə qədər Basarkеçər rayon Partiya Komitəsində təlimatçı və şöbə müdiri vəzifələrində işləyib. 1968-ci ildə maarif sahəsindəki xidmətlərinə görə "Əməkdar müəllim" adına, 1970-ci ildə "V.İ.Lеninin 100 illik yubilеyi" mеdalına, 1983-cü ildə "Xalq maarifçisi" mеdalına və 1986-cı ildə "Şərəf nişanı" ordеninə layiq görülmüşdür. 1959-cu ildən 1988-ci ilin dеkabrına qədər Daşkənd kənd orta məktəbinin dirеktoru olmuşdur.
Şatolen (rayon)
Şatolen (fr. Châteaulin) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Finister. Suprefektura — Şatolen. Rayon əhalisi 2006-cı ildə 84 671 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 47 nəf / km². Rayon sahəsi — 1804 km².
Hamlet Aslanov
Aslanov Hamlet Qurbanəli oğlu (10 dekabr 1938, Sultanabad, Amasiya rayonu) — görkəmli meliorator alim, kənd təsərrüfatı elmləri doktoru, professor. == Həyatı == 10 dekabr 1938-ci ildə Ermənistan SSR-nin Amasiya rayonunun Şurabad kəndində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Bakı Hidromeliorasiya Texnikumuna daxil olmuşdur, 1959-cu ildə Texnikumu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsinə daxil olmuşdur. İnstitutda təhsil illərində, ictimai fəaliyyətinə və fərqlənmə təhsilinə görə III kursdan Lenin təqaüdçüsü olub. == Mükafatları == 2002-ci ildə Amerika Hidrologiya İnstitutun AR üzrə təmsilçisi seçilmişdir; 2002-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının üzvi seçilmişdir; 2004-cü ildə isə həmin institutun “Peşəkar Hidroloq” tituluna layiq görülmüşdür. == Elmi fəaliyyəti == 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirib institutun “Hidromeliorasiya“ kafedrasında assistent vəzifəsində saxlanılmışdır. 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun “Hidrotexniki tikililər və qurğular“ ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1970-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi almışdır. Aspiranturanı bitirdikdən sonra “Hidromeliorasiya“ kafedrasında baş müəllim işləmişdir. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılması ilə əlaqədar olaraq keçirilmişdir.
Hamlet Qoca
Hamlet Göyüş oğlu Qoca (22 dekabr 1942, Ağdaş – 7 may 2019, Bakı) — Azərbaycan yazıçısı, nasir-tərcüməçi, ictimai xadim. SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Fransa Mədəniyyət Nazirliyinin "İncəsənət və ədəbiyyat Komandoru" ordeni və fəxri adı laureatı. == Həyatı == Hamlet Qoca 1942-ci ilin 22 dekabr tarixində anadan olub. Orta təhsil illərindən Avropa dillərini öyrənməyə başlamış, Ağdaş şəhərində 1 saylı tam orta təhsil məktəbini bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki ADU) fransız dili və ədəbiyyatı fakultəsinə qəbul olunmuşdur. Təhsil illərində əlaçı olmuş, fransız dili ilə bərabər ingilis dilini də mükəmməl öyrənməyə səy göstərmiş, fransızca səlis, qramatik nitqə və tərcüməçilik qabiliyyətinə malik olmuşdur. 1963-cü ildə Tbilisidə keçirilən Tələbə Elmi Cəmiyyətlərinin Ümumittifaq konfransında fransız dilində məruzəsinə Fransalı nümayəndələr yüksək qiymət vermiş və təhsilinin davamı üçün onu Sarbon universitetinə dəvət etmişdilər, lakin dövrün məlum siyasətinin qoyduğu qadağalar qarşısında o, dəvətdən imtina etməyə məcbur olmuşdur. Hamlet Qoca hələ tələbə ikən 1964–1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunda fransız dilində olan elmi-tarixi arxiv materiallarını ana dilimizə çevirməklə iş fəaliyyətinə başlamışdır. İnstitutu əla qiymətlərlə bitirəndən sonra 1966-cı ildə Afrikaya, Mali Respublikasındakı sovet səfirliyinə mütərcim təyinatı alır. 1968-ci ilə qədər burada çalışır və eyni zamanda Malinin tarixi-mədəni, ictimai-sosial, etnik xüsusiyyətlərini araşdırmaqla məşğul olur ki, bu da sənədli memuar tipli ilk əsərinin, "Tam-tamlar ölkəsində" (1971) kitabının yazılmasına imkan yaradır və sonralar bu silsiləni davam etdirərək işlədiyi, ezamiyyətdə olduğu Afrika ölkələrinin özəlliklərini əks etdirən "Afrikada gördüklərim" (1986), "Üç Afrika ölkəsi" (1989) kimi əsərlərini qələmə alır.
Hamlet Qurbanov
Hamlet Ağadadaş oğlu Qurbanov (13 oktyabr 1938, Bakı – 16 noyabr 1995, Bakı) — Azərbaycan-sovet kino və teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Hamlet Qurbanov 13 oktyabr 1938-ci ildə teatr və kino aktyoru Ağadadaş Qurbanovun və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olmuşdur. H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədov kursunu bitirmişdir. O,1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaratmışdır. C.Məmmədquluzadənin "Dəli yığıncağı" pyesində (1978) doktor Lalbyüz rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərə çəkilmişdir. Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. == Ailəsi == Hamlet Qurbanov aktyor Ağadadaş Qurbanovun və opera müğənnisi Gülxar Həsənovanın oğludur. Aktrisa Gülşən Qurbanovanın və rejissor və kino rəssamı Firəngiz Qurbanovanın ögey qardaşıdır (ata bir, ana ayrı). == Xatirəsi == 2013-cü ildə 75 illik yubleyi münasibətilə İTV-də "Xatırlananlar" adlı xatirə verilişi hazırlanmışdır.
Hamlet Xanızadə
Hamlet Bəbir oğlu Xanızadə (5 iyun 1941, Şağan – 3 fevral 1990, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ildə doğulmuşdu. Hamlet Xanızadə Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdı. Burada orta təhsil almışdı və atası Bəbir kişi heç onu aktyor görmək istəmirdi. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəldi. Müharibənin dəhşətli ağrılarını hələ körpəliyində çəkən bu uşağın taleyində çox şeylər ağrılı olmuşdu. Hamlet uşaqlıqdan teatra, kinoya meyilli idi. İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil olmuşdu, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə gəlmişdi. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim etmişdi. Tədris teatrında yaratdığı rollar müəllimlərin də, uşaqların da qəlbində özünə yer almışdı.
Hamlet İsaxanlı
Hamlet İsaxanlı (tam adı: İsayev Hamlet Abdulla oğlu; 1 mart 1948, Kosalı, Qardabani rayonu) — riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi. İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri "İsayev" soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır. Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərmiş və göstərməkdə olan ensiklopedik elm və sənət adamıdır — riyaziyyatçı, humanitar və sosial elmlərin bir çox sahələrində yazılmış elmi-tədqiqat işlərinin müəllifi, poetik və bədii-publisistik əsərlərin müəllifi, tərcüməçi, maarifçi, Xəzər Universitetinin təsisçisi və ilk rektoru, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya məktəbinin (ibtidai, ümumi orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xadim və s. 1920-ci illərin sonu və 1930-cu ildə Gürcüstan və Ermənistanda Sovet hakimiyyətinə qarşı üsyana başçılıq etmiş məşhur Qaçaq İsaxanın nəvəsidir. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir. == Həyatı == Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qarayazı rayonunun Kosalı kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi. 1970-ci ildə Nailə xanım Əsgərli ilə evləndi.
Hamlet İsayev
Hamlet İsaxanlı (tam adı: İsayev Hamlet Abdulla oğlu; 1 mart 1948, Kosalı, Qardabani rayonu) — riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi. İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri "İsayev" soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır. Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərmiş və göstərməkdə olan ensiklopedik elm və sənət adamıdır — riyaziyyatçı, humanitar və sosial elmlərin bir çox sahələrində yazılmış elmi-tədqiqat işlərinin müəllifi, poetik və bədii-publisistik əsərlərin müəllifi, tərcüməçi, maarifçi, Xəzər Universitetinin təsisçisi və ilk rektoru, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya məktəbinin (ibtidai, ümumi orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xadim və s. 1920-ci illərin sonu və 1930-cu ildə Gürcüstan və Ermənistanda Sovet hakimiyyətinə qarşı üsyana başçılıq etmiş məşhur Qaçaq İsaxanın nəvəsidir. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir. == Həyatı == Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qarayazı rayonunun Kosalı kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi. 1970-ci ildə Nailə xanım Əsgərli ilə evləndi.
Şamoli Ray
Şamoli Ray (5 aprel 1994) — Banqladeşli oxatan. Şamoli Ray Banqladeşi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Şamoli Ray birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Meksikanın nümayəndəsi Qabriela Bayardo ilə üz-üzə gəldi. Həmin görüşdə Şamoli Ray rəqibinə 0:6 hesabı ilə uduzdu.
Şamülə (Sərdəşt)
Şamülə (fars. شموله‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (24 ailə).
Hamlet Hüseynov
Hamlet Abdulhəsən oğlu Hüseynov (9 may 1932, Salyan rayonu; 2 mart 2023, Bakı şəhəri) — Polkovnik, Birinci Qarabağ müharibəsində Gədəbəyin müdafisəsinin əsas təşkilatçılarından olmuş və Başkənd əməliyyatını həyata keçirmişdir. == Həyatı == Hamlet Hüseynov 1932-ci il mayın 9-da Salyan rayonunda anadan olmuşdur. O zaman kiçik Hamlet Hüseynovlar nəslində hərbçilər sülaləsinin əsasını qoymuş əmisi, İkinci dünya müharibəsinin qəhrəmanı, rus-fin savaşının polk komandiri, Qırmızı Bayraq ordenli polkovnik Əlinağı Hüseynovun ibrətamiz ömür yolu ilə yeniyetmə çağlarından həmişə öyünürdü. Tale elə gətirdi, sovet dönəmində o da polkovnik rütbəsinədək yüksəldi, Azərbaycanın bir sıra bölgələrində — Gədəbəydə, Tovuzda, Sumqayıtda, Bakının Nəsimi rayonunda hərbi komissarlıqlara rəhbərlik etdi, respublika hərbi komissarının müavini oldu. Polkovnik Hamlet Hüseynovun xatirələrindən: "Nəslimizi Şirvandan konkret surətdə hansı güclü zəlzələ perik salıb, heç kəs bilmir. Bunu mən atam Məşədi Əbdülhəsəndən, o da ata-babalarından öyrənib. 1942-ci ildə bizim ailə İsmayıllıya köçdü. Mən orta məktəbi zəngin, əsrarəngiz təbiətə malik İsmayıllı rayonunda bitirdim və 1950-ci ildə tərəddüd etmədən Bakı Piyada Hərbi Məktəbini seçdim. Daha sonra Gəncədə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alsam da, hərbi sahə saqqızımı oğurladı. Çünki Hüseynovların bir neçə nümayəndəsi — Qüdrət Hüseynov, İzzət Hüseynov, Məmmədhəsən Hüseynov, polkovnik Əlinağı Hüseynov və başqaları yenicə başa çatan sovet-alman müharibəsində rəşadət göstərmişdilər.
Samuel de Şamplen
Samuel de Şamplen (təq. 13 avqust 1567 – 25 dekabr 1635[…], Kvebek (şəhər), Kvebek) — fransızlı səyyah və hidroqraf, 1601-ci ildə "Coğrafiyanın kralı" titulunu almış, Kanadada ilk dəfə fransız səfirliyində işləmişdir. == Tercümeyi-halı == Samuel de Şamplenin abidəsi Kvebekdedir. Samuel de Şamplen 1603-cü ildə Müqəddəs Lavrentiya çayına düşmüşdür. 1604-06-cı illərdə Şimali Amerikanın Atlantik okean sahillərinə səyahət etmişdir. 1608-ci ildə Müqəddəs Lavretiya çayı üzərində kvebek şəhərinin əsasını qoyur. Sonra bu şəhər Yeni Fransanın paytaxtı olur. Sonrakı ildə Şampleyna gölününü və Adirondak şərəfinə dağı açıldı. 1609-1615-ci illərdə Şamplen Kvebekdən Sakit okeanına su yolunu tapdı. 1616-cı ildə birinci dəfə Atlantik okeandan Huron gölünə üzmüş və hind qəbiləsi ilə əlaqə yaradır.
Samet adası
Samet adası- (tay เกาะเสม็ด)- Siam körfəzində sahəsi-13,1 кm² olan kiçik bir adadır. İnzibati cəhətdən Rayonq əyalətinə aiddir. Materikin cənubundan 6,5 km məsafədə yerləşir. Balaca bir yaşayış məntəqəsi Nadan kəndi vardır. Adanın bütün plyajlarında otellərə rast gəlinir. Samet -sahildə yerləşən çox da iri olmayan adaların içərisində ən irisidir. Bu ada sakit dincəlməyin ən əsas yerlərindəndir. Lxao Layem Ya-Mu-Ko milli parkının tərkibinə daxil olan bu adada zəngin fauna və flora aləmi mövcuddur. Bu adada plyaj istirahətindən əlavə sorfinq, yelkənli idman növləri, su xizək növləri də keçirilir. Adanın ziyarəti ödənişlidir.
Samət Əlizadə
Samət Qürbət oğlu Əlizadə (14 mart 1938 – 31 may 2002) — dilçi alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi, pedaqoq. == Həyatı == Samət Qürbət oğlu Əlizadə 1938-ci il mart ayının 14-də Xızı-Bərmək mahalının baş kəndi olan Xızıda anadan olmuşdur. O, orta təhsilini Siyəzən rayonunda almış, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Samət Əlizadə 1966-cı ildə elmlər namizədi, 1992-ci ildə isə “XVI əsr Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, azəri-türk dilçiliyinin çox sahələri üzrə görkəmli nailiyyətlər əldə etmiş alimdir. Samət Əlizadə bir çox beynəlxalq elmi yığıncaqların fəal iştirakçısı olmuş, Azərbaycan türk dilinin təbliğində böyük əmək sərf etmiş dilçi alimdir. O, 1965-ci ildə öz taleyini müəllimlik kimi çətin və şərəfli vəzifəyə bağlamış, Azərbaycan Dövlət Universitetində dərs demişdir. Onun hazırladığı tələbələr arasında onlarla tanınmış dilçi-türkoloq vardır. Bir dilçi alim kimi, Samət Əlizadəni daha çox dilimizin tarixi maraqlandırmışdır. Tədqiqat obyekti kimi XVI yüzilliyi seçmişdir.
Şamət Tağıyev
Şamət Qoşunəli oğlu Tağıyev (1974 – 31 mart 1994, Bakı) — Azərbaycanlı şəhid. == Həyatı == Tağıyev Şamət Qoşunəli oğlu 1974-cü ildə Gədəbəy rayonu, Miskinli kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərində Texnologiya texnikumuna daxil olub. == Hərbi xidməti == 1992-ci il oktyabr ayının 18-də Sumqayıt şəhər hərbi komisarlığından həqiqi hərbi xidmətə çağrılıb. Şamət Ağdam, Kəlbəcər, Ağdərə bölgələrində gedən döyüşlərin fəal iştirakçısı olub. Sıravi Tağıyev 1 fevral 1994-cü il tarixdə Ağdam rayonun Novruzlu kəndi uğrunda gedən döyüşdə tabur tərkibində erməni mövqeyinin arxasına kerçərək çoxlu sayda erməni quldurlarının məhv edilməsində fəallıq göstərmişdir. O, mühasirəyə düşmüş, lakin mühasirəni yarıb çıxmağa imkan tapmış, öz pulemyotu ilə xeyli erməni quldurunu məhv etmişdir. Tağıyevin son döyüşü elə Novruzlu kəndində olub. 29 mart 1994-cü ildə kənd uğrunda gedən döyüşdə yaralanıb. Təcili Bərdə rayon xəstəxanasına, ordan da Bakıya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hamlet (film, 1948)
Hamlet (ing. Hamlet) — 1948-ci ildə istehsal edilmiş Böyük Britaniya filmidir. Film Uilyam Şekspirin eyniadlı əsəri əsasında çəkilmiş və 4 Oskar mükafatına layiq görülmüşdür. Bu film Ən yaxşı filmə görə "Oskar" mükafatı kateqoriya üzrə "Oskar mükafatı"na layiq görülmüş ilk Britaniya filmidir. == Məzmun == Danimarkanın kralı gözlənilmədən vəfat edir. Onun dul qadını Qertrud taxt-tacın yeni varisi olan kralın qardaşı Klavdi ilə evlənir. Bir müddət keçdikdən sonra Hamlet atasının ruhunu görür və onun əmisi Klavdi tərəfindən öldürüldüyünü başa düşür. Bu səbəbdən Hamlet Klavdidən qisas almaq niyyətindədir...