Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şərh Surəsi
94-cü surə
Şərh (proqramlaşdırma)
Şərh — proqramlaşdırmada kompüter proqramının mənbə kodunda proqramçı tərəfindən oxuna bilən izahatı və ya annotasiyası. Onlar mənbə kodunu insanların başa düşməsini asanlaşdırmaq məqsədi ilə əlavə edilir və ümumiyyətlə tərtibçilər və tərcüməçilər tərəfindən nəzərə alınmır. Müxtəlif proqramlaşdırma dillərində şərhlərin sintaksisi xeyli fərqlənir. Şərhlər bəzən sənədləşdirmə generatorları tərəfindən mənbə kodundan kənarda sənədlər yaratmaq üçün müxtəlif yollarla işlənir və ya mənbə kodu idarəetmə sistemləri və digər xarici proqramlaşdırma alətləri ilə inteqrasiya üçün istifadə olunur. Şərhlərin təmin etdiyi çeviklik geniş dərəcədə dəyişkənliyə imkan verir, lakin onların istifadəsi ilə bağlı rəsmi konvensiyalar adətən proqramlaşdırma üslubu təlimatlarının bir hissəsidir. == İzahı == Şərhlər ümumiyyətlə blok (həmçinin proloq şərhləri deyilir) və ya sətir şərhləri (həmçinin daxili şərhlər adlanır) kimi formatlanır. Blok şərhləri mənbə kodunun bir neçə sətrini və ya bir sətrin bir hissəsini əhatə edə bilən bölgəsini limitləşdirir. Bu bölgə başlanğıc və son ayırıcı simvolu ilə müəyyən edilir. Bəzi proqramlaşdırma dilləri (məsələn MATLAB) blok şərhlərini bir-birinin içərisində rekursiv şəkildə yerləşdirməyə imkan verir, digərləri isə (məsələn Java) bunu etmir. Sətir şərhləri ya şərh ayırıcısı ilə başlayır və sətrin sonuna qədər davam edir, ya da bəzi hallarda mənbə kodundakı xüsusi sütundan (simvol xətti sürüşməsi) başlayır və sətrin sonuna qədər davam edir.
Şərh Sualati - Gülşəni-əsrar
Şərh Sualati – Gülşəni-əsrar – Müəllifi Seyid Yəhya Bakuvi olan bu əsər məşhur azərbaycanlı sufi şeyxi, filosof-alim Şeyx Mahmud Şəbüstərinin Gülşəni-raz adlı məsnəvisinin şərhidir. 1071 beytdən ibarət olan bu əsərdə ruh, nəfs, könül, sirr, qəbz-bəst, vaxt, yaxınlıq-uzaqlıq, qeybət, üns, heybət, əməl-yəqin, eynəl-yəqin haqqında soruşulan suallara mənzum olaraq verilən cavablardan ibarətdir. Mahmud Şəbüstərinin bu əsəri sufilər arasında çox rəğbətlə qarşılanmış, ona bir sıra şərhlər yazılmışdır. Bunlardan biri də Seyid Yəhyanın yazdığı Şərhi-sualati – Gülşəni-əsrar əsəridir.
Əl-Minhac fi Şərh Səhih Müslim
Əl-Minhac fi Şərh Səhih Müslim (ərəb. المنهاج في شرح صحيح مسلم بن الحجاج‎) — Müslim ibn Həccacın hədislər toplusuna Muhyiddin ən-Nəvəvinin şərhi. == Müəllif == Ən-Nəvəvi 1233-cü ildə Nəva kəndində (müasir Suriya) anadan olmuşdur. Erkən uşaqlıqdan atası ona elmə məhəbbət aşılamış və 1251-ci ildə onu Şama aparmış və ilk dəfə burada dini elmləri öyrənmişdir. 655-ci ildən Əşrəfi mədrəsəsində dərs demişdir. İmam Nəvəvi iki dəfə həcc etmişdir. Ömrünün sonunda Qüdsə və Hevrona səfər edir. O, 1277-ci ildə 45 yaşında ikən doğma kəndində vəfat edir. == Səhihi-Müslim == Səhihi-Müslim (ərəb. صحيح مسلم‎) — altı əsas sünni hədis toplusundan biri (Kutub əl-sitta).
Averm
Averm (fr. Avermes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mylen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03013. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3814 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2561 nəfər (15–64 yaş) arasında 1877 nəfər iqtisadi fəal, 684 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 73,5%) idi. Fəal 1877 nəfərdən 1735 nəfər (858 kişi və 877 qadın), 142 nəfər işsiz (70 kişi və 72 qadın) idi. 684 hərəkətsiz 205 nəfər arasında şagird və ya tələbə, 356 nəfər təqaüdçü, 123 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Avers
Avers (alm. Vorderseite‎, it. dritto, fr. avers, lat. adversus — "üzü tərəfə çevrilmiş") — sikkə və medalların üz və əsas tərəfi. Avers reversin əks tərəfidir. Termin qədim dövrlərdən əmələ gəlib. Əvvəlcə bu söz sikkənin alt ştempel vasitəsi ilə zərb olunan tərəfi mənasını verirdi (lat. adversus — "üzü tərəfə çevrilmiş"). Sikkə işinin xüsusiyyətlərini nəzərə alaraq, bu hissədə "daha vacib" təsvirlər yerləşdirilirdi, üst ştempeldə isə "daha az vacib" olanlar.
Osver
Osver (alm. Åsvær‎) — Norveçin Nordland bölgəsindəki Dyonna kommunasına aid kiçik alçaq adalar qrupu. Adalar Norveç sahillərindən 15–20 km, Lovunn kəndindən təxminən 15 km cənubda və Dyonna adasından 12 km şimal-qərbdə yerləşir. == Sənaye əhəmiyyəti == Tarixən Osver adaları balıq ovu üçün mühüm yer olmuşdur. Dekabrın əvvəlində balıqçılıq prosesini təmin etmək üçün bu adaların ətrafında siyənək balığı daim kütləvi şəkildə toplanır; yanvar-dekabr aylarında adaların əhalisi minimal olur. == Görməli yerləri == Adalrın ən görməli yerlərindən biri Osver mayakıdır. Adalardan birində 1919-cu ildə tikilmişdir, 1876-cı ilin ilkin binası əvəz edən Osver mayakı quraşdırılmışdır.
Overn
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/, fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. == İstinadlar == == Xarici keçidlər == "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
Sfera
Sfera və ya kürə — Fəzanın verilmiş nöqtəsindən (sferanın mərkəzi) müsbət r məsafədə olan nöqtələr çoxluğuna deyilir. Sfera həmçinin yarımçevrənin öz diametri ətrafında fırlanmasından alınan fiqurdur. Üçölçülü Evklid fəzasında verilmiş nöqtədən verilmiş müsbət məsafədə olan nöqtələr çoxluğu. Verilmiş nöqtə sferanın mərkəzi adlanır. Əgər nöqtəsi sfera mərkəzi, onun ixtiyari nöqtəsidirsə, parçası və ya onun uzunluğu sfera radiusu adlanır. Sfera iki ixtiyari nöqtəsini birləşdirən parçaya (yaxud onun uzunluğuna) sfera vətəri deyilir. Sfera mərkəzindən keçən vətərə onun diametri deyilir. Sferanın sahəsi (S) aşağıdakı düsturlarla hesablanır: S = 4 π r 2 {\displaystyle S=4\pi r^{2}} S = π d 2 {\displaystyle S=\pi d^{2}} , burada r sferanın radiusu, d isə diametridir. == İkiölçülü sfera (üçölçülü fəzada) == Sferanın tənliyi ( x − x 0 ) 2 + ( y − y 0 ) 2 + ( z − z 0 ) 2 = R 2 {\displaystyle (x-x_{0})^{2}+(y-y_{0})^{2}+(z-z_{0})^{2}=R^{2}} burada ( x 0 , y 0 , z 0 ) {\displaystyle (x_{0},y_{0},z_{0})} — sferanın mərkəzinin koordinatı, R {\displaystyle R} — onun radiusudur. Mərkəzi ( x 0 , y 0 , z 0 ) {\displaystyle (x_{0},y_{0},z_{0})} nöqtəsində olan sferanın parametrik tənliyi aşağıdakı kimidir: { x = x 0 + R ⋅ sin ⁡ θ ⋅ cos ⁡ ϕ , y = y 0 + R ⋅ sin ⁡ θ ⋅ sin ⁡ ϕ , z = z 0 + R ⋅ cos ⁡ θ , {\displaystyle {\begin{cases}x=x_{0}+R\cdot \sin \theta \cdot \cos \phi ,\\y=y_{0}+R\cdot \sin \theta \cdot \sin \phi ,\\z=z_{0}+R\cdot \cos \theta ,\\\end{cases}}} burada ϕ ∈ [ 0 , 2 π ) {\displaystyle \phi \in [0,2\pi )} , θ ∈ [ 0 , π ] .
Smerch
9K58 “Smerç” (BM-30) – Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silah hazırlama zavodunda yaradılmışdır. 1987-ci ildə SSRİ Silahlı Qüvvələrində tətbiq edilir. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən ona M1983 adı verilmişdir. Smerç qısa məsafəli ballistik raket sistemi olan FROG-7-ni əvəz etmişdir. == Xüsusiyyətləri == Maksimum atış məsafəsi: 90–124 km Maksimum məsafə: 850 km Lülə sayı: 12 Yenidən doldurulma: 16-20 dəqiqə Yer dəyişmə: 3 dəqiqə Salvo atış müddəti: 38 saniyə Əsas silahı: 9M55 və ya 9M528 raketi Motoru: V-12 dizel mühərriki Gücü: 525 at gücü İstehsalçı ölkə: SSRİ/Rusiya İstehsalçı firma: Splav (Tula) silah hazırlama zavodu Tip: Reaktiv yaylım atəş sistemi İstehsal tarixi: 1987 – davam edir Xidmətə giriş ili: 1987 – günümüzə Lülə diametri (Kalibr): 300 mm Yerdəyişmə vaxtı: 3 dəqiqə Qalxma bucağı: 0º... +55º Üfüqi tuşlama bucağı: 30º... +60º Məhvetmə radiusu: 672.000 m² Hədəfi vurma dəqiqliyi 0.3% m Minimal atəş məsafəsi: 20 km Şassi: MAZ-543M Uzunluğu: 12.1 m Eni: 3.05 m Hündürlüyü: 3.05 m Təkər formulası: 8x8 Mühərrik: D12A-525A V12 dizel Maksimal sürət: 60 km/s Mənzili: 900 km Heyət üzvü: 4 nəfər BM-30 “Smerç” reaktiv yaylım atəşi sistemi öz dağıdıcı gücünə və taktiki-texniki göstəricilərinə görə dünyada bənzəri yoxdur. == Texniki quruluşu == Smerç sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir.
Smerç
Smerç (silah)
Sperm
Sperma — kişilərə xas qamet. Xayada olan bu hüceyrələrin yaranması yetkinlik dövründə başlayır. Üst hissəsində və döllənmə əsnasında yumurtaya irsi məlumat (DNT) köçürür. Quyruqlu və hərəkətlidir. İnsanlarda cütləşmə əsnasında təxminən 150-200 milyon sperma atılır. Lakin yumurtanı təkcə bir sperma hüceyrəsi dölləyə bilər. Bir sperma bir yumurta hüceyrəsinə çatanda, yumurtaya girmək üçün quyruğunu çöldə qoyub, yumurta zərindən keçərək irsi məlumatları yumurtaya çatdırmış olur. Spermalar sıx konsistensiyada bir mayenin içində olurlar. Bu mayenin adına meni və ya daha geniş yayılmış adı ilə sperma deyilir. Spermanın içində irsi məlumatlar olur.
Şuəra
26-cı surə
Şverin
Şverin (alm. Schwerin‎) — Almaniyada şəhər, Meklenburq-Ön Pomeraniya əyalətinin paytaxtı. 95,740 nəfər əhalisi ilə Şverin Almaniyada əyalət mərkəzi şəhərləri arasında ən az əhaliyə malik şəhər, həmçinin Meklenburq-Ön Pomeraniya əyalətində Rostokdan sonra ikinci ən böyük şəhərdir. == Qardaş şəhərlər == Vaasa, Finlandiya Recco nel Emiliya, İtaliya Vuppertal, Almaniya Tallinn, Estoniya Pila, Polşa Odense, Danimarka Miluoki, Fransa == Şəxslər == Oliver Ridel — Rammstein adlı alman musiqi qrupunun bas gitaristi. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Şverin haqqında səyahət məlumatları var.
Stera
Cratystylis (lat. Cratystylis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Stera Ewart == Növləri == Cratystylis centralis Albr.
Cərh
Cərh — ərəb dilində "yaralamaq", "təsir etmək", "bir yaranı deşmək" mənalarını ifadə edir. Hədis termini olaraq "cərh" müəyyən səbəblərdən ravinin rədd edilməsinə, tənqid edilməsinə deyilir. Bunun üçün cərh ləfzlərindən istifadə edilir. Məsələn: zəif, mətruk, kəzzab və s.
Sarh
Sarh şəhəri (fr. Sarh) — Sarh köhnə adı ilə Fort-Arçambault Çadın Ncamena və Mundu şəhərlərindən sonra ən böyük üçüncü şəhəridir. Şəhər Moyen-Şari (Mərkəzi Şari) regionunun Barh-Köh şöbəsinin inzibati mərkəzidir. Əhalisi 2012-ci 103270 nəfər olmuşdur. Dəniz səviyyəsindən 353 m yüksəklikdə yerləşən şəhər, Şari çayının sahilində paytaxt Ncamenadan təxminən 550 km cənub-şərqdə yerləşir. Çadla Mərkəzi Afrika Respublikasını birləşdirən avtomobil yolu da bu şəhərdən keçir . Şəhərin adı burada üstünlük təşkil edən Sara etnik qrupunun adından yaranmışdır. == İqtisadiyyatı == Çadın digər böyük şəhərlərindən fərqli olaraq Sarhın iqlimi daha rütubətli (il ərzində bura 969,3 mm yağış düşür) və sərindir. Məhz, iqliminin münbitliyi şəhərin Çadda pambıq sənayesinin mərkəzi olmasını təmin etmişdir. Pambıqçılıqla yanaşı şəhərdə balıqçılıqla da məşğul olurlar.
Sehr
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Akkan Suvər
Akkan Suvər — Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti, Mərmərə Qrupu Fondunun prezidenti, "Tərəqqi" medalı laureatı. == Həyatı == Akkan Suvər 1942-ci il avqustun 8-də İstanbul şəhərində anadan olub. O, 1987-1995-ci illərdə Milliyyətci Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub. 1997-ci ildə özünün qərarı ilə tutduğu vəzifədən azad edilib. Aktiv fəaliyyətinə və səylərinə gorə YUNESKO tərəfindən Mərmərə Qrupu Fondu Mədəniyyətlərarası Dialoq Komissiyasına uzv kimi qəbul olunub. 2009-cu il martın 4-də təsis olunmuş Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti və təsisçi üzvüdür. Hazırda Mərmərə Qrupu Fondunun prezidentidir. == Mükafatları == 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Aleksandr Sever
Mark Avreli Sever Aleksandr (lat. Marcus Aurelius Severus Alexander), Roma tarixşünaslığında daha çox Aleksandr Sever kimi tanınır (1 oktyabr 208 – 19 mart 235) — 13 mart 222-ci ildən 19 mart 235-ci ilə qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Sever sülaləsinin sonuncu padşahı olmuşdur. Sever Helioqabalın əmisioğlu və xələfi olmuşdur. == Həyatı == Aleksandr Sever padşahlıq etməyə başlayanda onun on dörd yaşı var idi. Hökumətə pretori prefekti hüquqşünas Ulpian rəhbərlik edirdi. İmperiyanın iqtisadi vəziyyəti çətin halda idi və imperator ordunun xərclərini azaltmağa çalışırdı. O, həm də sosial müdafiə və xeyirxahlıq siyasəti həyata keçirirdi. Sasanilərin şərqdə yüksəlişi onu sülh danışıqları aparmağa məcbur etmişdir. O, həmçinin Maynsda german tayfaları ilə danışıqlar aparmağa çalışsa da, legionerləri tərəfindən öldürülmüşdür.
Antal Szerb
Antal Serb (mac. Szerb Antal; d. 1 may 1901, Budapeşt, Avstriya-Macarıstan – ö. 27 yanvar 1945, Balf, Sopron, Macarıstan) — Macarıstan yazıçısı, alimi, ədəbiyyat tarixçisi və tərcüməçisi. Macar ədəbiyyatının ən mühüm yazıçı, tənqidçi və ədəbiyyat tarixçilərindən biridir. Pendangron mifi (mac. A Pendragon legenda, 1934) və Səyyah və ay işığı (mac. Utas és holdvilág, 1937) adlı romanları ilə beynəlxalq aləmdə məşhurluq qazanmışdır. == Həyatı == 1901-ci il may ayının 1-də Budapeştdə yəhudilikdən katolikliyə keçmiş ailədə anadan olmuşdur. 1938-ci ildə jurnalist-yazıçı Aladar Balindin qızı Klara Balint ilə evlənmişdir.
Avern (Fransa)
Avern (fr. Avernes) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz. Əhalisi — 776 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 45 km şimal-qərbində, Serji belediyyənin 16 km qərbdə yerləşir.
Brenna Sperk
Brenna Sperk (ing. Brenna Sparks; 2 fevral 1992) — amerikalı pornoaktrisa. == Bioqrafiya == 2 fevral 1992-ci ildə Nevada ştatının Las-Veqas şəhərində Laoslu asiya mənsubiyyətli ailənin uşağı olaraq dünyaya gəldi. Məktəbdən ayrıldıqdan sonra bir neçə ay Five Guys fast-food restoranında ofsiant olaraq işlədi. Buradan ayrıldıqdan sonra karyerasına ekzotik rəqqas olaraq başladı. Daha sonra pornoqrafiya sənayesinə daxil oldu. 2016-cı ilin sonunda — 24 yaşında ilk dəfə pornoqrafiya aktriası olaraq porno filmdə yer aldı. Aktrisa olaraq Hard X, Evil Angel, Devil's Film, Wicked, Girlfriends Films, Bangbros, Digital Playground, Reality Kings, 3rd Degree, Sweetheart Video, Hustler, Tushy, Naughty America, Brazzers və Blacked kimi şirkətlərlə işlədi. 2019-cu ildə pornoqrafiya sənayesində ilk mükafatına nominasiya göstərildi. Nominasiya göstərildiyi mükafatlara Spank Bank (2018–2019), AltPorn (2019), AVN (2019–2020), Urban X (2019), XBIZ (2019) mükafatları aiddir.
Cill Severi
Cill Severi (2 may 1972) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Cill Severi Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cill Severi Olimpiadanın qalibi olub.
Devid Stern
Devid Joel Stern (22 sentyabr 1942, Nyu-York, Nyu-York ştatı – 1 yanvar 2020, Manhetten, Nyu-York ştatı) — 1984 ilə 2014 arasında NBA-nın patronu olan Amerikalı idman adamıdır. Bu, NBA-nı yerli liqaya çevirərək dünyanın ən böyük idman təşkilatlarından birinə çevirdi. Bunu edərkən həyata keçirdiyi köklü qərarlar əvvəlcə reaksiya qazandırsa da, sonrakı illərdə düşdü. Bu tətbiqlərə misal olaraq NBA Geyimi Kodunu göstərmək olar. == Həyatı == Devid Joel Stern 22 sentyabr 1942-ci ildə Nyu-York ştatında anadan olmuşdur.
Kray Sveta
Kray Sveta burnu — Rusiya, Saxalin vilayəti, Şikotan adasında yerləşən burun. Sakit okeanın daxilinə uzanan və 40-50 metr pilləvari şəkildə alçalan bir qayalı ərazidir.. XX əsrin ikini yarısında rəssam və turisrtlər arasında məşhurluq qazanmışdır. Burundan digər quru parçasına olan məsafə 5400 km-dir. Aydın havada Kunaşir və İturup adalarında olan vulkan və dağları görmək mümkündür. Burunun özünü isə adanın şərq nöqtəsində yerləşən Krab burnundan müşahidə etmək mümkündür. Burunun pillələri ilə hərəkər etmək üçün 10 km məsafə qət etmək lazım gəlir buruna bu adı bölgənin RSFSR tərkibinə keçdikdən sonra 1946-cı ildə adanı tətqiq etmiş Yuri Efremov vermişdir.
Lloyd Sherr
Lloyd Sherr (ing. Lloyd Sherr; 28 fevral 1956, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru.