Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Banyan VINES
Banyan VINESVINES (for Virtual Integrated NEtwork Service) Banyan şirkətinin təklif etdiyi şəbəkə növü (Banyan uzun budaqları və çoxlu kökləri olan ağacdır.) 1984-cü ildə istifadəyə verilmişdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aviles
Aviles (isp. Avilés) — İspaniyanın şimalında, Ovyedo əyalətində şəhər. Asturiya tarixi vilayətində yerləşən şəhər Aviles çayının Biskay körfəzinə töküldüyü yerdə liman rolunu daşıyır. Burada metallurgiya və kimya sənayesi var. Kurort şəhərdir.
Oscines
Oxuyan sərçələr (lat. Passeri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
SMILES
SMILES (ing. Simplified Molecular Input Line Entry Specification - Molekulyar girişi sadələşdirən xəttin giriş spesifikasiyası) - ASCII sxemi ilə kimyəvi maddənin birbaşa stukturunu izah edən sistemdir. Digər "smiles" (azərb. gülüşlər‎) adlı ingilis sözünün omonimidir.
Sfinks
Sfinks (yunan)
Sviter
Sviter- toxunma vasitəsilə düzəldilən geyim. Bədənin yuxarı hissəsini və qollarını əhatə etmək üçün nəzərdə tutulub. Bütün yaşlarda olan kişi, qadın və uşaqlar arasında populardır.
Şpinel
Şpinel — mineral, alümoşpinellər qrupu MgAl2O4. Şpinel qrupun başqa mineralları (hersinit, qanit və qalaksit) izomorf sıralar əmələ gətirir. Al qismən Fe3+, Cr3+, Mn3+-la əvəz olunur. Kubik. Kristalları oktaedrik, bəzən kubik, rombododekaedrik. İkiləşmə {111} şpinel qanunu üzrə, bəzən polisintetik, nadir hallarda {211} üzrə. Ayrılma {111} üzrə qeyri-mükəm­məl. Aqreqat: dənəvər, tək-tək dənələr. Rəngi müxtəlif çalarlı, qırmızı, yaşıl, göy, qara, rəngsiz. Cizgisi ağ.
Svinqen
Svinqen — İsveçrə xalq güləşi üslubudur. Schwingen və Steinstossen 1855-ci ildə Lozannada keçirilən Eidgenössisches Turnfest-ə Milliturnen ("milli gimnastika") kimi daxil edildi. Xalq güləşinin digər növlərində olduğu kimi, İsveçrədəki Şvinqenin də köklərini dəqiq müəyyən etmək mümkün deyil. İdmanın müasir tarixi 1805-ci il Unspunnenfestin Vasitəçilik dövründən başlayıb. 19-cu əsrin sonlarında yaddaqalan Şvinq festivalları və təhsilli gimnastika müəllimlərinin canlı fəaliyyəti Şvinqeni böyük şəhərlərə gətirib. Beləliklə, çobanların və əkinçilərin ilkin mübarizəsi bütün sosial səviyyələrə çatan milli idmana çevrilir. Eidgenössischer Schwingerverband (milli federasiya, 1895-ci ildə yaradılmış) başçılıq etdiyi assosiasiyalar regional xüsusiyyətləri birləşdirərək, döyüşçülərin bacarıqlarını tədris kitabları və təcrübələri ilə təkmilləşdirərək və müasir turnir qaydaları yaradaraq idmanı təşkil edirdilər. Qarşılaşma halqada baş verir, diametri 12 metr olan dairəvi sahədə, yonqarla örtülür. İki rəqib paltarlarının üstünə jütdən tikilmiş qısa şalvar geyinirlər. Güləşçilər bir-birlərini bu şalvardan, kəmərin birləşdiyi yerdə arxadan tutur və rəqibi onun kürəyinə atmağa çalışırlar.
Esmines
Esmines və ya destroyer — dəniz terminologiyasında (az.dağıtmaq və ya məhv etmək), sürətli, yüksək manevr qabiliyyətli, zirehli, dözümlü, donanma və ya hücum qruplarına, kiçik hərbi dəniz nəqliyyat vasitələrindən (torpedo gəmiləri, sualtı qayıqlar və hərbi təyyarələr) gələn hücumlardan müdafiə və müşahidə funksiyasını icra edən bir hərbi gəmidir. Böyük döyüş gəmiləri arasında orta mövqe tutan Destroyer, Freqatdan daha böyük və daha genişdir, bir az yüngül həcmli Kreyserdən daha kiçikdir. Birinci Dünya müharibəsindən əvvəl destroyerlər okeanarxası missiyalar üçün nəzərdə tutulmamış, yüngül döyüş gəmiləri idi, buna görə də bir destroyer qrupu və ya destroyer qayığı şəklində istifadə edilərkən, İkinci Dünya müharibəsi dövründə və sonra, xüsusən 1950-1960-cı illərdə onlar kreyserlər qədər müstəqil və vacib idilər. Bununla bərabər, ABŞ-nin Iowa sinifli iki döyüş gəmisi var ki, onlar hal-hazırda aktiv şəkildə istifadə edilmirlər, lakin hər hansı bir ehtiyac yaranarsa onlar aktivləşdirilməyə qadirdirlər. Müasir destroyerlər çəki baxımından İkinci Dünya müharibəsinin kreyserlərinə bərabər olsalar da, kiçik bir yaylım atəşi ilə şəhərləri belə məhv etmək və nüvə başlığı ilə təchiz olunmuş döyüş raketləri ilə onlardan üstündürlər. Torpedo atmaq qabiliyyətinə malikdirlər.
Shine
Shine — (Azərbaycanca: Parla) Avstriyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Sinek
Sinek — rok qrupudur. Onların musiqi alternativi rokun və pop musiqisinin sintezidir. Qrup beş musiqiçidən — Adem Polat, Uğur Koçoğlu, Gökhan Çevir, Sabri Uluhan və Gökhan Taşkın ibarətdir. Uğur Koçoğlu qrupun solistidir.
Sving
Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vurğusuz və zəif taktı təmsil edir. Swing'ə müraciət edən qruplarda adətən melodiyanı aranjemana uyğun olaraq improvizasiya edə bilən solo ifaçısı olur. Benni Qudmen kimi biq-bend və bendliderlərin rəqsediləbilən swing tərzi 1935–46-cı illərdə Amerikada populyar musiqinin dominant növündən olmuşdur. Təsadüfi deyil ki, həmin dövrü swing erası adlandırmışdılar. İngiliscə fel kimi "to swing" yüksək dərəcədə oynaq olan ifanı daha da güclü ifadə etmək üçün işlədilir. Lui Armstronq, Duke Ellinqton, Count Basie,Benny Qudmen, Artie Shaw, Qlenn Miller, Vudi Herman və Cab Calloway swing erasının önəmli ifaçılarıdır. Swing'in yaranma tarixi 1920-ci illərdəki böyük musiqi ansambllarının yeni aranjemanlar etməsinə dayanır. Swing tərzində ifa edilən musiqi misdən hazırlanmış, eyni zamanda da nəfəsli musiqi alətlərindən istifadədə sərbəst olub, sıx ritmə malik olur. Ən geniş yayılmış tərzi qrup üzvlərinin müşayiəti altında ifa olunan xorlardan və solosu improvizasiya edilmiş xorlardan ibarət olur.
Svinq
Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vurğusuz və zəif taktı təmsil edir. Swing'ə müraciət edən qruplarda adətən melodiyanı aranjemana uyğun olaraq improvizasiya edə bilən solo ifaçısı olur. Benni Qudmen kimi biq-bend və bendliderlərin rəqsediləbilən swing tərzi 1935–46-cı illərdə Amerikada populyar musiqinin dominant növündən olmuşdur. Təsadüfi deyil ki, həmin dövrü swing erası adlandırmışdılar. İngiliscə fel kimi "to swing" yüksək dərəcədə oynaq olan ifanı daha da güclü ifadə etmək üçün işlədilir. Lui Armstronq, Duke Ellinqton, Count Basie,Benny Qudmen, Artie Shaw, Qlenn Miller, Vudi Herman və Cab Calloway swing erasının önəmli ifaçılarıdır. Swing'in yaranma tarixi 1920-ci illərdəki böyük musiqi ansambllarının yeni aranjemanlar etməsinə dayanır. Swing tərzində ifa edilən musiqi misdən hazırlanmış, eyni zamanda da nəfəsli musiqi alətlərindən istifadədə sərbəst olub, sıx ritmə malik olur. Ən geniş yayılmış tərzi qrup üzvlərinin müşayiəti altında ifa olunan xorlardan və solosu improvizasiya edilmiş xorlardan ibarət olur.
Viləş
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalisi 2397 nəfərdir. Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir. Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar.
Şinus
Şinus (lat. Schinus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinə aid bitki cinsi.
Sinis
Sinis və ya Sinid ( q.yun. Σίνις ) — yunan mifologiyasında Polipemon və Sileyin oğlu. Onun Pitiokamp ləqəbi var idi. Periquna adlı bir qızı var idi.
Erigeron ovinus
Erigeron ovinus (lat. Erigeron ovinus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Moj Svijet
Moj Svijet (azərb. Mənim Dünyam‎) — Monteneqronun 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Neoseiulus spineus
Neoseiulus spineus (lat. Neoseiulus spineus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Ovanes Abelyan
Ovanes Abelyan (erm. Հովհաննես Աբելյան; 23 oktyabr (4 noyabr) 1865, Şamaxı – 1 iyul 1936, İrəvan, Ermənistan SSR, SSRİ) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1932). 4 noyabr 1865-ci ildə Şamaxıda anadan olmuşdur. Uzun illər Bakı Erməni teatrında səhnə almışdır. 1 iyul 1936-cı ildə İrəvanda vəfat etmişdir.
Ovanes Kaçaznuni
Hovanes Kacaznuni (erm: Յովհաննէս Քաջազնունի; 14 fevral 1868, Axalsıx, Rusiya imperiyası – 15 yanvar 1938, İrəvan, Ermənistan SSR, SSRİ) — 1918-ci ildə qurulan Ermənistan hökumətinin ilk baş naziri və "Daşnaksütyun" partiyasının liderlərindən. 1867-ci ildə Axalsıxda doğulmuşdur. Tiflis real məktəbini, İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir (1893). İxtisasca memardır. 1883-cü ildən inqilabi hərəkata qoşulmuşdur. 1906-cı ildə o, sənayeçi Aleksandr Mantaşevdən "Daşnaksütyun" partiyasının ehtiyacları üçün pul tələb etmək üçün Nitsaya getmişdir. 1907-ci ildə Avropaya mühacirət etmiş, 1914-cü ildə gizli şəkildə Tiflisə qayıtmışdır. 1918-ci ildə Zaqafqaziya Seyminin üzvü, Ermənistan Respublikasının ilk baş naziri, sonra Ermənistan parlamentinin sədri olmuşdur. 1921-ci ildə həbs olunub, daşnaklar tərəfindən azad edilib. 1921-ci ildən İrana, sonra Rumıniyaya mühacirət etdi.
Ovanes Sarkavaq
Ovanes İmastaser və ya Ovanes Sarkavaq (erm. Հովհաննես Իմաստասեր; 1045, Pərisuz – 1129, Ağpat[d], Gürcüstan çarlığı) — erməni şairi, filosofu, ilahiyyatçısı, astronomu. O, erməni təqviminin islahatçısıdır. Ovanes İmastaserin tərcümeyi-halı haqqında çox şey məlum deyil. Buna baxmayaraq, onun 1378-ci ildə köçürülmüş əlyazma bioqrafiyası tapılmışdır. Əlyazmanın müəllifi, ehtimal ki, XII əsrin ortalarında yaşamış, bioqrafiya üçün İmastaserin tələbələrindən materiallar toplamışdır. Rəvayətə görə, Ovanes İmastaser Ağpat monastırında yaşayırdı. Армянская средневековая лирика. М.: «Советский писатель». сост.
Ovanes Tlkurantsi
Ovanes Tlkurantsi (erm. Հովհաննես Թլկուրանցի; bilinmir – bilinmir) — XIV–XV əsrlərdə yaşamış erməni şairi. Ovanes Tlkurantsi Kilikiya yaxınlığındakı Tlkuran kəndində, monastır ailəsində anadan olmuşdur. Onun yaradıcılığı məhəbbət və təbiət mövzusuna toxunan didaktik şeir və mahnılardan ibarətdir. Tlkurantsi öz əsərlərinə musiqi də bəstələmişdir. O, antifeodal dünyəvi poeziya ənənələrini davam etdirərək qadın və məhəbbət gözəlliyini açıq şəkildə tərənnüm etmiş, dövrün erməni məhəbbət lirikasını alleqoriya və konvensiyalardan azad etmişdir. Tlkurantsinin şeirləri canlı obrazlar, buradakı hisslərin fırtınalı püskürməsi ilə seçilir. Onun əsərləri hələ sağlığında layiqli şöhrət qazanmışdır. O, şifahi xalq yaradıcılığı materialı əsasında epik əsərlər də yaratmışdır. Beləliklə, Tlkurantsi şifahi xalq yaradıcılığı materialını emal edən ilk erməni şairinə çevrilmişdir.
Ovanes Tsaretsi
Ovanes Tsaretsi və ya Ovannisik Tsaretsi (erm. Հովհաննիսիկ Ծարեցի; 1560, Zar, Xaçın knyazlığı – bilinmir) — XVI əsr erməni tarixçisi.. Ovanes Tsaretsi əslən Xaçın knyazlığının Tsar bölgəsindən idi. Atasının adı Melkon idi. O, Artaz qavarındakı Müqəddəs Faddey monastırında keşiş olmuşdur. Buna baxmayaraq, bunun Qarabağdakı eyniadlı monastır, yəni Dadivəng ola biləcəyinə dair bir nəzəriyyə var. Onu tez-tez adaşı və əmisi – 1583-cü ildə vəfat etmiş Ovannes Cahanşah oğlu Tsaretsi ilə qarışdırırlar. Nerses Qnunetsi və əmisi ona təlim keçmişdir. Əlyazmaların bərpası və siyahıya alınması ilə məşğul olmuş, sonralar vardapetçi olmuşdur. Sotk qavarında Müqəddəs Astvatsatsin kilsəsinin tikintisinsə iştirak etmişdir.
Ovanes İmastaser
Ovanes İmastaser və ya Ovanes Sarkavaq (erm. Հովհաննես Իմաստասեր; 1045, Pərisuz – 1129, Ağpat[d], Gürcüstan çarlığı) — erməni şairi, filosofu, ilahiyyatçısı, astronomu. O, erməni təqviminin islahatçısıdır. Ovanes İmastaserin tərcümeyi-halı haqqında çox şey məlum deyil. Buna baxmayaraq, onun 1378-ci ildə köçürülmüş əlyazma bioqrafiyası tapılmışdır. Əlyazmanın müəllifi, ehtimal ki, XII əsrin ortalarında yaşamış, bioqrafiya üçün İmastaserin tələbələrindən materiallar toplamışdır. Rəvayətə görə, Ovanes İmastaser Ağpat monastırında yaşayırdı. Армянская средневековая лирика. М.: «Советский писатель». сост.