Sfinks (yunan)
Sfinks (yun. Σφίγξ "canalan, canboğan") yunan mifologiyasında Tifondan törənmiş qadın başlı, quş qanadlı, bəbir ya şir bədənli əcaib bir heyvan, Ximeranın bacısı.
Lay çar taxtına oturduqdan sonra İokastaya evlənir. İllər keçsə də onların uşağı olmur. Çar Delfi peyğənbərinə müraciət edir. peyğənbər ona evladsız qalmağı məsləhət görür. Oğlu olarsa öldürüb onun taxtına sahib olacağını deyir. Bundan qorxan Lay Iokasta ilə yatmaqdan ehtiyat edir, lakin bir dəfə İokasta layı içirdərək yatağına salır ki, nəticədə onların oğlu dünyaya gəlmiş olur. Lay uşağın hər iki ayağını deşərək qandalın qızıl həlqəsinə keçirdir və Kiferon dağının ətəyinə atmağı inandığı bir çobana tapşırır. Çobanın uşağa yazığı gələrək, kimliyini bildirmədən Korinfa çarı Polibin mehtərinə verir.