Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
"Scanno" mükafatı
Skanno mükafatı (it. Premio Scanno) — İtaliyanın Tanturri Fondunun təsis etdiyi mükafat. Mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir.1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş bu mükafat müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Tanturri Fondu ənənəvi olaraq hər il ədəbiyyat, hüquq, sosiologiya, ekologiya, tibb, musiqi, ədəbiyyat və digər nominasiyalar üzrə fərqlənən şəxslərə "Skanno mükafatı"nı təqdim edir.
Skanno mükafatı
Skanno mükafatı (it. Premio Scanno) — İtaliyanın Tanturri Fondunun təsis etdiyi mükafat. Mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir.1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş bu mükafat müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Tanturri Fondu ənənəvi olaraq hər il ədəbiyyat, hüquq, sosiologiya, ekologiya, tibb, musiqi, ədəbiyyat və digər nominasiyalar üzrə fərqlənən şəxslərə "Skanno mükafatı"nı təqdim edir.
Anton Vayno
Anton Vayno (est. Anton Vaino, rus. Анто́н Эдуа́рдович Ва́йно; d. 17 fevral 1972, Tallin, Estoniya SSR, SSRİ) — Rusiya prezidenti Administrasiyasının rəhbəri (12 avqust 2016-cı ildən). == Həyatı == 17 fevral 1972-ci ildə Estoniya SSR-in paytaxtı Tallində anadan olmuşdur. 1996-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Rusiyanın Yaponiyadakı səfirliyində, Xarici İşlər Nazirliyində işləmişdir. 2003-cü ildə Rusiya Prezident Administrasiyasına keçmiş və protokol xidməti İdarəsinə təyin olunmuşdur. O, bu idarədə müxtəlif vəzifələr tutmuşdur. Putin prezident postunu Dmitri Medvedyevə ötürdüyü dövrdə baş nazir postuna keçəndə Anton Vayno Hökumət Aparatına təyin olunub, daha sonra aparat rəhbərinin müavini, baş nazirin protokol xidmətinin rəhbəri olmuşdur.
Karl Vayno
Karl Vayno (est. Karl Vaino, rus. Карл Ге́нрихович Ва́йно; 28 may 1923, Tomsk – 12 fevral 2022, Moskva) — Estoniya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1978–1988). == Həyatı == 28 may 1923-cü ildə Tomsk şəhərində eston kommunisti Henrix Vaynonun ailəsində anadan olmuşdur. 1978–1988-ci illərdə Estoniya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləmişdir. Estoniyada etirazların başlamasından sonra vəzifəsindən çıxarılmış, Moskvaya, Sov. İKP MK-da vəzifəyə təyin olunmuşdur. Son illərə qədər Moskvada yaşamışdır.
Svazi dili
Svati dili və ya Svazi dili(svati siSwati, zulu isiSwazi Bantu dillərinin Nquni qrupuna aid olan dildir. Esvatini və Cənubi Afrika Respublikasında svazilər tərəfindən danışılır.
İvano-Frankovsk
İvano-Frankovsk (ukr. Івано-Франківськ, Iwano-Frankiws'k, pol. Iwano-Frankowsk) — Ukraynada şəhər. Ukraynanın qərbində, Rumıniya sərhədində yerələşir. Əhalinin sayı təxminən 224700 nəfərdir. Şəhər 83,73 km²-lik bir sahədə yerləşir. İvano-Frankovsk şəhəriçi avtobuslar, trolleybuslar və taksilər daxil olmaqla geniş ictimai nəqliyyat şəbəkəsinə malikdir. Şəhərdə bir dəmiryol vağzalı yerləşir. Şəhər 1650-ci ildə Stanislavov adı ilə yaradılmışdır.
Şvann Teodor
Teodor Şvann (alm. Theodor Schwann‎, 7 dekabr 1810, Neys - 14 yanvar 1882, Köln) — alman sitoloqu, histoloqu, fiyioloqu və Hüceyrə nəzəriyyəsinin həmmüəllifi == Həyat və fəaliyyəti == Teodor zərgər Leonard Şvanın ailəsində, dünyaya gəlmişdir. İbtidai sinifdən sonra Teodor Şvann əvvəlcə Neys, sonra Kölndə "Üç kral" - Marçel gimnaziyasına gedərək, 1829-cu ildə kamal attestatını alır. Yohannes Peter Müllerin rəhbərlik etdiyi və XIX əsrin bir çox görkəmli alman fizioloqlarının dərs dediyi Berlin universitetində tibb təhsili alır. Sonra o təhsilini Bonn, daha sonra isə Vürzburq və yenidən Berlində davam etdirmiş olur. Würzburqda oxuyarkən tələbə cəmiyyəti "Amicita"nın üzvü olur. 1836-cı ildə hələ Berlin universitetinin tələbəsi olarkən mədə şirəsində həzm enzimi pepsini aşkar edir. 1837-ci ildə Teodor Şvan işıq, hava və istinin təsirindən çürümənin və maya göbələklərinin təsirindən qıcqırmanın baş verməsini, izah etmişdir. Teodor Şvan 1838-ci ildə Katolik Löven universitetinin və 1848-ci ildə Lüttix universitetinin professoru seçilir. Teodor aşkar edir ki, şəkər və nişastanın qıcqırması həyati - bioloji bir prosesdir.
Sanzo Nosaka
Sanzo Nosaka (野坂 参三, Nosaka Sanzō, 30 mart 1892, Hagi[d] – 14 noyabr 1993, Tokio) — Yaponiya yazıçısı, redaktoru, əmək təşkilatçısı, kommunist agenti, siyasətçisi və universitet professoru, Yaponiya Kommunist Partiyasının qurucusu. == Həyatı == Sanzo Nosaka 30 mart 1892-ci il tarixində Yaponiyanın Hagi şəhərində anadan olmuşdur. O, 1922-ci ildən Yaponiya Kommunist Partiyasının (YKP) üzvüdür. Nosaka 1922–1928-ci illərdə əmək federasiyasında işləmiş, inqilabi fəalliyyətinə görə gəbs cəzasına məhkum edilmiş, 1930-cu ildə azadlığa buraxılmışdır. O, 1930-cu ildən YKP Mərkəzi Komitəsinin üzvüdür. Nosaka 1932-ci ildən Moskvaya göndərilmiş, Kominterndə YKP-nin nümayəndəsi olmuş, Kominternin VII konqresində (1935) Kommunist İnternasionalının İcraiyyə Komitəsiin (KİİK) və KİİK Rəyasət heyətinin üzvü seçilmişdir. O, 1940-cı ildə Çinə köçmüş, yapon xalqının azadlıq cəmiyyətinin təşkilində fəal iştirak etmişdir. Nosaka 1946-cı ildə Yaponiyaya qayıtmışdır. Burada o, YKP MK, MK Siyasi Bürosunun və Katibliyinin üzvü, 1955-ci ildə YKP MK Rəyasət heyətinin üzvü seçilmişdir. Nosaka 1958–1982-ci illərdə YKP MK sədri idi.
Kristofer Mireles Suazo
Kristofer Mireles Suazo (25 noyabr 1992) — Meksikalı peşəkar kişi BMX velosipedçisi. Kristofer Mireles Suazo Meksikanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Kristofer Mireles Suazo 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.091 saniyəlik nəticəsi ilə 74-cü yeri tutdu.
İvano-Frankivsk vilayəti
İvano-Frankovsk vilayəti (ukr. Івано-Франківська область) — Ukraynanın qərbində yerləşən vilayət.
İvano-Frankovsk vilayəti
İvano-Frankovsk vilayəti (ukr. Івано-Франківська область) — Ukraynanın qərbində yerləşən vilayət.
Şarno-syur-En
Şarno-syur-En (fr. Charnoz-sur-Ain) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Meksimyo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01088. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 32 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 37 km cənubda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 911 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 608 nəfər (15-64 yaş arasında) arasında 483 nəfər iqtisadi cəhətdən, 125 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,4%, 1999-cu ildə 79,1%). Aktiv 483 sakindən 469 nəfər (245 kişi və 224 qadın), 14 nəfər işsizdir (7 kişi və 7 qadın).
Hiroko Sano
Hiroko Sano (d. 5 fevral 1983) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Rihey Sano
Rihey Sano (21 sentyabr 1912 - 26 mart 1992) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Sano Manabu
Sano Manabu (佐野学, 22 fevral 1892, Oita – 9 mart 1953) – Yaponiya iqtisadçısı və sosial aktivisti. Yaponiya Kommunist Partiyasının qurucularından biridir. Fukumotoizmin qatı əleyhdarı olmuşdur. == İlk illəri == 1892-ci ildə Yaponiyanın Oita prefekturasında doğulmuşdur. Ailənin yeddi uşağından altıncısı və üç oğlundan sonuncusu idi. Onun babası Hakuyo Naqasaki şəhərində ranqaku müəllimiliyi etmiş Aleksandr Ziboldun tələbəsi olmuşdur.Sano 1905-ci ildə Kitsuki orta məktəbinə daxil olmuşdur. 1908-ci ildə "Yorozu choho" jurnalı üçün yazdığı məqaləyə görə mükafat qazanmışdır. == Fəaliyyəti == 1917-ci ildə Tokio Universitetindən məzun olmuşdur. Universitetdə tələbə olduğu dövrdə sosialist hərəkatla tanış olmuş və Şincinkay adlı qruplaşmanın qurulmasında kömək etmişdir. 1920-ci ildə Vaseda Universitetində iqtisadiyyat haqqında mühazirələr verməyə başlamışdır.
Sano Tsunetami
Sano Tsunetami (佐野 常民, 28 dekabr 1822, Hizen əyaləti[d], Saykaydo[d] – 12 dekabr 1902, Tokio) – Yaponiya siyasətçisi. Yaponiya donanmasının qurulmasında iştirak etmişdir. Yaponiya Qırmızı Aypara Cəmiyyətinin qurucusu kimi tanınır. == Həyatı == 1822-ci ildə Yaponiyanın Saqa hanında doğulmuşdur. Hirose Mototaka, Oqata Koan, İto Qenboku və başqa şəxslərin nəzarəti altında Qərb elmlərini öyrənmişdir. Tokuqava şoqunluğu tərəfindən Naqasakidə keçirilən ilk donanma təlimi proqramında iştirak etmişdir. Qərb elmlərinin donanma üçün istifadə olunmasında və yaşadığı han üçün donanmanın qurulmasında aktiv iştirak etmişdir.1867-ci ildə Avropa ölkələrinin hərbi sistemlərini tədqiq etmişdir. 1868-ci ildə Meyci islahatından sonra Yaponiya donanmasının qurulmasında iştirak etmişdir. 1877-ci ildə Satsuma üsyanında yaralanan əsgərlərə tibbi yardım göstərmək üçün Xeyriyyə cəmiyyəti (博愛社, Hakuayşa) adlı təşkilat qurmuşdur. Bu təşkilat 1887-ci ildə Yaponiya Qırmızı Aypara Cəmiyyətinə çevrilmiş, Sano ilk prezidenti olmuşdur.Qenroin təşkilatında fəaliyyət göstərmiş, eləcə də, maliyyə naziri, gizli məsləhətçi, kənd təsərrüfatı və ticarət naziri kimi vəzifələri tutmuşdur.
Svan dili
Svan dili — Kartvel dillərindən biri, svanların ana dilidir. Daşıyıcıları əsasən Gürcüstanda yaşayırlar. Ethnologue 1978–ci ildə gerçəkləşmiş IX nəşrində svan dilində danışanların ümumi sayını 35 min nəfər təxmin etmişdir.. Bütün svanlar gürcü dilini bilirlər. Dilin əlifbası yoxdur.
Toru Sano
Toru Sano (d. 15 noyabr 1963) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Vano Zodelava
Vano Zodelava (gürc.
Yuko Sano
Yuko Sano — yapon qadın libero. 1979-cu ildə Yaponiyanın Takatsuki şəhərində anadan olmuşdur. Hal-hazırda Yaponiyanın Denso Airybees komandasında oynayır. == Karyerası == Yuko Sano həvəskar karyerasına Kitasaga məktəbində başlamışdı. 1998-ci ilə qədər burada təcrübə yığan voleybolçu 2000-ci ildə Toray Arrovs komandasına transfer olunmuşdu. Voleybolçu 2002-ci ildə Yaponiya millisinə ilk dəfə olaraq çağrılmışdı. Həmin il milli komanda ilə birlikdə Almaniyada keçirilən dünya çempionatında da iştirak etmişdi. Burada dünya on dördüncülüyü yaşayan voleybolçu milli komanda karyerasındakı ilk böyük uğuruna imza atmışdı. Ancaq bu kiçik uğur növbəti nailiyyətlərdən sonra uğur olmaqdan çıxmışdı. Belə ki, voleybolçu 2007-ci ildə Asiya çempionluğu qazanmışdı.
Şano-Şatne
Şano-Şatne (fr. Chanoz-Châtenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01084. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 360 km cənub-şərqində, Lion şəhərindən 50 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 16 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 706 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 437 nəfərin (15-64 yaş arasında) 362 nəfəri iqtisadi cəhətdən fəal, 75 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 82.8%, 1999-cu ildə 71.6%). Fəaliyyət göstərən 362 sakindən 335 nəfəri (178 kişi və 157 qadın), 27 nəfəri işsizdir (16 kişi və 11 qadın).
Qaliç (İvano-Frankovsk vilayəti)
Qaliç (ukr. Га́лич, Halıç) — Ukraynanın İvano-Frankovsk vilayətində şəhər. Qaliç icmasının inzibati mərkəzi. Dnestrin hər iki sahilində, sağ qolu olan Lukva çayının mənsəbində yerləşir. Rus torpaqlarının ən qədim şəhərlərindən biri olan Qaliç XII–XIV əsrlərdə Qaliç, sonra isə Qaliç-Volın knyazlıqlarının paytaxtı olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Гайдай Л. Історія України в особах, термінах, назвах і поняттях. — Луцьк: Вежа, 2000. (ukr.) Довідник з історії України. / За ред. І. Підкови та Р. Шуста.
Svan-Hanz kateteri
ing. Swan-Ganz ya ağciyər arteriyası kateteri ya da pulmonal kateter 1970-ci ildə kardioloqlar Uilyam Qans (ing. William Ganz) və Yeremi Suan (ing. Jeremy Swan) tərəfindən əsasən ürək patologiyalarında hemodinamik dəyişiklikləri müayinə etmək və qiymətləndirmək üçün icad edilmişdir. Kateter sonralar icad edənlərin şərəfinə ing. Swan-Ganz adlandırılmağa başlanılmış və bu adla da kardiologiyada öz yerini tutmuşdur. Kateter perkutan (dəridən keçməklə) mərkəzi venalardan birinə yeridilməklə ürəyin sağ qulaqcığına, oradan sağ mədəsiyə daha sonra isə ağciyər kötüyü vasitəsilə ağciyər artriyasına daxil edilir. Kateterin digər ucu isə müayinələri seyr etmək üçün manitorla əlaqələndirilir. Kateter növbə ilə ürəyin sağ şəbələrinə yeridilməklə onların hemodinamik göstəriciləri manitor vasitəsilə müşaidə olunur. Yekun olaraq kateterin ucu ağciyərin xırda arteriyalara qədər ğəlib çatdıqda onun ucundakı qovuq üfürdülərək (adətən maye yeritməklə) arteriyanın mənfəzinin qapanmasına nail olunur.
İvan İvanov-Vano
İvan Petroviç İvanov-Vano (rus. Иван Петрович Ивонов-Вано; d. 8 fevral 1900, Moskva, Rusiya imperiyası - ö. 25 mart, 1987, Moskva, Rusiya) — sovet kinorejissoru, rəssam və ssenari müəllifi. SSRİ Xalq Artisti (1985). == Mükafatları == SSRİ Xalq Artisti (1985) RSFSR xalq artisti (1969) Vasilyev qardaşları adına RSFSR dövlət mükafatı (1970) "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni iki dəfə "Qırmızı əmək bayrağı" ordeni == Filmoqrafiya == Üç muşketyor (cizgi filmi, 1938) Moydodır (cizgi filmi, 1939) Qış nağılı (cizgi filmi, 1945) Qazlar və qu quşu (cizgi filmi, 1949) Qar qızı (cizgi filmi, 1952) Meşə konserti (cizgi filmi, 1953) Cəsur dovşan (cizgi filmi, 1955) On iki ay (cizgi filmi, 1956) Dostluq haqqında mahnı (cizgi filmi, 1957) Buratinonun macəraları (cizgi filmi, 1959) Sehrli göl (cizgi filmi, 1979) Çar Sultan haqqında nağıl (cizgi filmi, 1984) == Mənbə == Сергей Капков. Энциклопедия отечественной мультипликации. М: Алгоритм, 2006. Иванов-Вано Иван Петрович. Советская энциклопедия.
İvano-Frankovsk Vilayəti İncəsənət Muzeyi
İvano-Frankovsk Vilayəti İncəsənət Muzeyi (ukr. Івано-Франківський обласний художній музей) — Qalisiya sakral sənətinin ən yaxşı kolleksiyalarından biri də daxil olmaqla, qiymətli sənət əsərləri kolleksiyası olan İvano-Frankivsk şəhərindəki sənət muzeyi. Bölgədə yeganə bədii profilli muzeyin fəaliyyəti Karpat bölgəsi rəssamlarının yaradıcılığının peşəkarlıqla öyrənilməsinə, qədim incəsənət nümunələrinin axtarışına, onların elmi tədqiqinə və saxlanmasına yönəlib. İvano-Frankovsk Vilayətı İncəsənət Muzeyi keçmiş məbədin binasında, dövlət əhəmiyyətli tarix-memarlıq abidəsi olan Müqəddəs Məryəm Kollegiya Kilsəsində yerləşir. Muzey İvano-Frankovsk şəhərinin mərkəzində, Şeptitski meydanında yerləşir. istirahət günü (bazar ertəsi) istisna olmaqla, hər gün saat 10:00-dan 17:00-dək ziyarətçilər üçün açıqdır. Muzeyin direktoru Deyneka Mixail Yaroslaviçdir. == Tarix == İvano-Frankovskdəki İncəsənət Muzeyi 1980-ci ildə 17-ci əsrin keçmiş dini binasının Potocki ailəsinin dəfn yeri olan Müqəddəs Məryəm Kollegiya Kilsəsi binasında açılır. İvano-Frankovsk İncəsənət Muzeyinin ilk ekspozisiyasında 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid sənət əsərləri nümayiş etdirilirdi. Eyni zamanda muzeyin iki filialı açılır.