Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dilos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır. Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.
Sibos
Sibos (ing. Sibos – Swift International Banking Operations Seminar) və ya SIBOS — Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi beynəlxalq sərgi-konfrans. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanılmışdır. İlk konfrans Brüsseldə keçirilmişdir. Hər il keçirilən bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılırlar. Müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır. Sibos dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platforma hesab edilir.
Pilos
Пи́лос (yun. Πύλος) — Yunanıstanın Peloponnes adasında yerləşən şəhəri. İoni dənizinin Navarin buxtasının sahilində, Aralıq dənizinin ən əlverişli yerlərindən birində, Kalamatadan 40 kilometr cənub-qərbdə yerləşir. Peloponnes periferiyasında Messiniya periferik vahidində Pilos-Nestor icmasının inzibati mərkəzidir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 2,345 nəfərdir.
Milos gürzəsi
Milos gürzəsi (lat. Macrovipera schweizeri) — Gürzələr fəsiləsinə Nəhəng gürzə cinsinə daxil olan növ. Populyasiyasının ümumi sayı 10 min baş olaraq qiymətləndirilir. Onların 7–8 min başı Milos adasında yaşayır. Milos gürzələri Egey dənizinin Kiklad arxipelaqı adalarında rast gəlinir — Milos, Kimolos, Poliaqos, Sifos (Yunanıstan). Yetkin gürzələrin uzunluğu 80 sm təşkil edir. Başının sonucu dairəvi olub, başın yuxarı hissəsində və göz ətrafında xüsusi rəngli xətlər vardır. Göz ətrafında 2–3 cərgədən pulcuğa sahibdir. Bədəninin mərkəzi hissəsində 23 (21–25) cərgədən ibarət pulcula örtülmüşdür. Bədən rəngi olduqca fərqlidir, bununla belə həm də olduqca parlaqdır.
Miloş Forman
Miloş Forman (çex. Miloš Forman; əsl adı: Yan Tomaş Forman, çex. Jan Tomáš Forman; 18 fevral 1932, Çaslav, Çexoslovakiya) — Çexiya və ABŞ kinorejissoru və ssenaristi. Tomas Yan Forman 1932-ci il fevralın 18-də Çexoslovakiyanın Çaslav şəhərində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Çexoslovakiyanin işğalı zamanı valideynlərini Osvensiumda itirmişdir. Praqa incəsənət akademiyasının kino fakültəsinin məzunudur. 50-ci illərin ortalarında həm ssenarist kimi işləmiş, həm də məşhur "Laterna Maqika"da ilk proqramların hazırlanmasında iştirak etmişdir. 1963-cü ildə "Müsabiqə" adlı sənədli filmi ilə kino sənətində debut etmişdir. Rejissor filmdə gənclərin caza maraq atmosferini yaratmağa və peşəkar jüli qarşısında öz bacarıqlarını nümayiş etdirən bu musiqi sevənlərin müsabiqədəki acınacaqlı səhnəsini təsvir etməyə çalışmışdır. 1964-cü ildə Forman "Qara Pyotr" adlı ilk tammetrajlı filmini çəkir ki, bu filmin başqa adı "Pyotr və Pabla" idi.
Miloş Krasiç
Miloş Krasiç (serb. Милош Красић; 1 noyabr 1984[…], Mitroviça[d], Yuqoslaviya) – Serbiyalı Futbolçu Türkiyə'nin Fənərbaxça klubunun və Serbiya milli yığmasının yarımmüdafiəçisi Miloş Krasiçin futbolçu karyerası keçmiş Yuqoslaviyanın Rudar klubunda başlamışdır. Öz oyunu ilə Krasiç Voyvodina klubunun maraqına səbəb olmuşdur. 1999-cu ildə isə artıq Voyvodina klubu ilə müqavilə bağlayır. 2004-cü ilin yayında Miloş Krasiç Rusiyanın ÇSKA Moskva klubu ilə müqavilə imzalayır. 2004–05-ci illərdə Krasiç ÇŞKA-nın tərkibində Çempionlar liqasının qalibi olur 28 dekabr 2009-cu ildə Serbiyanın ən yaxşı futbolçusu seçilir 19 avqust 2010-cu ildə Yuventus klubuna keçir. Krasiçlə 4 illik müqavilə Yuventusa 15 milyon avroya başa gəlir. 2 avqust 2012-ci ildə Fənərbaxça klubuna keçir. Fənərbaxça Krasiçlə 4 illik müqavilə imzalayıb. 2008-ci ilin dekabrında Miloş Miryana ilə evlənir.
Miloş Milutinoviç
Miloş Milutinoviç (serb. Милош Милутиновић; 5 fevral 1933, Bayina-Başta[d] – 28 yanvar 2003, Belqrad) — hücumçu mövqeyində çıxış etmiş Serbiya peşəkar futbolçusu və Yuqoslaviya məşqçisi. Milutinoviç ölkəsinin futbol tarixinin ən istedadlı oyunçulardan biri və bütün zamanların ən istedadlı cinah hücumçularından/hücumçularından hesab olunur. O, nümayiş etdiyu bacarıqlarına görə "Plava Çiqra" ləqəbini qazanmışdır. Milutinoviç karyerası boyunca Bor, Partizan, OFK Belqrad, Bayern Münhen, Paris və Stad Franse klublarında çıxış etmişdir. Çempionlar Kubokunun 1955/1956 ilk mövsümünün ilk oyununda Sportinq Lissabonun qapısına 2 qol vuraraq Partizana 3–3 hesablı heç-heçə qazandırmışdır, Belqrada keçirilən cavab oyunda isə 4 qol vuraraq Partizanın 5–2 hesablı qələbəsində böyük pay sahibi olmuşdur. Dörddəbir final qarşılaşmasının cavab oyununda turnirin qalibi Real Madridə 2 qol vursa da yekunda hesab 3–0 ilə bitmişdir, Real Madrid ilk oyunda 4–0 hesabı ilə qələbə qazandığından futoblçunun klubu turniri tərk etdi. O, Partizanın heyətində 213 oyunda 231 qol vurmuşdur və onunla iki dəfə (1954 and 1957) Yuqoslaviya kubokunun qalibi olmuşdur. Sonradan o, öncə OFK Belqrad və daha sonra Bayern Münhen klubuna transfer olundu. 1959-cu ildə davam edən ağciyər problemləri səbəbindən əməliyyat olundu.
Miloş Obiliç
Miloş Obiliç (serb. Милош Обилић, ?-29.6.1389) —Serbiya knyazı. 28 iyun 1389-cu ildə Xaçlı ordusu ilə Osmanlı ordusu Skopyenin şimalında Kosovo düzənliyində böyük bir meydan müharibəsində girişdilər. I Kosovo döyüşü olaraq adlandırılan bu müharibədə Osmanlı ordusu ilə Xristian Serb, Bosniya, Əflak (Valaxiya), Macar və Xorvat birləşmiş ordusu səkkiz saat davam edən bir vuruşmağa başladılar. Xristian ordusu sonunda böyük bir təxribata uğradı. Müharibə bitdikdən sonra və ya müharibə zamanı Sultan I Murad, Serb Miloš Obilić tərəfindən xəncərlənərək şəhid edildi. Beləcə I Murat hərb zamanı öldürülən tək Osmanlı sultanı oldu. Bir ölüm-dirim mübarizəsi halına girmiş olan vuruşma və hökmdara sui-qəsd hadisəsi Türk / Osmanlı və xarici qaynaqlarda çox fərqli şəkillərdə izah edilər: Bir çox Türkcə qaynaqda I Murad ənənəvi olaraq döyüş sahəsinin gəzərkən Serb despotu Lazar Xrebelyanoviçin kürəkəni olan yaralı Milosun xəncərinə hədəf olmuş; otağına aparılmış; amma qurtarıla bilməmiş ölmüşdür. Feridun bəy "Münşəat" adlı əsərində Miloşun müsəlman olmaq istədiyi səbəbiylə I Murada yaxınlaşıb yanında saxladığı xəncərlə onu ürəyindən vurduğunu bildirir. Dmitri Kantemir isə tarixində I Muradın Kosovo döyüş meydanını gəzərkən yerdəki ölülərin çoxunun tüksüz cavanlar olmasının səbəbini soruşduğunu; vəzirin özünə Padşahım, onsuz da zəfər bundan ötəri bizim olmuşdur dediyini; I Muradın isə bu hərb meydanında öldürüldüyü haqqında əvvəlki gecə gördüyü bir yuxunu izah etməyə başladığını; bu sırada ətrafda yaralı olan bir Xristian əsgərin bu danışanlar kəslərin padşah və vəziri olduğunu anlayıb onlara hücum edib I Muradın qarınına xəncərini sapladığını nəql edir.
Miloş Zeman
Miloş Zeman (çex. Miloš Zeman; 28 sentyabr 1944[…], Kolin[d], Bohemiya və Moraviya protektoratlığı, Üçüncü Reyx[…]) — çex yazıçısı və dövlət xadimi, 8 mart 2013-cü ildən Çexiya prezidenti. Miloş Zeman 1996-cı ildən 1998-ci ilə qədər Çexiya parlamentinin alt palatası olan Nümayəndələr məclisinin sədri, 1998-ci ildən 2002-ci ilə qədər isə Çexiyanın baş naziri olmuşdur. Lideri olduğu Çexiya Sosial-Demokrat Partiyası 1990-cı illərdə ölkənin əsas partiyalarından biri idi. 1968-ci ildə Praqa baharı vaxtı, Çexoslovakiya Kommunist Partiyasının üzvü olsa da Çexoslovakiyanın SSRİ tərəfindən işğalına qarşı çıxdığı üçün 1970-ci ildə partiyadan uzaqlaşdırılmışdır. 1989-cu ildə dövlət telekanalında Çexoslovakiya iqtisadiyyatını tənqid etmişdir. Bu çıxışı qalmaqala səbəb olsa da, Məxməri inqilab zamanı onunla həmfikir olan Vətəndaş Forumu liderləri ilə yaxınlaşmasına yol açmışdır. 2013-cü ildə prezident seçkilərində səslərin 54.8 faizini toplayaraq Çexiya prezidenti seçilmişdir.
Siloso (fort)
Siloso fortu (çin. - 西乐索炮台) — Sinqapurun Sentosa adasında olan müdafiə istehkamı. Bu istehkam ərazidə vaxtilə mövcud olmuş on iki sahil müdafiə qurğularından yeganəsidir. Digərləri tədricə dağılaraq məhf olmuşlar. Adanın qərb hissəsində Siloso fortu yerləşir. Bu istehkamdan daha çox İkinci dünya müharibəsi zamanı Sinqapura qərbdən edilən müdaxiləyə cavab vermək məqsədilə istifadə edilib. Fort 1880-ci ildə Britaniya ordusu tərəfindən qurulub və Keppel boğazına çıxışı qorumaq məqsədi daşıyıb. Sonralar istekam yenidən qurulmuş və 1939-cu ildə 150 millimetirlik Mark2 və on iki funtluq sürrətli sillalarla təmin olunmuş. Müasir dövrdə Siloso fortu İkinci dünya müharibəsindən qalmış yeganə istehkam qurğusudur. Fortda olan bütün bunkerlər, anbarlar, tunellər hal-hazırda turustlər üçün açıqdır.
Çeslav Miloş
Çeslav Miloş (pol. Czesław Miłosz; 30 iyun 1911[…], Şyaulyay, Kovno quberniyası[d] – 14 avqust 2004[…], Krakov) — polyak şair, tərcüməçi, esseist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980). Polyak-amerikan şairi və esselər müəllifi Çeslav Aleksandr Miloş keçmiş çar Rusiyası ərazisində — Litvanın Şeteyniay şəhərində polyak ailəsində doğulmuşdu. Kiçik yaşlarından polyak dili ilə yanaşı rus, litva və yəhudi dillərini də öyrənmişdi. Sonralar bildiyi dillərə ingiliscə və fransızca da əlavə olunmuşdu. Miloş tam polyak, yaxud litvalı adlandırılmağının əleyhinə idi. Özünü etnik-vətəndaşlıq baxımından daha çox XVIII əsrə qədər mövcud olan Polşa-Litva uniyası ilə əlaqələndirirdi. Şair müsahibələrinin birində "Mən litvalı olmalarına imkan verilməyənlər üçün litvalıyam" — deyə bu qonşu xalqa tarixi bağlılığını vurğulamışdı, lakin etnik polyak ailəsində doğulması, ən başlıcası isə əsərlərini polyak dilində qələmə alması onu Polşa mədəniyyətinin təmsilçisi saymağa tam əsas verir. Miloş ailəsi 1921-ci ildə Polşa tərkibindəki Vilno (Vilnüs) şəhərində məskunlaşmışdı. Gələcək şair burada katolik gimnaziyasını bitirmiş və yerli Stefan Batori universitetində ali təhsil almışdı.
İvana Milos
İvana Miloş — karyerasını AGİL Novarada davam etdirən xorvatiyalı blokçu. İvana Miloş peşəkar karyerasına 2001-ci ildə öz ölkəsinin voleybol komandası olan Riyekada başlamışdır. Onun bu klubda çıxış etməsində bir sıra səbələr var idi. Başlıca amil isə doğma şəhərində oynamaq istəyi idi. Öz komandasına bağlılığı ilə seçilən Miloş doqquz il bu klubda voleybol oynamışdır. Bu müddət ərzində o, 4 dəfə Xorvatiya çempionluğuna, 5 dəfə isə kubokuna yiyələnmişdi. 2009-cu ildə Xorvatiya milli voleybol komandası ilə birlikdə Peskara şəhərində keçirilən Aralıq dənizi oyunlarında bürünc medal qazanaraq yığma komandadakı ən böyük uğurunu qazanmışdı. 2010–11 mövsümündə karyerasını Azərbaycanda davam etdirən voleybolçu bunun onun arzusu olduğunu söyləmişdi. O, sözügedən mövsümdə İqtisadçı ilə Azərbaycan Superliqasının bürünc medallarına yiyələnmişdi. 2011-ci ildə Azərbaycanın digər bir voleybol klubu olan Lokomotivə transfer olunan İvana burada Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanaraq ilk belə uğuruna imza atmışdı.
Miloş Obrenoviç
Miloş Teodoroviç Obrenoviç (serb. Милош Теодоровић Обреновић; 7 (18) mart 1780 – 14 (26) sentyabr 1860 və ya 26 sentyabr 1860, Belqrad, Serbiya knyazlığı) — Serbiyanın ikinci lideri (1815-1817), 1817-1839 və 1858-1860-cı illərdə Serbiya knyazı, Obrenoviç sülaləsinin banisi. Miloş Teodoroviç, kəndli Teşo (Teodor) Mixayloviç və Vişnya Uroşeviçin ailəsində 1780-ci ildə Serbiyanın qərbində, Pojeqa yaxınlığındakı Qornya Dobrina kəndində anadan olub. 1802-ci ildə vəfat edən atasının ailəsi əvvəlcə çox yoxsul idi və Miloş çoban işləməyə məcbur qalıb. Lakin ana tərəfdən qardaşı Milan Obrenoviç mal-qara ticarətindən varlanandan sonra Miloş onun xidmətinə kargüzar olaraq daxil olub. Nəticədə o, da qısa müddət sonra var-dövlət sahibinə çevrilib. Miloşun daha iki qardaşı var idi. Miloşla müqayisədə daha yaxşı təhsil almış Efraim və Yovan idilər. Sonradan Efrayim Şabac və Belqradın qubernatoru olub və Belqradda qurduğu botanika bağı hazırda onun adını daşıyır. 1804-cü ildə Qarageorgi Petroviçin başçılıq etdiyi birinci serb üsyanının başlanmasında qardaşı ilə birlikdə döyüşçü kimi iştirak etdi.
Təlal Silo
Təlal Əli Silo (ərəb. طلال علي سلو‎; 1965, Çobanbəy[d], Hələb mühafəzəsi) — Suriya Demokratik Qüvvələrinin (SDF) keçmiş müşaviri. O, 2017-ci ilin noyabrında Türkiyəyə təslim olmuş və ya fərarilik etmişdir. Onun gedişi SDF-nin ən yüksək sıraları arasındakı ilk böyük fərarilik halı olmuşdur. Təlal Əli Silo 1965-ci ildə Suriyanın Hələb mühafəzəsində yerləşən Çobanbəy kəndində anadan olmuşdur. Əslən Suriya türkmanı olan Silo 2014-cü ildən 2017-ci ilin noyabrına qədər Suriya Demokratik Qüvvələrinin müşaviri idi, ittifaqın böyük əməliyyatlarını və İŞİD silahlı qruplaşmalarına qarşı döyüşləri əhatə edirdi. Silo 2017-ci ildən sonra AKP tərəfdarı olan "Daily Sabah" qəzetinə müsahibə verir. O, SDF-nin Raqqa şəhərini İŞİD-dən ələ keçirməsi zamanı minlərlə İŞİD döyüşçüsünün – əvvəlcədən bildirildiyindən daha çoxunun ABŞ tərəfindən təsdiqlənmiş gizli bir müqavilə ilə şəhəri tərk etdiyini iddia edir. Buna baxmayaraq, ABŞ səlahiyyətliləri Silonun şərhlərini "yalan və uydurma" adlandırırlar. Müqavilənin SDF və koalisiya qüvvələri tərəfindən strateji bir hərəkət olduğu iddia edilir.
Silos yemi (film, 1932)
Təbliğat filmi maldarlığın şirəli yemlə təchiz olunmasında silos basdırmanın əhəmiyyətindən və onun texnoloji qaydalarından bəhs edir. Film Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. Rejissor: Şirokov, Hüseynov Operator: Kovalçuk Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Allos
Allos (fr. Allos, oks. Alòs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Allos-Kolmar kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04006. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 695 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 471 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 111 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,4%, 1999-cu ildə 79,8%).
Filon
Filon — ad və soyad. Bu adı və soyadı olan tanınmışlar Filon İskəndəriyyəli — Ellinizm dövrünün yəhudi filosofu, Bizanslı Filon — Arximedin dövründə yaşamış mühəndis.
Gilas
Gilas (lat. Cerasus avium) – gavalı cinsinə aid bitki növü. Gilas Azərbaycanda çox geniş yayılmışdır. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır. == Yabanı gilas == Gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir. Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır.
Hilas
Hilas (q.yun. Ὕλας; mənası – "meşə") — yunan mifologiyasında personaj. O, çox yaraşıqlı olması ilə tanınır. Hilas Feodamant və Menodikanın, Exaliya və ya Arqosun oğlu idi. Feokritə görə, o, Arqosun oğlu idi. Başqa bir versiyaya görə, Hilas drioplar ölkəsindən idi, ya Driop və ya Keykin oğlu idi. Hilas arqonavtdır. O, Heraklın sevimlisi olaraq xatırlanır. Hilas dolionlarla döyüşdə Saqesi öldürür. Propersi dostu Korneli Qallı Hilasla müqayisə edir.
Lilou
Əli Ramdani (18 aprel 1984, Lion), daha yaxşı səhnədəki adı Lilou ilə tanınan, Əlcəzair mənşəli fransız bi-boydur.
Minos
Minos, Minoy (q.yun. Μίνως) — Kritin mifik hökmdarı , Zevslə Avropanın oğlu, Pasifayanın əri. Dedal sayəsində bir çox sənət əsərlərinə sahib olmuşdur. Dedal onun üçün saraylar tikmişdir. Minos yunanların arasında dənizlər hökmdarı kimi tanınırdı. O, öz hərbi qüdrətinə görə Dedala borclu idi. Elə ona görə də Dedalı əlindən buraxmaq istəmirdi. Dedal Siciliyaya qaçandan sonra Minos adaya qoşun yeritmişdi. O sənətkarın yerini öyrənmək üçün yumurta qabığı gətirib elan etmişdi ki, kim onun içindən sap keçirsə, böyük mükafat alacaq. Bunu yalnız Dedal edə bilərdi və beləliklə Minos onun yerini öyrənmişdi.
Nilas
Qaloş
Qaloş — palçıqlı vaxtlarda kənd yerlərində geyinilən ayaqqabı növüdür. Bu söz dilimizə rus dili vasitəsilə gəlmişdir. Alimlər belə hesab edirlər ki, qaloş sözü alman dilindən fransız dilinə, oradan da rus dilinə keçmişdir. Sözün əsli hansı dildəndir? Belə göstərilir ki, yunan dilindəki "ağac başmaq" sözü "ağac" sözündən yaranmış və calopedia formasında orta latın dilinə keçmişdir. Fransızlar onu galoche kimi işlətmişlər. Deməli, qədim yunan dilindən gələn bu söz qədim Kelt tayfalarında (Fransada) solea qalica ("qalların səndəlisi"), latın dilində gallica ("yağışa qarşı ayaqqabı"), fransız dilində galoche kimi formalaşdığından sonra XIX əsrin əvvəllərində rus dilinə qaloş kimi keçmiş və Azərbaycan dilinə də həmin formada yol tapmışdır.
Çiloe
Çiloe adası́ (isp. Isla de Chiloé) — Sakit okeanda yerləşən, Çiliyə məxsus olan ada. Sahəsi 8394 km² təşkil edir. Çiloe arxipelaqının əsas adası olaraq arxipelaqın 91,4 % ərazisini təşkil edir (9181 km²). Sahəsinə görə Çilinin Odlu Torpaqdan sonra ikinci adasıdır. Cənubi Amerikanın isə sahəsinə görə dördüncü adasıdır. Onun şimaldan cənuba uzunluğu 190 km, maksimal hündürlüyü 1048 metr təşkil edir. Şərqdən qərbə eni 60 km-dir. Şərqi təpəli düzənliklərdən ibarətdir. Ada materikdən Ankud körfəzi və Korkovado körfəzi şərqdən, Cakao boğazı şimaldan, Quafo boğazı ilə isə cənubdan ayrılır.
İlons
İlons (fr. Ilonse) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turret-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Villar-syur-Var kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 40,59 km², əhalisi — 132 nəfərdir (2006) artım tendensiyası ilə: 173 nəfər (2012), əhalinin sıxlığı 4,3 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 172 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 111 nəfər.
Kilis
Kilis (türk. Kilis) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda yerləşən və Kilis ilinin mərkəzi olan şəhər. == Coğrafiyası == Kilis şəhəri Qaziantep şəhərindən 55 km, Türkiyə-Suriya sərhədindən 10 km məsafədədir. Şəhərin dəniz səviyyəsindən orta yüksəkliyi 680 metrdir. == Tarixi == Şəhərin tarixinin miladdan 3 min il əvvələ qədər getdiyi hesab olunur. Şəhər müxtəlif dövrlərdə aşşurlar, hetlər, əhəmənilər, romalılar, bizanslılar, məmlüklər və osmanlıların hakimiyyəti altında olmuşdur. 636-cı ildə xəlifə Ömər bin Xəttab tərəfindən xilafətin torpaqlarına qatılmış Kilis bu dövrdə Bizans İmperiyasına qarşı sərhəd məntəqəsi rolunu oynayırdı. Şəhər sonralar Məmlük idarəsində olmuş, 1516-cı ildə isə Mərcidabık döyüşü nəticəsində I Səlim tərəfindən Osmanlı ərazilərinə birləşdirilərək Hələb vilayətinə daxil edilmişdir. Birinci Dünya müharibəsindən sonra ingilislər, ardınca isə fransızlar tərəfindən işğal olunmuş Kilis 1921-ci ilin 7 dekabrında işğaldan azad edilərək Türkiyə Cümhuriyyətinin inzibati bölgəsinə çevrilmişdir. Kilis əvvəllər Qaziantep ilinin bir ilçəsi idi.