Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dudə
Dudəhə (fars. دودهه‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.Əhalisi Qəzvin ostanının çoxlu bşaq bölgəri olduğu kimin azərbaycan türklərindən ibarətdir.
Dune
Dune — L'Arc~en~Ciel qrupunun debut albomudur. 2004-cü ilin aprelin 21-də çıxan albomun yubiley buraxılışı orijinal albomundaki treklərin remaster versiyaları və üç bonus terkdən ibarətdir.
Dust
Dust — toz halında olan pestisid. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Duzə
Duzə-İranın Fars ostanının Cəhrom şəhristanının Siməkan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 790 nəfər və 178 ailədən ibarət idi.
Duçe
Duçe (it. Duce, italyanca tələffüzü: [ˈduːtʃe]) — italyan dilində "rəhbər" mənasını verən və latın dilindəki "dux" (tələf. duks) sözündən götürülən titul. 1860-cı ildə İtaliyanın birləşdirilməsi dövründə Cüzeppe Qaribaldiyə şamil edilmiş, lakin onun bu titulu rəsmi şəkildə qəbul etməməsi səbəbindən sonrakı dövrlərdə istifadə edilməmişdir. Bu titul 1915-ci ildə Birinci dünya müharibəsi vaxtı rəsmi olaraq İtaliya kralı III Viktor Emmanuel, həmçinin 1920-ci ildə, tanınmamış Fiume Respublikasının rəhbəri olan məşhur italyan şairi Qabriele d'Annunsio tərəfindən istifadə edilmişdir, lakin "duçe" titulu ilk növbədə 1925-ci ildə özünü "Il Duce" elan edən Benito Mussolini və faşizmlə assosiasiya olunur. Bu səbəbdən hazırda italyan dilində "rəhbər" sözünü ifadə etmək üçün başqa sözlərdən və daha çox ingilis dilindəki "leader" sözündən istifadə edilir.
Ruse
Ruse — Bolqar dilində qədim adı Ruşuk, türk dilində Rusçuk olan Ruse Bolqarıstanın beşinci böyük şəhəridir. Əhalinin sayı 146 min nəfərdir. Şəhər Dunay çayının sahilində yerləşir və demək olar ki, bu çay da Bolqarıstanın ən böyük limanıdır. Tarixi mənbələrə görə, müasir Rusenin ərazisində 5000 il bundan əvvəl insanlar məskunlaşmağa başlayıblar. Bizim eranın birinci əsrində İmperator Vespasian burada qala və Seksaqinta Prista (60 gəmi) limanı inşa etdirir. Qala Belqraddan Dunayın deltasına və Qara dənizə gedən əsas yolun üzərində idi. 250-ci ildə qot tayfaları qalanı dağıtsalar da, əsrin sonunda romalılar onu yenidən bərpa edirlər. Dördüncü əsrdə qala şimaldan gələn barbar tayfaları tərəfindən yenidən dağıdılır. IX-X əsrlərdə bolqarlar qalanı yenidən bərpa edərək onu gənc döyüşçülərin himayədarı şərəfinə Ruse adlandırdılar. XIX-XX illərdə avropalılar şəhəri "Parçalanmış Dunayın Vyanası" adlandırmağa başladılar, çünki şəhər binalarının arxitekturası Qərbi Avropa dövlətlərinin paytaxtlarını xatırladırdı.
Yuşə
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
Şüşə
Şüşə — Na2CO3 + SiO2 = Na2SiO3 + CO2CaCO3 + SiO2 = CaSiO3 Öz keyfiyyət göstəricilərinə görə insan həyatında böyük rol oynayan süni material. Fiziki kimyəvi xüsusiyyətlərinə görə qeyri-üzvi maddə, bərk cisim, strukturuna görə anorf, izotrop; bütün şüşə növləri ilkin materialın əridilməsi nəticəsində kristallaşma müddətində ən yumşaq vəziyyətdən şüşə vəziyyətinədək gəlib çatırlar. Şüşənin ərimə temperturu 300-dən 2500 °C-dək olaraq şüşə əmələgətirən (oksidlərin, ftoridlərin, fosfatların və s.) miqdarından asılıdır. Şüşə materialları strukturlarına görə möhkəm olmurlar və zərbəyə davamsızdırlar. Materialın adı müxtəlif dillərdə eyni cür səslənir. Roman dillərində olan adlar (it. vetro, fr. verre, isp. vidrio, port. vidro) (lat.
Duş
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Buse (Alye)
Buse (fr. Boucé) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03034. 2008-ci ildə əhalinin sayı 556 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 321 nəfərdən (15-64 yaş) 237 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 73.3%). Fəal 237 nəfərdən 221 nəfəri (122 kişi və 99 qadın), 16 nəfəri işsizdir (7 kişi və 9 qadın). 84 hərəkətsiz 27 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 35 digər səbəblərə görə fəaliyyətsizdir.
Bədii şüşə
Bədii şüşə — dekorativ əşyaların, vitrajların interyerdə öz əksini tapmasıdır. Təsviri sənətin qədim nümunələri arasında Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri - dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.
Devid Suşe
Devid Suşe (ing. Sir David Courtney Suchet; 2 may 1946, Paddinqton, Böyük London) — ingilis teatr və kino aktyoru. Aqata Kristinin əsərlərinin motivləri əsasında çəkilmiş "Aqata Kristinin Puarosu" detektiv teleserialında (1989–2013) canlandırdığı belçikalı detektiv Erkül Puaro rolu ilə məşhurluq qazanmışdır. 1971-ci ildə London Musiqi və Dram Akademiyasını bitirib. Filmdəki ilk rolunu 1980-ci ildə "İki şəhərin hekayələri" filmində oynayıb. 1986-cı ildən teatrda 40-dan çox rol alıb.
Duşes limonadı
Duşes limonadı — açıq sarı rəngli alkoqolsuz güclü karbonatlaşdırılmış tonlayıcı içki. Tərkibindəkilər əsasən limon suyu, şəkər və karbon qazıdır. Əsasən duşes armudundan istifadə edilir. Duşes armudu ona bir az büzüşümlü turşuluq, tonlayıcı təsir, güclü aroma və şirin dad verir. SSRİ-də məşhur içki "Duşes" tonlayıcı qazlı içkilərin arasında birinci yeri tutmuşdur. Gürcüstan, Ermənistan və Krımda hazırlanan şərbətlər duşes limonadındada işlədildikdən sonra 1930-cu ildə istehsala buraxılmışdır. İstehsala buraxıldıqda 0,5 litrlik şüşələrdən istifadə edilirdi. 1 ədədinin dəyəri 10 qəpik idi. Sovet İttifaqının dağılmasından bəri, indi bu içkilərin "Duşes" markası altında analoji məhsullar Rusiyada alkoqolsuz içkilər istehsal edən bir sıra müəssisələrdə müxtəlif şüşə və plastik konteynerlərdə istehsal olunur Игристый лимонад со вкусом и ароматом груши «Дюшес» разлили по бокалам эксперты «Литера» "Доверяй, но проверяй": лимонад "Дюшес" Кто придумал лимонад, или Краткая история газировки Arxivləşdirilib 2019-03-26 at the Wayback Machine Волшебные пузырьки. Настоящая газировка с годами не меняется Советский лимонад, он вкусный самый!
Düsen Kaseinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Düsen Kaseyinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Dulse Ponteş
Dulse Ponteş (port. Dulce Pontes, BFƏ: [ˈduɫsɘ ˈpõtɘʃ]; doğlub 8 mart 1969, Montiju, Portuqaliya) — portuqal müğənnisi, fadu üslubunda, klassik musiqi və digər üslublarda ifa edir. Portuqaliyada onun mahnıları çox məşhurdur. Dulse Ponteş Portuqaliyanın Setubal mahalındakı Montiju şəhərcəyində doğulmuşdur. Uşaqlıqdan onun mahnı oxumağa və pianoda ifa etməyə həvəsi olmuşdur, bu da ona gələcəkdə müğənni olmaya köməklik göstərmişdir. 18 yaşından sonra o, televiziya və teatrda aktrissa oldu. 1991-ci ildə Dulse "Lusitana Paixão" mahnısı ilə "Avroviziya" mahnı müsabiqəsində çıxış edərək 8-ci yeri qazanmışdır. Bir neçə ildən sonra o, tək Portuqaliyada deyil, digər ölkələrdə də şöhrət qazandı. Dulse öz mahnıları digər ölkələrdən olan məşhur müğənni və musiqiçilərlə bir yerdə ifa etməyə başlayır. Onun musiqisində müxtəlif musiqi ənənələrinin elementləri ahəngli şəkildə istifadə olunur: tək Portuqaliyanın deyil, həm də İspaniyanın, Braziliyanın, həmçinin də ərəb və Afrika ölkələrinin.
Fransua Buşe
Fransua Buşe (fr. François Boucher; 29 sentyabr 1703[…], Paris[…] – 30 may 1770[…], Paris[…]) — fransız rəssam, qravürçü, dekorator. Rokoko dövrünün parlaq nümayəndələrindən biri olmuşdur. Onun çoxsaylı qravürlər seriyası olub. Buşe həmçinin Molyer, Bokaçço, Ovidinin kitablarına illüstrasiyalar çəkmişdir. Sənətçi dekorativ tətbiqi sənət və dəzgah qrafikasında bir çox örnəklər ərsəyə gətirmişdir: opera, teatrlara tamaşalar üçün dekorasiya, kral qoblen manufakturaları üçün eskizlər, dekorativ işləmələrlə zəngin Sevr çiniləri, müxtəlif zərif miniatür nümunələri. Öz yaradıcılığında rəssam mifoloji və alleqorik motivlərə yer vermişdir. Parisin dəbdəbəli həyatını, kənd yarmarkalarını bir çox portret və peyzajlarda təsvir etmişdi. Buşe zaman-zaman fəxri adlarla təltif olub. Məsələn: 1765-ci ildə məhkəmə rəssamı adı almışdı.
Jan Düle
Jan Düle (fr. Jean Daullé; doğum 1703-cü il, Abbevil, Fransa – ölüm 1763-cü il, Paris, Fransa) — fransız qravürçü. Jan Düle 1703-cü ildə Abbevildə anadan olub. İlk oyma dərslərini Abbevildə Sent Peter monastırının rahibi Dom Robart tərəfindən almışdır. Sonralar Parisə getmiş, orada həmvətəni Robert Hekvet onunla öz biliklərini paylaşmışdı. Onun çəkdiyi əziyyət yerdə qalmadı və 1742-ci ildə Jan Düle Rəssamlıq və Heykəltəraşlıq Akademiyasına daxil oldu. O rəssam Donat Nonnattenin dostu idi və onun bir neçə şəklini həkk etmişdi. O, 1763-cü ildə Parisdə vəfat etdi. Ölümündən sonra onun bəzi qravürləri dul arvadı tərəfindən nümayiş etdirildi. O bir neçə portreti və tarixi və başqa mövzulardakı lövhələri həkk etmişdi.
Jozef Fuşe
Jozef Fuşe — (fr. Joseph Fouché) Nantlı Fuşe, Otranto Hersoqu, Qraf Fuşe kimi bilinən fransız siyasətçisi 1759-cu il mayın 21-də Nant yaxınlığındakı Le Pellerində anadan olmuş və 26 dekabr 1820-ci ildə Triestdə vəfat etmişdir. O, xüsusilə Fransa Burjua İnqilabı dönəmində, 1793-cü ildə baş vermiş Lyon üsyanını qəddarlıqla yatırtmasıyla tanınır. Bu üsyanı yatırması onun Direktoriya, Konsulluq və İmperiya dövrlərində Polis Naziri kimi fəaliyyət göstərməsinə səbəb olmuşdur. O, ticarət donanması kapitanı olan və Santa-Dominqoda və Marie-Adelaide Croizetdə qaradərili kölələrin işlədiyi plantasiyaları olan Jozef Fuşenin oğludur. Atası 1771-ci il martın 10-da inək sağımından qayıdarkən vəfat etmişdir. Jozef Fuşe öz karyerasını atası kimi qurmaq istəsə də, sağlamlığında problemlər olmasına görə bu arzusunu həyata keçirə bilmir. Nant Oratoriyasının seminariyasına qəbul olur. 1782-ci ildə professor olan Fuşe, 1788-ci ildən etibarən Niort, Saumur, Vendome, Juilly and Arras oratoriyalarında dərs keçməyə başlayır. Arrasda olarkən Rosati Akademiyasında, ədəbiyyat cəmiyyətində və para-mason lojasında Robespyer ilə görüşür.
Kusə (Sayınqala)
Kusə (fars. كوسه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (29 ailə).
Küsə (Bükan)
Küsə (fars. كوسه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 662 nəfər yaşayır (123 ailə).
Lay-duce
Lay-duce, Inc. (株式会社Lay-duce, Kabushiki-gaisha Rei-dyūsu) — 2013-cü ilin avqust ayında qurulmuş Yaponiya animasiya studiyası. Go! Go!
Müsə (Bükan)
Müsə (fars. موسه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (35 ailə).
Vulkanik şüşə
Vulkanik şüşə və ya vulkan şüşəsi (İng. Volcanic glass) – tez soyuma nəticəsində kristallama bilməyən soyumuş maqmatik ərintidir. O adətən effuziv süхurların tərkibinə daхil olur, bəzən isə bütövlüklə onu təşkil edir. O amorfdur, izotropdur. Rəngi qara, boz, qonurdur. Şlifdə rəngsiz, yaşılımtıl, qonurdur. Rəngi dəmirin oksidləşmə dərəcəsindən asılıdır. Vulkanik şüşənin tərkibi haqqında silisiumun miqdarı azaldıqca artan sıхlığı və sınma əmsalı ilə mülahizə yürütmək olar. Orta və əsəsi tərkibli vulkanik şüşələrin dəyişməsi nəticəsində onlar əksər hallarda хloritlə əvəz olunur, turş şüşələr isə kvarsın submikroskopik dənələrinə və çöl şpatlarına çevrilir. Onlar isə öz növbəsində pelit hissəciklərinə və serisitə çevrilir.
Şüşə Armonika
Adı "Glass Harmonica" (Almancada Glasharmonika, Fransızcada armonika de verre, armonika de Franklin) olan bu maraqlı musiqi aləti Şüşə Armonika olaraq da bilinir. İtalyancada "armonica" harmoniya, yəni iki və ya daha çox səsin eyni anda qulağa xoş gələcək formadakı uyumudur. İlk dəfə 1740-cı ildə İrlandiyalı musiqiçi Richard Puckeridge tərəfindən içi fərqli miqdarlarda dolu, şüşə su qədəhləri ilə bir nümayişdə istifadə edildi. Benjamin Franklin isə 1761-ci ildə alətin mexaniki versiyasını icad etdi və adını armonika qoydu. Franklinin icad etdiyi pedallı versiyada üfüqi olaraq 37 kasa dəmir, iç-içə duracaq bir şəkildə yerləşdirilmişdir və ayaqla döndürərək işləyir. Bu nəhəng musiqi alətindən çıxan gözəl səsi, Franklinin həyat yoldaşı "Mələklərin Musiqisi" olaraq adlandırmışdır. Wolfgang Amadeus Mozart, Padre Martini, Johann Adolph Hasse, Baldassare Galuppi, Johann Sebastian Bach, Ludwig van Beethoven, Gaetano Donizetti, Johann Strauss, Niccolò Jommelli və 100-dən çox digər şəxslər şüşə armonika üçün musiqi bəstələmişdir. Wolfgang Amadeus Mozart 1791-ci ildə K.617 və K.356 (K.617a) adlı bəstəsini şüşə armonika ilə bəstələmişdir. Ludwig van Beethoven 1814-cü ildə Leonore Prohaska melodramında bu alətdən istifadə etmişdir. Gaetano Donizetti də 1829-cu ildə Amelia'nın "Par che mi dica ancora" ariyası müşayiətində nümayiş etdirilən "II castello di Kenilworth" melodramında bu alətdən istifadə etmişdir.
Qrodno
Qrodno (belar. Гродна, pol. Grodno, lit. Gardinas) — Belarusun iri şəhərlərindən biri.
Skolioz
Skolioz (yun. σκολιός — "əyri", lat. scoliōsis) — onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistelərin patoloji dəyişikliklərinə səbəb olur. Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2–3%, 6–14 yaşlı uşaqlar arasında 0,5%, 12–14 yaşlı yeniyetmələr arasında isə 1,2% təşkil edir. Yeniyetnəlik dövrünün idiopatik skoliozu ən çox 10–14 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur.
Vodno
Vodno—(mak. ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Qrodno qalası
Qədim Qrodno qalası, Qədim qala (belar. Стары замак) və ya sadəcə Qrodno qalası — Belarusun Qrodno şəhərində qədim qala. 11-ci əsrdə Kiyev knyazı Yaroslav Mudrinin kiçik oğlunun yaratdığı Qara Rus sülaləsinin iqamətgahı olaraq tikilmişdir. Qalanın XIII əsr donjonu Belarus müdafiə qalallarının bir növünə aid idi. Böyük Vytautas, 1391–1398-ci illərdə qalaya qotik tərzində beş kərpic qüllə əlavə etdi və qalanı əsas yaşayış yerlərindən birinə çevirdi. IV Kazimir də Litvanın rəsmi paytaxtı olaraq Qrodnoya üstünlük veriridi. Bura həm polşa tacının ona təqdim edildiyi, həm də 1492-ci ildə vəfat etdiyi yerdir. Qalanın növbəti görkəmli sakini Qrodnonu Şərqi Avropadakı geniş imperiyasının paytaxtı olaraq nəzərdə tutan "Stepan Bathori" idi. O qalanı özünün Şimali İtaliyanın inkişaf etmiş İntibah zövqündə tikilmiş iqamətgahı ilə əvəz etmək istəyirdi. 1586-cı ildə Bathori Qrodnoda öldükdən sonra, onun layihəsi tərk edildi.
Qrodno vilayəti
Qrodno vilayəti (belar. Гродзенская вобласць) — Belarusda inzibati–ərazi vahidi.
Qrodno Azot
Qrodno Azot (belar. Гро́дна Азо́т) — Belarus dövlət şirkəti və açıq səhmdar cəmiyyətidir. Azot birləşmələri və gübrələrinin istehsalçısıdır. 1963-cü ildə azot gübrələri istehsal edən zavod kimi yaradılmışdır. Belneftexim Belarus Dövlət Neft və Kimya Konserninin bir hissəsidir. Qrodno şəhəri, Kosmonavtlar prospekti, 100 ünvanında yerləşir. Şirkətdə 5 istehsalat növü var. Burada 50-yə yaxın kimyəvi məhsul istehsal olunur: texniki maye ammonyak, azot gübrələri - karbamid, karbamid-ammonyak qarışığı, ammonium sulfat, metanol tenik, kaprolaktam, biodizel və maye karbon qazı. Qrodno Azot 2016-cı ildən ABŞ, daha sonra Avropa İttifaqı və bir sıra digər ölkələr tərəfindən beynəlxalq sanksiyalar altındadır. 1960-cı ilin oktyabrında müvəqqəti yardımçı binaların tikintisinə başlanıldı.
Oskolki adaları
Oskolki adaları (rus. Oстрова Осколки) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan adalar qrupu. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalarda yaşayış yoxdur. Adaların ümumi sahəsi 1,5 km² təşkil edir. İki qrup adadan ibarətdir: Lisı və Şişki, Peşernaya və Kira qayalıqları. Lisi (Tülkülər) adası burafa çoxlu sayda tülkünün olması ilə əlaqədar verilmişdir. Şişki qayalıqları isə dörd qayalıqdan ibarətdir. 1946-cı ildə təşkil olunan ekspedisiya zamanı adaların xarici görünüşü ilə əlaqədar Şaşki (Dama oyunundakı daşlar mənasında) adlandırılsada, kartoqrafın və redaktorun səhvi ucbatından Şişki olaraq təhrif olunuşdur. Şikotan adasından Şpanberq boğazı ilə (20 km şimal-şərq), Zelyonı adasından isə Polonski boğazı ilə ayrılır.
Skonto FK
Skonto — Latviyanın futbol klubu. 1991-ci ildə yaranıb. 16 dəfə Avropa kuboklarında iştirak edib.
Skonto stadionu
Skonto stadionu (latış. Skonto stadions‎) — Latviyanın paytaxtı Riqa şəhərində yerləşən futbol stadionu. Ölkədəki ən böyük futbol stadionudur. Tamaşaçı tutumu 9500 nəfərdir. Açılışı 28 iyun 2000-ci ildə olmuşdur. Latviya milli futbol komandası və "Riqa" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Stadionda idman yarışlarından başqa, müxtəlif mədəni tədbirlər də keçirilir. Buna misal olaraq, Co Koker, Depeche Mode, Massive Attack, Metallica, Aerosmith və Elton Con kimi dünya ulduzlarının konsertlərini göstərmək olar.
Şivolko adası
Şivolko adası — Yapon dənizində, Böyük Pyotr körfəzində yerləşən ada. Rikord adasından cənub-şərqdə, Jeltuxin adasından şimal-qərbdə yerləşir. Ada ilk dəfə Vasili babkinin ekspedsisiyası tərəfindən 1862—1863-ci illərdə xəritəyə salınmışdır. Öz adını isə Yeni Torpaq arxipelaqının araşdırılmasında, Pyotr paxtusovun ekspedisiyasında iştirak etmiş gizir Avqust Şivolkonun şərəfinə adlandırılmışdır. Maksimal hündürlüyü 32 metrdir. Adadan 300 metr şimal-şərqdə dərinliyi 0,6 m olan rif vardır. Cənub sahilində isə əsrarəngiz mağara var.