Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Svop
Svop (ing. swap — dəyişmə, mübadilə) — mübadilə əməliyyatıdır ki, qiymətli kağızların, valyutanın və s. alışı (satqısı) haqqında sövdələşmənin bağlanması eyni və ya digər şərtlərlə müəyyən vaxtdan sonra onların əks satışı (alışı) haqqında sövdənin bağlanması ilə müşayiət olunur. Hecirləmə məqsədilə bağlanılan öhdəliklərin və ya aktivlərin mübadiləsi haqqında saziş svoplar haqqında saziş. Bir qayda olaraq, svoplar haqqında saziş bankla və onun müştəriləri arasında bağlanır. Valyuta və faiz svopları, eləcə də onların kombinasiyası (valyuta, faiz svopu) haqqında sazişlər daha çox yayılmışdır. Valyuta svopu haqqında sazişə görə, bank hər hansı valyutada borca xidmət göstərmənin dəyərinin bank tərəfindən ödənilməsi əvəzinə, müştərinin borcuna görə bütün gələcək tədiyələrin milli valyutada həyata keçirilməsini öhdəsinə götürür. Valyuta svopları haqqında ilk sazişlər Böyük Britaniyada bağlanmışdır. Bir çox illər ərzində Britaniya hökuməti xarici investisiya qoyulması üçün bu ölkənin firmaları tərəfindən xarici valyutanın alınmasını məhdudlaşdırmışdı. Bu məhdudiyyətlər bir çox firmaları kompensasiya kreditləri haqqında sazişin bağlanmasına sövq etdi.
Sop
Sop (Zop) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sop (azərb. Zop‎; rus. Цопи) kəndi Gürcüstanin Marneuli rayonunun (Borçalı bölgəsinin) cənub-şərqində Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Kənddə təxminən 180-200 ev mövcuddur. Etnik tərkibi 70% azərbaycanlılar, 30% yaxın ermənilər, yunanlılar və s. ibarətdir. Kənddə cəmi bir 8 illik ümumtəhsil orta məktəbi var ki, burada da Azərbaycan və erməni dillərində təhsil tədris olunur (etnik Azəri və erməni kənd sakinlərindən asılı olaraq). Məhz buna görə də kəndin ümumi quruluşu şərqdə Təpə məhləsi (etnik Azərilər), qərbdə O Toy (etnik ermənilər), orta hissədə isə ikimərtəbəli bina evləri (Baraklar) yerləşir ki, burada da qarışıq yaşayırlar. Kənddə tapılan arxioloji tapıntılara görə, Sop kəndi Gürcüstandakı ən qədim yaşayış məskəni kimi təsdiqlənib.
Akop Akopyan
Hakob Hakobyan (erm. Հակոբյան Հակոբ; 1951, Mosul – 28 aprel 1988, Afina) — erməni terrorçusu ASALA terror təşkilatının qurucusu. Həmçinin Miqran Miqranyan və Harutyun Takoşyan adları ilə də tanınır. == Həyatı == Hakob Hakobyan 1951-ci ildə İraqın şimalındakı Mosul şəhərində anadan olmuşdur. Gənc yaşlarında Livana köçmüş və burada "Fələstin azadlıq cəbhəsi"nin sıralarına qatılmışdır. Bəzi erməni fəallarının təhriki və "Fələstin azadlıq cəbhəsi"nin yaxından iştirakı ilə Hakobyan ASALA terror təşkilatını qurur və onun başçısı olur. Lakin Hakobyanın təşkilatın idarəsində tətbiq etdiyi sərt metodlar təşkilat üzvlərinin bir hissəsinin narazılığına səbəb olur və bu narazılıq 1983-cü ildə təşkilatın parçalanması ilə nəticələnir. Fransa polisi Hakobyanı Orli hava limanındakı partlayışda və ASALA-nın digər aksiyalarında günahkar bilərək beynəlxalq axtarışa verir. Lakin Hakobyanı ələ keçirə bilmir. ASALA-dan qopmuş terrorçular digər terrorçu Monte Melkonyanın ətrafında cəmləşir.
Akop Kamari
Lüləsaz (əvvəlki adı: Akop Kamari) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Akop Kamari kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Akop Kamari kəndi Lüləsaz kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Lüləsaz kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Akop Vardovyan
Akop Vardonyan (erm. Յակոբ Վարդովեան; türk. Agop Vartovyan; təxəllüsü – Güllü Akop, erm. Կիւլլիւ Յակոբ, türk. Güllü Agop; 18 avqust 1830, Konstantinopol, Osmanlı imperiyası – 1898, Konstantinopol, Osmanlı imperiyası) — Osmanlı ermənisi olan teatr rejissoru və aktyoru. O, Türkiyədə İstanbul Şəhər Teatrlarına çevrilən müasir tamaşa sənəti qurumunun təməlini qoyduğu üçün geniş şəkildə tanınır. Yazıçılara, tamaşaçılara təşkilatçı, maliyyəçi və dəstəkçi kimi keyfiyyətlərinə görə Vardonyan bütövlükdə XIX əsr Türkiyə teatr sənətinin öncüllərindəndir. O, müasir Türkiyə teatrının banisi kimi tanınır. Akop Vardonyan bir Osmanlı ermənisi kimi öz teatrında müntəzəm olaraq erməni müəlliflərin tamaşalarını səhnələşdirirdi. 1868-ci ildən sonra o, müntəzəm olaraq sadəcə türkdilli tamaşaları təşkil etmək qərarına gəlmişdir.
Dred Skot
Dred Skot — ( 1799 – Sentyabr 17, 1858) ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.
Faizli svop
Larri Skot
Larri Skot (ing. Larry Scott; 12 oktyabr 1938, Blekfut[d], Aydaho – 8 mart 2014, Solt-Leyk-Siti) — amerikalı bodibilder, Mister Olimpiya müsabiqəsinin ilk və ikiqat qalibi (1965, 1966). İdman karyerasını bitirdikdən sonra Yuta ştatına köçmüşdür. == Bioqrafiyası == Aydaho ştatının Blekfut şəhərində anadan olmuşdur. Uşaqlıq illərində Larri yetərincə zəif bədən quruluşuna malik idi. 16 yaşında Larri təsadüfən bodibildinqlə bağlı jurnal oxumuş və bu idmanla məşğul olmağa qərar vermişdir. Məşqlərə başladığı illərdə onun bisepsinin ölçüsü 28 sm idi. Qısa zaman ərzində Larri gözə çarpacaq əzələ ölçüsü əldə etməyə nail olmuşdur. Kaliforniyada kollecə qəbul olunduqdan sonra gənc Larri «Mister Los-Anceles» yarışında 3-cü yerə layiq görüldü. Qısa zaman sonra «Mister Kaliforniya» müsabiqəsinin qalibi oldu.
Skot Edkins
Skot Edvard Adkins (ing. Scott Edward Adkins; 17 iyun 1976, Satton-Koldfield[d], Uest-Midlends[d]) — ingilis aktyoru və döyüş sənəti ustasıdır. Skot Edvard Edkins 17 iyun 1976-cı ildə Böyük Britaniyada anadan olub. Böyük qardaşı Kreyq ilə birlikdə, Con və Janet Edkins tərəfindən sevilən orta sinif ailəsində böyüyüblər. Skot, Koldfield-dəki Bişop Vessey Liseyinə getdi. Məktəbdəki ən yaxşı tələbədən çox uzaqda idi "gecə, valideynlərim yuxuya gedəndə pilləkənlərdən enib bütün gecə film seyr etdim və sinifdə yatdım". Erkən yaşlarından Skot müxtəlif idman növləri ilə məşğul olurdu, lakin atası onu qardaşı ilə birlikdə yerli cüdo klubuna göndərdikdən sonra on yaşında döyüş sənətinə maraq göstərdi. "Döyüş sənətləri mənim vəsvəsəm oldu! Bu, bütün ömrüm boyu axtardığım kimi idi. ” Brüs Li və Jan-Klod Van Damme kimi döyüş sənətçilərini bütləyən Skot hər gün ağır məşq etməyə başladı.
Skot Moir
Skot Moir (ing. Scott Moir; d. 2 sentyabr 1987, London, Ontario, Kanada) — Kanadanı təmsil edən fiqurçu. Skot Moir, Tessa Vertyu ilə birgə 2003-cü ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Moir və Vertyu cütlüyü həm Olimpiya Oyunları tarixində, həm də Dünya idmanı tarixində bu idman növü üzrə ən yaxşı idmançılardan hesab olunurlar. Moir və Vertyu cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında 2 gümüş medala (Komanda və fərdi), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə 2 qızıl medala (Komanda və fərdi) sahib olub. Moir və Vertyu cütlüyü həm də Dünya Çempionatlarında ciddi uğurlara imza atıblar. 2009-cu ildə baş tutan Dünya Çempionatının bürünc medalına, 2008, 2011 və 2013-cü illərdə baş tutan çempionatların gümüş medalına, 2010, 2012 və 2017-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub Moir və Vertyu cütlüyü, üç dəfə (2008, 2012 və 2017-ci illərdə) Dörd Qitə Çempionatının qalibi olub, 2 dəfə (2008 və 2012-ci illərdə) gümüş medala, 2 dəfə (2006 və 2007-ci illərdə) isə bürünc medala sahib olub. Moir və Vertyu cütlüyü həm də ISU Qran-Pri yarışlarında da bir sıra uğurlara imza atıblar. Onlar ISU Qran-Pri Finalının bir dəfə (2006–2007-ci il mövsümündə) qızıl medalına, beş dəfə (2009–2010, 2011–2012, 2012–2013, 2013–2014 və 2017–2018-ci illər mövsümlərində) isə gümüş medalına sahib olub.
Skot Morison
Skott Con Morrison (ing. Scott John Morrison; 13 may 1968, Sidney) — avstraliyalı siyasətçi, Avstraliyanın Baş naziri. Morrison Sidneydə anadan olub və Yeni Cənubi Uels Universitetində iqtisadi coğrafiya təhsili alıb. 1998–2000-ci illərdə Yeni Zelandiya Turizm və İdman İdarəsinin direktoru vəzifəsində çalışmış və 2004–2006-cı illərdə Avstraliya Turizm Şirkətinin İdarəedici direktoru olmuşdur. İlk dəfə 2007-ci il seçkilərində Yeni Cənubi Uels Kuk Departamentindən Nümayəndələr Palatasına seçildi. Koalisiyanın 2013-cü il seçkilərindəki qələbəsindən sonra Morrison Suveren Sərhədlər Əməliyyatına rəhbərlik etdiyi Abbot hökumətində İmmiqrasiya və Sərhəd Mühafizəsi Naziri seçildi. Növbəti il dəyişiklikdən sonra Sosial Xidmətlər Naziri oldu. Malkolm Törnbul Abbotun Baş nazir vəzifəsini yerinə yetirməsindən sonra 2015-ci ilin sentyabrında xəzinədar təyin edildi. 2018-ci ilin avqust ayında Daxili İşlər Naziri Piter Datton Törnbulu Liberal Partiyaya rəhbərlik etməyi bacarmamaqda günahlandırdı. 24 avqust tarixində isə partiyaya yeni rəhbər seçmək üçün səsvermə təşkil olundu.
Snop fəvvarəsi
Snop fəvvarəsi (rus. Фонтан Сноп) — «Peterhof» saray-park kompleksinin Monplezir bağında yerləşən mərkəzi fəvvarələrindən biridir. Snop fəvvarəsi I Pyotrun əmri ilə Peterhofda tikilmiş ilk fəvvarələrdən biri sayılır. O 1722-1723-cü illərdə Nikolo Mikettinin və fəvvarə ustası Sualemin rəhbərliyi altında tikilmişdir. Fəvvarə kompozisiyasının mərkəzində - hündür, tuf materiaından hazırlanmış tumba yerləşir. Onun içərisindən yüksək təzyiqlə su şırıntısı ətrafa yayılır. Ondan aşağıda su şırıntıları üçün dairəvi formada daha 24 kiçik dəlik yerləşir.
Tim Skot
Timoti Eygene Skot (ing. Timothy Eugene Scott;19 sentyabr 1965, Çarlston, Cənubi Karolina) — 2013-cü ildən bəri Cənubi Karolina ştatında kiçik Amerika senatoru olaraq çalışan amerikalı siyasətçi və biznesmendir. Respublika Partiyasının üzvü Skott, 2013-cü ildə qubernator Nikki Haley tərəfindən ABŞ Senatına təyin edildi. Xüsusi seçkidə qalib gəldikdən sonra yerini qorudu. 2014 və 2016-cı ildə tam müddətə seçildi.
Yens Skou
Yens Skoy (8 oktyabr 1918[…], Lemviq[d], Mərkəzi Yutlandiya[d] – 28 may 2018[…], Orhus, Mərkəzi Yutlandiya[d]) — Kimya sahəsində Nobel mükafatı laureatı. Yens Skoy 1918-ci ildə oktyabrın 8-də Danimarkanın Lemvinq şəhərində anadan olmuşdur. O, varlı meşə və kömür sənayeçisi ailəsində doğulmuşdur. 1944-cü ildə Kopenhagen universitetini bitirmiş, 1954-cü ildə orada dissertasiya müdafiə etmişdir. 1947-ci ildən Aorxusa universitetində işləmişdir. 1950-ci illərin əvvəllərində Skoy anestetiklərin təsir mexanizmini öyrənmişdir. O, müəyyən etmişdir ki, anestetiklərin hüceyrə membranının lipid təbəqəsində həll olması və natrium kanalını bağlaması qabiliyyəti ilə bağlıdır. Skoy ehtimal etmişdir ki, kanal zülal molekuludur və onun neyronlarda bloklaşdırılması ona gətirib çıxarır ki, sinir hüceyrələri həyəcanlanmaq qabiliyyətlərini itirirlər ki, bu da anesteziyaya gətirib çıxarır. Skoy həmçinin onayaqlı dəniz xərçənginin sinirindən ATFaranı ayırmağa cəhd etmişdi, amma heç nə alınmamışdı və o, uzun zaman anesteziyanın başqa tədqiqatlarını aparmışdı (bu kəşfin nəhəng potensial imkanını dərk etmədən). 1958-ci ildə Vyanada konfransda digər tədqiqatçı Post ilə söhbət zamanı Skoy akabainin kardiotoksikqlikozidinin (natrium-kalium kanalının inhibitoru) tapılmasını bildi.
Akop Babikyan
Akop Babikyan Əfəndi, (1856, Ədirnə, Osmanlı imperiyası – 1 avqust 1909), Osmanlı ermənisi olan hüquqşünas və siyasətçidir. Fransız məktəbində təhsil aldıqdan sonra oSofiyaya dövlət qulluqçusu kimi göndərilmişdir. O, San Stefano müzakirələrində katib kimi xidmət etmişdir. Bir müddət Bosniya və Herseqovinada da xidmət etmiş, lakin bu ərazi Avstriya-Macarıstana birləşdirildikdən sonra Konstantinopola (İstanbula) geri qayıtmışdır. 1879-cu ildə Ədirnə Ticarət Məhkəməsinin Baş Katibi, 1881-ci ildə isə Apellyasiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyin edilmişdir. 1891-ci ildə Konstantinopola (İstanbul) qayıdaraq vəkil kimi fəaliyyətə başlamışdır. 1908-ci ildə Məclisi-Məbusana Ədirnə vilayətinin Təkirdağ sancağından millət vəkili seçilmişdir. İttihad və Tərəqqi Komitəsinin üzvü olmuşdur. O, Osmanlı parlamenti tərəfindən Adana hadisələrini tədqiq etmək üçün seçilən nümayəndə heyətinin arasında olmuşdur. Adanada tədqiqat işləri ilə məşğul olarkən xəstələnərək İstanbula qayıtmışdır.
Akop Boyacıyan
Akop Boyacıyan Əfəndi (1854, Təkirdağ-) — Osmanlı ermənilərindən olan hüquqşünas və siyasətçidir. Konstantinopol (İstanbul) Mühəndislik Məktəbində təhsil almışdır. Darülfünun Universitetinin Siyasət və Tibb Departamentinin direktoru olmuşdur. Akop Babikyanın ölümündən sonra 23 noyabr 1909-cu ildə Ədirnə vilayətinin Təkirdağ sancağından Məclisi-Məbusana üzv seçilmişdir. Boyacıyan 1912-ci il seçkilərində yenidən Təkirdağdan millət vəkili seçilməyi bacarmışdır. 1908-ci ildə yaradılmış olan Türk dərnəyinin üzvləri arasında Akop Boyacıyan da var idi.
Akop Dərziyan
Akop Dərziyan (erm. Հակոբ չերզեան; 22 avqust 1879, Saimbəyli, Adana vilayəti – 1915), Osmanlı ermənilərindən olan əczaçı və yazıçıdır. == Həyatı == Dərziyan Adana vilayətinin Haçin (indiki Saimbəyli) qəsəbəsində anadan olmuşdur. Adanada Hisüsyan məktəbində təhsil almış, 1897-ci ildə isə İstanbula getmiş, 1900-cü ildə isə Mekteb-i Tıbbiye-i Şahanənin əczaçılıq şöbəsini bitirmişdir. Sonra Haçinə qayıtmış, aptek açmış və İstanbul qəzetləri üçün işləmişdir. Adana soyqırımı zamanı onun yeni doğulmuş oğlu öldürülmüş, apteki isə yandırılmışdır. Bu hadisədən sonra Dərziyan İstanbula köçmüş və orada Adana adlı aptek açmışdır. O, 1915-ci il aprel ayının 24-də 2345 erməni ziyalısı ilə birlikdə həbs edilərək Ankara vilayətindəki Çankırıya aparılır. O, Yozqat yolunda quldur dəstələrinin üzvləri tərəfindən öldürülür.
Akop Ovnatanyan
Akop Ovnatanyan (böyük)
Kop (albom)
Kop – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı 6-cı albomudur. == Mahnı haqqında == "Kop" albomu Türkiyəyə məxsus "Erol Köse Production" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Pazara Kadar", "Geçmiş Olsun" mahnılarına, həmçinin, "Kopmam Lazım" mahnısının remiksinə klip çəkilmişdir.
Seks şop
Seks şop (ing. sex shop), bəzən erotik şop (ing. erotic shop) kimi qeyd olunur — pornoqrafiya, prezervativ və digər cinsi və ya erotik əyləncəyə aid məhsulları satan mağaza. İlk seks şop 1962-ci ildə Almaniyanın Flensburq şəhərində açılmışdır. 2013-cü ildə Pekində 2000-dən çox seks şop fəaliyyət göstərirdi. Məhsulların əksəri Çində istehsal olunub. Yaponiyada seks şoplar hentay jurnallar, seks videolar və DVD-lər satılır.
Şop salatı
Şop salatı — Şərqi Avropa mətbəxi. Bolqarıstan, Makedoniya, Serbiya,Çernoqoriya , Albaniya, Çexiyanın məşhur soyuq qəlyanaltı yeməkləridir. Xüsusəndə Qərbi Bolqarıstanının (bolqarların etnik qrupuna aiddir) milli yeməyi olduğu üçün tez-tez hazırlanır.
Nikola Şop
Nikola Şop (1904, Yaytse, Bosniya və Herseqovina Federasiyası – 1 fevral 1982, Zaqreb) — Yuqoslaviya şairi idi. O, Yayçedə bosniyalı xorvat ailəsində anadan olub. 1931-ci ildə Belqrad Universitetinin fəlsəfə fakültəsini müqayisəli ədəbiyyat ixtisası üzrə bitirmişdir. Şop öz əsərlərinin ana ideyasında insanlıq, sadəlövhlük və xeyirxahlıqla qalib gələn müasir xristiandır. Andriçin hekayəsindəki fransız Marko Krneta kimi, müəllif öz şeirlərini dindarlıq olmadan birbaşa İsaya ünvanlayır, isti insani kortəbiiliklə, bərabər dosta intim mesajlar kimi müraciət edir. Sanki Məsih Şopun təsəvvüründə təvazökarlığı və mehribanlığı ilə insan qəlblərini yumşaltmaq, ucalaşdırmaq üçün ilahi gücdən imtina edən "bütün insandır". Şopun şeir kolleksiyalarına xüsusilə "dini hisslərin daxili incəliyi kosmik yüksəkliklərə yüksəlmiş" Sirli Prela (1943) daxildir və bu onun sonrakı kolleksiyalarını Kosmosda Evlər (1957) və Astrals (1961) ilhamlandıracaq. Şopun poeziyasında dindarlıq kosmik ölçüyə çatdı və estetik dəyərini kəşf etdi.
Akop Kazazyan Paşa
Akop Ohannes Kazazyan Paşa (erm. Յակոբ Փաշան Գազազեան; Rom: Hagop Paşa Kazazyan; 1836, Konstantinopol – 1891, Konstantinopol), erməni əsilli Osmanlı maliyyəçisi və siyasətçisidir. == Həyatı == Akop Kazazyan Əfəndi 1836-cı ildə İstanbulun Pera rayonunda anadan olmuşdur. Birinci Konstitusiyalı Monarxiya dövründə Məclisi-Məbusanda Dersaadet (İstanbul) deputatı kimi fəaliyyət göstərmişdir. Onun tutduğu birinci mühüm vəzifə Osmanlı Bankının tərcümə mərkəzinin rəisi olmasıdır. O, 1872-1873-cü illər arasında Qalata ərazisinin kaymakamı olmuşdur. O, 1884-cü ildə sədrəzəm Mehmed Səid Paşanın kabinetində, 1888-ci ildə isə sədrəzəm Kamil Paşa tərəfindən yaradılmış olan hökumət kabinetində maliyyə naziri vəzifələrində işləmişdir. 1890-cı ildə də Kamil Paşanın hökumət kabinetində xəzinə naziri vəzifəsinə təyin edilmişdir. Bundan əlavə, Akop Kazazyan Əfəndi 29 iyun 1892-ci ildə yaradılan Darülacezenin on altı nəfərlik yaradıcıları arasında yer almışdır. Ona Papa IX Piy tərəfindən Böyük Müqəddəs Qriqori ordeni verilmişdir.
Akop Ovnatanyan (böyük)
Akop Ovnatanyan (erm. Հակոբ Հովնաթանյան ; 1692, Şurud – 1757) — erməni rəssamı, İrəvanda anadan olmuş Nağaş Ovnatanın oğlu və tələbəsi. O, 1710-cu ildən Tiflisdə yaşamışdır. Atası Nağaş və qardaşı Arutyun ilə birlikdə əlyazma kitablarını miniatürlərlə bəzətmiş, atası ilə birlikdə Üçkilsə kafedralını rəngləmişdir.
Akop Ovnatanyan (kiçik)
Akop Mkrtumoviç Ovnatanyan (Yakov Nikitiç Avnatamov) kiçik (erm. Հակոբ Մկրտումի Հովնաթանյան; 1806[…], Tiflis, Rusiya imperiyası – 1881[…], Tehran) — erməniəsilli Rusiya və İran portret rəssamı. Akop Ovnatanyan erməni incəsənəti tarixində yeni mərhələyə start vermişdir. O, XIX əsrin Tiflis rəssamları arasında ən görkəmli şəxs hesab edilir. Məbədləri və miniatürləri çəkən Nağaş Ovnatanın Ovnatanyanlar sənətkarlar sülaləsinə aid idi. Akop Ovnatanyan dəzgahlı sekulyar portretin ilk ustalarından biri olmuş, realistik üslubu erməni miniatürlərinin incəlik xarakteristikasını birləşdirərək yağlı boya ilə çəkmişdir. == Həyatı == Akop Mkrtumoviç Ovnatanyan 1806-cı ildə Rusiya imperiyasının bir hissəsi olan Tiflis şəhərində anadan olmuşdur. O, Nağaş Ovnatanın Ovnatanyanlar sənətkarlar sülaləsinin nümayəndəsi idi. Təhsilini kilsə rəssamı olan atası Mkrtum Ovnatanyandan almışdır. 23 yaşında ikən İmperator Rəssamlıq Akademiyasına daxil olmaq məqsədi ilə Sankt-Peterburqa getmiş, amma yaşına görə qəbul olunmamışdır.