Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skreb
Avstraliyanın quraqlıq rayonlarında həmişəyaşıl kol bitkilərindən, xırda ekvalipt və akasiya ağaclarından ibarət meşədir.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
Hans Krebs
Hans Krebs (4 mart 1898 – 1 may 1945 və ya 2 may 1945, Berlin) — faşist Almaniyasının generalı. == Həyatı == Hans Krebs 1898-ci ildə Almaniyanın Xelmştedt şəhərində anadan olub. Qərargah işləri üzrə ən yaxşı mütəxəssislərdən biri sayılan Hans Krebs əvvəlcə 9-cu oddunun qərargah rəisi, daha sonra isə Almaniya silahlı qüvvələrinin mərkəzi ordusunun qərargah rəisi vəzifələrinə təyin edilib.
Krevu
Krevu (fr. Crévoux, oks. Crevós) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambryon kantonuna daxildir. INSEE kodu — 05044. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 129 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. 1937-ci ildə xizək kurortu açıldı.
Strela adası
Strela adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Sedov arxipelaqının mərkəzində yerləşir. Adanın qərb sahillərindən 200 m şimalda Otdelnıy yarımadası (Sredniy adasının şərq qutaracağında), şərq sahillərindən 300 m şimalda Fiqurnıy adası yerləşir. == Təsviri == Uzunluğu 5,2 kilometr, eni isə 900 metr təşkil edir. Adada çay yoxdur. Şimal-qərbində isə şirindulu göl vardır. Mərkəzi hissəsində 23 metrlik qaya vardır.
Sebu
Sebu (Cebú) — Filippinin ərazisinin böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın mərkəzi. Şəhərin əsası 1565-ci ildə qoyulub. Adanın kəşfi 1521-ci ildə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır.
Mişel Kretu
Mişel Kretu (fr. Michael Cretu) və ya Mixay Kretsu (rum. Mihai Creţu), Curly M.C. kimi də tanınır (18 may 1957, Buxarest, Rumıniya) — Rumıniya musiqiçisi, Enigma musiqi layihəsinin yaradıcısı və ideyavericisi. Öz peşəkar karyerası boyu bir çox musiqiçilərlə birgə işləmişdir. "Enigma"nı yaratmamışdan əvvəl Sandra Kretu, Frenk Farian, Boney M, Mirey Matye, Peter Kornelius, Mayk Oldfild və s. müğənni və musiqi qrupları ilə çalışmışdır. Sonralar onun tərəfdaşları Frenk Peterson, Devid Feyrsteyn, Yens Qad, Angel Х, Andre Tanneberger, Jam & Spoon, Peter Ries, Rut-ənn Boyl və Endryu Donalds olmuşlar. 2001-ci ilə onun prodüseri və müəllifi olduğu musiqi albomlarının ümumi tirajı 100 milyon nüsxəni keçmişdir. == Həyatı == Mixay Kretsu Buxarestdə dünyaya gəlib. Onun atası mühəndis, anası iqtisadçı olublar.
Sandra Kretu
Sandra Enn Lauer (alm. Sandra Ann Lauer‎) - pop musiqi janrında ifa edən Almaniya ifaçısıdır. == Həyatı == Sandra Enn Lauer 18 may 1962-ci il tarixində Almaniyanın Saarland əyalətinin Saarbrükken şəhərində dünyaya gəlmişdir. Atası fransız Robert Lauer, anası isə alman Karen Lauer olub. Onun həm də yaşca böyük olan Qaston adlı qardaşı var idi (1995-ci ildə vəfat etmişdir). Sandranın uşaqlıqdan musiqiyə böyük həvəsi olmuşdur. Bu səbəbdən 1972-ci ildən başlayaraq musiqi məktəbində dərs almış və gitarada ifa etməyi öyrənmişdir. 1979-cu ildə "Arabesque" musiqi qrupuna dəvət olunur. Qrupla 5 illik müqavilə bağlayır. Bu qrup, əsasən, Asiya ölkələrində məşhurluq qazanmışdır.
Ervin Skela
Ervin Skela (d. 17 noyabr 1976-cı il, Vlyora, Albaniya) — Albaniya futbolçusu. Ervin Skela, Hanau 93 FK-da yarımmüdafiəçi olaraq oynayır. == Klub Karyerası == === Albaniya === Skela futbol ilə uşaqlıqdan maraqlanırdı. O, peşəkar karyerasına Albaniyadakı ən yaxşı futbol klublardan biri olan Flamurtari Vlyora FK-da başlamışdır. 1992-1995-ci illərdə Vlyora şəhərini təmsil edən bu klubun formasını geyinmişdir. 1993-cü ildə Tirana İdman Klubuna kirayəyə verilmiş, amma tezliklə də öz klubuna geri dönmüşdür. === Almaniya === Albaniya futbolunda üç il oynadıqdan sonra Skela, üfüqünü genişlətmə zamanının gəldiyini və bu səbəbdən Almaniyaya köçüb Yunion Berlin FK üçün oynamağa getdi. Yunion Berlin klubunda üç il ərzində 57 oyun keçirmiş və 8 qol vurmuşdur. Daha sonra 1997-ci ildə Erzgebirge Auye FK-da oynamağa başladı.
9K32 Strela-2
“Strela-2” (QRAU indeksi 9K32, NATO kod adı ilə SA-7 “Grail”) – Sovetlərin daşınan zenit raket kompleksidir. Kompleks üzərində çalışmalar SSRİ-də 1960-cı ildə başlayıb. Hökumətin 1968-ci il 10 yanvar tarixli qərarı əsasında “Strela-2” DZRK silahlanmaya qəbul edildi, sentyabrın 2-də isə “Strela-2M” və “Strela-3” kompleksinin təkmilləşdirilmiş versiyalarının hazırlanmasına başlandı. “Strela-2M” 1970-ci ildə silahlanmaya qəbul edildi. 1970-ci illərin ortalarında 9M32 raketli “Strela-2” kompleksi “hava-hava” tipli raketlərlə Mi-2 helikopterlərində (hər birində 4 raket olmaqla) sınaqdan keçirildi. Komplekslərin seriyalı istehsalı 1980-ci illərin ilk yarısına qədər davam etdi. Bu kompleks müxtəlif vaxtlarda dünyanın 60 ölkəsinin ordularında uğurla istismar edildi. Enerji mənbəyi olan atıcı konteynerdən, 9M32 zenit raketindən və atıcı qurğudan ibarət olan “Strela-2” hava hücumundan müdafiə kompleksinin aparıcı qurucusu olaraq SKB QKOT dizayn bürosu seçildi. SKB QKOT dizayn bürosunun baş mühəndisi, İkinci dünya müharibəsi dövründə Qızıl Ordu tərəfindən istifadə edilən çoxsaylı minaatanların əksəriyyətinin yaradılmasını təmin edən B.İ. Şavirin idi. Müharibədən sonrakı illərdə Kolomnada yerləşən büro 406 mm-lik özüyeriyən “Oka” sisteminin də daxil olduğu müxtəlif hərbi qurğuların yaradılması işlərini davam etdirirdi.
9K34 Strela-3
Strela-3 (rus. 9К34 «Стрела-3», QRAU indeksi – 9K34, NATO təsnifatına görə – SA-14 Gremlin) — SSRİ DZRK-si. Strela-2-nin zəif performansına cavab olaraq hazırlanmışdır. O, yeni infraqırmızı hədəf başlığı və konik faza modullaşdırılmış siqnal skanı ilə 9M36 raketlərindən istifadə edirdi. Strela-2-dən əsas fərqi soyudulmuş axtarış aparatının olmasıdır. Bu, raketdən yağış olduğu halda və təbii müdaxilə fonunda istifadə etməyə imkan yaradırdı. 1974-cü ilin yanvarında Sovet Ordusunda xidmətə qəbul edilmişdir. == Xidmətə verilməsi == 1974-cü ilin yanvar ayından SSRİ Silahlı Qüvvələrində xidmətə verilmişdi, lakin əslində 1985-ci ilin sonunda qoşunlarla birlikdə kütləvi şəkildə xidmətə girməyə başlamışdır. Onun Qərbdə istifadə olunan "Javelin"in analoqu olduğuna inanılırdı. Sonradan İqla (9K38) DZRK-si ilə əvəz olunmuşdur.
Sebu adası
Sebu adası (isp. Cebú, seb. Sugbo) — İnzibati baxımdan Filippinnin eyni adlı vilayətə daxil oilan ada. Adanın sahəsi 4467,5 km² təşkil edir. Adada 2010-cı il məlumatına görə 4 167 320 nəfər yaşayır (2010). Arxipelaqın mərkəzində yerləşir. Filippin arxipelaqına daxil olan orta ölçülü adadır Adanın inzibati mərkəzi Sebu şəhəridir. Filippinin ərazisinin böyüklüyünə görə ikinci və ən qədim şəhərlərindən biridir. == Coğrafiyası == Sebu adası Neqros adasından şərqdə, Leyte adasından qərbdə, Bohol adasından isə cənub-şərqdə yerləşir. Bohol adasından Sebu boğazı, Neqros adasıntan isə Tanon boğazı ilə ayrılır.
Sarab
Sərab – İranın Şərqi Azərbaycan ostanında qədim şəhərlərdən biridir. Bu şəhərin təbii-coğrafi şəraitinin əlverişli olması, onun Yaxın və Orta Şərqin ən işlək ticarət yolunun üstündə yerləşməsi qədim dövrlərdən etibarən bu şəhərin iqtisadiyyatına mühüm təsir göstərmişdir. == Etimologiyası == Bəzi mənbələrə əsasən Sərab fars dilində "suyun başı (mənbəyi)" deməkdir. Ehtimal ki, vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının mənbəyində yerləşdiyinə görə vilayət və şəhər bu adı almışdır. "Sərab" sözünün farsca digər mənası da "miraj, ilğım"dır.Bir sıra müəlliflər, o cümlədən Beryozin şəhərin və vilayətin adını "Serah" (se - üç, rah - yol) kimi qeyd etmişlər. Ərdəbil, Təbriz və Tehrana gedən yollar üzərində yerləşən Sərab vilayətinin etimologiyasının bu amilə əsaslanması əksər tədqiqatçılar tərəfindən də qəbul olunur. Sərab adının etimologiyası haqqında İran tarixçisi R.Hüveyda yazırdı: "Müasir Sərab məfhumunun qədim forması Sərat, Sərav və yaxud Səro olmuşdur." Hüveyda hər cəhdlə Sərab adını iran dilləri əsasında izah etməyə çalışmışdır. X əsrdə yazılmış və müəllifi məlum olmayan Hüdud əl-aləm "Minəl məşrie iləl məğrib" əsərində şəhərin adı Sərav kimi verilmişdir. Bu əsərdə Sərabın sıx əhaliyə və bol nemətlərə malik olması göstərilir. İstəxrinin coğrafi xəritəsində bu şəhərin adı Sərah, Yaqut Həməvidə Sərav kimi göstərilmişdir.
Sered
Sered (slovak. Sereď, mac. Szered) — Slovakiyanın qərbində, Vaq çayının sahilində yerləşən şəhər. Əhalisi 17 min nəfərə yaxındır. === Şəhər rayonları === Aşağı Çepen Orta Çepen Yuxarı Çepen Novı Mayer == Əhali == === Əhalinin etnik mənsubiyyətinə görə === Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%) Slovaklar – 96,16 % Macarlar – 1,32 % Çexlər – 0,95 % Qaraçılar – 0,65 % Rusinlər – 0,03 % Almanlar – 0,03 % Ukraynalılar – 0,02 % və digərləri === Əhalinin konfessional mənsubiyyətinə görə === roma-katolikləri 72,52 % ateistlər 20,77 % protestantlar 1,97 % yunan-katolikləri 0,15 % pravoslavlar 0,14 % və digərləri == İqtisadiyyat == Sered şəhərində bir sıra əhəmiyyətli şirkətlər yer alıb ki, bunlar içərisində: Slovenské Cukrovary Hubert J.E. Semmelrock SEDITA B.M. Kávoviny ZIPP FM Logistic ALFUNvə s. şirkətlərin adlarını qeyd etmək olar.
Serex
Serex — Qədim Misir fironlarının Hor adına əlavə edilmiş, saray fasadını stilizə edən bir təsvir. Adətən serex üzərində Hor və ya Set, bəzən də hər ikisi birilikdə təsvir edilirlər.
Sirab
Sirab mineral suyu
Sorbe
Sorbe və ya şərbət (fr. sorbet) – dondurulmuş desert. Şəkərli sirop və ya meyvə şirəsindən, püredən hazırlanır. Həmçinin şampan, şərab, konyak əlavə edərək də istifadə edilə bilər. == Haqqında == Bəzən sorbe soyuq halda tam dondurulmadan istifadə edilir. Onu çox vaxt yemək çeşidləri arasında verirlər. Çünki o həzmə yaxşı təsir edir. Tamamiylə sorbe dondurulmuş olduğu üçün dondurma kimi desertdir. == Tarixi == Ərəb sözü olan şərbət, soyuq alkoqolsuz içkidir. Avropaya ilk dəfə XVI əsrdə Turkiyədən dəyişilmiş şəkildə gəlib çıxmışdır.
Spred
Maliyyə bazarlarında valyutaların alış və satış qiymətləri arasındakı fərq spred adlanır. == Alqı-satqı spredi (Bid-ask spread) == Alış və satış qiymətləri arasında fərq. Məsələn, əgər alış qiyməti 20 ABŞ dolları, satış qiyməti isə 21 ABŞ dollarına bərabərdirsə, alqısatqı spredi 21–20=1 ABŞ dollarına bərabər olar. Satıcı və alıcı qiyməti arasındakı fərqin az olması, qiymətli kağızın likvid olması deməkdir.FOREX bazarında ticarət edən bazar iştirakçıları, ticarət etdiyi valyuta kursunu tək bir qiymətdən alıb satmır. Seçdiyi valyuta kursu üçün bazarda həm alış, həm də satış qiyməti mövcuddur. FOREX bazarında komissiya haqqı yoxdur. Sadəcə spred adlanan əməliyyat məbləği ödənilir. Bazar iştirakçısının əməliyyat edərkən ödədiyi alış-satış qiyməti arasındakı fərqə spred deyilir. FOREX bazarında spred ticarət olunan valyuta cütlüklərində, alış və satış qiymətləri arasındakı fərq olduğu üçün ticarət olunan valyuta cütlüyünə uyğun tənzimlənir. Forex bazarında, yeni əməliyyata girdiyimizdə, spred qədər zərərlə başlarıq.
Sukre
Sukre (Sucre) — Boliviyanın paytaxtı. Şəhərdə ölkənin Ali Məhkəməsi yerləşir. Digər hökumət rezidensiyaları əvvəlki paytaxt La Pasda yerləşir. Əhalisi 2006-cı ildə 247 300 nəfər olmuşdur. == Tarixi == Şəhər 1538-cu ildə kapitan Peransures tərəfindən salınıb. Müstəmləkəşilik dövründə Çarkas, müstəqillik elan ediləndən 1839-cu ilə qədər Çukisaka adlanıb.
Surək
Surək — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Miyandürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,817 nəfər və 2,377ailədən ibarət idi.
Süren
Süren (fr. Suresnes) — Parisin qərb sərhəddində O-dö-Sen departamentində kommuna. Əhalisi 48 565 nəfərdir (2015-ci il üçün).
Sürət
Sürət — gedilən yolun zamana nisbətinə bərabər olan kəmiyyətdir. Düsturla ifadəsi isə belədir: v = s t {\displaystyle v={\frac {s}{t}}} Burada s-düzxətli bərabərsürətli hərəkətdə gedilən yol, t - həmin yolu getmək üçün sərf olunan zaman, v - isə sürətdir. Sürət vahidləri 1 s m s a n {\displaystyle 1{\frac {sm}{san}}} (SQS sistemində), 1 m s a n {\displaystyle 1{\frac {m}{san}}} (BS sistemində) -dir. Cismin hərəkət halı təkcə sürətin qiyməti ilə deyil, həm də hərəkətin istiqaməti ilə xarakterizə olunduğundan sürət vektorial kəmiyyətdir.
Səbəb
Səbəb
Sənəb
Sənəb - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Sərab
Sərab – İranın Şərqi Azərbaycan ostanında qədim şəhərlərdən biridir. Bu şəhərin təbii-coğrafi şəraitinin əlverişli olması, onun Yaxın və Orta Şərqin ən işlək ticarət yolunun üstündə yerləşməsi qədim dövrlərdən etibarən bu şəhərin iqtisadiyyatına mühüm təsir göstərmişdir. == Etimologiyası == Bəzi mənbələrə əsasən Sərab fars dilində "suyun başı (mənbəyi)" deməkdir. Ehtimal ki, vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının mənbəyində yerləşdiyinə görə vilayət və şəhər bu adı almışdır. "Sərab" sözünün farsca digər mənası da "miraj, ilğım"dır.Bir sıra müəlliflər, o cümlədən Beryozin şəhərin və vilayətin adını "Serah" (se - üç, rah - yol) kimi qeyd etmişlər. Ərdəbil, Təbriz və Tehrana gedən yollar üzərində yerləşən Sərab vilayətinin etimologiyasının bu amilə əsaslanması əksər tədqiqatçılar tərəfindən də qəbul olunur. Sərab adının etimologiyası haqqında İran tarixçisi R.Hüveyda yazırdı: "Müasir Sərab məfhumunun qədim forması Sərat, Sərav və yaxud Səro olmuşdur." Hüveyda hər cəhdlə Sərab adını iran dilləri əsasında izah etməyə çalışmışdır. X əsrdə yazılmış və müəllifi məlum olmayan Hüdud əl-aləm "Minəl məşrie iləl məğrib" əsərində şəhərin adı Sərav kimi verilmişdir. Bu əsərdə Sərabın sıx əhaliyə və bol nemətlərə malik olması göstərilir. İstəxrinin coğrafi xəritəsində bu şəhərin adı Sərah, Yaqut Həməvidə Sərav kimi göstərilmişdir.
Sərək
Sərək — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Coğrafi ad fars dilindəki bərk ağac növü olan zərəng bitki (dəmir ağacı növü) adı və kənd topokomponentlərinin birləşməsindən yaranmışdır. == Əhalisi == Bu kənddə ləhcələri və adətləri ilə əsas əhalidən seçilən ayrıca bir tayfa yaşayır. Miller çorojlar barədə isə bunları qeyd edir: “Çorojların nümayəndələrindən biri ilə Astaranın Sərək kəndi yaxınlığında görüşdüm. Onlar da özlərini talış hesab edirlər. Çorojlar köçəri tayfa olub bu regiona əsasən İranın Talışdolab mahalından gəliblər. Onların hamısı sünni məzhəbinə malikdirlər. Bu tayfanın üzvləri türk (azərbaycanca) danışa bilmirlər. Onların qışlaqları Təngərud kəndi ətrafında, yaylaqları isə Toradi kəndi yaxınlığındadır. Onlar haqqında mənə digər talışlardan fərqli adət-ənənələrinin olduğu barədə məlumat verilmişdi, lakin özləri bunu inkar edir” (Miller, 1926:9).