Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meljak
Meljak (fr. və oks. Meljac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12144. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 26 km cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. 2007-ci ildə 74 yaşda (15-64 yaş arasında) 55 nəfər iqtisadi fəal, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,3%, 1999-cu ildə bu 62.5%).
Məlcək
Məlcək — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nu Mirikənd i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Kənd əhalisi 421 nəfərdir ki, onunda 210 nəfəri kişi, 211 nəfəri isə qadınlar təşkil edir., 94 təsərrüfatı var. Yaşayış məntəqəsi 19 əsrdə Cavad qəzasında yaşayan Qaravəlli Vahid bəyli elatının bir tirəsinin (52 ailə) Məlcək adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.1886 ilin siyahıyaalma sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Meysəri kənd icması daxilində Məlcək adlı kənd (19 ailə, 89 nəfər) qeydə alınmışdır. Məlcək türkdilli xalqların toponomiyasında “sığınacaq” mənasında işlənmişdir.
Şellak
Şellak (nid. schellak) — Hindistanın və Cənub-Şərqi Asiyanın bəzi tropik və subtropik ağaclarında (Croton lechleri və b.) parazitlik edən Kerriidae ailəsinə aid yastıca həşəratlarının bir sıra cinslərinin (Metachardia, Kerria, Laccifer, Tachardiella, Austrotachardiella, Afrotachardina, Tachardina) dişiləri tərəfindən ifraz olunan təbii qatrandır. Şellakın tərkibində aleuretin turşusu, dihidrooksifikoserol turşusu, şellol turşusu, şellak mumu (5%-ə qədər), su və suda həll olunan piqment var. Ərimə temperaturu — +80… +120 °C-dir. Qələvi məhlullarda və aşağı alifatik spirtlərdə yaxşı həll olur, benzolda az həll olur və benzində, piylərdə və yağlarda demək olar ki, həll olmur. Şellak istehsalçısı kimi ən yaxşı tanınan növ, bəzi tropik ölkələrdə (o cümlədən, təkcə Asiya deyil, həm də Mərkəzi Amerikada) yabanı bitkilərin üzərində müvafiq növlərin əkilməsi ilə becərilən Kerria laccadır (digər adı Laccifer lacca). Beçələmə dövründə yastıcalar ağac budaqlarında oturur və ağacın şirəsini əmir, onu həzm edir və qatranlı maddə ifraz edir. Qurumuş lakın yığılması iyun və noyabr aylarında həyata keçirilir. Daha sonra üyüdülür, yuyulur və dənəvər lak kütləsi əldə etmək üçün qurudulur. Daha sonra 2–3%-li arsen sulfid əlavə edilməklə kətan torbalara yığılan lak ağac kömürünün odunda əridilir.
Moldurqa Salçak
Moldurqa Salçak (tıva Молдурга Бүрүшкeкович Салчак; 12 dekabr 1936, Barun-Kemçik rayonu[d] – 9 yanvar 2012 və ya 2012, Kızıl) — tıva türklərini məşhur yazıçısı, şairi, Tuva Muxtar Sovet Sosialist Respublikası mədəniyyətinin tanınmış şəxsi. O, Tıva Respublikasının Yazıçılar Birliyinin üzvü olmuşdur. Moldurqa Salçak 1936-cı ilin 12 dekabrında Tıva Arat Respublikasının Barıın-Hemçik bölgəsiin Möngün Tayqa adlanan yerinin Mugur qəsəbəsində anadan olmuşdur. Mugur-Aksi və Qızılda təhsilinin iki pilləsini bitirmiş və Qızıl Müəllim məktəbini və Dövlət Müəllim İnistitutunda təhsil almışdır. 1957–1960-cı illərdə Tuva Muxtar Oblastındakı adminstrativ bölgə olan Bay-Tayqa bölgəsinin Şuy kəndində, 1960–1994-cü illərdə Mugur-Aksi orta məktəbində Tuva türkcəsi dili, ədəbiyyatı dərslərini vermişdir. O, müəllimliklə 37 il məşğul olmuşdur. Yazıçılığa 1953-cü ildə gəlmişdir. "İye çurttuñ аldаrıngа" adlı ilk şeri ulduz ağaç mənasındakı "Sıldısçıgaş" qəzetində yayımlanmışdır. Şerlərinin ilk antologiyası 1963-cü ildə "Şuurqan" adı ilə çıxmışdır. Bu illərdə "Tanış" (1967), "İster" (1970), "Ayalqa" (1974), "Tura-soruk" (1979), "Çırıküem" (1983), "Üye-şagnın sudalı" (1984), "Idıktarım" (1990), "Süzük" (1994) adlı kitabları nəşr edilmişdir.
Salçak Toka
Salçak Toka və ya Salçak Kalbak-Herekoğlu TOKA (15 dekabr 1901 – 11 may 1973 və ya 1973, Kızıl, SSRİ) — tuvalı yazıçı, dövlət xadimi, general, Sosialist Əməyi Qəhrəmanı. Tuva Xalq Respublikasının respublika müfakatı laureatı. Müstəqil Tuva Xalq Respublikasını SSRİ ilə birləşdirmişdir. 15 dekabr 1901-ci ildə Mergendə anadan olmuşdurTuva Xalq Respublikasını SSRİ-ə birləşdirdikdən sonra Tuva xalqı ona TOKA demişdir. Toka Tuvanı ruslara birləşdirən uşaq sözlərinin tuvaca baş hərflərinin abreviaturasıdır. Xalq bununla onu ələ salmışdır. 1932-ci ildə Donduk Kuuların edamından sonra Salçak Toka Tannu Tuvanın hökmdarı oldu. Sovet modelindən sonra kommunist bir ideologiya təqdim etdi, köçəri kənd təsərrüfatı kollektivləşdirildi və ənənəvi dinlər (Tibet Buddizmi və Şamanizm) sıxışdırıldı. Ətrafında fərdi bir mədəniyyət inkişaf etdi və ədəbi əsərlərinə görə çoxsaylı Sovet mükafatlarına layiq görüldü. 1944-cü ildə Tannu Tuvanın Sovet İttifaqı tərəfindən ilhaq edilməsini istədi.
Selcan xatun
Selcan xatun — «Kitabi-Dədə Qorqud» əsərində Qanturalın nişanlısı. Sarı tonlu Selcan xatun. 6-cı boyda işlədilmişdir. Qanturalın nişanlısıdır. "Sarı tonlu" ləqəbi "Selcan xatun"un həddindən artıq gözəl olduğunu göstərir. Selcan Xatunun "gözəllər sərvəri", "incə tonlu" epitetləri də onun gözəlliyinə işarədir. B.Abdullayev göstərir ki, "Selcan qədim türk dilindəki "sel" və fars dilindəki "can" sözlərindən düzəlib, "can dincliyi, qərb sakitliyi" deməkdir. N.Məmmədov isə "Selcan"ın "işıqlı sima", "parlaq vücud" mənasında olduğunu göstərir. «Qanlı Qoca oğlu Qanturalı» boyunda qanturalın sevdiyi Selcan Xatun Sarı libaslda təsvir olunur. Qanturalı Sarı donlu qızın eşqi ilə bir «hu»!
Selçuk Bayraktar
Səlcuq Bayraqdar (7 oktyabr 1979, Sarıyer) — türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni. Əslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir və Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir. Təhsil həyatına Sarıyer ibtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olmuş, 1997-ci ildə Robert Kollecini bitirmişdir. Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlamışdır. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət nəticələnmişdir. Təcrübə müddətində təqaüd verildikdən sonra, 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamladı. Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirmişdir. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışmışdır. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparmışdır.
Selçuk Universiteti
Səlcuq Universiteti — 1975-ci ildə Konyada fəaliyyətə başlayan dövlət universiteti. Konyada universitetin açılması 1955-ci ildə gündəmə gəlmişdir. Bu tarixdə Türkiyə Böyük Millət Məclisində universitetlə bağlı qanun layihəsi hazırlanıb. Qanun layihəsini deputatların yarıdan çoxu imzalasa da, Milli Təhsil Komissiyasından keçməyib. 1962-ci ildə Konya, Türkiyə Respublikası Təhsil Nazirliyinə bağlı Səlcuq Təhsil İnstitutu və Ali İslam İnstitutu ilə universitetə ​​sahib olmaq yolunda ilk böyük addımı atdı. Daha sonra bu addımı gücləndirmək və inkişaf etdirmək məqsədi ilə 1968-ci ildə Konyada universitetin yaradılması və davam etdirmə dərnəyi yaradıldı. Nəhayət, bugünkü Mühəndislik və Memarlıq fakültəsinin özəyini təşkil edən Mühəndislik və Memarlıq Kollecci yaradıldı. Binası, sinif otağı, işçi heyəti və büdcəsi olmasa da, 1970-1971-ci tədris ilində Uşaqların Müdafiəsi Agentliyinə (Gəzi Liseyi) aid binada xidmətə başlayan bu kollec, 5 iyul 1971-ci il tarixli və 1418 saylı qanunun 9-cu maddəsinə əsasən Konya Dövlət Memarlıq və Mühəndislik Akademiyası adını aldı. 1982-ci il Səlcuq Universiteti üçün sıçrayış ili oldu. 20 iyul 1982-ci il tarixində 41 saylı Qanun Fərmanı ilə universitetin nüvəsini təşkil edən Fənn və Ədəbiyyat fakültələri birləşdirilərək Fənn-Ədəbiyyat fakültəsi qurulmasına, Səlcuq Ali Müəllimlər Məktəbinin Təhsil fakültəsinə çevrilməsinə, Konya Dövlət Mühəndislik-Memarlıq Akademiyasının Mühəndislik-Memarlıq fakültəsinə çevrilməsinə, Konya Ali İslam İnstitutunun İlahiyyat fakültəsi çevrilməsinə, Hüquq, Tibb, Kənd Təsərrüfatı və Baytarlıq fakültəsinə çevrilməsinə, Səhiyyə, Elm və Sosial Elmlər İnstitutların qurulmasına, Xarici Dillər Məktəbi ləğv edilərək Konya Peşə Məktəbinə çevrilməsinə, Niğdədə Niğdə Peşə Məktəbinin yaradılmasına, Qız İncəsənət Ali Müəllim Məktəbinin Qızlar üçün İncəsənət Təhsili Kollecinə, Niğde Təhsil İnstitutunun Ali Təhsil Məktəbinə çevrilməsinə qərar verildi.
Selçuk Ural
Səlcuq Ural və ya Əbdulqədir Səlcuq Ural (türk. Selçuk Ural) – Türkiyə müğənnisi. 1945-ci il Türkiyənin Bartın ilində dünyaya gəlib. Gülə-Gülə sənə və s. mahnıları ifa edib.
Selçuk İnan
Selçuk İnan (10 fevral 1985, İskəndərun, Hatay ili) — Super Liqa təmsilçisi "Qalatasaray" və Türkiyə milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış etmiş türk keçmiş peşəkar futbolçu. Selçuk, futbola doğulduğu şəhərin komandası olan "Karaağaç Belediyespor"-da həvəskar olaraq başlamışdı. 15 yaşındaykən seçmələrinə qatıldığı Çanaqqala Dardanelspor-da 2006-cı ilə qədər oynadı. 2005–2006 mövsümünün ilk yarısında da 15 liqa matçına çıxdıqdan sonra, dövrə arasında Ərsun Yanalın istəyi ilə dörd oyunçu və bir miqdar da pul qarşılığında Vestel Manisaspora transfer oldu. Egey komandası, eyni günlərdə Selçukla birlikdə bir başqa gənc ulduz namizədini də icarəyə almışdı, hətta bu iki gənc oyunçular sezonun sonuna qədər otaq yoldaşlığı etmişdi. Digər futbolçunun adı Arda Turan idi. 2008–2009 sezonunda əvvəlki məşqcisi Ərsun Yanal bu transferdə də baş rolu oynamış, oyunçusunu yeni komandasına gətirmışdı. Trabzonsporda 32 liqa matçında oynayaq Selçuk, 8 nömrəli formasıyla ilk çıxdığı iki matçda iki qol ataraq mövsümə əla başladı. Qalan matçlarda sadəcə bir dəfə qol ata bilən Selçuk, o qolla da komandasının liqa tarixindəki 2000-ci qolunun altına adını yazdıracaqdı. Selçuk İnan, karyerasının ən yaxşı oyununu heç şübhəsiz 2011-ci ildə keçirdi.
Tamba Salçak
Tamba Salçak (tuvaca: Тамба Өдекеевич Салчак, d. 25 oktyabr 1938 – ö. 16 mart 1983) – tuvalı şair, yazıçı və jurnalist. Tuva Yazıçılar Birliyinin və SSRİ Jurnalistlər Birliyinin üzvü olmuşdur. Tamba Ödekeyoğlu 15 mart 1918-ci ildə Tandı-Tıvanın Salçak bölgəsinin Kaa-Hemin Oştan kəndində anadan olmuşdur. Yayla ibtidai məktəbinin ilk sinfini oxuduqdan sonra SSRİ Altay krayının Oyrto-Turada kənd təsərrüfatı məktəbində təhsilini davam etdirmişdir. Daha sonra Qızıl şəhərindəki partiya məktəbindən də məzun olmuşdur. Yeni Tuva yazısını öyrənmiş, partiya da katib kimi önəmli yazışmaları idarə etmişdir. 1951-ci ildən başlayıb, “Şın” qəzetində ədəbi əsərlərə nəzarət edilməsi işinə qəbul edilmiş və burada ümumilikdə 28 il çalışmışdır. İlk əsəri “Dongada kadık” 1955-ci ildə nəşr edilmişdir.
Selcan Hamşıoğlu
Selcan Hamşıoğlu (1978, Təkirdağ ili) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Selcan Hamşıoğlu 1978-ci ildə Təkirdağ ilində anadan olub. İstanbul Universiteti Ədəbiyyat Bölməsindən məzun olub. Kanal 59 və Radyo 59da müxbir olaraq çalışıb. Kurultay, Ortadoğu və Yeniçağ qəzetlərində məqalələri dərc olunub. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Təkirdağ ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Rəqəmsal Media Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə və italyanca bilir. Evli və 1 uşaq anasıdır.
Selcan Mahsudova
Selcan Mahsudova (28 avqust 2003) — Azərbaycanı təmsil edən batut gimnastı. == Karyerası == Selcan Mahsudova İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsidir. Şəxsi məşqçisi Vladimir Şulixindir. Selcan Mahsudova 2016-cı ildə Litvada, 2017-ci ildə isə Belarusda beynəlxalq turnirlərin müvafiq olaraq gümüş və bürünc medallarına sahib oldu. 2018-ci ildə Gürcüstan və İtaliyada beynəlxalq turnirləri gümüş medallarla başa vurdu. 2022-ci ildə Selcan Mahsudova Birminhem şəhərində (Birləşmiş Krallıq) "United Kingdom Open" turnirinin qalibi oldu. Həmin il Niderlandda “Dutch Trampoline Open 2022” beynəlxalq turnirinin və Azərbaycanda FIG World Cup turnirinin gümüş medalına sahib olan Mahsudova bir il sonra Özbəkistanda beynəlxalq turnirin qalibi oldu, Azərbaycanda FIG World Cup turnirini isə bürünc medalla başa vurdu. 2024-cü ilin martında Niderlandda baş tutan FIG World Cup turnirinin qalibi olub. Selcan Mahsudova 2023-2024-cü illərdə baş tutan FIG World Cup seriyalı turnirlərin nəticələrinə əsasən lisenziyaya sahib oldu. Mahsudova bu idman növü üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı oldu.
Əl-Məlca
Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan, qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmış deməkdir. Bir problemi həll etmənin, ya da bir zərəri önləmənin bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır. Bu sığınma, gücü məhdud və sonlu varlıq olan insanın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur.
Yüksel Selçuk Türkoğlu
Yüksəl Səlcuq Türkoğlu (1971, Kayseri) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Yüksəl Səlcuq Türkoğlu 1971-ci ildə Kayseri ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Kayseridə alıb. 1994-cü ildə Bursa Uludağ Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Kocaeli Universiteti Təhsil Bölməsindən təhsilin idarə edilməsi və təftişin planlaşdırılması üzrə magistr dərəcəsi alıb. Batmanda və Bursada müəllim olaraq çalışıb. Təhsil və Elm İşçiləri İttifaqının (EĞİTİM SEN) şöbə müdiri və il sədri olub. 2020-2023-cü illərdə İYİ Partiyanın Bursa il sədri vəzifəsində təmsil olunub. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Bursa ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Salçak Samba-Lündup
Salçak Kök-Karak oğlu Samba-Lündup (tıva Салчак Көк-Карак-оглу Самба-Люндуп; 21 dekabr 1916, Tuva Xalq Respublikası – 6 fevral 1981) — Tıva şairi və redaktoru. == Həyatı == Tandı Uranhayın Daa koojunundakı Kööp-Söök kəndində anadan olmuşdur. Özü yazmağı öyənmjş və Şərq Xalqları Kommunizm Universitetini bitirmişdir. Sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. "Areve şını" qəzetində redaktor, Tıva Xalq Respublikası Məclisinin sədri, Tıva Vahid Nəşriyyatının direktoru, daha sonra isə Tıva nəşriyyatının direktoru, "Şın" qəzetinin redaktoru vəzifələrində çalışmışdır. 1937-ci ildə yaradıcılıq fəaliyyətinə başlamışdır. O, əksər şeirlərini, esselərini və "Ösküs-ool" adlı poemasını xAreve şınıx və "Şın" qəzetlərində, "Revolyustun hereli" jurnalında çap etdirmişdir. Tıva dilinə əsaslanan təhsilin ilk araşdırmalarında və redaktorluğunda iştirak etmişdir. O, Aleksandr Puşkinin "Kapitan uruu" və Nikolay Qoqolun "Revizor" əsərlərini Tıva dilinə tərcümə etmişdir. SSRİ və Tıva Muxtar Sovet Sosialist Respublikası Yazıçılar Birliyinin üzvü olmuşdur.