Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mitsar
Mitsar və ya Mizar qədimdən insanlara məlum olan adı gözlə müşahidə oluna bilən ulduzlardan biridir. Koordinatlar: 13h 23m 55,5s + 55°31' 54" Mitsar (Mizar) və Əlqul Böyük Ayı Bürcündə adi gözlə qoşa ulduz kimi görünən iki ulduzdur. Mizar Böyük Ayı Bürcünün qolunda sondan ikinci ulduzdur, Əlqul isə onun zəif yoldaşıdır. Mitsar Zeta Böyük Ayı (qısaltması Zeta UMa, ζ UMa) olaraq da adlandırılır və kvadrupol sistem təşkil edir, eyni zamanda Əlqul da 80 Böyük Ayı (80 UMa) olaraq adlandırılır və qoşa sistem təşkil edir. Bu cütlər birlikdə bir altılıq sistem təşkil edir. Hipparcos astronomik peyki tərəfindən ölçmələri nəticəsində müəyyən olunmuşdur ki, bu sistem Günəşdən təxminən 83 işıq ili uzaqlıqda yerləşir. == Ulduz sistemi == Mitsar biri -birindən 14.4 arcsaniyəlik bucaq ölçüsü fərlənən iki ulduzdan ibarət spektroskopik qoşa sistemdir. Görünən ulduz ölçüsü 2m.23 və spektral sinfi A2V-dir. Adi gözlə müşahidə zamanı Əlqul Mitsardan təxminən 12 arcdəqiqə sonra ortaya çıxır. Əlqulun görünən ulduz ölçüsü 3m.99 və spektral sinif A5V-dir.
Senitsa
Senitsa (slovak. Senica, alm. Senitz‎, mac. Szenice) — Slovakiyanın qərbində, Trnava bölgəsində şəhər. Əhalisi 23 700 nəfərdir (2004-cü il). Şəhər Zahorska dağ yamaclarının şimalında, Miyava çayının sahilində yerləşir. == Tarix == == Əhali == === Əhalinin etnik mənsubiyyəti === Slovaklar – 94,60 %Çexlər – 1,56 %Qaraçılar – 0,84 %Macarlar – 0,14 %digərləri === Əhalinin konfessional mənsubiyyəti === roma-katolikləri – 47,28 %ateistlər – 31,18 %yevangelik kilsə v.d. – 17,03 %yunan-katolikləri – 0,29 %pravoslavlar – 0,11 %digərləri == Tanınmış Senitsalılar == Vlado Adásek – Slovakiyalı rejissor və ssenari müəllifi. Jozef Bossanyi – tanınmış slovak tarixçisi, dilçi və təbiyətşünası Vladimír Fajnor – (1875 – 1952), siyasətçi Jozef Kvetoslav Holub – slovak pedaqoqu Viliam Pauliny-Tóth – slovak siyasətçisi, belletris və publisisti.
Smirna
Smirna (yun. Σμύρνη) — Kiçik Asiyada antik şəhər. Hazırda bu şəhər İzmir şəhərinin daxildədir. == Tarixi == İzmir, yunan şairi Homerin, tarixin atası Herodotun vətəni sayılır. Qədim mənbələrdə adı Smirna kimi çəkilən bu şəhərin tarixni dəqiq söyləmək çətindir. Tarixçilərin dediyinə görə Smirna şəhərinin bir yaşayış məskəni kimi yaranması eramızdan əvvəl 3000-ci ilə aiddir. Lakin son dövrklərdə aparılan arxeoloji qazəntılar nəticəsində aydın oldu ki, izmirdə ilk yaşayış məskənləri e.ə. 6000-cı ilə gedib çıxır. Miladdan öncə 1500-ci ildə Smirna Het dövlətinin tərkibində idi. 1200-cü ildə yunan xalqlarının başda Aqamemnon olmaqla Troya şəhərinə yürüşü nəticədə Troya ilə bərabər Hett dövlətinin də süqutuna gətirib çıxarırdı.
Nitsa
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. == Coğrafiyası == Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Pitsa
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. == Pizzanın yaranma tarixi == Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Sitka
Sitka (ing. Sitka) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Sitta
Sitta (lat. Sitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinə aid heyvan cinsi.
Süita
Süita (fr. "suite" — ardıcıllıq) — bir neçə tamamlanmış pyesdən ibarət silsilə əsər; obraz məzmununa və quruluşuna görə fərqlənən pyeslər kontrastlıq prinsipi ilə növbələşir. XVI əsrdə İtaliyada meydana gəlmiş və peşəkar musiqidə geniş yayılmışdır.
Carex spissa
Carex spissa (lat. Carex spissa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Elitsa Todorova
Elitsa Todorova (Bolqarca: Елица Тодорова; 2 sentyabr 1977, Varna) — Bolqarıstanlı müğənni. == Həyatı == 2 sentyabr 1977-ci ildə anadan olmuşdur. Elitsa Todorova Stoyan Yankulov ilə birlikdə 2007 Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı təmsil etmiş və Bolqarıstana 5-ci yeri qazandırmışdılar. Elitsa və Stoyan 2013-cü ildə yenidən öz ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Bolqarıstanı finala keçirə bilməyiblər.
Jurinea spissa
Jurinea spissa (lat. Jurinea spissa) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Metaseiulus smithi
Metaseiulus smithi (lat. Metaseiulus smithi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Mıs Şmidta
Mıs Şmidta (rus. Мыс Шмидта) — Rusiya Federasiyası Çukot Muxtar Dairəsi, İultinski rayonunda yerləşəşən şəhər tipli qəsəbə. Qəsəbə Arktika araşdırmaşısı Otto Yuleviç Şmitdın şərəfinə adlandırılmışdır. == Yerləşməsi == Mıs Şmitda qəsəbəsi Otto Şmidt burnunda, Çukot dənizi sahilində yerləşir. Anadır şəhərindən 650 km şimalda qərarlaşır. Qəsəbəyə ən yaxın yaşayış məntəqəsi Rırkaypiy kəndidir. Şimal dəniz yolu üzərində yerləşməsi onun əhəmiyyətini artırır. Qəsəbənin salnmasına da səbəb bu olmuşdur. == Tarixi == Otto Şmitd burnu Çukot dənizi sahillərində,Lonq boğazında yerləşir. Burun ilk dəfə 1778-ci ildə ingilis dəniz səyyahı Ceyms Kuk tərəfindən kəşf edilmişdir.
Smetse Smeye
"Flamand əfsanələri" toplusuna daxil olan dörd əsərdən ən maraqlı əsər "Smetse Smeye" novellasıdır. Bu novellanın motivləri isə şeytanın özünü belə aldadan sadə dəmirçi və xalq nağıllarında tez-tez rast gəlinən üç arzunun yerinə yetirilməsi haqqında mövzuların ifadə olunduğu bir neçə orta əsr fabliosundan götürülmüşdür. Bu novella digərlərindən fərqli olaraq daha çox fantastika ilə müşayiət olunan real məişət materialları ilə zəngindir. == Qısa Məzmunu == Dəmirçi Smetse qana boyanmış XVI əsr Flandriyasında yaşayır. Bu dəmirçi, öz şagirdləri ilə birlikdə xalqa zülm edən inkvizitorun, hersoq Albanın və II Filippin kölgələrinin öhdəsindən gəlir, onların cinayətlərini sadalayır. Smetse Smeye realist obrazdır. Daha çox xalq ədəbiyyatının qəhrəmanlarını xatırladır. O, oyunbazdır, işgüzardır və gözəl sənətkardır; bununla belə o, kələkbaz və çevik adamdır, o, həm də sadədil və xeyirxahdır. Smetse nəinki dara düşən dostunu, hətta düşmənini də xilas etməyə hazırdır. Heç şübhəsiz ki, bütün bu xüsusiyyətlər daha kamil şəkildə gələcəkdə yazıçının şah əsəri olan "Ulenşpigel əfsanəsi" əsərində böyük məharətlə ifadə olunmuşdur.
Smirna aqorası
Smirna aqorası və ya İzmir aqorası — Smirna şəhərində (indiki İzmir, Türkiyə) yerləşən qədim Roma aqorası. Eramızdan əvvəl 4-cü əsrdə yunanlar tərəfindən inşa edilmiş aqora eramızdan əvvəl 178-ci ildə zəlzələ nəticəsində dağılmışdır. Roma İmperatoru Mark Avreli onun yenidən qurulmasını əmr etmişdir. Tarixi məkanın qazıntı işləri 1933-cu ildə başlamışdır. 2020-ci ildə Smirna aqorası, "Tarixi liman şəhəri İzmir" proyekti çərçivəsində UNESCO ümumdünya irsi siyahısına əlavə olundu.
The Smiths
The Smiths — 1982-ci ildə Mançesterdə Stiven Patrik Morisey və Conni Marr tərəfindən qurulmuş bir ingilis qrupudur. Bir çoxlarının fikrincə bu qrup 80-ci illərdə İngiltərədə ən məşhur rok qrupu idi. == Tarixi == The Smiths qrupu 1982-ci ilin əvvələrində yazar Nyu York Dollsun azarkeşi Steven Patrik Morisey ilə gitaraçı və bəstəkar Conni Marr tərəfindən qurulub. Bundan sonra qrupun adı başqa bir qrupun üzvü ilə qarışdırılmaması üçün dəyişdirilmişdir. İlk albomları 1984-cü ilin fevral ayında İngiltərədə işıq üzü görmüşdür. İkinci albomları olan — "Meat is Murder" (Ət cinayətdir) isə 1985-ci ilin əvvələrində yayımlanmışdır. Bu albom ilk albomdan daha uğurlu olmuş və vegeterianlığı təbliğ etmişdir. == Üzvləri == === Əsas üzvlər === Morissey Conni Marr Andi Rurk Mayk Coys === Digər üzvlər === Steven Pomfred Deyl Hibert Kreyk Qanon İvor Peri == Albomları == The Smiths Hatful of Hollow The Queen is Dead The World Won't Listen Lauder Than Bombs Strangeways, Here We Come Rank The Sound of (Very best of) == Parçalanması == The Smiths qrupunun gitaraçısı Marr 1987-ci ilin iyul ayında qrupu tərk edir. 1989-cu ildə isə qrupun yaxşı bir idarəçisi olmadığına və maliyyə çatışmazlığına görə fəaliyyətini dayandırır. Eyni zamanda qrupun dağılmasının ən böyük səbəblərindən biri də qrup üzvləri arasında birliyin olmaması və fikir ayrılığı idi.
İvar Smilqa
İvar Smilqa (2 dekabr 1892 – 10 yanvar 1937, Moskva) — Bakının sovet Rusiyası tərəfindən işğalının (1920) təşkilatçılarından biri. == Həyatı == 1892-ci ildə Rusiya imperiyasına daxil olan, idiki Latviya torpaqlarında yerləşən Litvoniya quberniyasının Aloja məntəqəsində anadan olmuşdur. == Fəaliyyəti == 1907-ci ildən Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasının üzvü olub. Fevral inqilabından (1917) sonra Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyası Kronştadt komitəsinin tərkibinə daxil olmuş, Finlandiya vilayət ordu, donanma və fəhlə icraiyyə komitəsinin sədri vəzifəsində işləmişdir. Oktyabr inqilabından (1917) sonra Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetinin (RSFSR XKS) Finlandiyada müvəkkili, respublika hərbi-inqilab Şurasının üzvü, Ali Xalq Təsərrüfatı şurası sədrinin müavini olmuşdur. == Bakının işğalı == Qafqaz cəbhəsinin rəhbərlərindən biri kimi Bakının işğalı planının hazırlanması və həyata keçirilməsində iştirak etmişdir. 1920 il 16 yanvar- 21 may və 1921 il 26 yanvar — 26 mayda Qafqaz cəbhəsi hərbi-inqilab şurasının üzvü, həmin cəbhəyə daxil olan 11-ci Qırmızı ordunun Bakını işğalı zamanı Qafqaz cəbhəsinin müvəqqəti komandanı (1920, 24 aprel — 15 may) olmuşdur. RSFSR XKS-nın sədri V. Leninin Bakını işğal etmək haqqındakı 1920 il 17 mart tarixli şifrəli teleqramı Smilqa və Q. K. Orconikidzeyə ünvanlanmışdı. Teleqramda deyilirdi: Həmin teleqramın Leninin əlyazması ilə birlikdə arxivdən aşkar edilmiş surətində Orconikidze bu sözləri yazmışdır: == Partiyadan xarici və güllələnməsi == Smilqa 1920–1921 illərdə həmkarlar ittifaqı diskussiyası zamanı L. D. Trotski platformasının tərəfdarı olmuşdur. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının 15-ci qurultayında (1927), trotskiçi müxalifətin fəal xadimi kimi partiyadan çıxanılmışdır.
Şovitsa yemişanı
Şovitsa yemişanı (lat. Crataegus szovitsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı şərqi Zaqafqaziyanı və Kiçik Asiyanın şərq rayonlarını əhatə edir. == Botaniki təsviri == Boz qonur rəngli, kiçik sıx budaqlı ağacdır. Cavan zoğları ağ keçəlidir. Yarpaqları möhkəm, qalın, göyümtüldür. Çiçəkləyən zoğlarda alt yarpaqları əks-yumurtavari, yuxarıda yerləşənlər üç pərlidir, dərin, beş bölümlü, kəsiyində enli əks yumurtavari, rombvari, uzunluğu və eni 3-4,5 sm; orta pəri bünövrəyə daralmış, iti və ya küt, ucuna yaxın az dişli, bəzən kənarları bütövdür. Steril zoğlarda daha iri, 5-9 yerə dəri bölünmüş, ensiz və kəsik pərlidir. Çiçək qrupunun diametri 5 sm-dək, yığcam, 10-12 çıçəkli, sıx-ağ keçəli, çiçək saplağının uzunluğu 1,5-5 mm-dir. Kasayarpaqları enli-üçkünc, ucu biz, çiçəkləmə dövründə düz dayanandır, meyvə verdikdə şaxələnir.
Mişa
Mişa — ad. Mişa Büluri — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Blek — yəhudi-ingilis dizayner və arxitektor. Mişa Kross — Polşa pornoaktrisası. Mişa Kollins — Amerikalı aktyor.
SİTA
İTAR-TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
Şisa
Şisa (シーサー) – Ryukyu mədəniyyətində şirə oxşar dekorativ heykəlciklər. Ənənəvi Okinava evlərinin damlarında və girişlərində qoyulur. Müasir Okinava mədəniyyətinin talismanı hesab olunduğu üçün turistlər kiçik versiyalarını suvenir kimi alırlar. == Tarixi == Şisanın mənşəyi qədim Çində hazırlanan şir heykəlləri ilə bağlıdır. Şirlər cəsarət və güc simvolu hesab olunduğu üçün hökmdarların gücünü simvolizə edirdi. Ryukyu adalarında şirlər yaşamasa da, Çinlə ticarət əlaqələri sayəsində əhali şir heykəlləri ilə tanış olmuş və şirləri şəri qovan mifik varlıqlar hesab etmişdir. Bu səbəbdən şisalar tam olaraq şirə oxşamırlar, hətta Yaponiyadakı şinto məbədlərində qoyulan şir-it heykəllərinə oxşayırlar. Okinavanın şimalında və Yaeyama adalarında "şisa" əvəzinə "şişi" sözündən istifadə olunur. Qədim yapon dilində "şişi" sözü şir demək idi. Lakin Çin dilində də "şitsi" sözü şiri bildirdiyi üçün bu sözün Çinin təsiri ilə yarandığı və daha sonra "şisa" sözünə təkamül etdiyi düşünülür.
Amişa Patel
Amişa Patel (9 iyun 1975, Bombey) — Hindistanın kino aktrisası. == Həyatı == Amişa Patel 9 iyun 1976-cı ildə Hindistanın Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Amit və Aşa Pateldir. Ailədə 2 uşaqdırlar. Bir qardaşı (Aşmit Patel) var.
Daniel Smith
Daniel Smith — incəsənət materiallarının istehsalı ilə məşğul olan Amerika şirkəti. 1976-cı ildə oyma sənətçisi Deniel Smit tərəfindən qurulmuşdur. Əvvəlcə, şirkət oyma üçün boyalar istehsalı ilə məşğul olurdu, sonra çeşidini genişləndirərək akvarel, yağ və akril boyalarını da istehsal etməyə başladı. Əsas istehsal yeri ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində yerləşir. Şirkət məhsullarını peşəkarlar üçün sənət materialları kimi qiymətləndirir. Şirkətin əsas fərqlərindən cəhətlərdən biri təbii minerallardan, yarı qiymətli daşlardan və digər geoloji yataqlardan hazırlanan piqmentlərin geniş istifadə edilməsidir. PrimaTek® markalı kolleksiyaya firuzə, lazurit, rodonit, kianit və serpentindən hazırlanan boyalar daxildir. == Ədəbiyyat == Gragg, Randy "Daniel Smith Takes A Detour" The Oregonian 13 Sep 1998: F06. Massa, Leslie. "Daniel Smith, 1995/1996" Catalog Age 13.
Karl Şmitt
Karl Şmitt (alm. Carl Schmitt‎; 12 iyul 1888[…], Plettenberq[d], Prussiya – 7 aprel 1985[…], Plettenberq[d], Şimali Reyn-Vestfaliya) — alman hüquqşünası, siyasi fəlsəfəci və Nasist Partiyasının üzvlərindən biri idi. Şmitt siyasi hakimiyyətin effektiv istifadəsi haqqında geniş yazmışdır. Mühafizəkar nəzəriyyəçi olaraq, o parlament demokratiyası, liberalizm və kosmopolitizmin tənqidçisi kimi qeyd olunur, onun əsərləri siyasi nəzəriyyəyə, hüquq nəzəriyyəsinə, kontinental fəlsəfəyə və Siyasi teologiyaya böyük təsir göstərmişdir, lakin Nasist partiyasıyla olan keçmişinə görə mübahisəli hesab olunur. Şmittin əsərləri çoxsaylı filosofların və siyasi nəzəriyyəçilərə böyük təsiri olmuşdur. Məs. Hanna Ardent, Valter Benyamin, Jak Derrida, Yürgen Habermas, Fridrix fon Hayek, Slavoy Jijek və s. == Həyatı == Şmitt Almaniya İmperiyasının Vestfaliya əyalətinin Plettenberq şəhərində anadan olub. Valideynləri Plettenberqdə məskunlaşmış Eyfel bölgəsindən olan Roma Katolikləri idi. Berlin, Münhen və Strasburqda hüquq təhsili aldı və 1915-ci ildə o vaxtkı Almaniya Strasburqunda məzuniyyət və dövlət imtahanlarını verdi.
Karolina Svits
Karolina Svits (ing. Carolina Sweets 29 sentyabr 1996, Şampeyn, İllinoys, ABŞ — amerikalı pornoaktrisa.