Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dnestr
Dnestr (ukr. Дністе́р, mold. Nistru, q.yun. Τύρας, lat. Tyras, Tiras) — Şərqi Avropada çay. Şimal-qərbdən cənub-şərqə Ukrayna və Moldovanın sərhədlərində axır. Qara dənizə tökülür.
Sxneti
Sxneti ( gürc. წყნეთი ) — Gürcüstanda, Tbilisi şəhər bələdiyyəsinin inzibati tabeliyindəki şəhər tipli qəsəbə. Qəsəbə Tbilisi dəmiryol stansiyasından 12 km məsafədə yerləşir. == Tarixi == Sknetidə kənd təsərrüfatının intensiv inkişafı XIX əsrin II yarısında başlamışdır. Burada XVII-XIX əsrlərdə tikilmiş üç kiçik kilsə salamat qalmışdır. 1967-ci ildən bəri şəhər tipli qəsəbənin statusuna malikdir. Sovet dövründə burada tikiş fabriki, kinoteatr, uşaq sanatoriyası fəaliyyət göstərirdi. 2008-ci ildə Tiflis şəhərinin bələdiyyəsinə daxil edilmişdir.Sxnetidə vərəmin müalicəsində ixtisaslaşmış sanatoriyalar olan iqlim kurortu var və qəsəbəyə gedən yolda ixtisaslaşmış ingilis dili məktəbi var. == Əhali == Gürcü müğənnisi Mariam Kaxelişvili burada doğulmuşdur.
Bəsti
Bəsti — Azərbaycan qadın adı. Aşıq Bəsti — XIX əsrin tanınmış qadın aşığı. Bəsti Cəfərova — aktrisa. Azərbaycanın xalq artisti (1998) Bəsti Bağırova – Bəsti Sevdiyeva – xanəndə, əməkdar artist. Bəsti Qasımova — Azərbaycanlı müğənni, AzTV-nin solisti.
Nemti
Nemti — Misir mifologiyasında Nemti (Yunan dilində Antaeus, lakin yəqin ki, Yunan mifologiyasında Antaeus ilə əlaqəli deyil) ibadət mərkəzi Yuxarı Misirin şimalındakı Anteopolisdə olan bir tanrı idi. Nemtinin ibadəti kifayət qədər qədimdir, ən azı 2-ci sülalədən, onun artıq öz kultuna həsr olunmuş keşişləri olduğu zamana gedib çıxır. Əvvəlcə Nemti, Horus kultunun mərkəzi olan Badari ətrafındakı qədim bölgənin himayədarı olduğu görünür. Sağ qalan məlumatların olmaması səbəbindən Nemtinin orijinal funksiyasının nə olduğu və ya onun hər hansı bir xüsusi funksiyaya istinad edən Horus titulundan başqa bir şey olub olmadığı yaxşı bilinmir. Zaman keçdikcə Nemti sadəcə bərəçilərin tanrısı hesab olunmağa başladı və buna görə də qayıqda dayanan şahin kimi təsvir olundu, bu, əvvəlcə şahin olduğu düşünülən Horusa işarə idi. Daşıyıcıların tanrısı olaraq, (səyahət edən) mənasını verən Nemti titulunu aldı. Onun sonrakı kult mərkəzi Anteopolisdə və həmçinin Yuxarı Misirin 12-ci nomunda Per Nemtidə (Nemti evi) olmuşdur.Nemti, Osirisin mirasının həllini təsvir edən "Horus və Setin mübahisələri" nağılında görünür. Köhnə Krallıq. Bu nağılda Setin güc əldə etmək cəhdlərindən biri də tanrıları bir yerə toplayıb güclü arqumentlər irəli sürərək, onların hamısını inandırmasıdır (sonrakı ənənələrdə Totdan başqa hamısı). Set Horusun arvadı İsisin (erkən Misir mifologiyasında) sehrli müdaxiləsindən qorxur və buna görə də adada yığıncaq keçirərək Nemtiyə göstəriş verir ki, İsisə bənzəyənlərin oraya aparılmasına icazə verməsin.
Sessi
Sessi (fr. Cessy) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01071. == Coğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 115 km şərqdə və Burk-an-Bres şəhərindən 70 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 3992 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 2739 nəfər arasında (15-64 yaş arasında) 2215 nəfər iqtisadi fəal, 524 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80.9%, 1999-cu ildə 75.1%). Fəaliyyət göstərən 2215 sakindən 2056 nəfəri (1080 kişi və 976 qadın), 159 nəfəri işsizdir (77 kişi və 82 qadın).
ABŞ Senatı
ABŞ Senatı (ing. the United States Senate) — ABŞ Konqresinin yuxarı palatası.
Aktyor sənəti
Aktyor sənəti və ya aktyorluq — aktyor və ya aktrisanın teatrda, televiziyada, kinoda, radioda və ya hər hansı digər mimetik vasitədə qabaqcadan tapşırılmış rolu canlandırması ilə səhnə surətinin yaradılması. == Proses == Aktyor sənətinin icrasında aktyora bədən quruluşu, danışıq tərzi, mimika, emosionallıq, müşahidə, habelə təxəyyül və yaddaş kimi məziyyətlər kömək edir. Aktyor tamaşada tərəfi-müqabilləri ilə sıx bağlıdır. Onun yaratdığı obraz əsərin ümumi məzmununun və ideya istiqamətinin tamaşaçıya çatdırılmasına görə qiymətləndirilir. Aktyor yaradıcılığının əsası təcəssümetdirmə prinsipidir. Daxili və xarici təcəssümetdirmə anlayışları mövcuddur. Mürəkkəb yaradıcılıq prosesinin bu iki tərəfi mahiyyətcə bir-biri ilə sıx bağlıdır. Təcəssümetdirmə prosesində hərəkət, hiss və fikir vəhdətdədir. Xarici təcəssümetdirmə üçün aktyor qrim və paltardan, bəzən isə maskadan istifadə edir, tələffüz, davranış, mimika və surətə zahiri əlamətlər verən bu cür başqa ünsürlər axtarıb tapır. Buna baxmayaraq, həqiqi təcəssümetdirmə üçün aktyor personajın daxili aləmini açmalı, düşüncə və həyəcanları ilə yaşamalıdır.
Aşıq sənəti
Azərbaycan xalqının fəlsəfi mədəniyyətinin intensiv inkişafının daha da artdığı Hacıbəyovdən sonrakı dövrdə peşəkar bəstəkarlıq yaradıcılığında musiqi təfəkkürünün formalaşmasını nəzərdən keçirərkən və tədqiq edərkən baş verən təzahürün həlledici mənbələrinin rolunun təhlilinə diqqət yetirəcəyik. Yəni – aşıq sənəti, kamil muğam qatları və müasir bəstəkarlıq yaradıcılığının yeni üslub xüsusiyyətləri kimi musiqi mədəniyyəti mənbələrindən Ü.Hacıbəyov yaradıcılığı əsasında uğurla və çox həssaslıqla istifadə nəzərdə tutulur. Xalq yaradıcılığında mövcud olan aşıq sənəti üçün yeni keyfiyyət xüsusiyyətləri xasdır ki, bunlar da milli irs kimi Azərbaycanda peşəkar bəstəkarlıq yaradıcılığının əvəzolunmaz və çox mühüm mənbəsi hesab edilir. Bu irs sitat xarakterli deyildir, çox taktla və yerində intonasiya, metroritm, səciyyəvi səslənmələr, obrazlı tərkib hissələrdən istifadə edir. Bu da təbiidir, belə ki, aşıq sənəti Azərbaycan cəmiyyətinin mənəvi aləminin ruhunda və qanındadır. Xalqın tarixi dəyəri və mənəvi inkişaf səviyyəsi həmin xalqa mənsub yaradıcı şəxslərin yaradıcılıq fəaliyyət nəticələri ilə müəyyən olunur. Təbii ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən bir də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Bu incəsənət növündə poeziya, musiqi, rəqs, ifaçılıq sintezi özünü göstərir. Aşıq musiqisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır.
Dnestr kanyonu
Dnestr kanyonu — Ukraynanın Dnestr çayında formalaşan kanyon. Kanyon ölkənin 4 vilayətinin sərhəddində yerləşir: İvano-Frankovsk, Ternopol, Çernovtsı və Xmelnitski. Ümumi uzunluğu 250 km-dir. Bu göstərici ilə o nəyin ki, Ukraynanın, eləcə də Avropanın ən uzun kanyonlarından biri hesab olunur. 2008-ci ilin 26 avqustunda ümumukrayna internet sorğusu nəticəsində Dnestr kanyonu Ukraynanın 7 təbiət möcüzəsindən biri hesab olunmuşdur. == Ümumi məlumat == Kanyon ərazinin özünəməxsus geoloji quruluşu nəticəsində formalaşmışdır. Bundan başqa, tektonik hərəkətlər, eləcə də su və külək eroziyasının da rolu böyükdür. Kanyonda və onun ətraf hissələrində Dördüncü dövrün çökmə süxurları ilə yanaşı paleozoy erasının Silur dövrünə aid süxurlar da geniş yayılıb. Nırkov kəndi yaxınlığında yerləşən 16 metrlik Curin şəlaləsi bölgənin görməli yerlərindən biri hesab olunur. Çayın sağ qolları az və çox qısadır: 6–16 km arasında dəyişir.
Döyüş sənəti
Şərq döyüş növlərinin tarixi Şaolin Məbədinə əsaslanır. Çində, Yaponiyada, Koreyada və digər Asiya ölkələrində yaranan bu döyüş növlərinin qismən də olsa bir-birinə oxşamasına səbəb onların Şaolin Məbədində yaranan Uşu ilə sintezidir. Belə ki, Kunq Fu yarandğı vaxtlarda onu çinlidən başqasına öyrətmək qadağan idi. Lakin bəzi çinli tacirlər Asiya ölkələrinə səfər zamanı Kunq Fu ilə maraqlanan bəzi adamlara öyrətdilər.
Ebru sənəti
Ebru — su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru – çağatay dilində "dalğavari", farsca – "bulud" və ya "suyun üzü", ərəbcə isə "üz üçün su" mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır. == Tarixi == Tarixən ebru Çində və Yaponiyada çox yayımlanmış idi. Hesab olunur ki, bu sənət bu bölgədə başlamışdı. Ebru üslubu ilə hazırlanmış kağız haqqında ən erkən qeyd sayılan mənbə X əsrdə yaşayan Çinli mənur və alim Su Yician yazısında tapmaq olar.
Eromanga Sensei
Eromanga Sensei (エロマンガ先生, azərb. Eromanqa-sensey‎) — Tsukasa Fuşimi tərəfindən yazılmış və Hiro Kanzaki tərəfindən illüstrasiya edilmiş Yaponiya ranobe seriyası. "ASCII Media Works" 2013-cü ilin dekabr ayından bəri "Dengeki Bunko" möhrü ilə seriyanın 13 cildini nəşr etmişdir. 2014-cü ilin may ayında Rin tərəfindən illüstrasiya edilmiş manqa adaptasiyası nəşr olunmağa başlamışdır. "A-1 Pictures" studiyasının istehsal etdiyi bir anime adaptasiyası 2017-ci ilin aprel ayından iyun ayına qədər yayımlanmışdır. == Məzmun == Ranobe seriyasının məzmunu Masamune İzumi adlı ranobe yazmağı sevən və orta məktəbdə təhsil alan bir şagirdi əhatə edir. Rəssamlıq qabiliyyəti olmayan Masamunenin ranobelərini anonim partnyoru adətən şübhə doğuran pozğun rəsmlər çəkən "Eromanga Sensei" illüstrasiya edir. Marağı ilə təhsilini balanslaşdırmağa çalışan Masamune ailəsinin yeganə üzvü – kiçik ögey bacısı Saqiri İzumiyə dayəlik etməli olur. Psixoloji cəhətdən hikikomori olan Saqiri bir ildən uzun bir müddətdir ki, öz otağından çıxmır və Masamuneyə göstərişlər verir. Buna baxmayaraq, Masamune diqqətsizlik ucbatından anonim partnyorunun Saqiri olduğunu öyrənəndə, xüsusən də araya uğurlu bir şoco manqakası olan Elf Yamada girəndə onların bir-birlərinə olan münasibəti dəyişir.
Hərb sənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. == Yaranma tarixi == Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Keramika sənəti
Keramika sənəti - keramika sənəti.
Küçə sənəti
Küçə sənəti (ing. Street art) — ictimai sahələrdə yaradılan və məzmun olaraq sənət ətrafının xaricində yer alan təsviri incəsənət növüdür. Küçə sənətinin indiki vaxtda bir çox fərqli tətbiqi vardır.
Litsini-Seksti
Litsini-Seksti qanunu- Qədim Romada plebsin patrisiatla mübarizəsi əsnasında qəbul olunan qanun. E.ə 444-cü ildə Qədim Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3-dən 8-ə qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin, konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi. Buna cavab olaraq e.ə 443-cü ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi. E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsələni qismən həll etmək imkanı verdi. E.ə 406-cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390-cı ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki, öz apoqeyinə e.ə 376-cı ildə çatanda, xalq tribunları Litsini və Seksti üç qanun layihəsi irəli sürdü: birincisi, bir əldə 500 yuqerdən (125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi; ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası (nobilitet) əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi.Patrisilər şiddətli müqavimət göstərdilər, qanun ancaq e.ə 367-ci ildə qəbul edildi.
Mariya Şestiç
Mariya Şestiç (d. 5 may 1987, Banyaluka) — Bosniyalı musiqiçi. Finlandiyanın paytaxtı Helsinkidə keçirilən 2007 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanı təmsil edib.
Miniatür sənəti
== Tarixi == Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi qədimdir. XIII əsrin əvvəllərində Əbd ül-Mömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa əlyazmasına çəkdiyi miniatürlər (Topqapı muzeyi, İstanbul) yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır. XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatiir sonoti sıirətlə inkişal etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcıhğın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qudrətli mərkəzinə çevrilmişdi. XIV əsrin əvvəllərində Təbrizin Rəşidiyyə akademiya şəhərciyinin kitabxanasında yerli xəttat və rəssamlarla yanaşı Şərqi Türkistan, Orta Asiya və b. Şərq ölkələrindən toplanmış sənətkarlar fəaliyyət göstərir, dini, tarixi, elmi və poetik əsərlərin bədii əlyazma nüsxələrini hazırlayır, onları miniatürlərlə bəzəyirdilər. Bu dövr əlyazmalarrından Bəhtişunun “Mənafi əl-heyvan” əsərinə (1297-1298; Morqan kitabxanası, Nyu-York), Rəşidəddinin “Cami ət-təvarix” (1306-cı il nüsxəsi, Edinburq universiteti, Şotlandiya; 1314-cü il nüsxəsi, Kral Asiya Cəmiyyəti, London; 1318-ci il nüsxəsi, Topqapı muzeyi, İstanbul) əsərinin məlum nüsxələrinə çəkilmiş miniatürləri göstərmək olar. “Cami ət-təvarix” əlyazmalarının müxləlif rəssamlar tərəfindən çəkilmiş illüstrasiyaları Azərbaycan miniatür sənətinin inkişafında xüsusi mərhələ təşkil edir. XIV əsrin ortalarında Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-1350 illərə aid edilən “ Böyük Təbriz Şahnaməsi”, yaxud “ Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır.
Müharibə sənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. == Yaranma tarixi == Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Nəqqaşlıq sənəti
Nəqqaşlıq — hansısa şəklin və ya yazının kəsici alətlə müxtəlif materialın üzərinə həkk olunmasıdır. Nəqqaşlıq dekorativ-tətbiqi sənət növü kimi qəbul edilir. Müasir dövrdə əsasən məişət əşyalarının bəzək işlərində tətbiq edilir. Texniki xüsusiyyətlərinin çətinliyi ucbatından uzun illər bu işlə yalnız mahir sənətkarlar məşğul olublar və bu sənət əsrlər boyu yüksək qiymətləndirilib. Nəqqaşlıqla məşğul olan kəslərə nəqqaşlar deyilir. Nəqqaşlar ya mexaniki üsulla, ya da əl ilə işləyirlər. Bu zaman onlar metal, daş, taxta, şüşə üzərinə müəyyən təsvirləri köçürür, dekorativ bəzək işlərini görürlər. Adətən nəqqaşlar həm də rəssam və xəttat olurlar. Hələ qədim dövrlərdən insanlar müxtəlif növ metallar üzərinə sözlər, təsvirlər həkk etməyi öyrəniblər. Keçmişdə materialı əsasən kəsmə və döymə üsulu ilə onların üzərinə təsvirləri həkk ediblər.
Operator sənəti
== TV sistemləri == 1. PAL ( Dünyada bu sistem geniş yayılıb. ) 2. CCAM (Bu sistem hal-hazırda Fransa işlədir.) 3. MULTYSİSTEM 4. NTS ( Bu sistem hal - hazırda ABŞ - da işlədilir. )PAL sistemi yayımda 625 sətir, NTS sistemi isə yayımda 525 sətir təsvir ötürə bilir. PAL sisteminin bir - birindən fərqlənən çoxlu qolları var: 1. PAL 2. PAL N 3.
Piksel sənəti
Piksel Sənət (ing. Pixel Art) — şəkillərin piksel səviyyəsində düzəldildiyi proqram təminatı ilə yaradılan rəqəmsal sənət formasıdır. Bu cür qrafiklər, qrafik kalkulyatorlar kimi digər məhdud sistemlər ilə yanaşı, 8-bit və 16-bit kompüter və oyun konsollarından gəlir. Piksel şəkillərində istifadə olunan rənglər əsasən məhduddur. Bəzən sadəcə 2 rəngdəndə istifadə olunur. Bunu bir hobbi olaraq edən icmalar spriting adlanır. Bu müddət kompüter qrafikində istifadə olunan sprite terminindən gəlir. == Tarixi == Müasir piksel sənəti, 20. Əsrin əvvəllərində Nyu-Yorkun elektron reklam lövhələrində 1937-ci ildə mövcud olan lampalı sadə monoxromatik displeylərində peyda oldu. Hal-hazırda piksel art klassik videooyunlarda, xüsusilə klassik Space Invaders (1978), Pac-Man (1980) və Nintendo Entertainment System (1983) tipli 8-bit konsollarında iştirak edir.
Qazaxıstan Senatı
Qazaxıstan Senatı (qaz. Қазақстан Республикасы Парламентінің Сенаты) — Qazaxıstan Respublikası parlamentinin yuxarı palatası. Senatın qurulması qaydası Qazaxıstan Konstitusiyasının 50-ci maddəsi ilə müəyyən edilir. Senat, hər bölgədən, respublika əhəmiyyətli şəhərdən və Qazaxıstan Respublikasının paytaxtından iki nəfəri təmsil edən deputatlar tərəfindən qurulur. Senatın on beş deputatı, cəmiyyətin milli, mədəni və digər əhəmiyyətli mənafelərinin Senatda təmsil olunmasının təmin edilməsi zərurəti nəzərə alınaraq Qazaxıstan Prezidenti tərəfindən təyin edilir. == Tarixi == 7 oktyabr 1998-ci ildə Qazaxıstan Konstitusiyasına düzəlişlər qəbul edildi, ona görə Senat deputatının səlahiyyət müddəti 6 ilə qaldırıldı, seçilən deputatların yarısı hər 3 ildən bir yenidən seçilir. 1995-ci ildə 4 il müddətinə seçilmiş Senat deputatlarının səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, 17 sentyabr 1999-cu ildə 6 il müddətinə Senat millət vəkilləri seçkiləri baş tutdu. 1997-ci ildə seçilmiş Senat deputatlarının səlahiyyətləri II çağırışda 2002-ci ilin dekabrına qədər davam etdi. 21 May 2007-ci ildə Qazaxıstan Konstitusiyasına dəyişikliklər qəbul edildi. Qazaxıstan Prezidenti tərəfindən təyin olunan Senat deputatlarının sayı 7-dən 15-ə yüksəldi.
Roma senatı
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Sevmək Sənəti
Sevmək sənəti — 1956-cı ildə Erix Fromm tərəfindən yazılmış və insan sevgisindən böyük ölçüdə nəzəri bir şəkildə bəhs edən kitab. Fromm, bu əsərdə insan təbiətinə olan baxışını əvvəlki əsərlərindən, Azadlıqdan Qaçış və İnsanın Özü üçün - bir çox digər əsas əsərlərində yenidən nəzərdən keçirdiyi prinsiplərdən inkişaf etdirir. Fromm, sevgini təhlil və izah edilə bilməyən sehrli və sirli bir sensasiya kimi rədd edərək, bir fəaliyyət, öyrədilə və inkişaf etdirilə bilən bir bacarıq olaraq təqdim edir. Qısa müddətli "aşiq olma" və ya sevgi qarşısında aciz qalma təcrübəsindən fərqli olaraq, qalıcı bir varlıq vəziyyəti olan sevgiyə diqqət ayırır. Fromm, şəxslərarası birləşmə arzusunu insanlarda ən güclü səy adlandırır. İnsan varlığının təməl problemi olaraq gördüyü ayrılığı aradan qaldırmaq üçün ehtiyacımızın yeganə rasional cavabı olduğunu müdafiə edir. Fromm, müasir insanların bir-birindən və təbiətdən uzaq olduğunu və romantik sevgi və evlilikdəki tənhalığımızdan sığındığımızı söyləyir. Bununla birlikdə, Fromm əsl sevginin "asanlıqla hər kəs tərəfindən qəbul edilə bilən bir fikir olmadığını" müşahidə edir. Yalnız insanın ümumi şəxsiyyətini "həqiqi təvazökarlıq, cəsarət, inam və nizam-intizamla" sevmək bacarığına qədər inkişaf etdirməklə həqiqi sevgini yaşamaq qabiliyyətinə qovuşur. Bu nadir bir nailiyyət hesab edilməlidir.