Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nazmi Solok
Nazmi Solok (türk. Nazmi Solok; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi. 27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi. 2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi.
Söğök iyesi
Söğök iyəsi — türk və altay xalq inancında qəbiristanlığın qoruyucu ruhu. Qur iyəsi və ya Gömüt iyəsi olaraq da bilinər. Ölənlərin ruhlarını cinlərdən qoruyarlar. Onların necə bir qılıqda olduğunu ümumiyyətlə kim bilə bilməz. Məzarlara hörmətsizlik göstərən insanlara müsəllət olur, başlarına fəlakət gətirərlər və bu insanların yatağa düşdükdən sonra öləcəklərini inanılar. Qəbiristanlıqda yaşayan iyelerin dincliyini pozmamaq üçün, qəbiristanlıqlarda hörmət olunmalıdır. Bundan başqa qəbiristanlıqda yatmaq və yemək yaxşı deyildir və Günəş batdığı zaman da qəbiristanlığa girilməməlidir. == Etimologiya == Söğök: (Sög/Sök) kökündən törəmişdir. Qəbiristanlıq deməkdir. Yandırmaq, ocaq mənalarıyla də əlaqəlidir.
Söğök iyəsi
Söğök iyəsi — türk və altay xalq inancında qəbiristanlığın qoruyucu ruhu. Qur iyəsi və ya Gömüt iyəsi olaraq da bilinər. Ölənlərin ruhlarını cinlərdən qoruyarlar. Onların necə bir qılıqda olduğunu ümumiyyətlə kim bilə bilməz. Məzarlara hörmətsizlik göstərən insanlara müsəllət olur, başlarına fəlakət gətirərlər və bu insanların yatağa düşdükdən sonra öləcəklərini inanılar. Qəbiristanlıqda yaşayan iyelerin dincliyini pozmamaq üçün, qəbiristanlıqlarda hörmət olunmalıdır. Bundan başqa qəbiristanlıqda yatmaq və yemək yaxşı deyildir və Günəş batdığı zaman da qəbiristanlığa girilməməlidir. == Etimologiya == Söğök: (Sög/Sök) kökündən törəmişdir. Qəbiristanlıq deməkdir. Yandırmaq, ocaq mənalarıyla də əlaqəlidir.
Cövdət Qüdrət Solok
Cövdət Qüdrət Solok (1907, Konstantinopol – 10 iyul 1992, İstanbul), “Yeddi Meşale” ədəbi cəmiyyətinin yaradıcılarından biri, türk yazıçısı və ədəbiyyat tarixçisi. Yazıçı Cövdət Qüdrət adı ilə tanınır. == Həyatı == C.Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib. O, Kayseri lisesində (17.04.1934 – 25.09.1938), Ankara Dövlət Konservatoriyasında (27.09.1938 – 20.07.1939) diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində (03.07.1939 – 31.08.1943) və Atatürk lisesində (31.08.1943 – 24.12.1945) və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb (24.12.1945 – 06.10.1950). Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib (23.10.1950). Qısa müddət İstanbul və Ankarada vəkil (1951-1954), Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi (1967-1970), Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib (1970-1973). C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb.
Sen-Sovör (İzer)
Sen-Sovyor (fr. Saint-Sauveur) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38454. Kommunanın 2012-ci il üçün əhalisi 2040 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 31 km qərbdə yerləşir.
Sen-Sovör (Yuxarı Alplar)
Sen-Sovör (fr. Saint-Sauveur, oks. Sant Sauvaire) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambryon kantonuna daxildir. INSEE kodu — 05156. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 442 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 281 nəfər (15-64 yaş) arasında 209 nəfər iqtisadi fəal, 72 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə 70.0%) idi. Fəal 209 nəfərdən 193 nəfəri (104 kişi və 89 qadın), 16 nəfəri işsizdir (6 kişi və 10 qadın).
Slovak Sovet Respublikası
Slovak Sovet Respublikası, (slovak. Slovenská republika rád, mac. Szlovák Tanácsköztársaság, ukr. Словацька Радянська Республіка) Rusiya və Macarıstandan sonra elan edilən üçüncü kommunist dövlətdir. Dövlətin paytaxtı Prešov şəhəri olmuşdur. Dövləti yaradan Çexoslovak jurnalist Antonín Janousek olmuşdur. Slovakiyanın müttəfiqləri Macarıstan Sovet Respublikası ilə Ukrayna Sovet Sosialist Respublikası olmuşdur. Yaradılmış bu dövlət çox uzun bir ömür yaşaya bilməmişdir. 16 iyun 1919-cu ildə yaradılmış və 7 iyul 1919-cu ildə süquta uğramışdır. Macarıstan Qırmızı Ordusu çexləri məğlub edə bilməmiş və bu ərazi Çex ordusunun əlinə keçmişdir.
Kovak
Rovon
Rovon (fr. Rovon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38345. Kommunanın 2012-ci il üçün əhalisi 599 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 172 ilə 1471 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 21 km şimal-qərbdə yerləşir.
SAVAK
SAVAK (Farsca: ساواک, سازمان اطلاعات و امنیت کشور Sāzemān-e Ettelā'āt va Amniyat-e Keshvar üçün qısa form, Ölkə Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı) — İranın Məhəmməd Rza Pəhləvi dövründə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) köməyi ilə təsis edilmiş gizli polis, daxili təhlükəsizlik və kəşfiyyat xidməti SAVAK Pəhləvi sülaləsi devrilənə qədər, 1957-ci ildən 1979-cu ilə qədər fəaliyyət göstərirdi.
Skvoş
Skvoş (ing. Squash) — topla və raketka ilə iki nəfərin (cütlərdə dörd) oynadığı idman növü. Skvoş Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və gələcəkdə Yay Olimpiya Oyunlarının proqramına salına biləcək idman növüdür. Dünya Skvoş Federasiyasının (WSF) 100-dən çox üzvü vardır. == Tarixi == Mənşəyi 1500-cü illərin Fransasına söykənən bu idman növü insanların əyləncə məqsədi ilə divara top vurması ilə başlamışdır. Oyun əsil məşhurluğunu 1830-cu ildə London şəhərində Harrov məktəbində bir qrup tələbənin öz meydançalarının boşalmalarını gözləyərkən divara top vurmaları ilə qazanmışdır. Oyunun ilk kurortları burada hazırlanmışdır. == Qaydalar == Oynandığı kort bir tərəfi açıq, bir tərəfi qapalı olan kubu xatırladır. Bu kort tenis kortundan daha kiçik olub divarları xüsusi taxtadan hazırlanır. Geyim və raketka cəhətdən tennisə bənzəyir, amma skvoş topu tennis topundan daha kiçikdir və kauçukdan hazırlanır.
Snovik
Snovik — Sloveniyanın Yuxarı Karniola regionunun Karmik bələdiyyəsinin Tuhinj vadisində yerləşən yaşayış məntəqəsi. Yeni yaradılmış Snovik spa mərkəzi Snovikin yaxınlığında yerləşir. Ərazidəki hovuzların termal sularından müalicə məqsədi üçün istifadə olunur. Spa mərkəzi bundan əlavə bir sıra sağlamlıq proqramları, istirahət fəaliyyətləri və qalmaq üçün otaqlar təklif edir.
Sobek
Sobek - Qədim Misir mifologiyasına görə su tanrısı.
Sofokl
Sofokl (təq. e.ə. 496, Kolon[d], Attika[…] – e.ə. 406) — yunan dramaturqudur. O, üç böyük yunan faciə yazıçılarından biridir. Digərləri Esxil, Evripid olmuşdur. Sofokl e.ə. 496-cı ildə Afina yaxınlığında Kolonda anadan olmuşdur. Varlı bir ailədən olduğu üçün yaxşı təhsil almış və o dövr üçün mühüm olan musiqi sənətinə də yiyələnmişdir. Sofokl dramaturgiya sahəsinə yeniliklər gətirmiş: xoru ixtisar etmiş; aktyorların əhəmiyyətini artırmış; mükəmməl bədii kompozisiya yaratmışdır.
Sojak
Sojak (fr. və oks. Saujac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnyov kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12261. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 60 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 133 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 85 yaşdan yuxarı (15-64 yaş arasında) 45 nəfər iqtisadi cəhətdən fəal, 40 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 52.9%, 1999-cu ildə bu 68.8%).
Sokos
Sokos - Finlandiyada fəaliyyət göstərən və S Group kompaniyasının bir hissəsi olan və Sokos Hotels otellər şəbəkəsini də idarə edən univermaqlar şəbəkəsi. Yaranma tarixi 1952-ci idir. == Univermaqları == Helsinki (mərkəzi) Helsinki (Kaari) Haminlinna Joensuu Jyväskylä Kajaani Kotka Kouvola Kuopio Lahti Lohja Mikkeli Oulu (Valkea ticarət mərkəzi) Pori Porvoo Raisio (Mylly (ing.
Solak
Solak — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. XX əsrin 30-cu illərində kənd dağılmışdır. == Toponimi == Toponim solak türk tayfasının adı əsasında əmələ gəlmişdir. Türk dilində solak "qulağı uzununa kəsik"mənasını bildirir. Bu etnonim XVII əsrin I yarısında yaşamış məşhur osmanlı tarixçisi Mehmed Solakzadənin soyadında öz əksini tapmışdır. Türkiyənin Qoca nallı obasının Pinarbaşı qəzasındakı Mərkəz nahiyyəsində Solaqlar kəndi var. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Solnok
Solnok (mac. Szolnok) — Mərkəzi Macarıstanda Yas-Nadkun-Solnok əyalətində yerləşən şəhər. Tisa çayının sahilində, Alföld düzənliyində yerləşir. Əsrlər boyu mühüm mədəni və iqtisadi yolların kəsişməsində yerləşmişdir. == Coğrafiyası və nəqliyyatı == Solnok Budapeştin 90 km cənub-şərqində və Keçkemet şəhərindən 50 km şimal-şərqdə yerləşir. == Tarixi == Strateji mövqeyinə görə Macarlarla Osmanlılar arasında mübahisə mövzusu olan Solnok qalası 1552-ci ildə Budin bəylərbəyi Hədim Əli Paşa tərəfindən Osmanlı hökmranlığına qatılmış və 1685-ci ilə qədər Osmanlıların hakimiyyəti altında qalmışdır. == Beynəlxalq əlaqələri == === Qardaşlaşmış şəhərlər === Solnok aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: == Həmçinin bax == Macarıstan şəhərləri == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Szolnok haqqında səyahət məlumatları var.
Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina, Attika – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. == Həyatı == E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Somon
Somon, və ya Sum və ya Sumu və ya Sumon (Çin dilində 苏木 - (sumu), monqol dilində sum, tuva dilində sumon) - Çində və Monqolustanda, həmçinin Pusiyada çox da böyük olmayan inzibati ərazi bölgüsü. == Çin Xalq Respublikası == Çin Xalq Respublikasının yalnız Daxili Monqolustan adlanan hissəsində inzibati ərazi vahididir. ÇXR-da somonların ümumi sayı - 181-dir. Somon kənddən böyük, xoşundan kiçikdir. === Etnik somon === Etnik milli somon - (<in dilində 民族苏木, mintszu sumu) - Çin Xalq Respublikasında milli azlıqların üstünlük təşkil etdiyi somonlar üçün istifadə olunan termindir.2010-cu ilin məlumatına əsasən yalnız bir etnik milli simon - Evenk milli somonu mövcuddur.
Sopor
Sopor (lat. sopor — keylik, süstlük, yuxu) (soporoz hal - lat. status soporosus) — şərti reflekslərin itməsi və reflektor fəaliyyətin saxlanılması ilə huşun qaralması və itməsi, qeyri adi və müəyyən "dərin yuxu". Xəstə ətraf mühitə qarşı tam laqeyd olub, tapşırıqları yerinə yetirmir, sualları cavablandırmır. Ağrı qıcıqlarına mimiki əzələlərlə cavab verir. Bəzən ağrının şiddətindən asılı olaraq digər hərəki reaksiyalarla da cavablandırıla bilinir. Bu hal topor da (ölüm yuxusu; ölümcül yuxu) adlandırılır.
Sovet
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Şötük
Şötük - ən çox quzu və dəvə yunundan, eləcə də zərif qoyun yunundan hazırlanmış ipliklərdən hörülən əşya. Şötükdən ulaq və qəflə-qatırı alıqlamaq üçün istifadə olunardı. Hörülmə üsulu çatıda olduğu kimi yerinə yetirilsədə çatıya nisbətən boş hörülərdi. Şötük hazırlandıqdan sonra bir ucuna doğanaq tikilərdi.
Afinalı Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina, Attika – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. == Həyatı == E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Corc Soros
Corc Soros (12 avqust 1930[…], Budapeşt) — Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantropdur. "Açıq cəmiyyət" nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusu və bazar fundamentalizmi nəzəriyyəsinin düşmənidir. Fəaliyyəti bir sıra ölkələrdə birmənalı qarşılanmır. Maliyyə möhtəkiri kimi də ad çıxaran Corcun ləqəbi "İngiltərə bankını dağıdan şəxs"dir. Nüfuzlu "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxsləri arasında onun adı 29-cu sırada göstərilib. C. Sorosun sərvəti 29 milyard $ məbləğində qiymətləndirilir. Tanınmış filantrop 1979-cu ildən indiyə qədər xeyriyyə işlərinə 6 milyard dollar xərcləyib. Hal-hazırda o, "Soros" İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəridir. Həmçinin, o, ABŞ-nin Xarici Əlaqələr Komissiyasının Direktorlar Şurasının keçmiş üzvüdür. Digər tərəfdən, C. Soros Amerika İnkişaf Mərkəzinin üç qurucusundan biridir.
Dalğaqanad sovka