Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şopenin Cənazə marşı
Məşhur polyak bəstəkarı, pianisti Frederik Şopenin 2-ci sonatasının üçüncü bölümünə verilən addır. Bu bölüm Lento tempində, Si bemol minor ladında yazılmışdır. Bölümün adı orjinal partiturada Marche funèbre olaraq qeyd edilir. İlk halıyla sadəcə solo piano üçün yazılan marş sonralar hərbi və simfonik orkestrlər üçün orkestrizasiya edilib. Halhazırda sonatanın tam versiyasından daha çox onun bu hissəsi məşhurdur. Melodik olaraq olduqca ağır tempdə yazılan əsər, marş tiplidir və bu səbəblə təntənəli dəfnlər zamanı o Feliks Mendelson Bartoldinin Cənazə marşı ilə birlikdə hərbi orkestr tərəfindən ifa edilir. Böyük Britaniya kraliçası II Elizabetin və Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dəfn mərasimində də bu əsər ifa edilmişdi.
Şopenin qayıtması (film, 1998)
== Məzmun == Sənədli film XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma işində yaxından iştirak edən Polşa memarlarının fəaliyyətindən danışır. == Film haqqında == Filmdə ssenari müəllifi və səs operatoru iştirak etmir.
Şopen
Frederik Şopen (pol. Fryderyk Franciszek Chopin; 1 mart 1810 – 17 oktyabr 1849[…], Paris, İkinci Fransa Respublikası) — dünya şöhrətli polyak bəstəkarı, klassik musiqi bəstəkarı, fortepiano üçün çoxsaylı qiymətli əsərlərin müəllifi, pianoçu. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Frederik Şopen 1810-cu il martın 1-də Varşava yaxınlığında dünyaya gəlib. Frederikin atası Nikolas Şopen (1771–1844) 16 yaşında 1787-ci ildə Polşaya mühacirət edən Lotareniyadan olan bir Fransız idi. Anası Jastina Krzyzanovska (1782–1861) isə polyak idi. Frederikin Ludvika, İzabella və Emiliya adında bacıları da var idi. Musiqiçi ailəsində dünyaya gələn Şopeni uşaqlığından musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen böyük uğurla Ali Musiqi məktəbini qurtarır.
Köpenik sarayı
Köpenik sarayı (alm. Schloss Köpenick‎) — Almaniyanın paytaxtı Berlin şəhərində, Köpenik rayonunda yerləşən barokko tərzində su sarayı. == Haqqında == Bu tikili Brandenburqun Hohenzollern seçiciləri tərəfindən saray kimi istifadə olunmuşdur. Saray Dame çayı üzərindəki bir adada yerləşmiş olub, ətrafı ingilis üslubundakı parkla əhatə olunmuşdur. Saray adını yerləşdiyi bölgədə — Köpenikdən alır. Saray 1558-ci ildə II Yoahim Hektor tərəfindən VI əsrdən qalma slavyan qalasının bünövrəsi üzərində ov köşkü kimi tikildi. İntibah memarlığı üslubunda olan saray Dame çayının bir adasında — dağılmış orta əsrlər qəsrinin ərazisində yerləşirdi. II Yoahim Hektor 1571-ci ildə burada vəfat etdi. 1631-ci ildə saray İsveç kralı Qostavus Adolfusun qərargahı kimi fəaliyyət göstərməyə başladı. Prussiya kralı I Frederik sarayı 1677-ci ildə genişlətdirməyə və bərpa etdirməyə başladı.
Kövrək şorəngə
Pamela Spence
Pamela Spence Türkiyəli rok müğənni. 25 fevral 1973-cü ildə Almaniyanın Haydelberq şəhərində anadan olub. Atası milliyyətcə amerikalı, anası isə türkdür. 15 yaşında ana dili olan türk dilinə yiyələndikdən sonra bir çox türk filmlərində çəkilmiş, vokalist kimi çıxış etmişdir. Pamela Ankara Dövlət Konservatoriyasının Teatr bölümünün məzunudur.
Sarımtıl-yaşıl şorəngə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Ermənistan) təbii arealı vardır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də Babək və Culfa rayonları ətrafından (Darıdağ) təsvir edilmişdir. == Statusu == Azərbaycanın nadir bitkisidir. EN A2c+3c; B2ab (ı,ıı,ııı,ıv). == Bitdiyi yer == Quru, daşlı, gilli yamaclarda təbii halda bitir. == Təbii ehtiyatı == Azərbaycanda kiçik bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Çılpaq və qaidə hissəsindən budaqlanmış, hündürlüyü 20-50 sm olan yarımkolcuqdur. Cavan zoğları sarımtıl- yaşıldır.
Balladalar (Şopen)
Polyak bəstəkar Frederik Şopenin 1831-1842-ci illər arasında yazdığı 4 ballada hal-hazırda piano repertuarının ən çətin əsərlərindən sayılmaqla yanaşı, bəstəkarın ərsəyə gətirdiyi ən gözəl əsərlər kimi də qiymətləndirilir. Ballada termini instrumental musiqiyə ilk dəfə məhz Şopen tərəfindən gətirilmişdir. Şopenə qədər ballada yalnız şeir forması idi, musiqi olaraq isə yalnız vokal tərzdə ifa olunurdu. Şopenin yaratdığı, hər biri tək hissədən ibarət olan bu 4 əsər romantik musiqidə yenilik idi və romantik musiqinin sərhədlərini daha da genişləndirirdi. Romantik dövrün ən qüdrətli bəstəkarlarından olan List, Brams və s. bəstəkarlar da Şopenin yaratdığı bu tərzdən ilhamlanıb sonralar öz balladalarını yazmışlar. Şopenin yaratdığı ballada tərzi özünə məxsus keyfiyyətləri ilə sonata tərzindən kəskin şəkildə fərqlənir. Məsələn, güzgü reprizası (rekapitulyasiya zamanı iki ekspozisiyonal melodiyanın əksinə verilməsi) kimi. Əsərlərin 4-ü də ballada olmasına baxmayaraq, onlar bir-birilərindən ciddi surətdə fərqlənirlər, lakin müasir musiqi teoriyaçılarının fikrincə onların oxşar yanları da çoxdur. Məsələn, "ballada ölçüsü" adlanan musiqi ölçüsü, güzgü reprizası və struktural dominantlığın gecikdirilməsi kimi.
Frederik Şopen
Frederik Şopen (pol. Fryderyk Franciszek Chopin; 1 mart 1810 – 17 oktyabr 1849[…], Paris, İkinci Fransa Respublikası) — dünya şöhrətli polyak bəstəkarı, klassik musiqi bəstəkarı, fortepiano üçün çoxsaylı qiymətli əsərlərin müəllifi, pianoçu. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Frederik Şopen 1810-cu il martın 1-də Varşava yaxınlığında dünyaya gəlib. Frederikin atası Nikolas Şopen (1771–1844) 16 yaşında 1787-ci ildə Polşaya mühacirət edən Lotareniyadan olan bir Fransız idi. Anası Jastina Krzyzanovska (1782–1861) isə polyak idi. Frederikin Ludvika, İzabella və Emiliya adında bacıları da var idi. Musiqiçi ailəsində dünyaya gələn Şopeni uşaqlığından musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen böyük uğurla Ali Musiqi məktəbini qurtarır.
İvan Şopen
İvan İvanoviç Şopen (1798, Fransa – 18.08.1870, Peterburq)—XIX əsr məşhur fransız səyyahı və etnoqrafı. == Həyatı == == Elmi fəaliyyəti == XIX əsrin iyirminci illərində məşhur fransız səyyahı və etnoqrafı İvan İvanoviç Şopen (1798, Fransa – 18.08.1870, Peterburq) Rusiyaya gəlmiş, Qafqaz canişinliyində işləmişdir. General İ.F.Paskeviçin göstərişi ilə 1829-1832-ci illərdə Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixi və coğrafiyasının tədqiqi ilə məşğul olmağa maraq göstərmişdir. Əsərlərində Qafqaz xalqlarının, həmçinin azərbaycanlıların tarixi, dili və etnik tərkibi, folkloru, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı və s. barədə geniş məlumatı olmuşdur. Lakin etiraf etdiyi həqiqətlərlə yanaşı, bəzən təhriflərə də yol vermiş, 1840-cı ildə rus dilində nəşr etdirdiyi "Koroğlu" dastanının bəzi epizodlarında nöqsanları olmuşdur. == Əsərləri == И. Ш. Некоторые замечания на книгу „Обозрение российских владений за Кавказом“ (СПб., 1840). Об ирригации и о пользе распространения искусственного орошения полей в большом размере в России (СПб., 1845). Хозяйственные очерки части Араксской долины, вошедшей в состав Грузино-Имеретинской губернии (СПб., 1843). Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine (СПб., 1852).
Frederik Şopen İnstitutu
Frederik Şopen İnstitutu (pol. Narodowy Instytut Fryderyka Chopina) — Polşa bəstəkarı Frederik Şopenin həyat və yaradıcılığının tədqiqi və təbliği ilə məşğul olan Polşa təşkilatı. O, 2001-ci ildə Polşa Parlamentində qanunvericilik nəticəsində yaradılmışdır və birbaşa Mədəniyyət və Milli İrs Nazirliyinin nəzarəti altındadır. Qərargahı Varşavadayerləşir . == Fəaliyyəti == İnstitutun fəaliyyətinə nəşriyyat, konsertlərin təşkili, Şopenin fiziki və bədii irsinin qorunması, Şopen adının kommersiya istifadəsinə nəzarət və Şopen İnformasiya Mərkəzinin (institut veb-saytı) fəaliyyət göstərməsi daxildir . Onun nəşriyyat layihələri arasında Sofia Çieklinska tərəfindən redaktə edilmiş bütün mövcud holoqrafik əlyazmalardan tərtib edilmiş Şopenin əsərlərinin tam faksimil nəşri var. İnstitut Frederik Şopen Muzeyini və beşillik Beynəlxalq Şopen Piano Müsabiqəsini idarə edir. O, həmçinin gənc polşalı pianoçuları həvəsləndirməyə yönəlmiş “Gənc istedadlar” proqramını həyata keçirir . İnstitut 2005-ci ildən “Şopen və onun Avropası” festivalını da təşkil edir. O, Avropa musiqisini Şopenin həyat və yaradıcılığı ilə bağlılığı kontekstində təqdim edir.
Violonçel Sonatası (Şopen)
Violonçel Sonatası — Şopen tərəfindən yazılmış Violonçel sonatası (G (sol) minor, Op. 65) 1846-cı ildə yayımlanmışdır.Bu əsər Şopenin pianodan başqa instrumentlər üçün yazdığı 9-cu əsərdir (ancaq yenə də hər bir əsərinin içində piano var).39 illik həyatında 4 sonata yazan bəstəkarın digər 3 sonatası piano üçün idi.Bu violonçel sonatası isə onun sağlığında yayımlanmış sonuncu əsər olma xüsusiyyətini daşıyır. Sonata Auguste Frenchomme üçün yazılmış və ona həsr olunmuşdur.Sonata materialın cəmləşməsi nəzərindən diqqətə layiqdir: ilk hissədə musiqinin əsas hissəsi violonçelin açılışından inkişaf etməyə başlayır və müəyyən qaydada digər hissələrdə də davam edir.Əsərin son 3 hissəsi xalqa açıq şəkildə, bəstəkarın son konsertində, bəstəkarın özü və Franchomme ilə birlikdə 16 fevral 1848-ci ildə, Salle Pleyeldə ifa edildi. == Quruluşu == Əsər 4 hissədən ibarətdir: Alleqro moderato G (sol) minor Skerso D (re) minor, Trio D (re) major Larqo B♭ (si bemol) major Final. Alleqro G (sol) minor, sonluq G (sol) major Əsərin ifası 30 dəqiqəyə yaxın vaxt tələb edir.
Jan-Mari Şopen
Jan-Mari Şopen (fr. Jean-Marie Chopin, rus. Жан-Мари Шопен) və ya İvan Şopen (rus. Иван Шопен; 1796[…], Sankt-Peterburq – 15 fevral 1871) — fransız əsilli Rusiya rəssamı, etnoqrafı, ədəbiyyatşünası. O, Qafqaz kəşfiyyatçısı, knyaz Aleksandr Kurakinin şəxsi katibi və kitabxanaçısı, Rusiyanın Fransa məhkəməsindəki nümayəndəsi olmuşdur. == Həyatı == İvan Şopen 1796-cı ildə Sankt-Peterburqda anadan olmuşdur. O, Rusiya imperatriçası II Yekaterina üçün işləyən fransız heykəltəraşın oğlu idi. Şopen Qafqaz xalqlarının etnosunu öyrənməklə yanaşı, slavyanların, əsasən də rusların ədəbiyyatı və tarixi ilə də məşğul olmuşdur. Onun himayədarı knyaz Aleksandr Kurakinin ölümündən sonra 1818-ci ildə Fransanın paytaxtı Parisdə məskunlaşmışdır. Jan-Mari Şopen 15 fevral 1871-ci ildə Parisdə vəfat etmişdir.
Do Diyez Minor Sonatası (Şopen)
Do diyez minor noktürnü — solo fortepiano üçün olan 20 nömrəli do diyez minor sonatası Lento con gran espressione, P 1, No. 16, KKIVa/16, polyak bəstəkarı Frederik Şopen tərəfindən 1830-cu ildə bəstələnmiş, 1870-ci ildə isə çap olunmuşdur. Şopen bu əsəri böyük bacısı Lüdvikaya həsr etmiş və qeyd etmişdir: İkinci konsertimin çalışmasına başlamazdan əvvəl hazırlıq üçün bacım Lüdvikaya. Əsər bəstəkarın ölümündən 26 il sonra çap olunmuşdur və adətən, sürətli olduğu üçün Lento con gran espressione adlandırılmışdır. Bəzən də bu əsər "Xatirə" (Reminiscence) adlanıb. Noktyurn daha sonra Holokostdan sağ çıxmağı bacaran Nataliya Karp tərəfindən ifa olunmuşdur. O, bu əsəri Nazi komandirlərindən biri Amon Goata ifa etmiş və Amon musiqidən çox təsirləndiyi üçün onu öldürməmişdir. == Musiqili Struktur == Lento con gran espressione kimi tanınan bu əsər 4/4 ölçüsündə yazılıb. Əsər mülayim və eyni zamanda da qəmgin motivlərlə başlayir, daha sonra isə əsas mövzu 5-ci taktdan ifa olunmağa başlayır. Sağ əl əsas mövzunu çaldığı müddətdə sol əl leqato şəklində qırıq-qırıq akkordlarla musiqinin gözəlliyinə fərqli rəng qatır.
Do diyez minor noktürnü (Şopen)