Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sokrat
Sokrat, Sokrates və ya Süqrat (yun. Σωκράτης, e.ə. 469 – 15 fevral e.ə. 399, Afina) — Qərb fəlsəfəsinin yaradıcılarından biri sayılan klassik yunan filosofu, Platonun müəllimi. == Həyatı == Antik yunan filosofu Sokrat e.ə. 469-cu ildə Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak etmişdi.
SOKAR
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ya qısaca SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) — dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan respublika prezidentinin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ümumiyyətlə, ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. == Tarixi == Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır. Azərneft Azərbaycanın neft sənayesinə rəhbərliyi həyata keçirmək, dağıdılmış neft təsərrüfatını bərpa etmək, neft və neft məhsulları istehsalını artırmaq üçün yaradılmış bir təşkilatdır.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Sitka
Sitka (ing. Sitka) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Soket
Soket (ing. Socket) — informasiya əldə etmə və ötürmə imkanı olan şəbəkə birləşməsinin sonlarından birinin modelidir. Tərkibinə görə soket bir çox əməliyyat sistemlərinə daxil edilmiş tətbiqi proqram interfeysidir. Windows-da WinSock adı ilə məlumdur (winsock.pas). Soket üçün İP protokolu üzrə kompyuterlər arasında əlaqədə ünvan və portdan istifadə olunur (soket ünvan və portdan ibarət yuvadır). İnformasiya mübadiləsində iki soketdən istifadə olunur – göndərənin soketi və alanın soketi.
Sokka
Sokka — "Avatar: Aanq haqqında əfsanə" cizgi serialının və "Sonuncu hava maqı" filminin əsas personajlarından biri.
Sopka
Müxtəlif mənada işlənən termindir.
Sukat
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. Alma sukatı Armud sukatı Ərik sukatı Qarpız sukatı Qovun sukatı Qabaq sukatı Gavalı sukatı Limon qabığından sukat Portağal qabığından sukat Heyva sukatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Sutka
Gün və ya sutka – zamanın ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Tokat
Tokat — Türkiyənin Tokat ilinin inzibati mərkəzi. Qaradəniz bölgəsində yer alan Tokat şimalında Samsun, şimal-şərqində Ordu, cənub və cənub-şərqində Sivas, cənub-qərbində Yozğad, qərbində Amasiya ilə həmsərhəddir. 2009-cu ilin siyahıyaalmasına görə 129.879 sakinə sahib idi. Əhalinin sayı 2018-ci ildə 201.294 nəfərə çatmışdır.
Aliyə Şövkət
Aliyə Martin Şövkət (18 aprel 1989, Riversayd[d], Kaliforniya) — aktrisa. == Həyatı == Aliyə Şövkət 18 aprel 1989-cu ildə Kaliforniya Ştatının Riversayd şəhərində anadan olmuşdur. Aliyə ata tərəfdən İraq ərəblərindən, ana tərəfdən irland mənşəlidir. Aliyəninin babası məşhur ABŞ aktyoru Pol Brukun anası irland əsilli olmuşdur .
Dağ Şövkət
Dağ Şövkət (1876, Konstantinopol – 1944, İstanbul) — Türkiyə rəssamı. == Həmçinin bax == Dağ Şövkət 1876–cı ildə İstanbulda doğulmuşdur. Uzun illər Rumelihisarında yaşamışdır. == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.25.
Lalə Şövkət
Lalə Şövkət (və ya Lalə Hacıyeva; 7 noyabr 1951, Bakı) — Azərbaycanın Dövlət Katibi (7 iyul 1993 – 29 yanvar 1994), Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi. == Həyatı == Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Babası — Müslüm bəy Xəlifəbəyli Quba bəylərindən olmuşdur. Müslüm bəy Hacıbala bəy oğlu Quba şəhərində anadan olmuşdu. O, II Nikolayın dövründə yüzbaşı idi. Bəzi mülahizələrə görə Quba hakimi Fətəli xanın nəslindədir. Qubada vəfat etmişdir. Atası — Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olmuşdur (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" -Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib.
Naci Şövkət
Məhəmməd Naci Şövkət Bəy (1893 - 11 may 1980) — İraq siyasətçisi. İraq hökmdarı I Feysəlin zamanın ölkənin baş naziri. == Erkən həyatı == Məhəmməd Naci Şövkət 1893-cü ildə atası Şövkət Paşa əl-Rifət bəyin əyalət qubernatoru kimi çalışdığı əl-Küt şəhərində dünyaya gəlmişdir. Ailəsi ərəbləşmiş gürcü və türk mənşəyə malik idi. Saaib, Sami və Rifət adlı 3 qardaşı olmuşdur. 1909-cu ildə Naci Bağdadda təhsilini baş vurduğu zaman, atasının Osmanlı parlamentinə seçilməsi ona İstanbulda Hüquq məktəbində oxumasına imkan yaratdı. == Hərbi xidməti == Birinci Dünya Müharibəsi başlayanda o, İraqın əl-Hila şəhərində baş prokurorun köməkçisi vəzifəsində çalışırdı. Osmanlı ordusuna qoşulan Şövkət iki il ərzində Yaxın Şərqdə gedən döyüşlərdə iştirak etdikdən sonra 1917-ci ilin martında yaxınlaşan Britaniya qoşunları tərəfindən ələ keçirildi. Britaniya Hindistanında yerləşən əsir düşərgəsinə aparılan Şövkətə və bir sıra digər ərəb zabitlərə azadlıq əvəzində ərəb üsyanına qoşulmaq təklif edildi. Şövkət bu təklifi qəbul etdi.
Natrium sitrat
== Natrium sitrat == Na3C6H5O7 - limon turşusunun natrium duzudur. Mr(Na3C6H5O7)=258,06 == Alınması == Preparat limon turşusunu natrium-karbonatla neytrallaşdırmaqla alınır. Sənayedə isə limon turşusu müxtəlif mənbələrdən, məsələn pambıq bitkisi yarpaqlarından, limon və cır nar şirələrindən, mikrobioloji sintezlə alına bilər. == Fiziki xassələri == Preparat rəngsiz və ya ağ kristallik tozdur. Suda asan həll olur, spirtdə pis həll olur. == Tətbiqi == Preparat qanın laxtalanmasının qarşısını alan maddə kimi (konservant), tibbi məqsədlər üçün, qan hazırlığında 4–5%-li məhlullar şəklində işlənir.
Sovqat (1942)
== Məzmun == Filmdə müharibə illərində arxa cəbhədə çalışan zəhmət adamlarının üzərinə düşən ağır sınaqlardan, onların döyüşçülərimizə köməyindən söhbət gedir. == Film haqqında == Filmdə rejissorların hələ 1939-cu ildə yarımçıq qoyduqları "Ayna" filminin kadrlarından istifadə edilmişdir. 1942-ci ildə iki film birləşdirilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Hüseyn Seyidzadə, Niyazi Bədəlov Ssenari müəllifi: İmran Qasımov, Ənvər Məmmədxanlı Quruluşçu operator: Əsgər İsmayılov, Seyfulla Bədəlov Quruluşçu rəssam: Əlisəttar Atakişiyev Səs operatoru: İlya Ozerski Rejissor assistenti: Məmməd Əlili Filmin direktoru: Teymur Hüseynov === Rollarda === Leyla Bədirbəyli (Leyla Cavanşirova kimi) — Ayna Ələsgər Ələkbərov — Ayaz Əzizə Məmmədova Rza Darablı Əhməd Qəmərlinski Rəşid Atamalıbəyov Mirmahmud Kazımovski Möhsün Sənani İsmayıl Əfəndiyev == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Şavkat Mirziyayev
Şavkat Mirimanoviç Mirziyayev (özb. Shavkat Miromonovich Mirziyoyev; 24 iyul 1957, Zaamin rayonu[d], Özbəkistan SSR, SSRİ) — Özbəkistan Respublikasının 2-ci Prezidenti (14 dekabr 2016-cı ildən). == Həyatı == Şövkət Mirziyayev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur. 1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. Şövkət Mirziyayev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir. Şövkət Mirziyayev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır. Şövkət Mirziyayev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.
Şavkat Mirziyoyev
Şavkat Mirimanoviç Mirziyayev (özb. Shavkat Miromonovich Mirziyoyev; 24 iyul 1957, Zaamin rayonu[d], Özbəkistan SSR, SSRİ) — Özbəkistan Respublikasının 2-ci Prezidenti (14 dekabr 2016-cı ildən). == Həyatı == Şövkət Mirziyayev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur. 1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. Şövkət Mirziyayev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir. Şövkət Mirziyayev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır. Şövkət Mirziyayev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.
Şoğakat TV
«Şoğakat» (erm. «Շողակաթ») — Erməni Həvari kilsəsinin sahibləndiyi Ermənistan dini-mədəni özəl telekanalı. Telekanal 1998-ci ildə Erməni Həvari kilsəsinin rəhbəri II Qaregin tərəfindən İrəvan şəhərində təsis edilmişdir. Telekanal Erməni Həvari kilsəsinin dini və ictimai fəaliyyətini əhatə edir və dini təbliğat yayımlayır. 1999-cu ildə II Qaregin Erməni Həvari kilsəsinin rəhbəri seçiləndə telekanal baş qərargahını Üçkilsə şəhərinə köçürmüşdür. «Şoğakat» telekanalı 2002-ci ilin noyabr ayından bəri Ermənistan və Dağlıq Qarabağ Respublikasında tam şəkildə yayımlanır. Telekanalın 2.000.000-dan çox abunəçisi mövcuddur.«Şoğakat» telekanalı mədəniyyət, tarix, din, təbiət, milli-mənəvi dəyərlər, sosial-iqtisadi problemlər barədə məzmun yayımlayır.Telekanalın icraçı direktoru Manya Kazaryandır.
Şövkət Ağayev
Şövkət Ağayev (tam adı: Şövkət Həsənoviç Ağayev; 14 dekabr 1936, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Şövkət Ağayev 1936-cı il 14 dekabr tarixində Bakıda anadan olmuşdur. Əslən qarabağlı idi. Anası Rəhimə xanım əslən Osetiyadan, atası Həsən bəy isə içərişəhərli olmuş, 70-ci illərdə Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır.. Şövkət Ağayev əvvəlcə Bakıda 18 nömrəli məktəbi bitirmiş, sonra BDU-da hüquq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra, əvvəlcə hüquqşünas, sonra keçmiş Orconokidze rayonunda (indiki Suraxanı rayonunda) xalq hakimi, daha sonra isə Poladtökmə zavodunda vəkil işləmişdir. 1983-cü ildə ailə həyatı qurmuş, ailə həyatından bir qızı yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == 19 yanvar 22:00 radələrində XI Qızıl Ordu meydanına getmək üçün evdən çıxmış və bir daha geri qayıtmamışdır. Binəqədi Rayon Məhkəməsinə itkin düşməsilə bağlı ailəsi tərəfindən müraciət edilmiş, Məhkəmənin 22 may 1996-cı il qətnaməsilə Şövkət Ağayevin xəbərsiz itkin düşməsi elan olunmuşdur.. Ailəsi tərəfindən şəhid statusu alması üçün müraciətlər yalnız itkin düşdüyü tarixdən 27 il sonra — 2017-ci ildə "20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2 avqust 2017-ci il tarixli 3140 saylı Sərəncamından sonra müsbət başa çatmışdır.
Şövkət Bağırova
Bağırova Şövkət Əsəd qızı (1909, Qazax qəzası – 1989, Tovuz rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR Ali Sovetinin (IV-V çağırış) deputatı, Azərbaycan SSR pambıq ustası. == Haqqında == Şövkət Bağırova 1909-cu ildə Yelizavetpol quberniyası, Qazax qəzasının Qovlar kəndində kasıb bir ailədə anadan olmuşdur. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1931-ci ildə kolxozçu olaraq başlayan Şövkət xanım, 1946-cı ildə manqa rəhbəri, 1952-ci ildən isə Tovuz rayonu Frunze adına kolxozun briqadiri olmuşdur. Tezliklə onun briqadası doğru iş bölgüsü, təcrübədən və müasir texnologiyadan istifadə nəticəsində kolxozda və rayonda öncül briqadalardan birinə çevrildi. Briqada 1947-ci ildə 3 ha-dan hər hektardan 85,36 sentner olmaqla , 1954-cü ildə isə 43 ha-dan hər hektardan 32,6 sentnet pambıq toplamışdı. O, 1965-1973-cü illərdə Əlimərdanlı kənd sovetinin sədri, 1973-cü ildən isə ittifaq miqyaslı təqaüdçü olmuşdur. Azərbaycanın sosial ictimai işlərində fəalliq göstərən Şövkət Bağırova 1951-ci ildən Sovet İttifaqı KP-nin üzvü, Azərbaycan SSR Ali Sovetinin IV və V çağırış deputatı olmuşdur. Azərbaycan KP-nın 25-ci qurultayında nümayəndə kimi çıxış etmiş və burada KP-nın Mərkəzi komitəsinə üzv seçilmişdir. == Mükafatları == SSRİ Ali Sovetinin 10 mart 1948-ci il əmrinə əsasən yüksək dərəcədə məhsul əldə etidiyinə görə Bağırova Şövkət Əsəd qızına Sosialist Əməyi Qəhrəmanı mükafatı verilmiş, Lenin ordeni və Qızıl Oraq və Çəkic medalı ilə təltif edilmişdir.
Şövkət Dağdevirən
Şövkət Dağdevirən (türk. Mustafa Şevket Dağdeviren; 1863, Ədirnə – Konstantinopol) — Türk siyasətçisi. 1906–1913 illərdə çıxan "Yeni Ədirnə" qəzetini nəşr etdi. 1918–1920 illərdə Ədirnənin bələdiyyə başçısı idi. Birinci Dünya Müharibəsindən sonra ölkənin işğalından sonra qurulan Frakiya-Paşaəli Müdafiə Hüquq Cəmiyyətinin qurucularından biri idi. == Həyat və fəaliyyəti == Şövkət Dağdevirən Ədirnənin ən varlı ailələrindən olan Dağdevirənzadə Arif bəy və Hacı Ayşə xanımın oğlu olaraq 1863-cü ildə Ədirnədə anadan olmuşdur. Uşaqlıqda Ədirnə ibtidai məktəbində dini təhsilini başa vurduqdan sonra Ədirnə orta məktəbində oxuyub və özəl müəllimlərdən ərəb, fars və türk dillərini öyrənib. 14 yaşında 1877-ci ildə dövlət məmuru olan Şövkət bəy iki il Ədirnə Maliyyə və Məktublar İdarəsində və Ədirnə Apelyasiya Məhkəməsində işləyib. 4 iyul 1880-ci ildə Şövkət bəy həmin məhkəmənin mühasib vəzifəsinə təyin edildi. 29 avqust 1882-ci ildə 4-cü dərəcəli Osmanlı ordeni alan Şövkət Dağdevirən 13 fevral 1884-cü ildə 3-cü, 22 mart 1886-cı ildə isə 2-ci dərəcəli rütbəyə yüksəldilmişdir.
Şövkət Hüseynova
Şövkət Hüseynova (azərb. Hüseynova Şövkət Əli qızı‎) — yazıçı, alim, “Xəzərin səsi” qəzetinin baş redaktoru, Prezident mükafatçısı == Həyatı == Şövkət Hüseynova (Şövkət) 1955-cü il noyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. “Müasir satirik nəsrimizin inkişafı” (40-70-ci illər Mir Cəlal) doktorluq dissertasiyasını başa çatdırmışdır. Təhsil aldığı və sonrakı illərdə respublikanın müxtəlif mətbuat orqanlarında müxbir, şöbə müdiri kimi çalışıb. “Xəzərin səsi” qəzetinin baş redaktoru olmuşdur. “Azərbalıq” Dövlət Konsernində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. 80-ci illərin əvvəllərindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elmi-metodiki mərkəzinin repertyor-redaksiya nəşriyyat şöbəsində metodist, sonralar isə şöbə müdiri vəzifəsində çalışmışdır. Dövlət tədbirlərindən olan Novruz şənliklərinin ssenarisini, görkəmli dövlət adamlarından Adil Babayevin, Şövkət Ələkbərovanın, Əli Zeynalovun, Mirvari Novruzovanın, Leyla Bədirbəylinin, İslam Səfərlinin və digərlərinin yubiley gecələrinin ssenarisi onun təqdimatında tamaşaçıların ixtiyarına verilmişdir.
Şövkət Mirzəyev
Şavkat Mirimanoviç Mirziyayev (özb. Shavkat Miromonovich Mirziyoyev; 24 iyul 1957, Zaamin rayonu[d], Özbəkistan SSR, SSRİ) — Özbəkistan Respublikasının 2-ci Prezidenti (14 dekabr 2016-cı ildən). == Həyatı == Şövkət Mirziyayev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur. 1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. Şövkət Mirziyayev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir. Şövkət Mirziyayev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır. Şövkət Mirziyayev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.
Şövkət Məmmədova
Şövkət Həsən qızı Məmmədova (18 aprel 1897, Tiflis – 8 iyun 1981, Bakı) — Azərbaycanın ilk peşəkar qadın müğənnisi (lirik koloratur soprano), ilk opera aktrisası, teatr xadimi. SSRİ xalq artisti (1938), Azərbaycan SSR Ali Sovetinin (1–4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. == Həyatı == Şövkət Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşı olan istəyi hiss edib, milyonçu H. Z. Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sonanın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Şövkət Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirirdi. Həmin il Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa etdi. Konsertdən əldə olunan pul Şövkət Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi.