Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
SPAR
SPAR — Niderlandda yaranmış, pərakəndə ticarətlə məşğul olan şirkət. 1932-ci ildə Niderlandda Adrian van Vell tərəfindən təsis edilib və 2021-ci ildə 48 ölkədə 13.623 satış nöqtəsinə sahibdir. == Tarixi == O, 1932-ci ildə Adrian van Well tərəfindən "De SPAR" adlı könüllü baqqal şəbəkəsi kimi təsis edilib. Əsas məqsəd Avropada böyük pərakəndə satış şəbəkələrinin yaranmasına cavab olaraq müstəqil topdansatışçılar və pərakəndə satıcılar arasında əməkdaşlığı davam etdirmək olur. Şəbəkənin adı şüarın ilk hərflərindən yaranıb: "Door Eendrachtig Samenwerken Profiteren Allen Regelmatig", yəni "Biz hamımız əməkdaşlıqdan faydalanırıq" deməkdir. Holland dilində spar sözü "Şam ağacı" deməkdir, bu ağac şirkətin loqosunda təsvir edilib. SPAR konsepsiyası 1940-cı illərin sonlarında Niderlanddan kənara çıxır və Belçika "SPAR"ın fəaliyyət göstərdiyi ikinci ölkə olur. Almaniya şəbəkəyə 1952-ci ildə qoşulur. 1950-ci illərdə SPAR konsepsiyası sürətlə bütün Qərbi Avropaya yayılır. 1953-cü ildə ilk prezidenti Adrian van Vell "SPAR İnternational"l təsis edir və 1957-ci ildə ilk SPAR Beynəlxalq Konqresi Hollandiyada keçirilir.
Skad
Skad — Soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İkinci və Üçüncü dünya ölkələrinə geniş şəkildə ixrac edilmişdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 Elbrus adlanır. "Skad" adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (2 km/s). == Variantları == === SSRİ === Skad-A 1951-ci ildə R-11 adı ilə dizayn olunan bu texnika "Skad" seriyasının ilk ballistik raketidir. Bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Bu raket Sovet mühəndisi Viktor Makeyev tərəfindən hazırlanıb. İlk uçuşunu 18 aprel 1953-cü ildə həyata keçirib. 13 dekabr 1953-cü ildən etibarən Zlatoust şəhərində yerləşən SKB-358 zavodunda istehsalına başlanıb.
Spam
Spam — kütləvi olaraq yayılan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumatdır. İlk növbədə spam termini elektron məktublara şamil olunur. Başqa sözlə, spam – tələb edilməmiş məlumatların kütləvi və anonim göndərilməsidir. Burada anonim yayma dedikdə məlumatların gizli və ya saxta əks ünvanla avtomatik yayılması başa düşülür. Hazırda elə spam göndərən yoxdur ki, o öz ünvanını və göndərmə yerini gizlətməsin. == Yaranma tarixi == SPAM sözünün yaranma tarixi 1937-ci ilə təsadüf edir. SPAM – Hornel Foods şirkətinin məhsulu olan donuz konservlərinin adıdır. Spam – 1920-30-cu illərdə çox məşhur olan ət konservlərinin adıdır. Spam ingiliscə SPices hAM – "istiotlu vetçina" (qaxac edilmiş donuz əti) kimi izah edilir. Kütləvi reklam kampaniyaları və məhsulun ucuzluğu onu qısa zamanda bütün Amerikada istehlak edilən məhsula çevirmişdir.
Pad
Pad (rus. падь, ing. pad) /Dərin dərə/- dərin, adətən meşə ilə örtülmüş dağ dərəsi və ya müvəqqəti (bəzən daimi) axarı olan yarğan. Uzaq Şərqdə və Şərqi Sibirdə işlədilən ad.
SPA
Spinal anesteziya, Onurğa beyni anesteziyası ya qısa olaraq SPA (lat. spinalis – onurğa sütunu, "an-" yun. αἴσθησις) regional anesteziyanın bir növü. bu zaman onurğa kanalına (onurğa mayesinə) yeridilmiş yerli keyləşdirici məhlulun təsirindən impuls ötürücülüyü onurğa beyni səviyyəsində bloklanmış, nəticə etibarilə onurğa beyninin anesteziya hissəsinə müvafiq bədən nahiyyəsinin hissiyyatı sönmüş olur. Belə ki, həmin nahiyənin ağrı, temperatur, taktil – toxunma hissiyatı və xüsusən ətrafların hərəkət funksiyaları pozulmuş olur. == Tarixi == İlk dəfə olaraq Avqust Bir (1861–1949) assistenti Avqust Hildebrant ilə 1898 ildə Kildə kokain məhlulunu onurğa kanalına yeridərək, regional anesteziyanın bir növü olan spinal (onurğa beyni) anesteziyasını icra etmişdir. Lakin anesteziya kəskin başağrıları, öyümə, qusma əlamətli fəsadlara səbəb olmuşdur. 1885 ildə amerikalı Ceyms Leonard Korninq eini sınağı – onurğa kanalına kokain inyeksiyasını icra etmişdir. Lakin müdaxiləlin Korinq tərəfindən nə dərəcədə düzgün icra edildiyi hələdə şübhə doğursa da onu metodun ilk icraçısı sayırlar. 1908 ildə isə avqust bir regional anesteziyahın bir növü olan venadaxili regional anesteziyanı sınaqdan keçirdmişdir.XX əsrin əvvəllərindən sinal anesteziya sezar kəsiyində istifadə edilmişdir.
Sad!
Sad!—amerikalı repçi XXXTentacionun ? albomundan mahnıdır (2018). Mahnı, albomun aparıcı sinqlı olub, 2 Mart 2018 tarixində çıxdı. Parça John Cunningham tərəfindən hazırlanmış və XXXTentacion tərəfindən yazılmışdır. Mahnı, XXXTentacion-un ABŞ-dakı ən çox dinlənən mahnısıdır, 18 iyun 2018-ci ildə, ölümündən sonra Billboard Hot 100-də bir nömrəyə çatdı. Mahnının musiqi videosu vəfatından sonra iyunun 28-də, YouTube kanalında yayımlandı.
Şad
Şad (Əski türkcə: 𐱁𐰑) - Qədim türk titullarından biri. Adətən hökmdarın ailəsindən olan şəxsə verilirdi. Yabqudan bir pillə yuxarıda dayanırdı. Türgişlər dövlətində şad şərq torpaqlarını, yabqu isə qərb torpaqlarını idarə edən hakim idi. Movses Kalankatlı Bağa Şadın oğlu Böri Şaddan bəhs edir.
Aleksandr Şpak
Aleksandr Şpak (rum. Alexandru Şpac; 22 noyabr 1989 və ya 21 noyabr 1989) — Moldoviya ağır atleti, Olimpiya Oyunlarının iştirakçısı, Avropa çempionatının bürünc mükafatçısı. 77 kiloqram çəki dərəcəsində çıxış edir. == Karyerası == 2011-ci ilə qədər Aleksandr 69 kiloqram çəki dərəcəsində iştirak edirdi. İlk böyük turniri 2009-cu ildə Buxarestdə keçirilən Avropa çempionatı oldu. Cəmi 288 kiloqram qaldıraraq, on birinci yeri tutdu.2009 və 2010-cu illərdə o, Avropa Gənclər Çempionatında iştirak edərək müvafiq olaraq dördüncü və ikinci yerləri tutmuşdur.2012-ci ildə o, ilk dəfə beynəlxalq çempionatın medalını qazandı, Türkiyənin Kepez ilçəsində keçirilən Avropa çempionatının bürünc mükafatçısı oldu. Onun ümumi nəticəsi 330 kiloqrama bərabər idi. Qeyd etmək lazımdır ki, bu çempionat Aleksandr üçün çəki dərəcəsini -77-yə dəyişdirdikdən sonra ilk turnir idi.O, 2013-cü ildə Tiranada keçirilən Avropa çempionatında gümüş medal qazandı, lakin noyabr ayında stimulyatorlardan istifadə etdiyinə görə diskvalifikasiya edildi. O, həmçinin 2015-ci ilin aprel ayına qədər bütün yarışlardan kənarlaşdırılmışdır.2015-ci il Dünya Çempionatı və 2016-cı il Avropa Çempionatında o, 9-cu yeri tutmuşdur. Rio-de-Janeyroda keçirilən Olimpiadada 77 kiloqram çəki dərəcəsində Şpak ən yaxşı nəticəsini göstərərək (cəmi 347 kiloqram) beşinci yeri tutdu.2017-ci ildə Avropa çempionatında çıxış etmişdir, lakin dopinq testi "uğursuz" nəticə verdi və dihidroklorometil testosteronun istifadəsinə görə iki il müddətinə diskvalifikasiya edilmişdi.
IPad Air
iPad Air — "Apple"in 2013-cü il oktyabr ayında tanıtdığı yeni nəsil planşet. == Özəllikləri == Bu İPad-lərin ölçülərinə görə indiyə kimi tanıdılmış ən incə iPaddir. Belə ki, Tabletin qalınlığı 7.5 mm ağırlığı 453 qr-dır. Texniki cəhətdən bu IPad 64 bit arxitekturalı olan iPad A7 Prosessoruna, 5 Meqapiksel və 1080p HD video çəkmə bacarığına sahib İSight kameraya və Facetime ön kamerasına malikdir. Ümumiyyətlə əvvəlki İPad-lərlə müqayisədə 28% daha yüngül, 20% nazik və 24% daha səssizdir.
Mixal Şpak
Mixal Şpak (pol. Michał Szpak; d. 26 noyabr 1990, Yaslo, Polşa) — Polşa müğənnisi və bəstəkarı. O, Polşanın X Factor musiqi yarışmasında iştirakından sonra şöhrət qazanmışdır. Mixal Şpak Polşanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Mixal Şpak 26 noyabr 1990-cı ildə Polşanın Yaslo şəhərində anadan olmuşdur. Onun iki bacısı və bir qardaşı var. İfaçının söylədiyinə görə onu musiqiyə ilhamlandıran Queen, Muse, Devid Boui və Maykl Cekson olmuşdur. Şpak məktəb vaxtlarında dostu Kamil Çapla ilə birlikdə Whiplash adlı hard rok qrupunun tərkibində çıxış etmişdir. O, hal-hazırda Varşavada yaşayır və universitetdə psixologiya üzrə təhsil alır.
Spas rayonu
Spas rayonu (tatar. Спас районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın cənub-qərbində yerləşir. Respublikanın Alekseyevsk, Əlki rayonları və Ulyanovsk vilayəti ilə (Staromainski və Melekesski rayonları) quru sərhədi var. Volqa (Kuybışev su anbarı) sahili boyunca Təteş və Kama Tamaqı rayonları ilə, Kama (Kuybışev su anbarı) hövzəsi ilə Layiş rayonu ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Bolqar şəhəridir. == Coğrafiyası == Kuybışev su anbarının yaranması nəticəsində rayon torpaqlarının xeyli hissəsi su altında qalmışdır. Ən böyük çayları: Volqa, Kama, Bezdna və Aktay. == Tarixi == Rayonun ərazisi 1920-ci ilə qədər Spas qəzasının bir hissəsi idi. 1920-1930-cu illərdə Spas kantonunda daxil olur.
Spaç Həbsxanası
Spaç həbsxanası (alb. Burgu i Spaçit) — Albaniyanın kommunist rejimi boyunca xüsusi olaraq siyasi məhkumlar üçün istifadə edilmiş həbsxana idi. Spaç kəndində yerləşdiyi üçün belə adlandırılmışdır. Keçmiş həbsxana indi ikinci dərəcəli milli abidə kimi qorunur. Sürətlə körlanan bu obyekti muzeyə çevirmək planlaşdırılırdı, amma 2013-cü ilin fevral ayına olan vəziyyətə görə bu barədə hələ heç bir irəliləyiş əldə olunmayıb. 1973-cü ildə bir sıra məhbuslar üsyan qaldırdılar, onun gedişində kommunist bayrağı endirilmişdir. 1984-cü ildə analoji üsyan Qafë Bar həbsxanasında baş vermişdir.2015-ci ildə Nyu York təşkilatı olan World Monument Fund həbsxananı "Dünyanın ən təhlükəli 50 abidəsi" siyahısına salmışdır.
Spid-metal
Spid-metal (ing. Speed metal) — Soyuq müharibə vaxtı, heavy metalın anti-sosial və anarxist hardkor pank ilə birləşməsindən yaranıb. Qruplar adətən 1970-ci illərin proqressiv metal janrından bəhrələnərək, hardkor musiqisini dəyişərək daha sürətli, amma idarə edilə bilən, daha çox musiqi texnikası işlədərək ərsəyə gətirdilər. Mahnılar adətən müharibə, çirklilik, nüvə silahları və suverenlik haqqındadır. Spid-metal, treş-metal ilə qarışdırılsa da, daha melodik və daha az pank əlamətlərini özündə cəmləşdirən Heavy metal alt qoludur. İlk qrup Judas Priest sayılır. 1990-cı ildə çıxardıqları "Painkiller" albomundakı qısa, amma sürətli riffləri, uzun gitara soloları, gitara duelləri və Rob Halfordun əla vokalı Speed metal`ı tanıtdırmaq üçün əla nümunə ola bilər. Spid-metal, əksər insanlar tərəfindən metal musiqisinin sürətli növü kimi ağılda qalmışdı. Bir çox qruplar bu tərz üzərində işləyərək, özlərini tanıtdırmağa çalışırdılar. Motorhead bacarıqlı olanlardandır.
Stad Boeva
Stad Boeva — Yeni Kaledoniyanın Boulari Bey adlı körfəzin yaxınlığında yerləşən və futbol üçün istifadə olunan idman stadionudur. Stadion bir sıra yerli klublara və 2011-ci ildə Sakit Okean oyunlarında kişilərdən ibarət futbol turnirinə ev sahibliyi etmişdir. Belə ki, Stad Boeva 2011 Sakit Okean oyunlarında futbol turnirində ən böyük qələbələrdən olan və 3 sentyabr 2011-ci ildə keçirilən Papua-Yeni Qvineyanın Kiribatiyə 17-1 qalib gəlməsinə, 5 sentyabr 2011-ci ildə isə Taitinin Kiribatiyə 17-1 qalib gəlməsinə ev sahibliyi etmişdir.
Suad Salimova
Suad Nizami qızı Salimova (19 mart 1993, Bakı) — " Iron Girl " ləqəbli Azərbaycanlı peşəkar döyüşçü. K1 üzrə dünya çempionu, WTKA versiya üzrə dünya çempionu, kikboks üzrə 4 qat Azərbaycan çempionu, Uşu-Sanda üzrə 3 qat respublika çempionu. == Həyatı == Suad Salimova 19 mart 1993-cü il Bakı şəhərində anadan olmuşdur. Bakı Slavyan Universitetinin Regionşünaslıq fakultəsin bitirmişdir. 2017-ci ildən Hollandiyanın Amsterdam şəhərində yaşayır. == Karyerası == 2014-cü ildə K1 üzrə Gürcüstanda keçirilən yarışda çempionu olmuşdur. 2015-ci ildə Sankt-Peterburqda Uşu-Sanda üzrə keçirilən yarışda qalib olmuşdur. 2015-ci ildə K1 üzrə Iranda keçirilən yarışda çempionu olmuşdur. 2015-ci ildə Ispaniyada keçirilən WTKA versiya üzrə yarışda dünya çempionu olmuşdur. 2016-cı ildə Romaniada keçirilən WTKA versiya üzrə keçirilən yarışda gümüş medal qazanmışdır.
İPad 3
Üçüncü nəsil İPad planşeti Apple şirkəti tərəfindən istehsal edilir. == Xüsusiyyətlər == Ekranlar "QXGA — 2048×1536" piksel kəskinliyinə malikdirlər. Yeni paneldə düym üzrə nöqtələrin say göstəricisi 280 ppi-yə bərabərdir.
Bağa Şad
Bağa Şad - Göytürk şahzadəsi və diplomatı idi. İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 616-628 illəri arasında Çin səfiri olaraq xidmət göstərmişdi.
Böri Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Börü Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Kür Şad
Kür Şad türk ədəbiyyatında bir süjetdir. Səbahəddin Əlinin müəllifi olduğu "Esirler" adlı tamaşanın və Nihal Atsızın qələmə aldığı "Bozqurdların ölümü" romanının personajlarından biridir. Obraz tarixi şəxsiyyət Aşina Cieşeşuaydan ilhamlanıb. == Nihal Atsızın Kür Şadı == Həm yazıçı həm də tarixçi olan Hüseyn Nihal Atsız "Bozqurdların Ölümü" adlı əsərində Kür Şad üsyanı haqqında yazmışdır. Beləcə Kür Şad o qədər məşhurlaşıb ki, Türkiyədə bir çox insan övladına Kürşad adını verib. 1939-cu ildə Hüseyn Nihal Atsız "Kopuz" jurnalında yazdığı məqaləsində "Kür Şad"dan danışıb universitet meydanında tək daş parçası ilə qırx bir qılıncdan ibarət abidənin ucaldılmasını təklif etdi. Daha sonra 1946-cı ildə yazdığı Bozqurdların Ölümü romanında "Kür Şad" obrazından istifadə etdi. 1947-ci ildə isə Kür Şad jurnalı nəşr olunmağa başladı və jurnalın ilk nəşri üçün "En Büyük Türk Kahramanı Kür Şad" adlı yazını şəxsən özü yazıb "Yarınki Türkeli"ndə Kür Şad üçün ulu bir abidə düşündüyünü açıqladı.
Sad Surəsi
38-ci surə Sad surəsi (Məkkədə nazil olmuşdur, 88 ayədir). Surə adını birinci ayədəki "sad" hərfindən almışdır.
Spa (şəhər)
Spa (fr. Spa, Vallon dilində-Spå) — Belçikanın Lej əyalətində şəhər. Bələdiyyə Arden dağlarında yerləşir və məşhur bir kurort kimi tanınır. Şəhərin yaxınlığında Formula-1 yarışlarının keçirildiyi məşhur Spa-Frankorşam avtodromu yerləşir. Bələdiyyənin sahəsi 39,85 km²-dir. Əhalisi 10 543 nəfərdir. == Kurort == Bəlkə də bu gün Spa daha yaxşı yarış avtodromu ilə tanınır. Ancaq orta əsrlərdə kiçik Spa şəhəri Rusiya imperatoru I Pyotrun və fransız şahzadəsi Lui-Jozef Konde tərəfindən ziyarət edilən müalicəvi suları ilə məşhur idi. İngilis "spa" sözünün mənşəyi Spa şəhəri ilə əlaqələndirilir. Spanın müalicəvi suları qədim Romalılara bəlli idi, ehtimal ki, onlar yerin altından çıxan və hələ də kurort bölgəsini bəzəyən məşhur fontanı - "Spa" adlandırırmışdılar (vallon dilində esra - fontan).
Spa konfransı
Spa konfransı — Ali Müharibə Şurası ilə Almaniya arasında Belçikanın Spa şəhərində 1920-ci ilin 5-16 iyul tarixlərində keçirilmiş konfrans. Əsas müzakirə mövzusu Almaniyanın hərbsizləşdirilməsi, müttəfiqlərə kömür göndərilməsi və Almaniyanın qalib dövlətlərə ödəməli olduğu təzminat məsələsi olmuşdur. == İştirakçılar == Spa konfransı Almaniyanın müharibədən sonra dəvət edildiyi ilk beynəlxalq konfrans idi. Müttəfiqlər düşünürdü ki, mübahisəli məsələlərdə məktublar və digər diplomatik vasitələrlə həll yolu tapmaqdansa, görüşüb müzakirə aparmaq daha məhsuldar olar. Buna görə konfransa Almaniya da dəvət edilmişdi. Konfransa İngiltərənin baş naziri David Lloyd Corc, Fransanın baş naziri Aleksandr Milyeran, Almaniyanı kansleri Konstantin Feyrenbax, həmçinin Britaniyanın və Fransanın Almaniyadakı səfirləri də qatılmışdı. Səfirlərə Berlində yerləşən Təzminat Komissiyası işlərinə nəzarət etmək tapşırılmışdı. == Danışıqlar == Versal sülh müqaviləsi imzalandıqdan sonra Avropada dövlətlərarası münasibətlərdə başlıca məsələ Almaniyanın tərksilah edilməsi və təzminat alınması idi. Spa konfransı da bu məqsədlə çağırılmışdı. Müttəfiqlər Almaniyadan Versal sülh müqaviləsinin şərtlərini yerinə yetirməyi tələb edərək onun qarşısında aşağıdakı şərtləri irəli sürürdülər: Könüllü hərbi dəstləri tərksilah etmək, Ayrı-ayrı adamlardan silahları yığmaq, Ordunu könüllülük prinsipi əsasında qurmaq, Hərbi əmlakı təhvil vermək, Müqavilənin digər şərtlərinə əməl etmək.
Tamqan şad
Tamqan şad — Göytürk şahzadəsi. İstəmi xaqanın oğlu idi. 576-cı ildə atası İstəmi xaqan öləndə İdil çayı bölgəsinə qardaşı Tardu xaqan tərəfindən göndərilmişdi. Tamqan şad həm də Bizans imperiyası ilə əlaqələrdən məsul şəxs idi. Bizanslıların onlara xəyanət edərək Avarlarla müqavilə imzalamasına hiddətlənərək Bizansın Qara dəniz sahili bölgəsini və Krımı ələ keçirərək Göytürk dövlətinə birləşdirmişdi. == Ölümü == Tamqanın ölüm tarixi bəlli deyil. Lakin Apa xaqanın tərəfini tutduğu bilinir. Çox güman 584-cü ildən sonra vəfat etmişdir.
Tarduş şad
Tarduş şad — Tonq Yabqu xaqanın oğlu, Toxaristanın ilk yabqusu. == Hakimiyyəti == Məşhur buddist rahib Syüançzan 630-cu ildə Tarduş şadın hələ hakimiyyətdə olduğunu yazırdı. Çin mənbələrində 635 və 645-ci illərdə Çinə səfir göndərildiyi yazılmışdır. Bütün Əfqanıstan torpaqlarını öz hakimiyyəti altına almışdı. 645-ci ildə oğlu İşbara Yabqunun sifarişi ilə öz xatunu tərəfindən öldürülmüşdür.