sif. [
fars. ]
1. Sevinən, şən, fərəhli, məmnun. Şad adam. Şad üz. Şad gözlər. Könlü şad olmaq.
– Daşdəmir əmi öz tütünü barəsində belə tərifləri çox eşitmiş olduğunu göstərən şad bir səslə dedi. M.Rzaquluzadə.
□ Şad etmək (eləmək, qılmaq) – sevindirmək, fərəhləndirmək, şadlandırmaq, məmnun etmək.
Cövrlər kim, eyləmişdin birbəbir yad eyləyib; Şami-hicran könlümü bu növ ilə şad eylərəm. S.Ə.Şirvani.
Bəzədin sən bu gün bizim çəməni; Şad qıldın bu gəlməginlə məni. M.Ə.Sabir.
Məni unutmayın, tez-tez yad edin; Bu küskün könlümü sizsə şad edin. M.Rahim.
Şad olmaq – sevinmək, şadlanmaq, fərəhlənmək, məmnun olmaq.
Ələsgərəm, şad olmadım dünyada; Səni gördüm, dərdim oldu ziyada. Aşıq Ələsgər.
[Rzaquluxan:] Qızım, çox şad oluram ki, sənə xərc etdiyim pullar hədər getməyibdir. M.S.Ordubadi.
2. Ürəkaçan, fərəhli, sevindirici, xoş. Şad xəbər.
// Zərf mənasında.
Çünki bilir rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir.
3. Şadəm (şadam) şəklində – sevinirəm, məmnunam (bir şeydən şad, məmnun olmağı bildirir).
Yarın xəyalilə bu gün mən şadəm; Qəribliyə düşsəm qan ağlar didəm. M.P.Vaqif.
Bu gün şadam, oxuyuram, çalıram; Sən yaşa dolduqca mən ucalıram. Aşıq Hüseyn.
◊ Şadlığından yerə-göyə sığmamaq (sığışmamaq) – hədsiz sevinc içərisində olmaq, şad olmaq, sevinmək, şadlıq eləmək.
Şadlığından sığışmayıb yer ilə göyə; Öz eşqini övlad kimi bağrına basır. S.Vurğun.