Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şopron
Şopron (mac. Šopron) — Macarıstanda şəhər. Avstriyanın sərhədində, Noyzidler gölünün yaxınlığında yerləşir. == Tarixi == Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi bir dövrdə Osmanlı türkləri 1529-cu ildə şəhərə hücum elədilər, lakin işğal etmədilər. İşğal olunmuş ərazilərdə məskunlaşan insanların əksəriyyəti Şoprona qaçdı və beləcə şəhərin əhəmiyyəti artdı. 1676-cı ildə Şopron şəhəri böyük bir yanğın nəticəsində tamamilə xaraba qaldı. Bu gün şəhərdə Barokko memarlığı üslubunda binalar çoxluq təşkil edir. Şopron şəhəri İkinci Dünya müharibəsi zamanı bir sıra hücumlara məruz qaldı. Nazi Almaniyası və onların Macarıstandakı müttəfiqləri şəhərdəki bütün yəhudi vətəndaşlarını və bəzi solçu işçiləri ölüm düşərgələrinə göndərərək öldürürdülər və şəhəri davamlı olaraq bombalayırdılar. Sovet İttifaqının Qırmızı Ordusu 1945-ci ilin 1 aprel tarixində şəhəri ələ keçirmişdir.
Stokton
Stokton (Kaliforniya) — Kaliforniya ştatında şəhər. Stokton (Nyu-Cersi) — ABŞ-nin Nyu-Cersi ştatının Hanterdon dairəsində yerləşən şəhər.
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. == Yaranma tarixi == İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Sokos
Sokos - Finlandiyada fəaliyyət göstərən və S Group kompaniyasının bir hissəsi olan və Sokos Hotels otellər şəbəkəsini də idarə edən univermaqlar şəbəkəsi. Yaranma tarixi 1952-ci idir. == Univermaqları == Helsinki (mərkəzi) Helsinki (Kaari) Haminlinna Joensuu Jyväskylä Kajaani Kotka Kouvola Kuopio Lahti Lohja Mikkeli Oulu (Valkea ticarət mərkəzi) Pori Porvoo Raisio (Mylly (ing.
Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. == Həyatı == E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Somon
Somon, və ya Sum və ya Sumu və ya Sumon (Çin dilində 苏木 — (sumu), monqol dilində sum, tuva dilində sumon) — Çində və Monqolustanda, həmçinin Pusiyada çox da böyük olmayan inzibati ərazi bölgüsü. == Çin Xalq Respublikası == Çin Xalq Respublikasının yalnız Daxili Monqolustan adlanan hissəsində inzibati ərazi vahididir. ÇXR-da somonların ümumi sayı — 181-dir. Somon kənddən böyük, xoşundan kiçikdir. === Etnik somon === Etnik milli somon — (<in dilində 民族苏木, mintszu sumu) — Çin Xalq Respublikasında milli azlıqların üstünlük təşkil etdiyi somonlar üçün istifadə olunan termindir.2010-cu ilin məlumatına əsasən yalnız bir etnik milli simon — Evenk milli somonu mövcuddur.
Stokton (Kaliforniya)
Stokton (ing.
Şpakov rayonu
Şpakov rayonu (rus. Шпаковский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Mixaylovsk şəhəridir. Əhalisi 148 979 nəfərdir (2020). == Coğrafiyası == Rayon Stavropol diyarının qərb hissəsinin mərkəzində yerləşir. Ərazinin iqtisadi, inzibati, mədəniyyət mərkəzi Stavropol şəhərini əhatə edən, onunla sıx nəqliyyat, sənaye, mədəni və məişət əlaqələri olan Mixalyovsk şəhəridir. Stavropolun sənaye zonası praktik olaraq Şpakov rayonunun yaşayış məntəqələri ilə əhatə olunmuşdur. Rayon sərhədlərinin uzunluğu təqribən 390 km-dir. Stavropol dağlığının ən yüksək nöqtəsi olan Strijament dağı (831 m), rayon ərazisində yerləşir. Hidroqrafik şəbəkəyə Taşlu, Böyük Yeqorlık, Tatarka, Mamayka, Yankul çayları, həmçinin Senqilevskoe və Yeqorlıkskoe su anbarları daxildir.
Soko
Stéphanie Sokolinski (26 oktyabr 1986) - "SOKO" ləqəbi ilə tanınan Fransız müğənni-bəstəkar, musiqiçi və aktrisadır. Rus-Polşa əsilli ata və Fransız-İtalyan əsilli anadan Fransanın Bordo şəhərində dünyaya gəlmişdir. Stéphanie Sokolinski adı çox uzun idi və beləcədə o daha tez yadda qalması üçün "Soko" ləqəbini uşaqlıqdan götürmüsdü. FİLMOQRAFİYA ▪L'escalier ( 2003) ▪P.J (2003) ▪Action Justice (2003) ▪Au secours, j'ai 30 ans ! (2004) ▪Ben et Thomas (2004) ▪Clara cet été là (2004) ▪Palais royal !
Afinalı Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. == Həyatı == E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Yamazaki Sokan
Yamazaki Sokan (山崎宗鑑, 1465, Omi əyaləti[d], Tosando[d] – 1553, Kanonci[d], Kaqava prefekturası) – yapon renqa və haykay şairi. Norişiqe Şina əsl adıdır. Ən qədim haykay antologiyasını tərtib etdiyi üçün "haykunun atası" hesab olunur. == Həyatı == Yamazaki Sokanın həyatı haqqında məlumatlar azdır. O, Omi əyalətində doğulmuş və şoqun Aşikaqa Yoşihisanın samurayı olmuşdur. Yoşihisanın ölümündən sonra İkkyunun Zen doktrinalarını öyrənmək üçün Kiotoya köçərək 1489-cu ildə buddist keşişi olmuşdur. Bəzi rəvayətlər onu səfil və dəli adam kimi təqdim etsə də, tarixi faktlara əsasən poeziya müəllimliyi edərək və kalliqrafiya ilə məşğul olaraq pul qazanmışdır. == Ədəbi fəaliyyəti == Sokan ən çox "İnu tsukuba şu" adlı haykay antologiyasına görə tanınır. O, bu əsərə özünün və başqalarının haykaylarını daxil etmişdir. Antologiya 1540-cı illərdə tərtib edilsə də, 1615-ci ildə nəşr olunmuşdur.
Şodon-Norant
Şodon-Norant (fr. Chaudon-Norante, oks. Chaudon e Noranta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04055. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 144 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 100 nəfər arasında (15–64 yaş) 72-i iqtisadi, 28-i fəaliyyətsizdir (fəaliyyət göstərici 72,0%, 1999-cu ildə 71,8%). Fəal olan 72 nəfərdən 66 nəfər (33 kişi və 33 qadın) işləyir, 6 nəfər işsizdir (1 kişi və 5 qadın).
Şomon (rayon)
Şomon (fr. Chaumont) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Marna. Suprefektura — Şomon. Rayon əhalisi 2006-cı ildə 67 738 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 27 nəf / km². Rayon sahəsi — 2476 km². Şəhər Marne çayı üzərində dayanır və 1856-cı ildə inşa edilmiş 52 m (171 ft) hündürlüyü və 600 m (2000 ft) uzunluğundakı bir viyadük üzərində işləyən Paris və Basel'i birləşdirən dəmir yolu üzərində yerləşir.
Hanter Stokton Tompson
Hanter Stokton Tompson (ing. Hunter Stockton Thompson; 18 iyul 1937[…], Luisvill, Kentukki – 20 fevral 2005[…]) — amerika yazıçısı. == Həyatı == Amerikalı məşhur jurnalist və yazıçı Hanter Tompson 20 fevral 1937-ci ildə doğulub. “Qonzo” jurnalistikasının yaradıcısı hesab olunan Tompson alkoqol və narkotik aludəçisi idi. “Qonzo” jurnalistikasının əsas xüsusiyyəti bundan ibarət idi ki, jurnalist burada klişe söz və ifadələrdən tamamilə imtina edir. Obyektiv olmaq məcburiyyəti yoxdur. Əksinə, jurnalist gördüyü hadisələri subyektiv formada nəql edir. Çoxu siyasi mövzuda olan məqalələrdə klişe ifadələr yerinə, daha səmimi, daha dürüst və daha əyləncəli ifadə tərzi seçilmişdi. Söyüşdən, jarqondan, ironiyadan, lağlağıdan da bol-bol istifadə edilirdi. Hadisələrin mərkəzində jurnalist özü dayanırdı.
Stokton (Nyu-Cersi)
Stokton (ing. Stockton) — ABŞ-nin Nyu-Cersi ştatının Hanterdon dairəsində yerləşən şəhər.
Bu divarı sökün!
"Bu divarı sökün!" (ing. Tear down this wall!) — ABŞ Prezidenti Ronald Reyqanın 1987-ci il 12 iyun tarixində Qərbi Berlində söylədiyi nitqin bir hissəsi. O zaman Reyqan, SSRİ dövlət başçısı Mixail Qorbaçova müraciət edərək 1961-ci ildən bəri Berlin şəhərini qərb və şərq hissələrinə ayıran səddin aradan qaldırılmasına çağırış etmişdir. Nitq o zaman nisbətən kiçik media əhatəsi qazansa da, 1989-cu ildə Berlin divarının sökülməsindən sonra daha çox tanındı. Lakin nitqin divarın yıxılmasında nə qədər təsirli olması ilə bağlı müzakirələr var. == Zəmin == "Bu divarı sökün" adlanan nitq Ronald Reyqanın Berlin divarına yönəlmiş ilk çıxışı deyildi: 1982-ci ildə Qərbi Almaniyaya səfəri zamanı o, bəyan etdi ki, "Mən Sovet İttifaqı liderinə bir sual ünvanlamaq istəyirəm […] Nəyə görə orada divar mövcuddur?" Divarın tikilməsindən 25 il sonra 1986-cı ildə, buna cavab olaraq, Qərbi Almaniyanın "Bild" qəzeti Reyqana belə bir sual ünvanladı ki, "O, divarın sökülə biləcəyini nə zaman düşündü?" və cavab olaraq, Reyqan bildirdi ki, "Mən divarın sökülməsi üçün məsul şəxslərə [bu gün] çağırış edirəm". Reyqanın 1987-ci ildə Berlinə olan səfərindən öncə 50.000 insan ABŞ Prezidentinin gəlişi əleyhinə nümayiş keçirdi. Onun gəlişi dövründə baş verə biləcək hər hansı anti-Reyqan nümayişlərinin qarşını almaq məqsədi ilə Berlin şəhərinin geniş bir ərazisi bağlandı. Xüsusilə Kroytsberq küçəsi bu məqsədlə əsas götürülərək, şəhərin bu hissəsi boyunca hərəkət tamamilə məhdudlaşdırıldı. Nitq həmçinin Reyqan administrasiyası üçün də çox böyük anlaşılmazlıq mənbəyi idi.
Edvin Pikon-Akkonq
Edvin Pikon-Akkonq (4 noyabr 1940, Port-Lui) — mavrikili keçmiş futbol hakimi. 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında İraq-Paraqvay matçında baş hakimlik etmişdir.
Fokon-de-Barselonnet
Fokon-de-Barselonnet (fr. Faucon-de-Barcelonnette, oks. Faucon de Barcilona) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barselonnet kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04086. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 305 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 185 nəfər arasında (15-64 yaş) 137 nəfər iqtisadi fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.1%, 1999-cu ildə 71.9%). Fəal olan 137 nəfərdən 136 nəfəri (72 kişi və 64 qadın), 1 qadın işsiz idi.
Fokon-dyu-Ker
Fokon-dyu-Ker (fr. Faucon-du-Caire, oks. Faucon dau Caire) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Türye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04085. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 55 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 32 yaşda (15-64 yaş arasında) 20 nəfər iqtisadi fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,5%, 1999-cu ildə bu göstərici 77,8%). Fəal olan 20 nəfərdən 17 nəfər (10 kişi və 7 qadın), 3 nəfər işsiz (1 kişi və 2 qadın) idi.
Fokon-dü-Ker
Fokon-dyu-Ker (fr. Faucon-du-Caire, oks. Faucon dau Caire) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Türye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04085. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 55 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 32 yaşda (15-64 yaş arasında) 20 nəfər iqtisadi fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,5%, 1999-cu ildə bu göstərici 77,8%). Fəal olan 20 nəfərdən 17 nəfər (10 kişi və 7 qadın), 3 nəfər işsiz (1 kişi və 2 qadın) idi.
Sakon aşırımlı körpüsü
Sakon aşırımlı körpüsü (yun. Τοξωτή Γέφυρα Τσακώνας) — Yunanıstanda, Megalopolis şəhəri yaxınlığında yerləşən və Sakon vadisindən keçən dünyanın ən böyük aşırımlı köprülərindən biri. Körpü son bir neçə on il ərzində çoxlu sürüşmənin baş verdiyi təhlükəli bir ərazidə yerləşir. == Tikintisi == Aşırımlı körpünün ümumi uzunluğu 490 metrdir. Bu Paradeziya-Sakona və Tripolis-Kalamata nəqliyyat xətlərinin tikintisi zəncirində son iş olmuşdur. Tikinti işləri «Moreas» konsorsiumu tərəfindən Yunanıstan hökumətinin dəstəyi ilə aparılmışdır. Layihəni hazırlayan Nikods Donas olmuşdur. O, bu layihəni «Cəsarət» adlandırırdı. Sakon aşırımlı körpüsü Harilaos Trikupis Körpüsündən sonra ən çətin mühəndislik layihələrindən biri hesab edilir. Layihənin ümumi dəyəri tikintidə çıxan problemlərdən dolayı 94 milyondan 131,5 mln avroya qədər artmışdır.
VII Hokon Torpağı
VII Hokon Torpağı (norv. Haakon VII Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). I Albert Torpağı adanın qərb hissəsini təşkil edir. VII Hokon Torpağı Vudford və Konqsford arasında yerləşir. Torpağın şimalında Konqsvegen buzlağı vardır. Torpaq 1905—1957-ci illərdə Norveç kralı şərəfinə adlandırılmışdır.
Benjamin Spok
Benjamin Makleyn Spok (ing. Benjamin McLane Spock) — ABŞ pediatr, 1946-cı ildə nəşr edilmiş və ABŞ tarixində bestsellerə çevrilən "Uşaq və ona qulluq" kitabının müəllifi. Spokun "Siz düşündüyünüzdən daha çox bilirsiniz" çağırışı onu məşhurlaşdırmışdır. Spok ailə münasibətlərinin inkişafı çərçivəsində uşaqların ehtiyacların qavranılması məqsədilə psixoanalizi öyrənən ilk pediatr olmuşdur. Onun uşaqlara qayğı haqda ideyaları bir neçə valideyn nəslinə , valideynlərin övladlarına qarşı münasibətlərdə daha möhkəm və incə davranmalarına, onlarla şəxsiyyət kimi rəftar etmələrinə çox böyük təsir göstərmişdir. == Həyatı == Məktəbi bitirdikdən sonra Yel Universitetinə daxil olan Spok ilk əvvəl ingilis dili və ədəbiyyatını öyrənmiş, həmçinin idmanla məşğul olmuşdur. Hündür boy olması (189 sm) və fiziki göstəricilərinə görə onu tez bir zaman çərçivəsində universitetin avarçəkmə yığmasına götürürlər. O, 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ABŞ komandasına qızıl medal qazandırmışdır. Beləliklə, Benjamin Spok olimpiya çempionu olmuşdur. İdmanda əla göstəricilərinə baxmayaraq, Spok tibbi seçir.
Esteban Okon
Esteban Okonfr. Esteban Ocon; doğ. 17 sentyabr 1996 Normandiya, Fransa) — fransız avtopilotu. 2015-ci ildə GP3 yarış seriyasının qalibi. == Həyatı == Esteban Okon öz yarış karyerasına 2006-cı ildə başlayıb. Həmin səkkizinci yeri tutmuşdu.2007-cı ildə birinci yerə sahibləndi. 2008-ci ildə Esteban Cadet klassında Fransa çempionu olmuşdu.
Pom Poko
Pom Poko (yap. 平成狸合戦ぽんぽこ – Heisei Tanuki Gassen Ponpoko) – 1994-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Isao Takahatadır. == Personajlar == == Xarici keçidlər == Pom Poko — Internet Movie Database saytında.