Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polop
Polop (isp. Polop) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 22.58 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 4,994 nəfərə çatmışdır. Polop şəhəri inzibati mərkəzdən 53 km məsafə uzaqlıqda yerləşir.
Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Solo
Solo (it. solo - "bir") - bir nəfərin səsli və ya musiqi aləti ilə bütöv bir musiqi əsərini və ya onun aparıcı tematik hissəsinin ifa etməsi. Belə bir solo partiyanın ifaçısı solist adlanır. “Solo” anlayışı rəqs sənətinə də aiddir: məsələn, “baletdə solo”. Rok musiqisində "solo" termini mahnının əsas motivini inkişaf etdirən gitara körpüsü deməkdir. Çox vaxt solo mahnının ortasına və ya sonuna doğru daxil edilir. Hevi-metalda sololar uzun olur və bir-iki dəqiqədən beş və hətta altı dəqiqəyə qədər davam edə bilər (Deep Purple -ın " Child in Time" mahnısında olduğu kimi). Alternativ rokda tez-tez qısa sololara, bəzən yalnız bir neçə bar uzunluğuna rast gəlmək olar.
Afinalı Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Coreopsis poloe
Coreopsis poloe (lat. Coreopsis poloe) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid bitki növü.
Nazmi Solok
Nazmi Solok (türk. Nazmi Solok; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi. 27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi. 2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi.
Robert Solou
Robert Solou (ing. Robert Solow) (23 avqust 1924, Bruklin, Nyu-York ştatı – 21 dekabr 2023, Leksinqton[d], Massaçusets) — xüsusilə iqtisadi inkişafla bağlı tədqiqatları ilə tanınan amerikalı iqtisadçı. 1961-ci ildə Con Beyts Klark medalı, 1987-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı və 1999-cu ildə Beynəlxalq Elm medalına layiq görülmüşdür. Robert Solou 23 avqust 1924-cü ildə Nyu York şəhərində yəhudi ailəsində anadan olub. Evlərinin yaxınlığında yerləşən dövlət məktəbində oxumuş, uğurlu bir şagirdlik keçirmişdi. Robert Solou 1940-cı ilin sentyabr ayında təqaüdlə Harvard Universitetində təhsilə başladı. Sosiologiya və antropologiya üzrə təhsil almaqla yanaşı eyni zamanda iqtisadiyyat təhsili də almağa başlamışdı. 1942-ci ilin sonlarına yaxın ABŞ Ordusuna qoşulmaq üçün universitetdən ayrılan Robert Solou Şimali Afrika və Siciliyada xidmət keçdi. Sonra isə ordudan tərxis olunana qədər İtaliyada xidmət keçmişdi. 1945-ci ildə yenidən Harvard Universitetinə qayıtdı.
Solou modeli
Solou modeli (Solou — Svon modeli , ing. Solow model) — ekzogen qənaət dərəcəsinə və neoklassik istehsal funksiyasına əsaslanan ekzogen iqtisadi artım modeli. Solou modeli iqtisadi artımın bütün müasir modelləri üçün başlanğıc nöqtəsi hesab olunur və o, kapitalın dəyişmə sürətinin təhlili üçün lazımi riyazi əsas verir. Model bütün makroiqtisadi nəzəriyyələrə təsir göstərmişdir. 1956-cı ildə Robert Solou və Trevor Svon tərəfindən eyni vaxtda və müstəqil olaraq hazırlanmışdır. Modelin çatışmazlıqlarından biri əmanət normasının ekzogen xarakter daşımasıdır, yəni modeldə istehlakçıların optimallaşdırıcı davranışı nəzərə alınmır (bu davranışı nəzərə alan model iqtisadi artımın neoklassik modeli adlanır). Model həm də inkişaf etməkdə olan ölkələrdə faiz dərəcəsinin qeyri-real qiymətləndirilməsinə gətirib çıxarır. Solou modelinin meydana çıxmasından əvvəl iqtisadi artımı öyrənmək üçün ən çox yayılmış vasitə Harrod-Domar modeli idi. O, Keynsçi fərziyyələrə əsaslanırdı, yalnız makro səviyyəli məlumatlara (məcmu tələb, məcmu təklif və s.), fərdi istehlakçının və ya ayrı-ayrı firmanın mikrosəviyyəsinə məhəl qoymadan fəaliyyət göstərirdi və iqtisadi artımın mümkün mənfi nəticələrinə diqqət yetirirdi. xüsusilə işsizliklə bağlı.
Cövdət Qüdrət Solok
Cövdət Qüdrət Solok (1907, Konstantinopol – 10 iyul 1992, İstanbul), “Yeddi Meşale” ədəbi cəmiyyətinin yaradıcılarından biri, türk yazıçısı və ədəbiyyat tarixçisi. Yazıçı Cövdət Qüdrət adı ilə tanınır. C.Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib. O, Kayseri lisesində (17.04.1934 – 25.09.1938), Ankara Dövlət Konservatoriyasında (27.09.1938 – 20.07.1939) diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində (03.07.1939 – 31.08.1943) və Atatürk lisesində (31.08.1943 – 24.12.1945) və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb (24.12.1945 – 06.10.1950). Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib (23.10.1950). Qısa müddət İstanbul və Ankarada vəkil (1951-1954), Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi (1967-1970), Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib (1970-1973). C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb.
Atüstü polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Filüstü polo
Filüstü polo — polonun Cənubi-Şərgi Asiyada yayılmış filüstü növü. Oyunçular topu meydançada atüstü polodakı olduğu kimi bambukdan düzəldilmiş xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlət. Oyun 200 m uzunluğu olan meydançada oynanılır. Oyun vaxtı filin üstündə iki nəfər oturur: oyunçu və fili idarə edən. Filüstü polo XX əsrin əvvələrində Asiya səfər edən ingilislərlə oynanılmağa başladı. İdman növü kimi XX əsrin sonlarında formalaşıb. Filüstü polonun ümumdünya assosiyasıyası 1982-ci ildə Nepalın Çitvan Milli Parkında Ceyms Manklark və isveçrəli Cim Edvards tərəfindən yaranmışdı. Əvvəlcə top kimi adi futbol topundan istifadə edilirdi. Ancaq fillərin bu topları əzdiyinə görə, kiçik ölçülü standart polo topundan istifadə edilməyə başlanıldı. Bambuk polo taxtaları da atüstü polodan götürülüb.
Han Solo
Han Solo — "Ulduz müharibələri" kainatında personaj. O, ilk dəfə 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində nümayiş olunmuşdur. Han Solo ən yaxın dostu Çubakkadır və o, "Millennium Falcon" kosmik gəmisinin sahibidir. Han Solo personajı ABŞ Film İnstitutunun "ən yaxşı 100 qəhrəman və cinayətkar" siyahısında 14-cü, "Empire" jurnalının "bütün zamanların ən böyük film personajları" siyahısında 3-cü yerdə qərarlaşmışdır. "World of Fantasy" jurnalı Han Solonun "Millenium Falcon"unu "ən yaxşı 10 kosmik gəmi" siyahısında birinci yerə layiq görüşmüşdür. Onlar onu "Ulduz müharibələri"ndəki ən məşhur kosmmik gəmi və klassik bir "macəraçı ulduz gəmisi" nümunəsi adlandırmışdır.
Hop Solo
Hop Solo (Doğum: İyul.30, 1981, Riçlənd) ABŞlı Futbol qapıçıdır. O Məcikcək futbol klubu və ABŞ Qadınlar milli komandasınin oyunçusudur və 2011 Almaniya qadınlar dünya kubokunda ən yaxşı qapıçı seçilib, və qızıl əlcək almışdır.
Houp Solo

Marko Polo
Marko Polo (15 sentyabr 1254, Venesiya, Venesiya Respublikası – 8 yanvar 1324 və ya 1324, Venesiya, Venesiya Respublikası) — italyan səyyahı. Marko Polo (XIII XIV əsrlər) İtaliyadan Mərkəzi Şərq və Orta Asiya yolu ilə Çinə getmişdir. Marko Polo Bakı neftinin Yaxın Şərq ölkələrinə aparılmasından söz açmış, habelə Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulamışdır. XIII əsrin ortalarından etibarən avropalıların coğrafi təfəkkür dairəsi genişlənməyə başlamışdı. Bəzi Avropa tacirləri Şərqlə ticarətə can atırdılar. Buna misal olaraq İtaliya səyyahı və yazıçısı Marko Polonun mənsub olduğu Venesiya tacirlərinin Polo ailəsini göstərmək olar. Atasını və əmisini müşayiət edən Marko 1271-ci ildə Aralıq dənizi sahillərindəki Akka şəhərindən yola düşərək Hörmüzə gəlir və oradan karvanla Mərkəzi Asiyanın səhralarından və dağlarından keçərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə Şimali Çinə gəlib çıxır. Marko Polo Mərkəzi Asiya vilayətində və Çin kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 17 il bu qədim diyarın müxtəlif əyalətlərini gəzmiş, onun böyük xanı olmuş Xubilayın (Çingiz xanın nəvəsi) hörmətini qazanmış, ticarətlə məşğul olmuşdur. Geriyə daha təhlükəsiz hesab olunan dəniz yolu ilə qayıtmişdır.
Fuente de Apolo (Madrid)
Apollo bulağı — (İspanca: Fuente de Apolo) Dörd fəsil də adlandırılan Apollo Bulağı, Madriddə (İspaniya) Manuel Alvarez'in Paseo del Prado bölgəsindəki monumental bir çeşmədir. 18-ci əsrdə Kral III Karl tərəfindən dəstəklənən şəhər islahatında Prado Hall adlanan yerin mərkəzini tutur. Ventura Rodríguez tərəfindən Paseo, eləcə də Cibeles və Neptuno üçün hazırlanan heykəltəraşlıq cəmiyyətinin bir hissəsidir. Hər üç mənbə İspan Neoklassizminin şah əsərləri hesab olunur. Fəvvarə 1780-ci ildə, III Karlın dövründə, stansiyaların fiqurlarına rəhbərlik edən Yunan Manuel Alvarez tərəfindən qurulmağa başlamışdır. Apollo heykəlinin qurulmasında 1802-ci ildə Alfonso Giraldo Berqaz da iştirak etmişdir. Heykəl bir il sonra, 1803-cü ildə, IV Karlın oğlu tac şahzadəsi don Fernandonun (gələcək Fernando VII) bağlantısını qeyd etmək üçün açıldı. Fəvvarə pilləkənləri olan mərkəzi bir gövdədən ibarətdir, müxtəlif ölçülü üç üst-üstə düşən qabıqlara su atan iki maska var. Fəvvarə heykəlləri dörd fəsli xəyali rəqəmlərlə təmsil edir, buna görə bulağın alternativ adıdır. Abidə III Karlın tanrısı, işığın və sənətin ilahiliyi, Carlosun xüsusiyyətləri ilə bitdi.
Polo Sərkan (Qürvə)
Polo Sərkan (fars. پلوسركان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 354 nəfər yaşayır (89 ailə). Əhalisini kürdlər təşkil edir.
Solo Display Team
Solo Display Team — Niderland Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. F-16 Solo Display Team, AH-64D Apache Solo Display Team və PC-7 Solo Display Team-dən ibarətdir. Komandanın dübütü 1979-cu ilə təsadüf edib. Komandanın vahid rəng sxemi mövcud deyildi. Ən son istifadə etdiyi narıncı dizayn 2009-cu ildən istifadə olunmağa başlamışdı. 2018-ci ilin 17 dekabr tarixində F-16 Solo Display Team-in daimi olaraq ləğv edildiyi elan edildi. Maddi və heyət çatışmazlığı səbəbindən komanda artıq 2015-ci ildən fəaliyyətsiz idi. Komanda 2002-ci ildə öz aviabazasında keçirilən hava şousunda birdəfəlik iştirak etmək üçün yaradılmışdı. Bununla belə, komanda sonrakı illərdə də hava şoularında çıxış etməyə davam etdi və 2005-ci ilin iyulunda Böyük Britaniyanın Qlosterşir əyalətində keçirilən Royal International Air Tattoo-da "Sir Duqlas Bader Trophy" mükafatını qazandı. Apache Solo Display Team 2005 və 2009-cu illər arasında fəaliyyətsiz idi, lakin 2010-cu ildə yenidən uçuşlar həyata keçirməyə başladı.
Marko Polo (teleserial, 2014)
Marko Polo - venesiyalı səyyah Marko Polonun Monqol İmperiyasının, xüsusilə Yuan dövlətinin böyük hökmdarı olan Xubilay xanın sarayındakı ilk illəri haqqında çəkilmiş amerikan televiziya serialıdır. Şou 12 dekabr 2014-cü ildə Neftliksdə başlayıb Seriyaların ssenarist və yaradıcısı Con Fuskodur və baş rolda Lorenzo Riçelmidir. İstehsalçı şirkət Weinstein kompaniyasıdır. 2015-ci il yanvarın 7-də Neftliks serialı 10 seriyalıq ikinci sezon üçün uzatdı. Lorenzo Richelmy - Marko Polo Benedict Wong - Xubilay xan Joan Chen - Yuan dövlətinin kraliçası Çabi. Rick Yune - Kaydu xan, Xubilay xanın qohumu Amr Waked - Xubilay xanın naibi Yusuf Remy Hii - Xubilay xanın vəliəhdi Şahzadə Cinqim Zhu Zhu - Monqolustanın Bayat qəbiləsinin mavi şahzadəsi Kokaçin Tom Wu - Daosist keşisi Yüz gözlər Mahesh Jadu - Xubilay xanın Maliyyə naziri Əhməd Fənakəti Olivia Cheng - İmperator Lizonqun son cariyəsi Mei Lin Uli Latukefu - Byamba, Xubilay xanın qeyri-qanuni oğlu Chin Han - Cia Sidao, İmperator Binqin və İmperator Duanzonqun kansleri və Mei Linin qardaşı Pierfrancesco Favino - Nikkolo Polo, Markonun atası Baljinnyamyn Amarsaikhan - Arıq Buğa , Xubilay xanın qardaşı Corrado Invernizzi - Maffeo Polo, Markonun əmisi Tan Kheng Hua - Xie Daoqinq, Sun imperiyasının kraliçası Claudia Kim - Xutulun, Kaydu xanın qızı Oon Shu An - Jing Fei, Mei Linin dostu Darwin Shaw - Sabbah Serialın çəkilməsi ilk olaraq Starzda başladı. Starz 2012-ci ilin yanvarından seriyaların çəkilməsinə başladı. Çində serialın çəkilməsinə cəhd uğursuz alınanda proyekt Weinstein Komaniyasına geri verildi. Neftliks 90 milyon dollar xərclə 10 seriyalıq sezon çəkdi. Proyekt 2014-cü ilin yanvarında Neftliks kanalında rəsmi olaraq elan edildi.
Nikkolo və Maffeo Polo
Nikkolo (1230 — 1294) və Maffeo (1230 — 1309) Polo — Marko Polonun, müvafiq olaraq, atası və əmisi, venesiyalı tacir və səyyahlar. XIII əsrin sonlarında yazılan "Marko Polonun səyahəti" və yaxud "Dünyanın rəngarəngliyi barədə kitab" dünya tarixində əsas yazılı mənbələrdən biri sayılır. Bu əsər Böyük coğrafi səyahətlərin ilham mənbəyi sayılırdı. Deyilənə görə, hətta Xristofor Kolumb Hindistana yeni dəniz yolu axtararkən gəmisində bu kitabı saxlayırmış. Lakin bu dəfə alimlər italyan səyyahı yalanda ittiham etdilər. XIII əsrin ikinci yarısında Markonun vətəni Venesiya Avropanın ən inkişaf etmiş, ən zəngin və ən mədəni şəhəri idi. Markonun dünyaya gəlməsindən yarım əsir öncə, 1204-cü ildə Venesiya Respublikasının qəddar və hiyləgər doju Enriko Dandolo səlibçilərin əli ilə öz rəqibi – Bizansı məğlub etmiş və Şərqə yeni ticarət marşrutları açmışdı. Bu zaman iki tacir qardaş Nikkolo və Maffeo Pololar Konstantinopola yollanır və bir müddət burada qalırlar. Lakin 1261-ci ildə pravoslav bizanslılar birləşərək öz paytaxtlarını işğalçı katoliklərin əlindən qurtardılar və Polo qardaşları Qızıl Ordaya, oradan isə Orta Asiya vasitəsilə Çinə yola düşdülər. Monqol xanı Qubilay xanın sarayına səfir kimi gələn qardaşlar xan tərəfindən hörmətlə qarşılanırlar.
Han Solo: Ulduz müharibələri. Hekayələr
Han Solo: Ulduz müharibələri. Hekayələr (ing. Solo: A Star Wars Story; həmçinin sadəcə Solo) — Ron Hovardın rejissorluğu ilə 2018-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Studios Motion Pictures" tərəfindən yayımlanmış ABŞ kosmik vestern filmi. Alden Erenrayk tərəfindən canlandırılan "Ulduz müharibələri" personajı Han Solo haqqında olan film 2016-cı ildə çəkilmiş "İzqoy-bir"dən sonra yayımlanmış ikinci "Ulduz müharibələri" antologiya filmidir. Rollarda Vudi Harrelson, Emiliya Klark, Donald Qlover, Tandiv Nyuton, Fibi Voller-Bric, Yoonas Suotamo və Pol Bettani var. Filmin hadisələri orijinal "Ulduz müharibələri" filminin hadisələrində 10 il əvvəldə cərəyan edir, yeraltı soyğunda iştirak edən Han Solo və Çubakkanın ilk sərgüzəştlərini təsvir edir. Corc Lukas 2012-ci ildə "Han Solo" prikvelinin istehsalına başlamış və ssenarinin yazılması üçün Lourens Kezdanı işə götürmüşdür. Lukas 2012-ci ildə "Lucasfilm"i "Disney"ə satdıqdan sonra Kasdan "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" (2015) filminin ssenarisini yazması üçün işə götürülmüş, oğlu Conatan isə "Solo" filminin ssenarisini yekunlaşdırmışdır. Əsas çəkilişlər 2017-ci ilin yanvarında "Pinewood Studios" studiyasında Fil Lord və Kristofer Millerin rejissorluğu ilə başlamışdır. Onların hər ikisi 2017-ci ilin iyununda "Lucasfilm" ilə "yaradıcı fikir ayrılıqları" səbəbindən işdən çıxarılmış və Hovard onların yerinə işə götürülmüşdür.
Han Solo: Ulduz müharibələri. Hekayələr (film, 2018)

Sinxron üzgüçülük 2015 Avropa Oyunlarında — (Qadınlar, Solo)