Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Corc Soros
Corc Soros (12 avqust 1930[…], Budapeşt) — Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantropdur. "Açıq cəmiyyət" nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusu və bazar fundamentalizmi nəzəriyyəsinin düşmənidir. Fəaliyyəti bir sıra ölkələrdə birmənalı qarşılanmır. Maliyyə möhtəkiri kimi də ad çıxaran Corcun ləqəbi "İngiltərə bankını dağıdan şəxs"dir. Nüfuzlu "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxsləri arasında onun adı 29-cu sırada göstərilib. C. Sorosun sərvəti 29 milyard $ məbləğində qiymətləndirilir. Tanınmış filantrop 1979-cu ildən indiyə qədər xeyriyyə işlərinə 6 milyard dollar xərcləyib. Hal-hazırda o, "Soros" İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəridir. Həmçinin, o, ABŞ-nin Xarici Əlaqələr Komissiyasının Direktorlar Şurasının keçmiş üzvüdür. Digər tərəfdən, C. Soros Amerika İnkişaf Mərkəzinin üç qurucusundan biridir.
Saros körfəzi
Saros körfəzi (qədim zamanlardakı adı ilə Melas Kolpos) ― Egey dənizinin şimal hissəsində,cənubda Gelibolu yarımadası, şimalda Frakiya sahilləri arasındakı təxminən 60 km-lik üçbucaqlı girinti. Şimal və cənubda geomorfoloji cəhətdən ayrılan və tənzimlənən sahillərlə əhatə olunan körfəzin getdikcə daralan şərq ucunda Kavak dərəsində yatmış allüvium ilə örtülmüş bataqlıq bir düzənlik var (Kadıköy köhnə Evreşe düzənliyi). Tədqiqatlara görə, Şimali Anadolu çat xəttinin uzanması olan iki sınıq arasındakı çökmüş qraben sahəsi hesab edilən körfəz bəzi tədqiqatçıların fikrincə geriləmə və açılma nəticəsində yaranmışdır. Dərinlik şərtləri asimmetrikdir. Frakiya sahillərində, eni 10 km və dərinliyi 90 metrdən çox olmayan bir şelf sahəsi uzanır. Bu bölgənin şərqində bir neçə məskunlaşdırılmamış kiçik ada (Eşşək adaları) var. Gelibolu yarımadasının sahillərinin qarşısında bir şelf yoxdur və birdən 500 metrdən çox dərinliklərə keçilir. Düz bir çuxur formasında olan bu dərin hissə, Gökçeada və Semendirek adası arasında qərbə doğru uzanır və dərinliyi 1000 metrdən çoxdur. Egey dənizinin ən duzlu hissələrindən biri olan Saros körfəzində mürəkkəb burulğanlar formalaşdıran cərəyanların müşahidə olunur. Bu cərəyanlara görə Saros özünü təmizləyən bir körfəzdir.
Sprus-Qrouv
Spryus-Qruv — Kanadanın Alberta vilayətində şəhər.
Sprus adası
Sprus adası (ing. Spruce) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak adasının şimal-şərq hissəsində yerləşən ada. Kadyak arxipelaqına daxildir. Arxipelaqın ən böyük adası olan Kadyak adasının şimal-şərq hissəsi yaxınlığında yerləşir və ondan dar boğazla ayrılır. Adalar arasında ən kiçik məsafə 0,5 km-dir. Sprus adasının uzunluğu təxminən 10 km, eni 7 km, sahəsi 46.066 km²-dir. Relyefi dağlıqdır, ən hündür nöqtəsi adanın şərq hissəsindəki Herman dağıdır (1933-cü ildə alyaskalı Hermanın şərəfinə adlandırılmışdır). Zirvənin hündürlüyü 379 metrdir. Adanın rusca adı olan Elovı adını adaya 1805-ci ildə Yuri Lisyanski verib. XIX əsrdə adada pravoslav kilsəsinin müqəddəslərindən olan Alyaskalı rahib Herman burada yaşamışdır.
Spiros Papalukas
Spiros Papalukas (yun. Σπύρος Παπαλουκάς; 1892, Desfina – 3 iyun 1957, Afina) — Yunanıstan rəssamı. Yunanıstan rəssamlığının "1930-cu illər nəsli" adlandırılan generasiiyanın "sələfi" kimi xarakterizə olunur. == Qəbulu == Fotis Kondoğlu Papalukası Parisdən tanıyırdı. O, yazırdı ki, Papalukas Parisdə yaşadığı bütün vaxtlarda gəncləri maqnit kimi özünə cəlb edən, onları məst edən bu şanlı şəhərin heç bir sevincini hiss etməmişdir. Papalukas ətrafında qaynayan həyata fikir verməyərək, öz "qalasında" bağlı qaldı. Onu maraqlandıran yeganə şey sənəti idi. Rəssam və yazıçı Nikos-Qavriil Pendzikis yazır ki, qədimliyin ağırlığını daşıyan bugünkü ellinizm rəngarəngliyində Papalukasın mənşəyi özünü tacir kimi aparanlardan fərqli kəndli şüuru ilə onu yeniliklərdən ehtiyatlı olmağa vadar edir.
San-Antonio Spörs
San-Antonio Spörs — Texas ştatının San-Antonio şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
Köröş-Maroş Milli Parkı
Köröş-Maroş Milli Parkı (ing. Körös-Maros National Park, mac. Körös–Maros Nemzeti Park) — Macarıstanın 10 milli parkından biri. Cənubi Alfölddə Bekeş əyalətində yerləşir. == Coğrafiyası == 1997-ci ildə quşların mühafizəsi üçün yaradılmışdır. Payız mövsümündə Feyer gölünün ətrafında quşların köçünü müşahidə etmək olar. Göl on minlərlə durnaların və ördəklərin sığınacağıdır.
Aphos
Aphos (lat. Aphos) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Buros
Buros (Borås) — İsveçin cənub qərbində şəhər. == Əhalisi == Əhalisi 66,3 min (2010) nəfərdir. == Coğrafiyası == Katteqat boğazının 70 km-liyində, Viskan çayı sahilində, Höteborqdan şərqdədir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. == Tarixi == 1621-ci ildə salınmışdır. Qəsr (15 əsr), kilsə (1699), Ratuşa (1909–1910, memarlar İ. Tenqbum və E. Torulf) saxlanılmışdır. == Memarlığı == Universitet (1977), Ali memarlıq məktəbi fəaliyyət göstərir. Rəssamlıq, müasir incəsənət, toxuculuq (2000) muzeyləri, açıq səma altında etnoqrafiya muzeyi, yanğınsöndürmə işi muzeyi; şəhər teatrı (1964); zoopark var. Xidmət sferası (o cümlədən internet-ticarət) inkişaf etmişdir.
EPROM
EPROM (erasable programmable read-only memory ~ silinəbilən proqramlaşdırılabilən daimi yaddaş) – enerji mənbəyindən asılı olmayan, hazırlandıqdan sonra proqramlaşdırılan yaddaş mikrosxemi. Enerji mənbəyindən asılı olmayan yaddaşda saxlanılan verilənlərdə və ya mikroproqramlarda dəyişiklik etmək lazım gəldikdə yeni PROM modulları hazırlamaqdansa, EPROM mikrosxemini yenidən proqramlaşdırmaq daha faydalı ola bilər. PROM-dan fərqli olaraq, EPROM mikrosxeminin tərkibini silmək olar; adətən, bunun üçün mikrosxemdən qoruyucu qapaq çıxardılır və mikrosxem ultrabənövşəyi işıqla şüalandırılır, bundan sonra onu yenidən proqramlaşdırmaq olar. EPROM yaddaşının PROM-dan baha olmasına baxmayaraq, son nəticədə o, daha qazanclı ola bilər (xüsusən, tez-tez dəyişikliklər gərəkli olduqda).
Keros
Keros— Keros (yun. Κέρος; qədimdə Keria və ya Kerea (qədim yunanca: Κέρεια) Naxosdan təqribən 10 km (6 mil) cənub-şərqdə, Kiklad adalarında, yaşayış olmayan Yunan adasıdır. İnzibati cəhətdən Koufonisia icmasının bir hissəsidir. 15 km² (6 kv mi) sahəyə malikdir və ən yüksək nöqtəsi 432 m (1417 fut) təşkil edir. Keros xüsusilə sonradan Pablo Pikasso və Henri Muru ilhamlandıran düz üzlü Kiklad mərmər heykəlləri ilə məşhurdur. == Keros xəzinəsi == "Keros xəzinəsi" Keros adasında tapılan çox böyük siklad heykəlcikləri yatağıdır. 2006–2008-ci illər arasında Colin Renfrew-in rəhbərlik etdiyi Kembric Keros Layihəsi adanın qərb sahilindəki Kavosda başqaları ilə birlikdə qazıntı işləri aparırdı.[2] Bu ərazinin "Keros dəfinə" adlanan fraqmentli siklad heykəlciklərinin mənbəyi olduğu güman edilir. 2006–2008-ci illərdə qazılmış materiala dəfn edilməzdən əvvəl qırılmış və çox güman ki, başqa yerdə qırılmış və basdırılmaq üçün Kavosa aparılmış siklad heykəlcikləri, qablar və digər mərmər əşyalar daxildir. Birləşdirici fraqmentlərin olmaması göstərir ki, burada yalnız sınıq materialın bir hissəsi çökmüşdür, saxsı və digər materiallar üzərində aparılan tədqiqatlar isə materialın çökdürülmək üçün buraya bir neçə mənbədən gətirildiyini göstərir. === Daskalio === 2007–2008-ci illərdə eyni layihə qonşu Daskalio adasında Kiklad dövrünə aid əhəmiyyətli yaşayış məntəqəsini aşkar edib qazıb.
Moros
Moros (yun. πικρόχολος) qədim yunan mifologiyasında fəlakət tanrısı. Eyni zamanda Ereb ilə Niktanın oğlu və Tanatın qardaşıdır. Roma mifologiyasında Fatum olaraq tanınır.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Serou
Seraou, və ya serau (lat. Capricornis) — Boşbuynuzlular fəsiləsinə aid olan Yaponiya, Çin, Hindistan və Cənub-Şərqi Asiya ərazilərində yaşayan növ. Dişilərdə buynuz 4–6 sm, erkəklərdə isə 8–10 sm təşkil edir. Həyat tərzinə görə Qorallarlardan fərqlənmir. 4–6 başdan ibarət ailələr şəklində yaşayırlar. Qış ayları yemin asan şəkildə əldə edildiyi bölgələrə enirlər.
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Sibos
Sibos (ing. Sibos – Swift International Banking Operations Seminar) və ya SIBOS — Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi beynəlxalq sərgi-konfrans. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanılmışdır. İlk konfrans Brüsseldə keçirilmişdir. Hər il keçirilən bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılırlar. Müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır. Sibos dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platforma hesab edilir.
Sirop
Sirop (ərəb. شراب‎ şərab; lat. sirupus) — suda əsasən şəkər məhlulundan ibarət olan, çox miqdarda həll edilmiş şəkər olan, lakin kristalların az miqdarda meylini göstərən qalın, viskoz (yapışqan) bir maye. Onun tutarlılığı (ardıcıllığı, quruluşu) bəkməzə bənzəyir. Yapışqanlıq, bir çox hidroksil (OH) qrupa sahib olan həll edilmiş şəkər ilə su arasındakı çoxlu hidrogen əlaqələrinə görə meydana gəlir. Siroplar suda şəkəri həll edərək və ya saman suyu, sorqum suyu və ya ağcaqayın sapı kimi təzə suları azaltmaqla hazırlana bilər. Qarğıdalı siropu isə qarğıdalı nişastasından şəkərlərə çevrilən bir fermentativ prosesdən istifadə edilərək əldə edilir.
Skvoş
Skvoş (ing. Squash) — topla və raketka ilə iki nəfərin (cütlərdə dörd) oynadığı idman növü. Skvoş Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və gələcəkdə Yay Olimpiya Oyunlarının proqramına salına biləcək idman növüdür. Dünya Skvoş Federasiyasının (WSF) 100-dən çox üzvü vardır. Mənşəyi 1500-cü illərin Fransasına söykənən bu idman növü insanların əyləncə məqsədi ilə divara top vurması ilə başlamışdır. Oyun əsil məşhurluğunu 1830-cu ildə London şəhərində Harrov məktəbində bir qrup tələbənin öz meydançalarının boşalmalarını gözləyərkən divara top vurmaları ilə qazanmışdır. Oyunun ilk kurortları burada hazırlanmışdır. Oynandığı kort bir tərəfi açıq, bir tərəfi qapalı olan kubu xatırladır. Bu kort tenis kortundan daha kiçik olub divarları xüsusi taxtadan hazırlanır. Geyim və raketka cəhətdən tennisə bənzəyir, amma skvoş topu tennis topundan daha kiçikdir və kauçukdan hazırlanır.
Sokos
Sokos - Finlandiyada fəaliyyət göstərən və S Group kompaniyasının bir hissəsi olan və Sokos Hotels otellər şəbəkəsini də idarə edən univermaqlar şəbəkəsi. Yaranma tarixi 1952-ci idir. Helsinki (mərkəzi) Helsinki (Kaari) Haminlinna Joensuu Jyväskylä Kajaani Kotka Kouvola Kuopio Lahti Lohja Mikkeli Oulu (Valkea ticarət mərkəzi) Pori Porvoo Raisio (Mylly (ing.
Şaroy
Şaroy (çeç. Шара) — Çeçenistan Respublikası, Şaroy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şaroy rayonunun və Şaroy kənd sovetliyinin mərkəzidir Kənd Şaroarqun çayının sol sahilində, Ximoy kəndindən 8 km cənub-qərbdə terləşir. Ən yaxın yaşayış məntəqələri: cənubda - Şikaroy kəndi, qərbdə - Sesi kəndi, şərqdə - Hakmadoy kəndi, şimalda - Ximoy kəndi. Bir neçə əsrlər boyu Şaroy Şaroyn-Orqa hövzəsində aparıcı siyasi və iqtisadi rol oynamışdır. Üstəlik bölgənin ən qədim yaşayış məskənlərindən biridir Kəndin və etnonimin adı ehtimal ki, шуьйра - geniş və гlо - yamac sözlərinin birləşməsindən meydana gəlmişdir. Yəni geniş yamaca malik ərazi anlamındadır. 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Şaroy kəndi Vatutinaul olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı Şaroy ona qaytarıldı.
Şopron
Şopron (mac. Šopron) — Macarıstanda şəhər. Avstriyanın sərhədində, Noyzidler gölünün yaxınlığında yerləşir. Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi bir dövrdə Osmanlı türkləri 1529-cu ildə şəhərə hücum elədilər, lakin işğal etmədilər. İşğal olunmuş ərazilərdə məskunlaşan insanların əksəriyyəti Şoprona qaçdı və beləcə şəhərin əhəmiyyəti artdı. 1676-cı ildə Şopron şəhəri böyük bir yanğın nəticəsində tamamilə xaraba qaldı. Bu gün şəhərdə Barokko memarlığı üslubunda binalar çoxluq təşkil edir. Şopron şəhəri İkinci Dünya müharibəsi zamanı bir sıra hücumlara məruz qaldı. Nazi Almaniyası və onların Macarıstandakı müttəfiqləri şəhərdəki bütün yəhudi vətəndaşlarını və bəzi solçu işçiləri ölüm düşərgələrinə göndərərək öldürürdülər və şəhəri davamlı olaraq bombalayırdılar. Sovet İttifaqının Qırmızı Ordusu 1945-ci ilin 1 aprel tarixində şəhəri ələ keçirmişdir.
Serros
Serros (isp. Cerros) — arxeoloji ərazi, indiki Belizin şimalında keçmiş Mayya yaşayış məntəqəsi. Bu, son klassik dövrdən postklassik dövrlərə qədər fəaliyyət göstərmişdir. Ərazi öz zirvəsinə Mesoamerikada gec preklassik erada çatmışdır və onun zirvəsində əhalinin sayı təxminən 1,089 nəfər idi. Sahənin mərkəzi körfəzlə birbaşa bitişikdir və bir neçə nisbətən böyük strukturlardan və pilləli piramidalardan, akropol kompleksindən və iki top meydançasından ibarətdir. Sahənin cənub tərəfində sahənin mərkəzi hissəsini və bir neçə təpəni əhatə edən ayparaşəkilli kanallar şəbəkəsi var. Yaşayış strukturları kanaldan kənarda davam edir, ümumiyyətlə cənub-qərbə və cənub-şərqə doğru ayrılır; qaldırılmış sahələr kanal sistemindən kənarda da mövcuddur.
Kuros
Kuros (q.yun. κοῦρος, cəmdə kuroy) — çılpaq kişi gəncləri təsvir edən müstəqil qədim Yunanıstan heykəllərinə verilən müasir termin. Onlar ilk dəfə Yunanıstanda Arxaika dövrdə meydana çıxmış, əsasən Attika və Beotiyada tapılmışdır, lakin Siciliya kimi bir çox digər qədim yunan ərazilərində az sayda aşkar edilmişdir. Belə heykəllərə yunandilli dünyada rast gəlini. Bunların çoxu əsasən Apollon ziyarətgahlarında tapılmışdır. Yalnız Beotiyada yerləşən Apollon Ptoyon ziyarətgahından yüzdən çox belə heykəl aşkar edilmişdir. Bu müstəqil heykəllər adətən mərmərdən idi, lakin əhəngdaşı, ağac, tunc, fil sümüyü və terrakota ilə işlənmişdir. Onlar adətən real həmcdə olurlar, baxmayaraq ki, erkən nəhəng nümunələr 3 metrə qədər hündürlüyə malikdir. Kurosun qadın forması kora adlanır. == Etimologiyası == Qədim yunan dilində sözü kuros (κοῦρος) "xüsusilə də nəcib rütbəli gənc oğlan" deməkdir.
Samos
Samos (yun. Σάμος) — Yunanıstanda, Egey dənizində, Şərqi Sporadlar arxipelaqında ada. Bəzən ada qonşu İkariya adası ilə birlikdə Cənubi Sporadlar arxipelaqının bir hissəsi kimi təsnif edilir. Dünyanın möcüzələrinin sadalandığı Herodotun əsərlərində adanın adı çəkilir.