Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sirac Göycəyev
Sirac Göycə oğlu Göycəyev — Sosialist Əməyi Qəhrəmanı 1897-ci ildə indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. İkinci dünya müharibəsində alman faşistlərinə qarşı döyüşlərdə iştirak etmişdir. Ordudan qayıtdıqdan sonra kənd təsərrüfatı sahəsində çalışmışdır. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. Bico kəndindəki M.Əzizbəyov adında kolxozda 1972-ci ilə qədər briqadir işləmiş, sonra İttifaq əhəmiyyətli fərdi təqaüdə çıxmişdır. Bico kəndində vəfat etmişdir.
Sirac Əliyev
Surac Sadıqov
Surac Ədalət oğlu Sadıqov (d. 15 iyul 2001; Ağalıkənd, Biləsuvar rayonu — ö. 10 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. Surac Sadıqov 15 iyul 2001-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Kənd tam orta məktəbində təhsilini almışdır. Surac Sadıqov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və 10 oktyabr 2020-ci il tarixində tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Surac Sadıqov 11 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Ağalıkənd kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Sirac Abışov
Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid. 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. . 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.
Spaç Həbsxanası
Spaç həbsxanası (alb. Burgu i Spaçit) — Albaniyanın kommunist rejimi boyunca xüsusi olaraq siyasi məhkumlar üçün istifadə edilmiş həbsxana idi. Spaç kəndində yerləşdiyi üçün belə adlandırılmışdır. Keçmiş həbsxana indi ikinci dərəcəli milli abidə kimi qorunur. Sürətlə körlanan bu obyekti muzeyə çevirmək planlaşdırılırdı, amma 2013-cü ilin fevral ayına olan vəziyyətə görə bu barədə hələ heç bir irəliləyiş əldə olunmayıb. 1973-cü ildə bir sıra məhbuslar üsyan qaldırdılar, onun gedişində kommunist bayrağı endirilmişdir. 1984-cü ildə analoji üsyan Qafë Bar həbsxanasında baş vermişdir. 2015-ci ildə Nyu York təşkilatı olan World Monument Fund həbsxananı "Dünyanın ən təhlükəli 50 abidəsi" siyahısına salmışdır.
Sarac-Çuko (mağara)
Sarac-Çuko — Rusiya, Kabarda-Balkariya Respublikasının Baksan rayonunda arxeoloji abidə. Sarac-Çuko mağarası Fanduko çayının sol sahilində (yerli adı — Sarajuko; Kişpek çayının qolu — Baksan çayının qolu — Terek çayı hövzəsi), Rusiyanın Kabardia-Balkariya Respublikasında Nalçikdən 20 km şimal-qərbdə, Zayukovo kəndindən 4–6 km aralıda yerləşir. Sarac-Çuko mağarasının dəniz səviyyəsindən hündürlüyü 940 m-dir. Mağaranın hündürlüyü çayın indiki səviyyəsindən 30 m yüksəklikdədir. Sahəsi 300 kvadrat metrdən çoxdur. 2016-cı ildə Sankt-Peterburq arxeoloqu E. V. Doroniçeva tərəfindən Sarac-Çuko mağarası arxeoloji yer olaraq kəşf edildi. Mağarada 2017-ci ildən bəri hərtərəfli araşdırmalar aparılır. Sarac-Çuko mağarasının tədqiqində Rusiyanın aparıcı elmi mərkəzlərindən olan arxeoloqlar, geomorfoloqlar, geoloqlar, geokimyacılar, fiziklər, palinoloqlar və paleontoloqlar iştirak edirlər. Sarac-Çuko mağarasının 6B qatında mövcud olan yer, Orta paleolit ​​dövründə Kabarda-Balkariya ərazisində məskunlaşma olduğunun ən qədim sübutudur. Sarac-Çuko mağarası, Şimali Qafqazdakı qədim zamanlarda vulkan mənşəli xammal yatağı — yeganə obsidian yatağından 4–7 km aralıda yerləşir.
Sirac Abışov (şəhid)
Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid. 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. . 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.
Karvan-saray (şərab)
Biraç
Biraç (serb. Birač) — Bosniya və Herseqovinanın tarixi vilayəti. Serb Respublikasının Miliçi, Vlasenisa, Srebrenisa, Bratunas, Zvornik və Şekovisi icmaları daxildir. Osmanlı İmperatorluğu dövründə Biraç bölgəsi Podrine vilayəti daxilində yerləşirdi. Qərbdən Vlasenisa və şərqdən Srebrenitsa ilə əlaqəli oəhatələnir. Öz növbəsində 600 - 900 metr arası hündürlüyə malik platodur. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Hündür zirvələri — Sirika (1071 m), Komiç (1032 m), Lisina (1262 m). Yavor dağlarının cənub-qərbindən axan çay vadiləri Yadar çayına şimal-şərqdən tökülür. Biraç özünəməxsus yumşaq iqlimə və bitki örtüyünə malikdir.
Kırac
Əli Tufan Kıraç (17 iyun 1972, Göksun[d], Qəhrəmanmərəş ili) — Musiqiçi. Əli Tufan Kıraç 1972-ci ildə Qəhrəmanmaraşda dünyaya gəlmişdir. Onun atası sadə bir müəllim idi. 1982-ci ildə atasının işinin İstanbula yönəlməsi səbəbiylə orada qalmalı oldular. Məhz elə buna görə də o orta məktəbini və litseyi burada Hasköydə bitirdi. Kiçik yaşlarında musiqiyə olan həvəsi Kıraçın bu sənətdə inkişafında atasına aid bağlama idi. Litseyə başladıqdan sonra onun bu yetənəyi və musiqi müəllimi olan Refik Köksalın ona öz ilk gitarasının hədiyyəsi Kıraçın həyatında bir dönmə nöqtəsi idi. Litseyi bitirdikdən sonra o, Marmara Universiteti Atatürk Eyitim Fakültəsi Musiqi Müəllimliyinə daxil oldu. Orada həm çox sevdiyi musiqi təhsilini, həm də ata məsləhini davam etdirəcəkdi. Artıq 1992-ci ildə Ortaköy Martı adlı barda səhnə həyatına başladı.
Merac
Merac (əl-İsra və-l-Mirac) (ərəbcədir, göyə qalxma, merac etmə deməkdir) – Hz. Muhəmmədin (s.a.v.) Büraq adlı əfsanəvi heyvanın belində Məkkədən Qüdsə (isra), oradan da səmaya ecazkar səyahətidir (meracın mənası da buradan irəli gəlir). Həmin hadisələrin şərəfinə qəməri təqvimi ilə rəcəb ayının 27-də dini bayram (ərəbcə id əl-merac, türkcə rəcəb bayramı) qeyd edilir. Hz. Muhəmmədin (s.a.v.) (cismən və ya ruhən) merac etməsinin xarakteri ətrafında ilahiyyatçılar arasında çoxdan bəri mübahisələr gedir. Meracın lüğəvi mənası çıxmaq, yüksəlmək deməkdir. Bu hadisə isra da adlanır. İsra-gecə vaxtı yeriməyə deyilir. Bu böyük hadisə gecə vaxtı olduğu üçün ona İsra deyilmiş, Quranı Kərimdə bu ad ilə yad olunmuşdur. "Qulunu gecə vaxtı məscidi Haramdan alaraq ayələrimizi göstərmək üçün ətrafını mübarək qıldığımız məscidi Əqsaya aparan Allahın şanı hər şeydən pakdır.
SDRAM
SDRAM(synchronous dynamic random access memory,синхронная динамическая память с произвольным доступом,eş zamanlı dinamik rastgele erişimli bellek,ixtiyari erişimli sinxron dinamik yaddaş)– kompüterdə operativ yaddaş kimi istifadə olunan yaddasaxlama qurğusu. Kütləvi istehsalına 1993-cü ildə başlanılıb. Verilənlərin asinxron mübadiləsinin istifadə olunduğu başqa növ DRAM yaddaşlardan fərqli olaraq, SDRAM qurğusuna daxil olan idarəedici siqnala cavab dərhal geri qaytarılmır, yalnız növbəti takt siqnalı alındıqdan sonra qaytarılır.SDRAM sinxron interfeysə malikdir ki, nəzarət girişlərində dəyişikliklər saat girişinin artan kənarından sonra tanınır. JEDEC tərəfindən standartlaşdırılmış SDRAM ailələrində, saat siqnalı gələn əmrlərə cavab verən daxili sonlu dövlət maşınının gücləndirilməsini nəzarət edir.Bu əmrlər, yeni əmrlər alınarkən daha əvvəl başlayan əməliyyatları tamamlayaraq, performansı artırmaq üçün boru şəklində ola bilər. Yaddaş bir neçə eyni ölçülü, lakin müstəqil bölmələrə bölünür.SDRAM geniş şəkildə kompüterlərdə istifadə olunur. Orijinal SDRAM-dan başqa, ikiqat məlumat dərəcəsi RAM-lərinin gələcək nəsilləri 2014-cü ilin ikinci yarısında yayımlanan ən son nəsil (DDR4) ilə - DDR (DDR1), DDR2, DDR3 və DDR4 kimi kütləvi bazarlara daxil olmuşlar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 755 s.
Sarab
Sərab – İranın Şərqi Azərbaycan ostanında qədim şəhərlərdən biridir. Bu şəhərin təbii-coğrafi şəraitinin əlverişli olması, onun Yaxın və Orta Şərqin ən işlək ticarət yolunun üstündə yerləşməsi qədim dövrlərdən etibarən bu şəhərin iqtisadiyyatına mühüm təsir göstərmişdir. Bəzi mənbələrə əsasən Sərab fars dilində "suyun başı (mənbəyi)" deməkdir. Ehtimal ki, vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının mənbəyində yerləşdiyinə görə vilayət və şəhər bu adı almışdır. "Sərab" sözünün farsca digər mənası da "miraj, ilğım"dır. Bir sıra müəlliflər, o cümlədən Beryozin şəhərin və vilayətin adını "Serah" (se - üç, rah - yol) kimi qeyd etmişlər. Ərdəbil, Təbriz və Tehrana gedən yollar üzərində yerləşən Sərab vilayətinin etimologiyasının bu amilə əsaslanması əksər tədqiqatçılar tərəfindən də qəbul olunur. Sərab adının etimologiyası haqqında İran tarixçisi R.Hüveyda yazırdı: "Müasir Sərab məfhumunun qədim forması Sərat, Sərav və yaxud Səro olmuşdur." Hüveyda hər cəhdlə Sərab adını iran dilləri əsasında izah etməyə çalışmışdır. X əsrdə yazılmış və müəllifi məlum olmayan Hüdud əl-aləm "Minəl məşrie iləl məğrib" əsərində şəhərin adı Sərav kimi verilmişdir. Bu əsərdə Sərabın sıx əhaliyə və bol nemətlərə malik olması göstərilir.
Sarad
“Sarad” İranın “Sarad Group” şirkəti tərəfindən hazırlanan çoxməqsədli pilotsuz uçuş aparatıdır. “Sarad” PUA-sı 2011-ci ildə İran təyyarələri və aerokosmik mütəxəssislərinin məhsuludur. Bu kiçik cihaz, müxtəlif məqsədlər üçün istifadə edilə bilən bir təyyarənin miniatür versiyasına bənzəyir, ondan ərazinin aerofotoqrafiyası, yanğın təhlükəsizliyinə nəzarət, axtarış əməliyyatları və s. məqsədlər üçün istifadə edilə bilər. “Sarad” pilotsuz uçuş aparatının olduqca sadə dizaynı sayəsində qiyməti çox münasibdir və işlədilməsi baxımından çox sadədir, bu da ona ciddi populyarlıq qazandırır. Bu vasitə yalnız mülki sferada maraq doğurur, burada ondan əsasən aerofotoqrafiya ilə əlaqəli işlərdə istifadə olunur. “Sarad” pilotsuz uçuş aparatı çox böyük ölçülərə malikdir. Füzelyajın uzunluğu 1.8 metr, qanad uzunluğu 3.4 metrdir, lakin kifayət qədər güclü mühərrik və yaxşı aerodinamika sayəsində dron olduqca manevrlidir. “Sarad” pilotsuz uçuş aparatı maksimal uçuş sürətini 80 km/saata çatdırmağa imkan verən tək porşenli mühərriklə təchiz olunur, bu cihazın maksimal məsafəsi isə 7 kilometr məsafəni keçmir. “Sarad” bir ədəd yüksək qətnaməli kamera ilə təchiz olunur.
Saral
Gürcüstan kəndləri Yuxarı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Aşağı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sarallar — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Bolnisi bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. İran kəndləri Yuxarı Saral (Əlmehdi) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. Aşağı Saral (Əlmehdi) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. Ermənistan kəndləri Saral (Hamamlı) — Ermənistan Respublikasının Loru mərzinin Saral bələdiyyəsində kənd. Digər Saral — Qəbələ rayonu ərazisində dağ silsiləsi. Saralçay — Qəbələ rayonu ərazisində çay.
Saray
Saray — Saray böyük iqamətgahdır, xüsusən də kral iqamətgahı və ya dövlət başçısının və ya yepiskop və ya arxiyepiskop kimi digər yüksək vəzifəli şəxslərin evidir. Bu söz Romada İmperator iqamətgahlarının yerləşdiyi Palatine təpəsinin Latın adı palatiumdan götürülüb. Saray sözü qədim fransızca palais (imperator iqamətgahı), Romanın yeddi təpəsindən birinin adı olan Latın Palatium sözündən gəlir. Palatin təpəsindəki orijinal "saraylar" imperiya hakimiyyətinin oturacağı, Kapitoliya təpəsindəki "kapitol" isə Romanın dini nüvəsi idi. Şəhər yeddi təpəyə qədər böyüdükdən çox sonra Palatine arzu olunan yaşayış sahəsi olaraq qaldı. İmperator Sezar Avqust orada, yalnız Senat tərəfindən verilən zəfər əlaməti olaraq ön qapının yanında əkilmiş iki dəfnə ağacı ilə qonşularından ayrılan məqsədyönlü təvazökar bir evdə yaşayırdı. Onun övladları, xüsusən də Neron "Domus Aurea" (Qızıl Ev) ilə binanı və onun ərazisini təpənin zirvəsinə qalxana qədər dəfələrlə genişləndirdilər. Palatium sözü təpənin üstündəki məhəllə deyil, imperatorun iqamətgahı mənasına gəldi. "Hökumət" mənasını verən saray, Paul Deacon-un c yazısında qeyd edilə bilər. AD 790 və 660-cı illərin hadisələrini təsvir edir: "Qrimuald Beneventuma yola düşərkən sarayını Lupusa həvalə etdi" (Historia Langobardorum, V.xvii).
Sirab
Sirab mineral suyu
Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Space
Space (azərb. Fəza‎) — Monteneqronun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Slavko Kaleziç "Space" mahnısı ilə Monteneqronu Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 217-də təmsil etmişdir. Mahnı Monteneqrolu bəstəkarlar Adis Eminiç, İva Borşiç və Momçila Zekoviç tərəfindən bəstələnmişdir.
Spark
Spark və ya Sumqayıt Park — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1997-2003-cü illər arasında fəaliyyət göstərmişdir. Spark qrupu 1997-ci ilin noyabr ayında Kamal Xudiyev, Emin Əfəndiyev və Dmitri Strekalov tərəfindən Sumqayıt şəhərində yaradılıb. Kollektiv 4 nəfərdən ibarət olub, sonra isə qrupa daha iki nəfər - zərb və klavye ifaçısı qoşulub. Bu tərkiblə qrup məşq üçün yer axtarışına başlayır. Qrup öncə uğursuzluqla qarşılaşır; onlara məşq üçün yer verilə biləcək klublarda istədikləri avadanlıqlar olmur. Bir neçə müddətdən sonra onlar bir tanışları sayəsində «Dostluq Mədəniyyət Evi»nin direktoru ilə razılaşırlar, direktor onlara bir otaq və köhnə musiqi alətləri verir. Emin Əfəndiyev - vokal Kamal Xudiyev - gitara Dmitri Strekalov (Damien) - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elşən Hacıyev - piano Elvin Bəşirov - zərb alətləri Viktor Medyakov - vokal Dmitri Strekalov (Damien) - gitara Eldəniz Mirzoyev - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elvin Bəşirov - zərb alətləri Səid Qəniyev - klaviş (sintezator, orqan) Oqtay Abdullayev - gitara Qrup bu otağa “köçdükdən” dərhal sonra məşqlərə və proqramın hazırlanmasına başladı. 2 ay ərzində «Город мечты» («Arzular şəhəri») adlı proqramı tamamilə hazır oldu. 28 may 1998-ci ildə qrup Sumqayıt Dövlət Musiqili Dram teatrında ilk çıxışını etdi, amma bütün proqramı ilə yox, sadəcə 4 mahnı ilə.
Spiral
Spiral — riyaziyyatda, mərkəzi nöqtəyə müəyyən qanunauyğunluqla tədricən yaxınlaşan (uzaqlaşan) əyilən xətt.
Spred
Spred (ing. spread "yayılma") — hər hansı aktiv (səhm, əmtəə, valyuta, fyuçers, opsion) üçün eyni vaxtda satmaq (sahib etmək) və almaq (təklif etmək)sifarişlərinin ən yaxşı qiymətləri arasındakı fərq. Spred sözünə də deyilir: açıq bazarlarda satılan iki müxtəlif oxşar malın qiymətlərindəki fərq (məsələn, müxtəlif markalı neftin qiymətlərindəki fərq); adətən əks istiqamətlərə və/yaxud müxtəlif əsas aktivlərə və/yaxud müxtəlif son tarixlərə malik olan iki açıq mövqedən ibarət sintetik törəmə maliyyə aləti; müxtəlif maliyyə alətləri üzrə gəlirlilik səviyyələrində fərq. Mübadilə təcrübəsində spredlər pulla deyil, ballarla ölçülür. Məsələn, avronun ABŞ dollarına qarşı cari kotirovkası (EUR/USD) 1,2345/1,2350 kimi göstərilibsə, spred 0,0005 dollar və ya 5 bənd təşkil edəcək. Ballarla ölçülməsi müxtəlif ticarət maddələri üzrə yayılmaları daha müqayisəli edir. Bazar likvidliyini təmin etmək üçün birjalar adətən maksimum yayılma ölçüsü təyin edirlər. Bu limit keçərsə, ticarət dayandırıla bilər. Spred nə qədər kiçik olsa, aktiv bir o qədər likviddir və əksinə. Bəzi hallarda, bir bazar operatoru həm alışı, həm də satışı eyni vaxtda təmin etdikdə, kotirovka dəyişdikdə dəyişməyən sabit spred yaradır.
Sərab
Sərab – İranın Şərqi Azərbaycan ostanında qədim şəhərlərdən biridir. Bu şəhərin təbii-coğrafi şəraitinin əlverişli olması, onun Yaxın və Orta Şərqin ən işlək ticarət yolunun üstündə yerləşməsi qədim dövrlərdən etibarən bu şəhərin iqtisadiyyatına mühüm təsir göstərmişdir. Bəzi mənbələrə əsasən Sərab fars dilində "suyun başı (mənbəyi)" deməkdir. Ehtimal ki, vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının mənbəyində yerləşdiyinə görə vilayət və şəhər bu adı almışdır. "Sərab" sözünün farsca digər mənası da "miraj, ilğım"dır. Bir sıra müəlliflər, o cümlədən Beryozin şəhərin və vilayətin adını "Serah" (se - üç, rah - yol) kimi qeyd etmişlər. Ərdəbil, Təbriz və Tehrana gedən yollar üzərində yerləşən Sərab vilayətinin etimologiyasının bu amilə əsaslanması əksər tədqiqatçılar tərəfindən də qəbul olunur. Sərab adının etimologiyası haqqında İran tarixçisi R.Hüveyda yazırdı: "Müasir Sərab məfhumunun qədim forması Sərat, Sərav və yaxud Səro olmuşdur." Hüveyda hər cəhdlə Sərab adını iran dilləri əsasında izah etməyə çalışmışdır. X əsrdə yazılmış və müəllifi məlum olmayan Hüdud əl-aləm "Minəl məşrie iləl məğrib" əsərində şəhərin adı Sərav kimi verilmişdir. Bu əsərdə Sərabın sıx əhaliyə və bol nemətlərə malik olması göstərilir.
İxrac
İxrac – informasiyanın bir sistemdən və ya proqramdan başqasına ötürülməsi; idxal (IMPORT) əməlinin əksidir. Verilənlərin, xüsusən görüntüləri olan sənədlərin ixracı, informasiyanı qəbul edən proqram və ya sistem tərəfindən bu və ya başqa formada dəstəklənməlidir. Bəzi tətbiqi proqramlarda başqa proqramların istifadə etdiyi fayl formatlarının dəstəklənməsi nəzərdə tutulub ki, onların arasında verilənləri asanca ötürmək mümkün olsun. Başqa imkanlar olmadıqda sırf mətn fayllarını özgə proqrama ASCII formatında (adi mətn, yəni formatlanmamış) ixrac etmək olar. İxracat və ya Eksport (ing. export) — əmtəələrin xarici bazarda realizə edilməsi üçün xaricə aparılması; idxalatın əksi. iqtisadiyyatda məhsulun ölkənin sərhəddindən kənara göndərilməsi, xarici bazarda satışı üçün nəzərdə tutulması.
Şirak
Şirak mərzi — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Şirak — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Şirak — İndiki Ermənistanın şimal-qərb tərəfində yayla. Şirakavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Şirak Beynəlxalq Hava Limanı — Ermənistan Respublikasında beynəlxalq hava limanı.
Şiran
Şiran — Gümüşxanə ilində ilçə.